Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə25/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   21   22   23   24   25   26   27   28   ...   111

Onların nifrət etdiyi şey – ağciyərlikdir.
Onların zəfəri – qürurdadır. 
Onların köməyi – qohumlardır. 
Onların yumşaqlığı – ovqatdadır.
Onların badalağı deyilmiş sözdədir. 
Onların əmlakı – atdır.
Onların fərəhi – çağadır. 
Onların içkisi – kumısdır. 
Onların hörməti – qocalıqdadır. 
Onların kədəri ölümdədir.
Onların israrı – höcətlikdədir. 
Onların şahidi – xalqdır.    
Onların ədaləti – həqiqətdir. 
Onların qanadları – atdır. 
Onların məyusluğu – övladsızlıqdır. 
Onların lənəti – səni yerə girəsən!
Onların dəyanəti anddadır. 
Onların vəsiyyəti – doğma torpaqdır.
Onların azarı – pis oğuldur.
Onların bağışlanmaz günahı – satqınlıqdır. 
Onların səxavəti – müdriklikdir. 
Onların alçaldılması – xəstəlikdir. 
Onların qorxusu – qarğışdır. 
Onların hamisi – atanın ruhudur. 
Onların qaldırılmış hündürlüyü – tündükdür. 
Onların möhkəmliyi – imandadır. 
Onların həvəsi – quşlarıdır.
Onların mübarizəsi – zəhmətdir. 
Onların intizarı – yaxşı xəbərdir. 
Onların dəyəri – anadır. 
Onların əyləncəsi – uşaqdır. 
Onların qəmgin düşüncələri – tale haqqındadır. 
Onların mirası – vəsiyyətdir. 
Onların amalı – birlikdir. 
Onların xasiyyəti – səbirdir. 
Onların zərifliyi – anadır. 
Onların niyyətləri pakdır. 
Onların qiymətləndirilən keyfiyyəti – nəcabətli 
soy-kökdür.
Onların ən birinci qidası – çörəkdir. 
Onların arzusu – bəxtiyarlıqdır. 
Onların səyi – böyüklərin ənənələridir. 
Onların qəniməti – fikirdir.
Onların təhdidi – səni Allaha tapşırıram! 
Onların oturacağı – yəhərdir.
Onların qayəsi – mahnıya məhəbbətdir.
Onların təəssüfü – həyatdır.
Onların nümunəsi – vərdişdir. 
Onların  borcu  –  ananın  südünün  halallığını 
qazanmaqdır.
Onların ürək açıqlığı – mehmannəvazlıqdır. 
Onların ruhu – səxavətdir. 
Onların salamı – azar-bezar olmasın!
Onların xiffəti – Vətən üçündür.
Onların sevinci – toy-düyündür. 
Onların arzusu – birlikdir. 
Onların məsləhəti – sülalə deyimləridir. 
Onların cəhəti – obyektivlikdir. 
Onların  mükafatı  –  bulağın  gözünün 
təmizlənməsidir. 
Onların ciddi-cəhdi – gözəllikdir. 
Onların möhtərəm qonaqları – qudalardır.   
Onların fəxarəti – Vətəndir. 
Onların ehtiramı – qonaqlardır. 
Onların sınağı – cəsarətdir. 
Onların tənqidçisi – camaatdır. 
Onların müsahibi – rəfiqdir.
Onların ürəyiaçığlığı – kinsizlikdir.
Onların dayağı – şan-şərəfdir.
Onların tərbiyəsi – uluların müdrikliyidir.
Onların susuzluğu – bulaqdır. 
Onların şirnisi – nəvə-nəticədir. 
Onların ayaqları altında torpaq – dağlardır. 
Onların talismanı – ağ qalpaqdır. 
Onların yaşayış məkanı – yurtadır. 
Onların səcdə yeri – müqəddəs məkandır.
Onların toxluğu – ruzilərindədir.
Onların paklığı – məhəbbətdir. 
Onların saxlanması – ənənələrdədir. 
Onların qüdrətli dağı – Xan Tenqridir. 
Onların məğlubiyyəti – gerçəklikdir. 
Onların hayqırtısı – “Manas!”dır.
Onların hörməti – böyükləri əziz tutmaqdır. 
Onların rüsvayçılığı – tənbəllikdir. 
Onların evlərinin sərvəti – arvaddır.
Onların  müqəddəs  səcdə  yeri  –  Səma  və 
Allahdır. 
Onların həzzi – sağlamlıqldır.
Onların əyləncəsi – komuzdur. 
Onların ən müqəddəs məfhumu – ana südüdür.
Onların qohumu – həmtayfasıdır. 
Onların cütünün bir tayı – həyat yoldaşıdır. 
Onların göstəricisi – prinsipdir. 
Onların ithafı – ağ qalpaqdır. 
Onların təlimi – atı yəhərləməkdir. 
Onların etiqadı – xeyirdir.      
63


Qırğızların etik prinsipləri və əxlaqi-mənəvi 
prinsipləri 
Vətəni göz bəbəyin kimi qoru.
Bayrağını öz doğma torpağında sanc. 
Əsil kişi sərhəddə durub xalqı yağıdan qoruyur.
Kişiləri yaradan xalq – ölümsüzdür. 
Düşmənə sirr açmaqdansa, həyatını ver.
Başını itirmək, qeyrətini itirməkdən yaxşıdır.
Şərəfini cavanlığından qoru.
Öz xalqına daş atma.
Camaatdan ayrılma.
Vətənin torpağını da, suyunu da bərk qoru.
Torpağı müdafiə et, bayrağı qoru.
Doğma torpağı gözlərinlə gör, ürəyinlə duy.
Göy müqəddəsdir, günəş müqəddəsdir. 
Adili göylər sevir. 
Ata – dağ zirvəsidir, ana – təmiz bulaq.
Yeddi arxa nəslini tanı.
Sənin atanı tanıyandan məsləhət al.
Atanı Allah kimi əziz tut.
Adətin qiymətini bil, sözünün dəyərini.
Qadına ana gözü ilə hörmət et.
Qızın hətta saçları da hörmətə layiqdir. 
Qızı olan ev həmişə yığışılıdr.
Özgə ailəsini dağıtma.
Hiddətinə ixtiyar vermə.
Zarafat edəndə də, düşünməmiş danışma.
Sözünlə əməlin bir olsun.
Söz eşitməyənlə oturub-durma.
Dilişirindən uzaq ol.
Tərbiyənin kökü – dildədir.
Özgəsinin malında gözün olmasın.
Pis niyyəti də qov, əməli də.
Şərəflə yaşa, təmiz işlə.
Böyüksənsə, rəhman ol.
Su içdiyin quyuya tüpürmə.
Davarı yox, qeyrətini qoru.
Böyüyü öyrətmə.
Böyükdən qabağa düşmə. 
Böyüyün sözlərini başına yığ.
Düşmən su versə, onu dost say.
Partlayanacan yeməkdənsə, qədərincə ye.
Sənə toxunmayana, sən də toxunma. 
Yer varsa da, böyüklərdən yuxarı oturma. 
Yuxarıda oturmuşsansa da, sözünü düz de. 
Danışmağı xoşlayırsansa, dinləməyi öyrən.
Az danış, çox dinlə.
Camaatın malına göz dikmə.
Sənə çəkilməyən xörəyi arzulama.
Başqasının bəlasına sevinmə.
Başını boş-boş şeylərlə doldurma.
Nahaq qarğış öz başına düşəcək.
Kasıbdan incimə.
Tikanlı sözə cavab qaytarma.
Yaxşı şeyə səy göstər, pis şeydən qaç.
Keçənə güzəşt deyərlər.
Arı balı xoşlayırsansa, arının qəzəbinə döz.
Torpağa dayaq verib oturma.
Səhər qismətini dadmamış atma.
Boyunu gizlədib belini əymə.
Salamını ver, sonra işindən danış.
Süfrəni tərs üzünə salmazlar.
Şər qarışanda pul istəməzlər .
Adama arxa çevirməzlər.
Məkkəyə tərəf ayaqlarını uzatmazlar.
Qapını ayaqla açmazlar.
64


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə