Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə12/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   8   9   10   11   12   13   14   15   ...   111

Nurqaziyev D. “Labirint” 2001-ci il, kətan, yağlı boya. 90 x 150
Damcı dağı-daşı deşər, söz-söhbət adamları korlar;
Böhtanda həqiqət axtarma, yalanda xeyir. 
27


“İssık-Kul göl dalğasıyla səda salanda,
Titrəyib şəfəq nuruna qaynar, qarışar,
Düşünürəm, onun dilindən torpağım mənim,
Həm də altun beşiyim dinər, danışar”.
Aalı Tokombayev   
İssık-Kul – Mərkəzi Asiyanın dürrdanəsi
İssık-Kul... Könlümə doğma göl. Duzlu və ilıq, 
heç  vaxt  donmayan  qırğız  dağ  gölü.  İssık-Kulda 
olmuş bir çox şəxslər onun barəsində yüzlərlə nəzm, 
nəsr  sətirləri  qoşmuşlar.  Mən  də  istisna  deyiləm. 
Bu sehrli gölün lacivərdi səthinin üzərində ən azı 
bir dəfə günəşin tülusunu və şəfəqini görən hər kəs, 
gördüklərindən şaşıraraq  ömrü boyu unutmayacaq. 
İssık-Kulun  cənub  sahilləri  həmail  kimi  qarlı 
zirvələrlə  əhatələnmişdir.  Şimal  sahilindən  onlar 
güclə  görünür,  ya  yüngül  buluddan  yaşmaq 
tuturlar,    ya  da  səxavətli  günəşin  zərrin  şüaları 
altında  rəngarəng  çalarlarla  parlayırlar.  Gecə 
gözqamaşdırıcı ay cığırı sanki bir sahildən digərinə 
atılmış altun körpü kimi həndəvərə nur saçır. 
Duxanin A.A. “Vətən” 1985-cü il, kətan, yağlı boya, 76 x 178.
28


Mənim  həmişə  acığıma  gəlib  ki,  bizim 
“dürrdanəmiz”in  mövcudiyyəti  barədə  hələ 
dünyada  çox  az  adama  bəllidir.  Məgər  yüksək 
dağ  gölünün  iriliyi  və  700  m-lik  dərinliyi,  dəniz 
səviyyəsindən  1609  km  hündürlükdə  yerləşməsi 
barədə  quru  rəqəmlər  onun  büllur  kimi  təmiz 
suyu,  ipək  qumlu  sahilləri  və  rayihəli  nəfəsi 
haqqında  nəql  edə  bilərmi?  Hərdən  mən  ucadan 
səslənmək istərdim: “Ey insanlar! Bu yer üzündəki 
möcüzəyə tamaşa üçün gəlin, inandırıram, biganə 
qalmayacaqsınız!”
Çox  əsrlərdir,  bu  gölün  mənşəyi  haqqında 
mübahisələr səngimək bilmir və gələcək nəsillərə 
də  bunun  açılmamış  tapmacaları  veriləcək. 
Həqiqətənmi, onun zümrüd dalğaları altında əski bir 
şəhər uyuyur? Kimsə fərziyyə sürür ki, bu Letada 
itirilmiş  mifik  Kitej-qraddır,  kimsə  təxəyyülünün 
canlandırdığı  Makedoniyalı  İsgəndərin  dəfinələr 
dolu  qalasını  gözünün  önünə  gətirir,  kimsə 
Teymurləngin tikililərinin adını çəkir... Mən hətta 
yarımfantastik,  yarımelmi  məqalədə  oxumuşdum 
ki,  planetdə  bütün  düşünən  canlılar  kimi  iki 
təfəkkürə malik göl var, onun da biri İssık-Kuldur. 
Hərçənd,  İssık-Kul  haqqında  fantastik  əfsanələr 
yüzlərlədir və onlar nəsildən nəslə ötürülür. Alimlər 
təsdiqləyirlər ki, İssık Kul gölünün 300 mln ildən 
az yaşı yoxdur. 
Qədimlərdə  göl  Duz-Kul  adlanırdı  –  Duzlu 
göl.  Suyu  həmişə  müalicəvi  hesab  olunub  və 
bu  gün  elmi  cəhətdən  isbata  yetirilmiş  faktdır. 
Bu  zərif,  nəvazişli,  bəzən  isə  hiddətli,  üsyankar 
dəryada  ərimiş  kalium  və  dəmir,  silisium  və 
maqnium,  kalsium  və  xlor  var...  Həkimlər  hətta 
gölü  nəhəng  təbiət  tərəfindən  yaradılmış  radon 
vannası adlandırırlar. 
Xalq  arasında  deyirlər  ki,  qədim  vaxtlarda 
İssık-Kulun  yerində  vaqiən  əski  şəhər  mövcud 
olub.  Dik  sıldırım  dağın  zirvəsindəki  qəsrdə 
zənginliyindən çox qəddarlığı ilə ad çıxarmış qoca, 
qüdrətli  xan  yaşayırmış.  Bir  dəfə  xanın  qulağına 
çatır ki, yaxınlıqdakı kiçik kasıb aildə füsunkar bir 
qız yaşayır. Ona gözü düşən oğlan çox idi, amma 
qız hamıya rədd cavabı verirdi ki, özgəsini sevir, 
hərçənd özü də bilmirdi, kimi. Ya yuxusunda, ya da 
oyaq olanda, qızın gözünə ağ at belində bir oğlan 
zühur eləmiş, qızı tərkinə alıb tufan kimi dağlardan 
yuxarı  qaldırmışdı.  Xudahafizləşəndə  isə  igid 
ona  üzük  bağışlamış  və  gələn  görüşlərinədək 
barmağından çıxarmamağı rica etmişdi. 
Xanın  elçiləri  qızın  yanına  bahalı  sovqatlarla 
gələrək  ona  ərə  getməyi  təklif  edirlər. Ancaq  qız 
sevgilisini  taparaq  ona  pənah  aparmaq  ümidi  ilə 
29


onların gözündən oğurlanıb dağlara qaçır. Qəfildən 
qız  sezir  ki,  üzük  barmağından  yoxa  çıxıb.  Qız 
göz  yaşlarına  boğularaq  evə  qayıdır.  Elçilər  onu 
tutub  xanın  yanına  aparırlar.  Qız  zalım  xana  əsir 
düşdüyünü  anlayanda,  onun  arvadı  olmaqdansa, 
ölməyi  üstün  tutur.  Xan  bütün  bahalı  peşkəşləri 
rədd  etmiş  qıza  güc  tətbiq  etmək  istəyəndə,  qız 
onun  əlindən  qurtulub  özünü  pəncərədən  atır. 
Həmin andaca qranit səqflər uçulur və qarabatdaq 
qəsr  uçuruma  aşır.  Külleyi  dərələrdən  su  aşıb-
daşır.  Su  elə  güclü  axınla  gəlir  ki,  qısa  müddətə 
vadini batırır, şəhərləri və qəsəbələri əbədi ağuşuna 
alır.  Əfsanələrin  birinin  dediyinə  görə,  İssık-Kul 
məhəbbət yolunda yaranmış bir göldür. 
Arxeoloqların  tədqiqatlarına  isnadən,  İssık 
Kulun  dibində  bir  neçə  zəngin  qədim  şəhər 
yatır.  Göl  öz  ənginliklərində,  alimlərə  istinadla, 
məhvedici  fəlakətlərin  nəticəsində  həlak  olmuş  
əzəli sivilizasiyaların xarabazarlıqlarını gizlədir.
Hazırkı  İssıkkulyanındakı  qədim  yaşayış 
məntəqələri  barədə  ərəb  salnamələrində  çox 
yazılmışdır.  Makedoniyalı  İsgəndərin  vaxtında 
tikilmiş  Barsxan  şəhəri  iranlı  girovlarla  birgə 
burada  suya  batmışdı.  Həmin  şəhərin  adı  hətta 
görkəmli mütəfəkkir Biruninin traktatında çəkilir. 
O  yazırdı  ki,  bu  şəhərciyin  müdrik  əhli  vaxtilə 
yalnız  Çinə  məlum  olan  sirli  metal  xəlitənin 
sirrini aça bilmişdi. Güman ki, məhz bu metaldan 
hazırlanmış  məmulatları  bu  gün  dalğıclar  qırğız 
gölünün  dibindən  aşkara  çıxarırlar.  Hər  şeyə 
rəğmən, bu sehrli gölün dibində yatan sirlər bağlı 
qapı arxasındadır. Kompüter təhlilləri onu göstərir 
ki,  İssık-Kulun  dibindəki  zəngin  dəfinələr  yeni 
Kustonun intizarındadır. 
Bu  gün  qırğız  arxeoloqları  doqquz  batmış 
yaşayış məntəqəsinin yerini aşkarlamışlar, onlardan 
biri  –  Çiqu,  alimlərim  zənniycə,  Mərkəzi  Asiya 
xalqının  ordugahı  olmuşdur.  Məhz  suyun  altında 
gizlənmiş bu xarabazırlaqlara 1857-ci ildə məşhur 
rus  alimi  Semyonov-Tyanşanski  böyük  maraq 
göstərmişdi:  “Kunqeydən  göllə  səma  silsiləsinə 
keçən  səyyahın  gözü  önündə  açılan  landşaftdan 
möhtəşəm  bir  şey  təsəvvür  etmək  mümkünat 
xaricindədir.  İssık-Kulun  tünd-göy  səthi  rəngi  ilə 
Cenevrə  gölünün  eyni  abı  səthi  ilə  rəqabətə  girə 
bilər...”
Dünyanın yarısını gəzmiş görkəmli rus səyyahı 
Nikolay  Mixayloviç  Prjevalski  vəsiyyətində  onu 
sevimli  möcüzə-gölünün  sahilində  dəfn  etməyi 
təvəqqe  etmişdi.  O,  1888-ci  ildə  Qaraqolda  vəfat 
etmişdi  və  tanınmış  alim-səyyahın  iradəsi  yerinə 
yetirilmişdi.  Onun  məzarı  dürrdanə  gölün  göz 
oxşayan  panoramı  açılan  hündür  bir  sıldırımda 
yerləşir.  Prjevalskinin  İssık-Kulyanı  sakinlər 
tərəfindən əziz tutularaq qorunan memorial abidəsi 
cənuba – adlı-sanlı səyahətçinin ömrünün qırıldığı 
məkana yönlənmişdir.
Bu  gün  İssık-Kul  sahillərində  yüzlərlə  km 
uzanan  məkanda  böyük  qırğız  nəsli  Buqu  – 
Marallar nəsli məskundur. Bu sülb öz ulu əcdadını 
buynuzlu  Ana-Maralı  hesab  edir.  Şöhrəti  hər 
yana yayılmış qırğız yazıçısı və feyləsufu Çingiz 
Aytmatov Buqu-ənə – Ana-Maral haqqında qədim 
əfsanəni dəqiqliklə və şairanə qələmlə məşhur “Ağ 
paroxod” povestində təsvir edir.  
Bu  əfsanənin  qısa  məzmununu  oxucuların 
ixtiyarına  veririrk.  Sübh  şəfəqi  sökülməmiş  yağı 
naqafil  qırğızların  elatına  həmlə  edib  hamını  bir 
nəfər  kimi  qırır  və  qırğızların  əhədini  birdəfəlik 
kəsdiklərini qət edib tüstülənən yanğın yerlərindən 
çıxıb gedirlər. Onlara bəlli deyildi ki, bir qız, bir 
oğlan uşağı meşədə gizlənib xilas olublar. Xana bu 
xəbər haradansa əyan olur və amir topal cadukun 
qarını  onları  öldürtməyə  yollayır.  Cadukun 
uşaqları  tapır,  onalrı  kol-kosluğa  salıb  divan 
tutmağa  hazırlaşanda,  Ana-Maral  onun  yolunu 
kəsir. Ovçular maralın balalarını tələf etmişdilər və 
südlə dolu yeləni heyvana zülm verirdi. Ana-Maral 
körpələri  əmizdirmək  üçün  ona  verməyi  təvəqqe 
edir. Cadugər qarı təəccüblənir: “Uşaqlara rəhmin 
gəlir?  Axı  onların  valideynləri  sənin  balalarını 
qırıblar!” Ana-Maral cavab verir: “Onlar – tifildir, 
ona  görə  məsumdurlar”.  Cadukun  cocuqları  dişi 
marala verir və heyvan insanları meşənin gur yetinə 
aparır.  Uşaqlar  böyüyürlər  və  qırğızların  nəslini 
davam etdirirlər...
Ecazkar gölümüz barədə daha bir əfsanə 1910-
cu  ildə  fransız  dərgilərinin  birinin  səhifələrində 
ruslaşmış  fransız  P.Qurdenin  sayəsində  işıq  üzü 
görmüşdür.  Taleyin  hökmü  ilə  Vernı  (hazırkı 
Almatı)  şəhərində  məskən  salan  Qurde  İssık-Kul 
sahillərində olmuşdu.
Qədim çağlarda gölün yerində çoxlu şəhərləri, 
kənd-obaları olan zəngin və münbit vadi yerləşirmiş. 
Əsas şəhərin mərkəzində şəffaf sulu bir quyu var 
imiş.  Quyunun  ağzı  həmişə  ağır  qapaqla  örtülü 
olurmuş ki, su daşıb axmasın. İnsanlara möhkəm-
möhkəm tapşırılmışdı ki, suyu yığan kimi quyunun 
ağzını ciddi-cəhdlə örtsünlər, əks təqdirdə, müdhiş 
bəla qaçılmaz olacaq. 
Bir  axşam  nişanlı  qız  adaxlısının  gözlədiyi 
quyunun başına gəlir. Söhbətə aludə olmuş aşiqlər 
dolçalarını  doldurub  quyunu  örtməyi  unudurlar. 
Su aşıb-daşır, küçələri basır, ardınca külleyi vadini 
30


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə