Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə14/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

Keçən əsrin əvvəlində ilhama gəlib İssık-Kula 
yüzlərlə  şeir  yazmış  “qırğız  bülbülü”  şair Alıkul 
Osmonov  göl  haqqında  əbədi  uşaqlığı  kimi  bəhs 
edirdi:
... Mən də gənc olmuşam, İssık-Kulum,
Çox qayğısız olmuşam...
Sən bahara sevinirsən,
Ördəklərə dalğanla layla deyirsən.
Baxıram onlara, zənn edirəm ki,
Sevgilimlə sükuta dalmışam da mən.
Yaman qoçaq olmuşam, İssık-Kulum,
Zirək, qıvraq olmuşam...
Uşaq kimi oynaqlarkən,
Dalğa dalğanı qumlarla örtür. 
Baxıram, zənn edirəm ki,
Cayloonun sərinindəyəm.
Sən yüz verstlərlə qaçan bir çapar atsan
Sən göylərdə süzən qara qartalsan, 
Mavi dağları qoyub gələn quş...
Camdan süzən köpüklü kumıstək,
Dalğaların sahilə şığıyır sənin...    
2002-ci ildə mən İssık-Kulu ziyarət etdim və 
onun  gözəlliyindən  ilhamlanaraq  belə  misraları 
olan şeir yazdım:
Göydə yüz minlərlə ulduz var,  
Yerdə bir dənə - İssık-Kulum mənim.
Hərgah həyat insana bircə kərə bəxş olunursa, 
tam  xoşbəxtlik  duymaq  qəsdilə  sehrli  İssık-
Kul  gölünün  sahilində  bircə  gün  belə  keçirmək 
sadəcə zəruridir. Bu gölün səxavəti cəmi insanlara 
kifayətdir.  Bica  yerə  deyirlər  ki,  yer  üzündə  tam 
bəxtiyarlıq olmur. Düşünürəm, hər şey insanın öz 
əlindədir  və  yaşamağı  və  təbiətlə  harmoniyada 
yaratmağı  bacaran  hər  kəs  bəxtəvərliyi  tapmağa 
qadirdir. 
Kərimbəyov K. “İssık-Kul” 1960-cı il, kətan, yağlı boya. 22 x 35, 5 
Göl tərpəşsə, su üzünə köpük qalxar
Xalq tərpəşsə, ortalığa nadinc çıxar;
Tək adam bir daşı tərpətməz, 
Elliklə dağı yerdən qaldırarlar.
33


“Manas” trilogiyası kimi abidə daha heç bir xalqda yoxdur. 
Trilogiya qırğız xalqının dünya mədəniyyət xəzinəsinə verdiyi dəyərli töhfədir. 
S.M.Abramzon 
Səxavətli Manasın ruhu
Əfsuslar, köçəri əcdadlarımız bizə Hindistanın, 
Fransanın,  İtaliyanın,  Yunanıstanın  və  digər 
ölkələrin  belə  zənginliklə  malik  olduqları  nə 
həşəmətli ehramlar və məbədgahlar, nə tor şəbəkəli 
kilsələr və tağlar, nə də başqa qədim abidələr qoyub 
getməmişlər. 
Fəqət  fəxr  edirik  ki,  əcdadlarımız  bizim 
üçün mənəvi qalalarını – sözün sehrli qüvvəsi ilə 
yaranmış ən qüdrətli sənət əsəri olan qəhrəmanlıq 
dastanı “Manas”ı – ucaltmış və bizim üçün qoruyub 
saxlamışlar.  Bu  qala  heç  bir  bərpaya  ehtiyac 
duymur. O hər zaman eyni cingilti ilə himn vuran 
zəngə bənzəyir.
Düşünsək,  məhz  “Manas”  eposu  qırğız 
xalqının  millət  kimi  özünü  qorumasında  başlıca 
rol  oynayaraq,  doğma  dilin  çoxsaylı  tarixi 
keşməkeşlərdə  əriyib  qeybə  çəkilməsinə  imkan 
verməmişdir.
“Manas”  eposu  qırğız  xalqının  müqəddəs 
məfhumu, əbədi vicdanı, böyüklüyünə, dərinliyinə, 
təsir  qüvvəsinə  görə  şifahi  xalq  yaradıcılığının 
qeyri-adi nüsxəsidir. Burada əcdadlarımızın keçdiyi 
başlıca tarixi mərhələlər əksini tapmışdır. “Manas” 
dastanı təkcə xalq dühasının monumental yaratdığı 
deyil, ona hər insanda qəhrəman oyatmağa qadir güc 
və qüvvə hopdurulmuşdur. Bu, xalqımın mənəvi və 
əxlaqi paklığının apogeyidir. Bu, Qırğızıstan xalqını 
keçmişdə  və  gələcəkdə  birləşdirən  bayraqdır. 
Sanskritdə  “manas”  –  ağıl  deməkdir. Yalnız  xalq 
qəhrəmanı  ağıllı deyil,  ondan  bəhs  edən  dastanın 
özünün başdan-başa hər sətrindən xalq müdrikliyi 
axıb tökülür. “Manas” barədə “okeanabənzər epos” 
deyirlər. Hətta böyük akınlar onu sonadək nəql edə 
bilməmişlər – dünyəvi həyatları buna çatmamışdır. 
Hər  birisi  də  öz  qeyri-kamilliyinə  təəssüflənərək, 
dünyalarını dəyişmişlər. 
Əfsanəvi 
Manasın 
surətində 
eposun 
yaradıcıları doğma ölkənin şərəf və müstəqilliyini 
qoruyan,  ədalət  uğrunda  ideal  xalq  mübarizi 
yaratmışlar.  Dastanın  əsas  ideyası  qırğız  xalqını 
yadelli  düşməninə  qarşı  mübarizədə  birləşdirmək 
kimi alicənab amaldır. Eposda mərkəzi yeri qırğız 
xalqının  birliyinin  və  həmrəyliyinin  saxlanması 
ideyası  tutur.  Bu  əsərdə  dastana  ad  vermiş 
Səxavətli  Manasın  nəhəng  surəti  boyaboy  ucalır. 
Məhz o parçalanmış qırğız tayfalarını xalq şəklində 
birləşdirməyə vəkil olunmuşdu.
Epos  özünə  çoxlu  olmuş  vaqiələri,  xalq 
nağıllarını,  əsatirləri  əxz  edərək,  minilliklər  boyu 
yaradılmışdır. Dastan bahadır Manas, oğlu Semetey, 
nəvəsi  Seytek  barədə  trilogiya-hekayətdən 
ibarətdir. Eposun tam nəşri 20 irihəcmli cildi güclə 
tutardı  və  ən  azı  yarım  il  onun  oxunmasına  sərf 
olunardı. Bir çox qırğız bu günə qədər dastandan 
parçaları  əzbərdən  iqtibas  gətirir,  kəlamlar  isə 
çoxdan danışıq dilinin bir hissəsinə çevrilmişdir.   
...Manasın qorxunc üzünü
Görən Alooke qorxdu: 
Gözləri – yanar kömür, 
Kirpik – od dilimləri, 
İnsanlar arasında
Ona tay-tuş yox.
Dediyi sözləri – 
Atılmış güllədir.
Tək canında min
Pəhləvan qüvvəsi var.
Belə sima heç kəsdə yox. 
Ağıllıdır, zalım deyil, 
Danışdığı kəlmələri
Xalqına fayda verir...
  
 
“Manas” dastanından
34


Şıqayev Y.A. “Ad” 1998-ci il, kətan, akril. 200 x 100
35


Qırğızlar  Manasın  adına  “Səxavətli”  epitetini 
bica yerə əlavə etmirlər. Söhbət xalq qəhrəmanının 
ən dəyərli mənəvi keyfiyyətindən gedir. Qəhrəmana 
münasibət irihəcmli və şairanə danışıq rəmzlərində 
təcəssüm etdirilmişdir. Qırğızlar ixlaskarlıqla nura, 
gölə,  aya,  suya  yanaşırlar.  Xalq  bahadır  Manası 
Aykol  Manas  adlandıranda,  bu  ismi-şərifə  gizli 
məna verir. Ay – işıq, nur, xeyirxahlıq, kol (göl) – 
dərinlik, paklıq, sahilsizlik deməkdir. Bu iki sözün 
vəhdəti Böyük Ruh məfhumunu bildirir.
“Manas”  dastanı  qırğız  xalqının  şifahi  nəzm 
yaradıcılığının şah əsəridir. Bu, həqiqətən, xalqımın 
çoxillik tarixinin şairanə sözlə təcəssüm etdirilmiş 
epos-dəryasıdır. Vaqiən,  heç  bir  dünya  epik  əsəri 
“Manas” dastanı ilə nə həcmi, nə bədii poetikası, nə 
məzmununun  zənginliyinə  görə  müqayisəyə  girə 
bilməz. Eposun həcmi 500 553 misradır. Böyük kor 
müəllif  Homerin  cahanşümul  “İliada”sı  (15  693) 
və  “Odisseya”sı  birgə  27  803  misradan  ibarətdir. 
Qırğız dastanının həcmi qədim Yunanıstanın ədəbi 
abidəsindən  az  qala  20  dəfə  böyükdür.  “Manas” 
“Mahabharata”dan iki dəfə yarım, “Şahnamə”dən 
isə beş dəfə iridir.
Manası “əfsanəvi” adlandırırlar. Uzun müddət 
eposun  qəhrəmanı  hamı  üçün  mifik,  nağılvari 
qəhrəmanın  təzahürü  idi,  lakin  son  dövrlər  onu 
daha  tez-tez  gerçək  tarixi  şəxsiyyət  kimi  qəbul 
edirlər və bir sıra sübut bizim həqiqətdən əsla uzaq 
olmadığımızı  göstərir.  Bahadır  Manası  “dirildən” 
və uzaq keçmişdə həyatda mövcud olmağını isbat 
edən çoxlu dəlillər mövcuddur.
Keçən  il  Bişkekdə  “qırğız”  etnoniminin 
2  000  illiyinə  həsr  olunmuş  tədbir  keçirildi. 
Tədbirdə məşhur Rusiya alimi Sergey Qriqoryeviç 
Klyaştornı tarixi bəyanat vermişdir ki, qırğızların 
böyük  qələbəsindən  sonra  Çin  hökmdarının 
Səxavətli  Manası  qəbul  etməsi  və  onu  yüksək 
hərbi  adla  təltifatı  barədə  qədim  xronikalara 
Toktəliyev E. “Sayakbəy” 1987-ci il, kətan, yağlı boya. 109, 5 x 1999, 53
36


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə