Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə22/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   18   19   20   21   22   23   24   25   ...   111

Adətlər
Qırğızlarda  bütöv  bir  məişət  qanunları 
məcəlləsi var. Onları pozmağa özlərinə nə ahıllar, 
nə  də  uşaqlar  rəvac  vermir.  Onlardan  bəzilərini 
misal gətiririk:
Papağı yerə atmazlar.
Şər qarışanda uzaq yola çıxmazlar.
Səhər ertədən pis sözlər danışmazlar.
Qurumuş  ağacları  uzun  müddət  evin  yanında 
saxlamazlar.
Nişan  üzüyünü  kiməsə  hətta  taxıb  baxmağa 
belə verməzlər.
Bıçaqla yemək yeməzlər. 
Böyüklərin yanında çox gülməzlər. 
Evin içində fit çalmazlar.
Su aparanın yolda qabağından keçməzlər. 
Oda tüpürməzlər.
Bıçağı çörəyə sürtüb silməzlər.
Hazır xörəyi saxlamazlar.
Boş beşiyi yırğalamazlar.
Oda təpik vurmazlar.  
Küləyi söyməzlər. 
Gecə qatıq, ya süd istəməzlər.
Adamın dalınca pis danışmazlar. 
Kiminsə uğuruna paxıllıq etməzlər.
Hamilə  qadınlar  qab-qacağın  üstündən 
keçməzlər.
Balışın üstündən ayaq atmazlar. 
Gecə çirk qab qoymazlar. 
Boş  dağarcıqla  başqasının  qabağından 
keçməzlər. 
Evdə çatlaq qab-qacaq saxlamazlar.
Adamın bədəinin eyiblərinə loğaz qoşmazlar.
Böyüklərdən əvvəl söhbətə başlamazlar.
Böyüklərə cavab qaytarmazlar.
Çayı çirkli yerə tökməzlər.
Evin divarını təpikləməzlər. 
Yola çıxmazdan əvvəl tikiş tikmək olmaz – yol 
uğursuz olar.  
Papağı masanın üstünə yox, yuxarı qoyarlar.
Başqasına cib yaylığı hədiyyə etməzlər – göz 
yaşları gətirər. 
Tingləri sındırmazlar. 
Sübh açılana qədər yatmazlar. 
Dili nırçıldatmazlar. 
Əli büzdümün üstünə qoymazlar.
Duz istəməzlər. 
Axşam ev süpürməzlər.
Gecə xörəyi üstüaçıq eşikdə qoymazlar. 
Paltar suyu tökülən yeri tapdalamazlar. 
Adamın qarşısında əl-qol yelləməzlər.
Böyüyü öyrətməzlər.
Ətəklə burun silməzlər. 
Camaatın qarşısında tək yemək yeməzlər.
Uşağın kürəyinə vurmazlar. 
Dəfndən sonra kiminsə evinə getməzlər. 
Dizini qucaqlayıb oturmazlar. 
Sol əllə çay verməzlər. 
Paltarı çayda yumaq, yaxalamaq olmaz.
Sınıq güzgüyə baxmazlar. 
Böyüyü arxada qoyub qarşısına çıxmazlar. 
Özgəsinin söhbətinə qarışmazlar. 
Başını aşağı sallayıb oturmazlar. 
Kandarda durmazlar.
Astanada qapı çərçivəsinə söykənməzlər. 
Evin başına hərlənib qaçmazlar.
Əlini çənəyə söykəməzlər.
Çəliyə yaslanmazlar. 
Çörəyi bir əllə qoparmazlar. 
Papağı dal-qabaq qoymazlar. 
Qayışı boynuna salıb ölçməzlər. 
Qürub çağından əvvəl yatmağa getməzlər. 
Uşağa gün batan zaman baxmazlar. 
Üzü aya yuyunub təharət (daarat) almazlar.  
Qəbristanı əllə göstərməzlər.
Suya tüpürməzlər. 
Süpürgəni dik qoymazlar. 
Astanadan əl verib görüşməzlər. 
Adam  yanında  dərindən  ah  çəkməzlər  (yaxşı 
əlamət deyil). 
Torpağa əllə dayaq verib oturmazlar. 
Süpürgənin üstünə çıxmazlar. 
Tonqalın külünə çirkli su tökməzlər. 
Əllərini belinə vurub böyüyə cavab verməzlər. 
Göyə baxa-baxa tüpürməzlər. 
Bıçaq bəxşiş verməzlər. 
56


Çəkmələri yatağın baş tərəfinə qoymazlar. 
Borcu axşam qaytarmazlar. 
Borcu səhər qaytaranda, uğur gələr. 
Qadın  döşəmədə  qılçalarını  çarpazlaşdırıb 
oturmaz. 
Burulmuş kəməndin üstündən adlamazlar. 
Qaranquşa daş atmazlar. 
Qumruları  öldürmək  olmaz,  əl  göyərçinlərini 
isə  sevgi  nişanəsi  kimi  ağız  suyu  ilə  suvarmaq 
gərək.
Böyükləri adları ilə çağırmazlar. 
Kişilərə  hörmətlə  bayke  –  böyük  qardaş, 
qadınlara eje – böyük bacı demək lazımdır. 
Uçaqları gecə tək qoymazlar. 
Gecə  su  dalınca  getməzlər,  zərurət  olarsa, 
suyun ruhundan izin almaq gərək.
Bıçağın,  qırmancın,  silahın  üstündıən 
adlamazlar. 
Gecə dırnaq tutub oda atmazlar.  
Ata sağdırsa, saqqal buraxmazlar. 
Böyüklərdən əvvəl yeməyə başlamazlar. 
Belin (alət) üstünə çıxmazlar. 
Yaşlılarla zarafatlaşmazlar. 
Pis  yuxunu  dilə  gətirməzlər,  yaxşısı  budur, 
axar suya pıçıldayasan. 
Müsahibinin üzünə qeyzlə baxmazlar. 
Adamları  barmaqla  göstərə-göstərə  sanamaq 
olmaz. 
Çörək istəyəni rədd etmək – böyük günahdır. 
Binəsibi incitmək – böyük günahdır. 
Böyüklər  olan  yerdə  çox  danışmazlar,  onlara 
çox qulaq asmaq gərək.
Kandarda oturmazlar. 
Sol əllə görüşməzlər. 
Qu quşlarına güllə atmazlar. 
Ölənin dalınca pis danışmazlar. 
Südün  qalığını  yerə  tökməzlər,  inəyin  yeləni 
quruyar.
Cilovları satmazlar. 
Sürünü,  ev  karastılarını,  neməti  təpikləmək 
olmaz.
Çörəyi masa üstünə üzü üstə qoymazlar. 
Qamçı ilə atın başından vurmazlar. 
Ayağını atın yalına qoymazlar. 
Bulağın gözünü çirkləndirməzlər. 
Yolda böyükləri ötüb keçmək olmaz. 
Yola daş, zibil atmazlar. 
Uzanan yerdə çörək yeməzlər. 
Evdə böyükdən hündür yedə oturmazlar. 
Gəlin böyükləri adı ilə çağırmaz. 
Uşaqları söymək, ya tərəfini tutmazlar. 
Uşaqların yanında özgə adamlarla söyüşməzlər. 
Uşaqları suçlandırmazlar.
Uşaqları ərköyün böyütməzlər. 
Uşaqlarla hər işdə razılaşmazlar. 
Başqasının  pis  gününə  baxıb  sevinmə,  onun 
bəlaları sənin qapına gələr. 
Qarışqa yuvasını dağıtmazlar, öz evin dağılar. 
Yola sabunlu su atmazlar. 
Müsahibinə arxa çevirib oturmazlar. 
Tər otu tapdamazlar. 
Evin başına hərlənib qaçmazlar. 
Böyüklərin sözünü yarımçıq kəsməzlər.  
Özündən yaşca böyükdən əvvəl oturmazlar. 
Otlamadan sonra dincələn sürünün qoyunlarını 
dəng etməzlər.  
Atın başına qırmanc vurmazlar. 
Andı pozmazlar. 
Ağacları yandırmazlar. 
Qonağa pis xəbər çatdırmazlar. 
Qonağa hiddətini göstərməzlər. 
Qonağa namünasib suallar verməzlər. 
Tayfanı, sülbünü rüsvay etməzlər. 
Göydə ulduz saymazlar. 
Evə ilan sürünüb girsə, öldürməzlər, piyalədə 
süd, ya da qatıq qoyarlar.
Zahı  qadın  iti  özündən  uzaqlaşdırıb  qovmaz, 
yoxsa dişləri tökülər. 
Qırğızlar  köçəriləri  qonaq  edərlər,  yardım 
göstərərlər. 
Qırğızlar  ev  tikənə,  zəmidə  toxum  səpənə  əl 
tutarlar. 
Qırğızlar it öləndə ağzına ərinmiş yağ qoyarlar 
ki, heyvanın acından ölmədiyi bilinsin.  
   Müşahidə qabiliyyəti
Belə  xalq  nəsihətləri  saysız-hesabsızdır. 
Onları sadalamaq uzun çəkər, lakin hər qırğız bu 
nəsihətləri  təhtəlşüuri  bilir  və  demək  olar  ki,  heç 
vaxt pozmur. 
Qırğızlara heyrətamiz müşahidəçilik qabiliyyəti 
xasdır.  Bir  çox  xalq  arasında  müşahidə  olunan 
əlamətlər zamanla sınanıb və o səbəbdən, xüsusən 
dəqiqdir. Bu əlamətlərin böyük əksəriyyətini hava 
haqqında məlumatlar təşkil edir:
-  əgər quşlar pırpızlanmışsa, hava dəyişəcək;
-  bildirçin həşirlə oxuyursa, yağış yağacaq;
-  yağış iri-iri tökürsə, tez qurtaracaq;
-  çisələyən yağış, çox çəkəcək;
-  quş  yuvanı  şərqdə  qurursa,  yay  sərin 
keçəcək; 
-  it yerdə ağnayırsa, yağış tökəcək;
-  dolaşalar tez uçub gəlibsə, yaz ilıq keçəcək;
57


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə