Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə19/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   15   16   17   18   19   20   21   22   ...   111

Ləyaqət barədə
Tez-tez uşaqlıq illərimi, ələlxüsus, üç nənəmlə 
keçirdiyim  vaxtları  xatırlayıram.  Bu  xatirələr 
könlümdə  bu  üç  qoca  nənəyə  zəriflik  və  üzücü 
xiffət  hisslərini  doğurur.  Sanki  yenə  onların  bir-
birinə  qara  “ölən  gün”ləri  üçün  yığdıqlarından 
danışan xışıltılı səslərini eşidirəm.
1984-çü ilin qışında kəndimizə iki nənə gəldi. 
Onlardan  biri  Ağ-Düzdən  uzaq  qohumumuz,  o 
birisi  onun  həmkəndlisi  idi.  Oğlundan  incimişdi, 
ona görə bizə köçməyə qərar vermişdi. İkisini də 
ilk dəfə görürdüm. Qohumumuza həmin an balaca 
boyuna  görə  Kiçi-ənə  adını  qoydum.  Üçüncü 
nənəm  –  Turdukan  tayanə  anamım  anası  idi  və 
artıq əvvəldən bizimlə yaşayırdı. 
Onda  hamımız  böyük  bir  otaqda  yatırdıq. 
Axşamlar nənələrə yerləri salmağa kömək edirdim, 
onlar  da  məndən  dualarını  əsirgəmirdilər.  Sonra 
astadan pıçıldaşırdılar. Artıq səkkizinci sinif şagirdi 
idim,  amma  bu  qara  “ölən  gün”  söhbətlərindən 
dəhşətə  gəlirdim.  Qoca  nənələr  yaxınlaşan  ölüm 
haqda çox asanlıqla və rahatlıqla danışırdılar.
Sonsuz və tənha Kiçi-ənə bizdə qışı keçirmək 
qərarına gələndən sonra özü ilə ən yaxşı paltarını 
və al-əlvan parçalarını gətirmişdi. Qırğız adətlərinə 
görə insan qocalıb dünyasını dəyişəndə, onun yaxşı 
əşyalarını yaxın və doğmalarına paylayırlar. Kiçi-
ənə hər şeydən çox ondan qorxurdu ki, ölümündən 
sonra  kimsə  tənə  ilə  deyə  bilər:  “Övladı  yox  idi, 
ona görə yası da belə yoxsul keçdi”. Zavallı qadın 
bəzəkli  pal-paltarını  çoxdan  hazırlayıb  boğçaya 
yığmışdı ki, yasına gələn adamlara layiqincə bəxşiş 
qoya bilsin.
Tez-tez doğma nənəm məni yanında otuzdurur, 
hər  üç  qarıya  böyük  məmnuniyyət  gətirən, 
mənim  özümə  isə  zülm  verən  mövzuda  söhbətə 
başlayardı. Sual həmişə eyni olurdu: “Biz öləndə, 
bərkdən  ağlayacaqsan?”  “Əlbəttə”,  –  əminliklə 
cavab  versəm  də,  təskinlik  tapmayaraq  hönkürtü 
çəkməyimi əsla təsəvvür edə bilmirdim. Cavanlıq 
ölümə inanmır, mənə elə gəlirdi ki, qarılar ölsələr 
də,  bu  çox-çox  sonra  baş  verəcək. Amma  ancaq 
birini  ağlaya  bildim  –  doğma  nənəmi,  çünki  o 
birilər, mən orduda xidmət edəndə getdilər...
Nəyə görə bu gün məhz o qarıların söhbətlərini 
yada  salıram?  Sadəcə  illər  keçdikcə  buna  ayrı 
səpkidən baxıram. Babam kənd idarəsinin böyüyü 
– başkarma işləyirdi və doğma nənəm hər şeydən 
qane  idi,  heç  nədən  korluq  çəkmirdi.  Digər  iki 
nənəm isə nisbətən kasıb idilər, o səbəbdən, onları 
bir şey narahat edirdi – necə ləyaqətlə ölsünlər ki, 
heç kəs nə onlar, nə qohum-əqrəba, nə də övladları 
barədə pis bir söz deməsin. Təəccüblü idi, doğma 
oğlu evdən qovmuş nənə heç vaxt onu pisləmirdi. 
Hətta  oğlunu  da,  gəlinini  də  tərifləyirdi  və  öz 
nöqteyi-nəzərindən ona bəslənən yaxşı münasibətə 
tutarlı  nümunə  gətirirdi:  guya  “ölən  gün”  üçün 
ehtiyatların əksəriyyətini ona uşaqları vermişlər.
Nə  nifrətə,  nə  qisasa  qadir  olmayan  alicənab 
ana  ürəyinin  qarşısında  təzim  edirəm!  Yəqin 
hətta Vətən  xaininə  də  ana  ürəyi  bir  bəraət  tapıb 
qazandıracaqdı.
Bu  gün  nənələrin  yaxınlaşan  ölümü  sakit 
gözləməkləri  məni  təəccübləndirmir.  Məhz 
belə  dünyagörmüş  qoca  ağbirçəkləri  toy,  yas 
məclislərini  aparmağa  dəvət  edirlər  ki,  hər  ayinə 
əməl  olunsun  –  onlar  öz  ölümlərinə  də  həyatın 
zəruri  mərasimi  kimi  yanaşırlar.  Digər  bir  şey 
heyrətə  gətirir:  onların  adamların  nə  deyəcəyinə 
kövrək yanaşması. Ağbirçəklər həyatlarını qurban 
verə  bilərdilər,  amma  ləyaqətlərini  heç  vaxt.  Öz 
mövcudiyyətlərinin  son  mərhələsində  bu  kövrək 
ağbirçəklər  müdriklik,  xeyirxahlıq,  qürur  və 
ləyaqət, hətta cəsarət mücəssəməsi idilər. 
Yüksək vəzifə tutan bir möhtərəm adam mənə 
yeznəsi  haqqında  danışmışdı.  Uzun  müddət  idi, 
yeznə  içkiyə  qurşanmışdı,  heç  harada  işləmir, 
hətta  işə  düzəlməyə  cəhd  də  göstərmirdi.  Bacı 
tez-tez bifər ərindən şikayət edirdi, amma kişi düz 
48


yola  gəlmirdi.  Tanışım  1999-cu  ildə  İssık-Kula 
gedəndə  yolüstü  bacısına  baş  çəkmək  qərarına 
gəlir.  Yeznəsini  ayıq  başla  görəndə  heyrəti  yerə-
göə  sığmır.  Dinməz  suala  yeznə  cavab  verir  ki, 
Batkən  vilayətində  hərbi  əməliyyatlar  başlanıb 
və ehtiyatda olan əsgərləri orduya çağıra bilərlər. 
Və  tərxis  olunmuş  əsgər  kimi  ayıq  həyat  tərzi 
keçirməyə  məcburdur.  Birdən  çağırış  vərəqəsi 
gətirərlər,  o  da  sərxoş  olar!  Belə  rüsvayçılığa 
dözə bilməz... Beləcə bəlli olur ki, bu insan əgər 
çətin  anda  tərəddüd  etmədən  cavanlarla  çiyin-
çiyinə  Vətənin  və  xalqın  müdafiəsinə  qalxmağa 
hazırdırsa, deməli o dərəcədə pis adam deyil. Bu 
qərar  boş  söhbət  deyildi,  axı  yaxşı  məlumdur  ki, 
içki  aludəçisi  pis  vərdişindən  əl  çəkmək  üçün 
necə  iradə  göstərməlidir.  Bu  hadisədən  sonra 
tanışımın göstərdiyi səmimilyinə və iradə gücünə 
görə  yeznəsinə  hörməti  artdı.  Bu  azmış  tanışım 
bu  qənaətə  gəldi  ki,  adamlar  bütünlüklə  pis  ola 
bilməzlər.   
Kurmanov T. “Rəfiqələr” (payız söz-söhbəti) 1980-ci il, quaş, 18 x 25
Hər at – qaçağan deyil
hər alıcı quş – şunqar.
49


AK-BATA (öyüd-nəsihət)
Ləl-cavahirat götürmə, qocaların öyüdünü götür.
                                                                                                                    
Atalar özü
Qırğızlarda 
deyirlər: 
torpaq 
yağışla 
münbitləşir, cavan – qocaların nəsihətləri ilə. Ahıl 
adamların xeyir-duası – hər qızın, hər gənc oğlanın 
qazana bilmədiyi mənəvi xəzinədir. Özünəməxsus 
şəkildə arzuların yerinə yetirilməsini əta edən səma 
hamiləri ilə vəhdətdir. 
Tanınmış  ağsaqqalların  xeyir-duasını  və 
nəsihətlərini almaq bu gün də gənclərimiz arasında 
böyük şərəf sayılır. 
Öyüd-nəsihət  həmişə  ali  mənəvi  sirr  sayılır. 
Cavan  oğlan  nə  qədər  bu  şərəfə  tez-tez  nail 
olurdusa,  həyatda  bir  o  qədər  uğur  qazanır,  bəxti 
üzünə gülürdü. Fəqət bu öyüdü almaq üçün gənc 
yaxşı əməllər etməli, layiqli davranmalı, böyüklərə 
ehtiram  göstərməlidir.  Məhz  ağsaqqal  Koşoyun 
nəsihətindən sonra Manasın həyat yoldaşı Kanıkey 
Semetey pəhləvanı dünyaya gətirir. 
Ev sahibinin kiçik oğlu qonaq gələndə, adətən, 
təamdan  əvvəl  qonaqların  əlinə  su  tökür,  onların 
xeyir-duasını almağa ümid bəsləyirdi. Cavan oğlan 
xeyir-duanı ahıl süvariyə atdan düşməyə əl tutanda, 
atının başını saxlayanda ala bilərdi. Bu xeyir-duada 
başlıcası  –  onların  cani-dildən,  səmimi-qəlbdən 
gəlməsidir.  Nəsihət  istənilən  cümlələrlə  verilə 
bilərdi,  ancaq  çox  vaxt  insan  həyatının  ən  vacib 
məqamlarını əhatə edirdi:  
Ruzin bol olsun,
Ömrün şərəflə keçsin, 
Allah uzun ömür versin,
Bərəkətin əskik olmasın, 
Azar-bezar bilməyəsən nədir,
Camaat dinc, qarnı tox olsun, 
Xan öz yerində otursun.
Allah gizli düşməndən qorusun,
Allah ölümdən saxlasın, 
Allah dərddən-bəladan saxlasın, 
Allah qəfil hadisədən qorusun.
Sülh bərqərar olsun, 
Zəhmət çəkilsin, firavanlıq olsun,
Babalarımız müdrik olsun
Nənələrimiz həlim olsun. 
Qızlarımız namusunu qorusun,
Uşaqlarımız ürəkdən xəbər versin...
Belə  öyüdlərdə,  bir  qayda  olaraq,  eqoizm 
qaibdir. Xoş arzu, niyyət konkret şəxsə ünvanlanmır, 
bütün millətə xidmət edir. Xalq yaddışnda hamının 
sevimlisi  xanəndə  Arstanbəyin  bu  günə  qədər 
dəyəri azlmayan, sönməyən müqəddəs xeyir-duası 
həkk olunmuşdur:
Səni  görüm,  xalqın  düşmənləri  üçün  tatarı 
olasan,
Səni görüm, quraqlıqda bircə damcı su olasan,
Səni  görüm,  lal-karın  eşidən  qulağı,  danışan 
dili olasan, 
Səni görüm, səhranın düzündə quyu olasan
Səni görüm, qaçağan at belində bahadır olasan,
Səni görüm, zəiflərin ürəkli havadarı olasan,
Səni görüm, dul qalmışlara, yetimlərə pasiban 
durasan,
Səni görüm, müstəbidlərə təhlükə olasan, 
Səni görüm, yalançılara cəza kəsiləsən, 
Səni görüm, oğruların qənimi düşəsən, 
Səni  görüm,  rifaha  alicənab  minnətdarlıq 
göstərəsən,
Səni görüm, binəsiblərə ruzi verəsən
Səni  görüm,  köməksizlərə  qılınclı-qalxanlı 
yardımçı olasan, 
Səni görüm, sözün qısasını deyəsən, 
Səni  görüm,  aramla  danışıb  millətə  vacibini 
söyləyəsən,
Səni görüm, adil olub işini biləsən, 
Səni görüm, tərif edənlərindən qaçasan,
Səni görüm, dəmirçinin çəkici olasan
Səni görüm, layiqlilərin möhkəm arxası olasan,
Səni görüm, ürkəklərə təpər verəsən,
50


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə