Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə16/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

azadlığa  ruhlandıran  qüdrətli  qüvvə  idi.  Bu,  şanlı-
şövkətli əcdadlar və xalq qəhrəmanları barədə povest 
– “Manas” dastanı idi. 
Düşmənlər  asimanın  qüvvətli  vergisini  –  şairanə 
sözü  lazımınca  qiymətləndirmədilər.  Onlar  asiliyin 
səbəbini  aşkara  çıxaranda,  sadəcə  bütün  qırğız 
nəslini  qırmaq  qərarına  gəldilər  ki,  müstəqillik  və 
itaətsizlik fikrini hətta həyatdan köklü-köməcli dartıb 
qoparsınlar.  Təsadüfən  balaca  oğlan  Caysan  –  şair 
Irımanın  oğlu  xilas  oldu.  Uşaq  atasından  şair  təbini 
miras  almışdı.  Əfsanəyə  əsasən,  sonralar  o  Manasın 
qırx  məsləkdaşından  biri  kimi  böyük  pəhləvanın 
qəhrəmanlıqlarından  insanlara  ilk  danışan  olub. 
Əfsanədə  onun  şairanə  təbi  haqqında  deyilir  ki,  şair 
günün  yarısını  ancaq  yurtanın  içindəki  avadanlığı, 
bəzək-düzəyi  tərənnüm  etməyə  qabil  idi.  “Manas” 
eposu bizə bu sayaq gəlib çatmışdır. Sonradan böyük 
manasçıların  bütöv  pleyadası  yaranmışdı  –  Çoyükə, 
Şapak, Moldobasan, Gəldibəy, Balıkooz, Tınıbəy və b.
Manasçı heç vaxt öyrənilmişi təkrarlamır, ənənəvi 
epizodları, məşhur süjetləri öz baxımından, öz sözləri 
ilə izhar edir. Süjetin əvvəllər ərz olunduğu ana xəttini 
əlində əsas tutan manasçı təfərrüatları öz dili ilə ərz edir, 
ayrıca təzahürləri başa salır, hətta bəzi qəhrəmanların 
surətlərini öz səpkisindən traktovka edir. 
Maraqlıdır  ki,  manasçıların  hamısı  nəqletmə 
vergisinin  peyda  olmasını  eyni  cürə  izah  edirlər. 
Söhbət, bir qayda olaraq, yuxuda məchul bir qüvvənin 
zühuru və Manasın hünərləri barədə söyləməyə təkan 
verən məqamdan gedir. Bu zaman çoxları etiraf edirlər 
ki, Manas haqqında nəql edəndə sanki bu hadisələrin 
biixtiyar  şahidləri  olur  və  bütün  qəhrəmanları  canlı 
adamlar kimi görürlər. Məs., manasçı Tınıbəy Manas 
barədə  dastanların  nəqlinə  meylinin  səbəbini  və  bu 
unikal  yaradıcılıq  növünə  naqafil  oyanan  istedadını 
izah edəndə, inanılmaz, fəqət maraqlı tarixçə danışdı. 
Bir  dəfə,  uzaq  yoldan  bərk  yorulanda,  çəmənlikdə 
uzanıb  bərk  yuxuya  gedir.  Yuxusunda  Manas  özü 
başda olmaqla süvariləri görür. Təama oturan Manas 
döyüşçülərinə Tınıbəyə bal verməyi əmr edir. Maraqlısı 
odur ki, buna qədər Tınıbəy balı heç vaxt yeməmişdi 
və  dadını  bilmirdi.  Minnətdarlıqla  balı  götürən 
Tınıbəy ehtiyatla əsgərlərdən sahibin adını soruşmağa 
başlayır.  Şaşırdıcı  cavabı  eşidən  Tınıbəy  Manasa  və 
məsləkdaşlarına  yaxınlaşmağa  cəhd  göstərən  anda, 
onlar  ayağa  sıçrayıb  göz  qırpımıda  atların  belinə 
atılaraq gözdən itirlər. Tınıbəy onlara çatmaq istəsə də, 
hər şey əbəs idi.      
Həm  də  Tınıbəy  yuxuda  “Manas”ın  bötöv 
fəsillərini  ucadan  oxumağa  başlayır,  səhər  oyananda 
isə güclü təpər və Manasın hünərləri barədə oxumaq 
ehtirası  hiss  edir.  Tınıbəy  bütün  gecəni  sərasər 
oxuyur.  Bu  minvalla  da  ona  manasçı-ravi  vergisi 
verilir.  Ən  görkəmli  manasşünas  rejissorlardan 
sandığım  M.Ubukeyevin  sözlərinə  görə,  Manasla 
ümumiyyətlə çox qeyri-adi şeylər bağlıdır. Axı hər 
bir manasçının peyda olması – xüsusi təzahürdür. 
Hərgah onlardan kimsə Manas dastanını oxumaqdan 
imtina edirdisə, tezliklə həyatını itirirdi.     
Akademik  K.Karasayevin  uşaqlıq  haqqında 
xatirələrində  1916-cı  ilin  faciəvi  hadisələrinin 
təsviri  var.  Onun  həyatına  öz  taleyindən yaşadığı 
müdhiş söz – soyqırım daxil olmuşdur. Qırğızların 
Çindən  qaçışı  və  qayıdışı.  Uzun  və  qanlı  yol. 
Yollarda atılmış minlərlə nəş və cənazələri gəmirən 
ac köpəklər... Qısa müddət ərzində qırğız xalqının 
40% məhv edilmişdi.
Karasayev  xatırlayırdı  ki,  yolda  qaçqınlara 
manasçı  Çoyükə  ürcah  olur.  O  da  hamı  kimi 
aclıqdan  üzülmüşdü,  ayaq  üstə  dayanmağa  taqəti 
yox idi. Amma hər şeyə rəğmən, axşamlar adamları 
başına  yığıb  Səxavətli  Manas  barədə  hekəyətlər 
söyləyirdi.  Yeddi  axşam  manasçı  adamlara 
“Manas”ı  danışdı. Aclığı  unudan  insanların  ruhu 
dirçəldi, onlar dəyişildilər. Sözün tilsimli qüvvəsi 
məşəqqət  çəkmiş  insanların  yaralı  ürəklərinə 
məlhəm  qoydu.  Manasçıya  qulaq  asan  adamlar 
tezliklə Vətənlərinə  qayıtmaq,  yurd-yuva  salmaq, 
ocaq yandırmaq, heyvanat saxlamaq, övladlarının 
gələcəyini 
düşünmək 
barədə 
arzulamağa 
başladılar...  Vətənlərini  itirmiş  insanlar  Manası 
itirməmişdilər!  Ürəklərində  Manasın  ruhunu 
dirçəldibən  onlar  milləti  qaldırırdılar.  Ona  görə 
hesab olunur ki, qırğızlar – sözün sehrli gücündən 
doğulmuş millətdir. Elə bu da mənim azadlıqsevər 
xalqımın asiliyinin və yenilməzliyinin əsas tinətidir.   
Eposdan bu sətirlər sevimli atalar sözlərinə və 
zərbül-məsəllərə çevrilmişdir:
             Dehqanın gücü, işində yaşar,
             Budanın gücü, tərində yaşayar,
             Madyanın gücü, yalında yaşar, 
             Küləyin gücü, əsəndə yaşar.
             Küləkdə bulud gücü yaşar
             Leysanda külək gücü yaşar,
             Çovğunun gücü, sazaqda yaşar,
             Arvadın gücü, ərində yaşar...  
Səxavətli  Manasın  ruhu  bütün  zamanlarda 
xalqımıza qanad verərək onu xarüqələrə ruhlandırır. 
Yəqin,  Manasın  ruhu  sayəsində  biz  nəhayət, 
müstəqilliyimizi əldə edə bilmişik.
Özüm  –  manasçı  istedadının  böyük 
39


pərəstişkarıyam  və  şübhə  etmirəm  ki,  eposun 
ravisinin  hekayətini  həyəcansız  dinləyə  bilən 
bir  qırğız  tapılsın.  Üç  sutka  sərasər  yüksək  bədii 
səviyyədə dastanı əzbərdən söyləyən adamın gücü 
haradan aldığını təsəvvürə sığışdırmaq mümkünat 
xaricindədir.  Həqiqətən,  bu  insanlar  Xaliq 
tərəfindən seçilmişlərdir. 
Bir  dəfə  şair  Cəlil  Sadıkov  mənə  söylədi  ki, 
manasçı  çulğalayıcı  hekayəti  ilə  hətta  təbiətə  də 
sirayət  etməyə  qadirdir  və  özünün  şahidi  olduğu 
əcaib bir hadisəni danışdı. 
Cavanlığında  tez-tez  qələm  qardaşları  ilə 
sadə  adamlarla  görüşlərə  –  söhbətləşməyə,  təzə 
şeirlərini oxumağa gedirdi. Camaat həmişə manasçı 
Sayakbayla  görüşü  xüsusi  həvəslə  gözlərdi.  Bir 
dəfə Sayakbay görüşün təşkilatçılarının çox güclü 
ziyafətindən  sonra  sadəcə  camaatın  qarşısına 
çıxmaq üçün ayaq üstə dura bilmirdi. Ancaq dostları 
onu  xalqın  gözünə  görünməyə  yola  gətirdilər, 
səhnəyə kreslo çıxardılar, ravinin yerini rahatladılar. 
Sayakbay  nəqlini  ən  əvvəldən  yox,  “Teytorunun 
çabılışı”  –  ən  güclü  çaparların  cıdırından  bəhs 
edən  fəsildən  başladı.  Manasçı  ən  yaxşı  qaçağan 
Teytorunun  gerilədiyi  məqama  çatanda,  camaat 
gözyaşı tökdü. Qəfildən yağış başladı. Manasçının 
səsinin ahəngi dəyişdi, hekayətində vaqiələr digər 
məcraya düşdü. Yarış səhnəsindən özü təbə gəlmiş 
böyük  manasçı  qollarını  çırmalayıb  oturduğu 
yerdən  sıçradı,  onunla  bahəm  adamlar  da  ayağa 
qalxdılar.  O  dərəcədə  nəql  insanları  öz  ağuşuna 
alıb  çulğalamışdı.  Budur,  məğrur  Teytoru  son 
qüvvəsini toplayıb qaçışını sürətləndirdi və birinci 
gəlib çatdı! Dinləyənlərin bənizi fərəhdən nurlandı, 
həmin andaca yağış kəsdi, günəş boylandı. Sanki 
insanların  təbiətlə  qovuşması  baş  vermişdi. 
Manasçının  nəqli  adamlara  elə  təsir  bağışlamışdı 
ki, hər biri özünü ötüb keçmiş günlərin iştirakçısı 
duymuşdu. Bu, əsil triumf idi – həm Sayakbayın, 
həm xalqın, həm də Səxavətli Manasın özünün.    
Şair Cəlil Sadıkov Sayakbay Karalayevə həsr 
olunmuş şeirində yazır ki, manasçı sözünün qüvvəsi 
ilə  hətta  azarlı  uşağa  şəfa  verə  bilər.  Emosional 
nəqli  ilə  xəstənin  başını  qatır  və  ona  mütləq 
tezliklə  sağalacığını  təlqin  edirdi.    Manasçının 
nəqli  ağlayıb-sıtqayanları  saktləşdirir,  tənbəlləri 
hərəkətə  gətirir,  insanda  yaxşı  hisslər  oyadır, 
getməyə tələsənləri cazibə qüvvəsinin altına çəkib 
salır.  Hərgah  Sözün  ilahi  mənşəyi,  başlanğıclar 
başlanğıcı  barədə  danışılırsa,  manasçının  vergisi 
buna ən yaxşı isbatdır.  
Kanıkey Semeteyə atası – Manas bahadır, xalqı 
qırğızlar, doğma Talas torpağı barədə danışır:
              Oğlum, sənə nəğmə
              Söyləyirəm Talasdan.
              Ot-ələfli torpaqdan
              Meşəli təpələrdən. 
              Dağ yamacında maral,
              Keçi kimi, qoyun kimi, 
              Kolluqlarda, sıldırımda,
              Qarnıtox dincəlir, bax,
              Doğulub böyümüşsən,
              O cavan diyarda sən...
              Varı çox, sərvəti çox, 
               Ecazı onlardan çox.
               Çeşməsi göz yaşı tək,
               Dağda irmaq oxuyar,
               Alma ağacda bol-bol, 
               Vadilərdə axar çaylar.
               Quşlar Talasda yuva qurar,
               Uca tozağaclarında, bax.
               Sürətlidir quş qatarı,
               Yola hazır, göyə hazır...
               Möcüzə torpağı gözəl!
               Yada saxla, oğul, bu yerlərdə
               Sənin xalqın qırğızlardır. 
               Orda gümüş də çox, 
               Dəmir, qurğuşun da bol...
                          (“Manas” dastanından parça) 
Şair Arstan bəy-ırçı bildirir ki, uzaq keçmişdə 
yaşamış manasçı Gəldibəy təbiətə gözgörəsi təsir 
etməyə  qadir  idi.  Onun  hekayəti  dinləyicilərini 
çulğalayıb  keçmişin  faciəvi  anlarına  aparanda, 
külək qalxır, tufan qopur, lərzəyə gəlmiş yurtanın 
divarları arxasında göy guruldayır, at dırnaqlarının 
tappıltısı  eşidilirdi. Aulu  qəfildən  fırtına  ağuşuna 
alır,  tüğyan  edən  təbiət  qüvvələrinin  arasından 
naməlum  süvarilər  zahir  olurdu...  Lakin  sevincli 
vaqiələrdən söyləyəndə, hər şey səngiyir və zərrin 
günəş  parlayırdı.  Deyirlər,  Gəldibəy  nəqli  ilə 
hətta  qadının  ağır  doğuşunu  da  yüngülləşdirməyi 
bacarırımış.  
Ümumiyyətlə,  qədim  dastanın  raviləri  ilə 
tilsimli  qüvvələr  bağlıdır.  Manasçı  Saqımbay 
Orozbakov  məs.,  çar  II  Nikolayın  həlakətini 
öncədən  görmüşdü.  İlk  dəfə  əlinə  çarın  portreti 
basılmış Rusiya rublunu alan manasçı hökmdarın 
boyunsuz və çiyinsiz təsviriniə diqqət yetirmişdi. 
Akının rəyinə görə isə bu, çox pis əlamət idi. Bu 
zaman  manasçı  qəti  şəkildə  bildirmişdi  ki,  çar 
həlak olacaq, Allah eləsin, az qan tökülsün!    
Bəs ravilərin yuxusuna gələn, onların gələcək 
bəxtini bildirənlər? Onlardan sonra insanda şairanə, 
40


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə