Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə26/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   22   23   24   25   26   27   28   29   ...   111

Qəbristana əl uzatmazlar.
Qəbri tapdamazlar.
Atın başına vurmazlar.
Meşəni yandırmazlar.
Günəşi sevinə-sevinə qarşıla.
Təzə otu qırma.
Quş yuvasını dağıtmazlar.
Ağacın budağını qırmazlar.
Yola çirkli su tökməzlər.
Qurumuş sümüyü saxlamazlar.
Dula kobud söz demə, yetimi döymə.
Fəqirə əl tut.
İki adamın arasından keçmə.
Qapı çərçivəsində boy ölçməzlər.  
Haçan gəldi, yatmazlar. 
Yurtanın taxtasının üstündən aşmazlar. 
Dil dişlərə şahiddir.
Səadətin kökü – birlikdədir. 
Adamlardan qaçan, qurdlara yem olar.
Verdiyin andını tut.
Rüsvayçılıq ölümdən bədtərdir. 
Kürkünü tərsinə geymə.
Başının papağını nə itir, nə sat.  
Özgəsinin 
dərdinə 
sevinmə, 
özünün 
xoşbəxtliyinə sevin.
Dost dar gündə tanınar. 
Stukoşin F.M. “Dastansöyləyən” (Manasçı) 1948-ci il, kətan, yağlı boya, 148 x 192, 5 
65


Ağsaqqallar divanı 
Qırğızlar qədimdən böyüklərə hörmət və izzəti 
təbiətin  qırılmaz  qanunları  hesab  edərək,  onlara 
riayəti layiqli iş hesab edirdilər. 
Hələ  icraedici  məhkəmə  hakimiyyətinin 
mövcudiyyətindən  əvvəl  bütün  mübahisəli 
məsələlərlə  ağsaqqallar  –  ahıl  qocalar  məşğul 
olurdular.  Fəqət  hər  ağsaqqal  xalq  divanına 
seçilə bilməzdi. Qazılar – ancaq ləyaqəti, ədaləti, 
müdrikliyi  və  xeyirxahlığı  müqabilində  hamı 
tərəfindən  hörmət  bəslənən  şəxslər  ola  bilərdilər. 
Onlar həm özününkülərə, həm yadlara eyni gözlə 
baxmalı idilər.
Bu  gün  müstəqil  Qırğızıstanda  Ağsaqqallar 
divanının  fəaliyyəti  Konstitusiya  və  qanun 
tərəfindən  möhkəmləndirilmişdir.  Belə  xalq 
məhkəməsi  hələlik  yalnız  bizim  ölkəmizdə 
mövcuddur. 
Nə gizlədək, hüquqi qanunları yaxşı öyrənmiş 
dövlət hakimləri çox vaxt onları elə özləri pozur, 
xalqın  etimadını  itirirlər.  Məhz  belələri  üçün 
camaat arasında deyirlər: “Qoyunun qarğışı qurdun 
qulağına  çatmaz”.  Dövlət  hakimləri,  əksərən, 
şəhərlərdə,  vilayət  və  rayon  mərkəzlərində 
yaşayırlar.  Ağsaqqallar  isə,  əksinə,  illər  boyu 
tanıdıqları  adamların  arasında  yaşayır  və  bu,  ya 
digər münaqişəli vəziyyətdən ətraflı xəbərdardırlar. 
O  səbəbdən,  kənd  yerlərində  yaranan  istənilən 
ixtilafı  Ağsaqqalar  divanı  vasitəsilə  həll  etmək 
daha asan və ədalətlidir.  
Nahaqdan  müdrik  ağsaqqalı  kəndin  atası 
adlandırmırlar.  Qırğızlarda  maraqlı  metafora 
silsiləsi var: basın atası – beyindir, cazibənin atası 
–  bənizdir,  qulağın  atası  –  səsdir,  burnun  atası 
–  qoxudur,  dişlərin  atası  –  yeməkdir,  dilin  atası 
–  sözdür,  əlin  atası  –  zəhmətdir,  kəndin  atası  – 
ağsaqqaldır. 
Təkcə doğmaların ailəsi deyil, bütün el-oba – 
ail  ağsaqqallar  tərəfindən  qorunan  qayda-qanunla 
yaşayır.  Məhz  dünyagörmüş,  ağ  saqqallı  ahıllar 
haçanlarsa  köçün  haçan  başlanacağını,  havanın 
necəliyini, mövsümün dəyişəcəyini qət edirdilər... 
Qocalar  dağlarda  bütün  cığırları,  bütün  örüşləri 
tamıyırlar. Qırğız xalqı daima insanları cəmləşdirib 
birləşdirən qoca müdriklərinin sayəsində sağ qalıb 
yaşaya bilib.
Ağsaqqallar  həmişə  balacalara  böyük  diqqət 
yetirir,  asta-asta  onlara  əcdadların  tarixini,  yaxud 
nağıllar söyləyirlər. Belə hekayətlər universitetlərdə 
professorların mühazirələrindən az təfəkkür qidası 
vermir. Çox vaxt uşaqlar “Kimin oğlusan?” sualına 
atasının deyil, babasının adını çəkir.
Sancıranı  –  şəcərəni  söyləyəndə,  ağsaqqallar 
tifillərə  erkən  yaşlarından  ulularının,  əsil-nəslinin 
adlarını ən azı yeddi arxa dönəmdən bəri tanımağa 
öyrədirlər. Balacaları qohum-əqrəbanın və sülbün 
adətlərindən baş çıxarıb bəhrələnməyə öyrədirlər. 
Şəcərənin  öyrənilməsi  habelə  uşağın  hafizəsini 
yaxşı inkişaf etdirir.
Sanjırada  yalnız  nəslin-kökün  adı  çəkilmir, 
habelə ağsaqqalların müdrik nəsihətləri sadalanır. 
Uşaq erkən yaşlarından inanır ki, böyüklərə qulaq 
asıb onların hörmətini tutsa, onu rifah, ruzi, bərəkət 
gözləyir.  Balacalar  elə  zənn  edirlər  ki,  qırğız 
anaları  həmişə  səbirli  və  zəhmətkeş,  insanpərvər 
və sakit, qırğız igidləri – cəsur, dəyanətli, hünərvər, 
qırğız qızları utancaq və səmimidirlər... Balacanın 
gələcək  mövcudiyyəti  bu  tərzdə  formalaşdırılır. 
Vaqiən,  səadət  evə  yalnız  o  zaman  ayaq  açır  ki, 
kiçiklər böyüklərə, arvadlar ərlərə, ərlər arvadlara 
ehtiram göstərir...    
Sanjırada  kimə  nə  arzulamağı  da  öyrədirlər: 
düşmənə – əvf, yaşlılara – hörmət, analara – fəxr 
etməli övlad, dostlara – sədaqət, özünə – ləyaqət, 
aşiqlərə  –  əhd-peymanlı  qəlb,  yoxsula  –  sədəqə, 
Vətənə – məhəbbət.
Bizim  əcdadlarımızda  tarixə  özünəməxsus 
yanaşma var idi. Tarix məhz xaniman hekayətlərində 
həkk  olunurdu.  Köçəri  cəmiyyətində  qohumluq 
xətti  keçmişdə  ən  yaxşı  orientir,  emosional 
sabitliyin  mühüm  amilidir.  Deyilənlərə  bariz 
nümunə  “Manas”  qəhrəmanlıq  dastanıdır,  orada 
bahadırın  əcdadlarının  şəcərə  əfsanəsində  cəmi 
qırğız xalqının tarixi izlənilir.
Biliklər  şagirdlərə  müəllimlərə  bəslənən 
66


hörmətdən  süzülüb  gəlir,  xalqın  rifahı  isə  amirin 
ədalətindən asılıdır. Qocalar tərəfindən qısqanclıqla 
qorunub  saxlanan  köçəri  əxlaqi  məcəlləsinin 
başlıca prinsipləri bunlardır. 
Ağsaqqallar  həmişə  fəxri  yerdə  otururlar. 
Səliqəli  və  sadə  geyinirlər.  Evə  birinci  ağsaqqal 
daxil  olmalıdır.  Ağsaqqalın  xasiyyətinin  tinəti 
dözümlülük,  xeyirxahlıq  və  ədalət  sayılır. 
Ağsaqqallar  heç  vaxt  tamahkarlıq  və  tənbəlliklə 
barışmırlar,  həmyerlilərinin  və  qohumlarının  bu 
meyllərini pisləyirlər. Ağsaqqaldan hiddətli “Uyat 
bolot” – “eyibdir” töhmətini qazanmaq biabırçılıq, 
ölümdən  bədtər  sayılır.  Uşaqlara  ağsaqqal  olan 
yerdə  ucadan  qışqırmağa  və  qaçışmağa  icazə 
verilmir. Kimsə iş törədirsə, ən yaşlı ağsaqqaldan 
əfv diləmək lazımdır, adətən, o bağışlayır. Ahılların 
düzgün qərarları şübhə altına alınmır. Bu dəyərləri 
qoruyub-saxlamaq  –  nəsil-kökümüzlə  mənəvi 
əlaqəmizi qurmaq deməkdir. 
Vaxt  var  idi,  ağsaqqallar  hətta  ekoloji 
problemləri həll edirdilər. Məs., meşələri qırmağa 
qadağa  qoyurdular.  Onlara  müti  şəkildə  qüdrətli 
bahadırlar  da  qulaq  asırdı,  üstəlik,  pəhləvanlar 
hünərlərini onların xeyir-duası ilə edirdilər. Hərgah 
bu  gün  Ağsaqqallar  divanını  əzəli  ucalığına 
qaldırmağa  nail  olsaq,  külleyi  ölkəni  yenidən 
dirçəldərik.
Tələbə  illərində  Mərkəzi  kitabxananın 
qiraətxanasına  tez-tez  gedib  işləyirdim.  Bir  dəfə 
oradakı  kartotekanın  qarşısında  dayanıb  işləyən 
məşhur  akademik  Kusein  Karasayevi  və  yanında 
dayanmış  həyat  yoldaşı  Aişə-apanı  gördüm.  Bu 
Matayev J. “Berkutçu” 2004-cü il, kətan, yağlı boya, 55 x 60
67


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə