Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə27/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   23   24   25   26   27   28   29   30   ...   111

cütlük  nəinki  ahıl  yaşı,  habelə  çox  ciddi,  səliqəli 
geyimi  və  bir-birinə  zərif  münasibətilə  dəiqqət 
çəkirdi.  90  yaşında  nəinki  yaddaşını  və  biliklərə 
can atmağı itirməmək, hamçinin birgə yaradıcılıq 
fəaliyyətinə  arzusunu  pərvazlandırmaq  necə 
vacibdir!  Bu  mülayim  cütlük  cavanların  yanında 
təqlid, örnək üçün canlı nümunə idi.   
Sonradan yerli qəzetlərin birində K.Karasayevlə 
müsahibədə  oxumuşdum  ki,  akademik  sidq-
ürəkdən  xalqı  ilə  bahəm  uzun  və  xoşbəxt  ömür 
sürdüyünü etiraf edir və indi yalnız bir şey arzulayır 
o dünyaya hörmət-izzət, ləyaqətlə köçmək.    
Kənddən  gəlmiş  insanı  ilk  baxışda  yalnız 
geyimindən  deyil,  dilinin  sadəliyindən  də  ayırd 
etmək  asandır.  Uşaqlıqda  mən  Əbdürəhman  adlı 
bir  ağsaqqal  tanıyırdım,  qocalığında  ömrünü 
uzatmaq  üçün  bütün  quşların  ətindən  dadmışdı, 
son günlərində isə boş dağarcıqla gəzir, haqqında 
çox eşitdiyi ölümsüzlük bulağını axtarıb tapmağa 
çalışırdı. Həyatını kənddə sürmüş insan nağıllarda 
yalnız həqiqətə və xeyrə inanır, yalanı yaxın belə 
buraxmaq istəmirdi.  
Hal-hazırda  “BBC”  radiosunda  qırğız 
redaksiyasını  təmsil  edən  Arslan  Koyçiyev 
(Toktoqul bölgəsindən) bir dəfə mənə babasından 
danışmışdı.  Can  verən  ahıl  artıq  uzanıb  danışa 
bilmirdi. Amma qonşusu ona baş çəkməyə gələndə, 
başı ilə dəstərxana işarə etmişdi. Qocalarımız son 
ana  qədər  mehmannəvazlığın  xoş  ənənələrinə 
riayət etməyə çalışırlar. İxtiyar insan üçün başlıcası 
–  ləyaqətini  saxlamaqdır.  “Canın-başın  necədir?” 
sualına, can verən mütləq “Jakşımın” – “yaxşıyam” 
cavab verəcək. Halı necə pis olsa da, yanındakıların 
ovqaını heç bir vəchlə pozmayacaq. Qırğızıstanın 
xalq  şairi  Aalı  Tokombayev  məşhur  “Ana  dili” 
şeirində  əcdaları  sayaq  ləyaqətlə  getməyə  ümid  
bəslədiyini  yazır:  “...qoy  ölüm  saatımda  mənim 
“xoşbəxtəm!” etirafı dilimə “jakşımın” gəlsin”. Bu 
barədə şair C.Sadıkov isə belə yazır: 
Qırğızın səbri çox yoxlanılıb.
Xəbər al ondan: “Necəsən?”
“Yaxşıyam!” – deyəcək. 
Doğmasını incitməyəcək,
Rahatlıqla da burdan köçəcək.    
Mərhumu  son  mənzilə  ötürəndə  qəbristanda 
ağsaqqal mütləq toplaşanlardan ölən adamın necə 
həyat sürdüyünü, özü haqqında qoyduğu xatirələri 
xəbər  alır.  Adətə  görə,  hər  kəs  bu  adam  barədə 
yaxşı xatirə söyləməli, xasiyyətinin yalnız müsbət 
cəhətlərini dilə gətirməlidir.  
Qırğızlar hamının hörmət bəslədiyi ağsaqqalın 
ölümü barədə deyirlər ki, bir nəfər yox, min nəfər 
rəhmətə  gedib.  Hörmət  qazanmayan  pis  adam 
ölürsə, elə belə də deyirlər: “Bir adam ölüb”.  
68


Bekcanov M. “Təşviqatçı”, 1968-ci il, Bişkek, tuş, lələk (reysfeder), 79 x 59
69


Müqəddəs ana – Umay Ənə
Qırğız xalqı qədimdən qadına hörmət edib onu 
əziz tutur. Bunun ən yaxşı şahidi – xalq atalar sözü 
və zərbül-məsəllərdir: “Yaxşı gəlin – xəzinədir”; 
“Gəlin pis olmaz, düşdüyü ev pis olar”;
“Birinci sərvət – sağlamlıqdır, ikincisi – arvad”; 
“Gül – torpağın bəzəyidir, qız – xalqın”; 
“Qadının xisləti hörmət tələb edir”; 
“Yaxşı arvadın, yaxşı əri də olur”; 
“Kim  arvadının  qayğısına  qalmır,  onu  qula 
döndərir”; 
“Qadın olan yerdə, bərəkət də var”; 
“Kimin anası sağdır, qocalmaz”; 
“Cənnət, ananın ayaqları altındadır”... 
Hətta  belə  bir  atalar  sözü  də  var:  “Allahın 
qəzəbinə keçmişsənsə – günahın bağışlanar, ananın 
qarğışına keçmişsənsə – heç vaxt”. 
Hələ Manasın vaxtında hesab edilirdi ki, pak 
qadın ərinin hətta ölümcül yarasını da sağalda bilər 
–  yalnız  üstündən  keçməklə.  Eposun  qəhrəmanı 
Ayçörək qu quşu görkəmini alıb yaralı Semeteyin 
yanına  tələsir.  Qadın  yaralı  Semeteyim  üstünfən 
keçir və... “onda, nəhayət, qanlı ox ucluğu yaradan 
çıxdı”,  –  dastan  belə  nəql  edir.  Manasın  arvadı 
Kanıkey hər hərəkəti, hər sözü ilə ərini yüksəldir, 
bahadırın başına gələcəkləri yarım il əvvəlcədənm 
görə bilirdi. Dastanda birbaşa söylənilir ki, qadın 
ilahi mənşəli varlıqdar.  
Qırğız  rəvayətlərinin  motivləri  əsasında  lentə 
alınmış “Ağ bəbirin nəsli” filminin baş qəhrəmanı 
Saykal-ənə xalqının xəstəliklərini müalicə edir, bəd 
ruhları  qovur,  çətin  illərdə  Yaradandan  xanədanı 
üçün  nicat  istəyirdi.  Qadın  “Ağ  bəbir”ların  anası 
hesab  olunurdu.  Qədim  xalq  təbabətinin  bəzi 
üsulları birbaşa epik əfsanələrin əks –sədası kimi 
səslənir. Məs., əgər kişinin boynu şişirsə, sadəcə üç 
dəfə qadına təzim etməlidir – şiş çəkiləcək. 
Çox vaxt qırğız ailələrində yeni doğulmuş qızın 
adına  gül  kəlməsi  əlavə  olunur.  Bununla  yalnız 
qızın zərifliyi və gözəlliyi vurğulanmır, həmçinin 
ilk qadının güldən çıxdığı barədə inanc əks olunur. 
Qırğız  kişiləri  qızı  adı  ilə  çağırmırlar,  hörmətlə 
çon qız, xanım deyirlər. Qadınlar ərlərinə bahadır 
deyərək, ailədə onların mövqelərini qaldırırdılar. 
Ovçu  evə  şikarla  qayıdanda,  əvvəl  qadınla, 
sonra  ahıllarla,  yalnız    bundan  sonra  qalanları 
ilə  bölüşürdü.  Bizim  abavü-əcdadımız  analarını, 
arvadlarını,  bacılarını,  qızlarını  bu  dərəcədə  əziz 
tuturdular.  Demək  lazımdır  ki,  qırğız  qadını  heç 
vaxt çadralanmayıb və həmişə kişilərlə çiyin-çiyinə 
həyat çətinliklərinə sinə gərib.
Xalqımın  tarixində  qadına  münasibəti  bütün 
sözlərdən  yaxşı  nümayş  etdirən  unikal  fakt  var. 
840-cı  ildə  Uyğur  xaqanlığının  paytaxtı  talan 
olunarkən,  qırğız  döyüşçüləri  çinli  şahzadə  Tay-
Xonu  əsir  götürürlər.  Qırğız  xaqanı  onu  özünə 
günü almır, əksinə, gücləndirilmiş fəxri qarovulun 
müşayiəti ilə vətəni Çinə göndərir. Yol uzaq olur. 
Dəfələrlə karvan uyğur xanı Ugenin döyüşçülərinin 
hücumuna  məruz  qalır.  Yalnız  üç  ildən  sonra 
şahzadəni  evinə  sağ-salamat  çatdıra  bilirlər. 
Xaqanımızın bu hərəkəti çinlilərdə hörmət qazanır. 
1825-1827-ci  illər  amansız  müharibələr 
dövründə  düşmənlər  Taylak  bahadırın  qəbiləsini 
qırıb  tələf  eləyirlər.  Ancaq  onun  arvadı,  müdrik 
qadın  son  anda  çağasını  beşikdən  götürüb  enli 
ətəyinin altında gizlətməyə macal tapır. Sonda bu 
cəsarətli qadın həlakətini tapsa da, körpə sağ qalır 
və sülbü davam etdirir. Bu, məşhur Osmon bahadır 
idi.
Ümumiyyətlə, qırğız qadınlarını azadlıqsevərlik 
və  heyrətamiz  iradə  gücü  fərqləndirir.  Xalq 
yaddaşında  bir  çox  görkəmli  qırğız  qadınlarının 
unudulmaz  adları  həkk  olunmuşdur.  İlk  növbədə, 
yadımıza  96  il  yaşamış  və  1907-ci  ildə  vəfat 
etmiş  Kurmanjan  datkanın  əfsanəvi  adı  gəlir.  Bu 
heyrətamiz  qadın  çağdaşlarının  böyük  ehtiramını 
qazanmışdır. Valideynləri onu bay oğluna verməyi 
qərara alanda, qızın cəmi 18 yaşı var idi. Kurmanjan 
onların seçimini qətiyyətlə rədd edir, bu isə o vaxtlar 
misli görünməmiş asilik hesab edilirdi. Kurmanjan 
ilk  dəfə  cənublu  qadınların  kölə  vəziyyətinə  açıq 
çağırışla çıxış etmişdi. 21 yaşında sevib ailə qurdu. 
Əri – Kokand xanlığı baş Komandanı və beş oğlu ilə 
bahəm  maarifləndirməyə  və  məscidlərin  inşasına 
70


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə