Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə13/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   9   10   11   12   13   14   15   16   ...   111

ağuşuna  alır  və  şəhərləri,  kəndləri  batırır...  Bu 
minvalla, yaranışına məhəbbətin səbəb olduğu göl 
peyda olur.
Mən  oxucularımla  daha  bir  könlü  riqqətə 
gətirən hadisə ilə bölüşmək istərdim. 90-cı illərdə 
İssık-Kulun  cənub  sahilində  istirahət  edərkən  bir 
ağsaqqaldan  qu  quşları  barədə  heyrətamiz  vaqiə 
eşitmişəm.
Bir qış günü Ton vilayətinin qəsəbə sakinləri 
sahildə  buza  yapışmış  qu  quşu  görürlər.  Bir  an 
belə  düşünmədən  quşu  xilas  edəndə,  qanadından 
yaralı olduğunu görürlər. Qu quşunu evə aparmaq, 
yemləmək və qanadını sağaltmaq qərarına gəlirlər. 
Ertəsi  gün  ev  sahibləri  səsə  həyətə  çıxırlar  – 
başlarının üstündə başqa bir qu quşu uçub ucadan 
qışqırırdı. Onlar yaralı quşu eşiyə çıxarıb həyətdəki 
tirə  bağlayırlar  ki,  qanadını  müalicə  etsinlər  və 
zaqdan ona göz qoymağa başlayırlar. İki yaraşıqlı 
şahanə quşun görüş səhnəsi baxanları şaşırıb riqqətə 
gətirir.  Quşlar  zərifliklə  quruldaya-quruldaqya 
uzun boyunlarını qucaqlayıb dururlar...
Nahardan  sonra  eşiyə  çıxan  insanlar  quşların 
susqun hərəkətsiz uzandıqlarını görürlər və dəhşətə 
gəlirlər.  Hamıya  agah  olur  ki,  qu  quşları  qəsdən 
bir-birilərini  boğublar.  Ehtimal  ki,  bir-biri  üçün 
xiffət  edib  darıxmış  quşlar  ölümlərini  hicrandan 
üstün tutmuşdular. İssık-Kulun sahillərində bu qu 
quşlarının sədaqəti haqqında heyrətamiz tarixçəni 
həyat özü qoşmuşdur. Bəlkə üç yüz mln il ərzində 
göl  məhz  bu  tövr  əfsanələr,  əsatirlərlə  tarixini 
zənginləşdirmişdir?
Onlardan  daha  biri.  X-XI  əsrlərdə  böyük 
Yeniseyin  sahillərində  qırğızlarla  kıdanların 
arasında  müharibə  gedirdi.  Qanlı  döyüşlər 
qırğızların  xeyrinə  deyildi  –  onların  vəziyyəti 
ağırlaşmışdı. Millət tələfatın bir addımlığında idi. 
Ağsaqqallar  divanında  təcili  surətdə  İssık-Kula 
yaxın  köç  sürmək  qərarı  qəbul  olundu.  Məhz 
bu  divanda  bir  çox  qırğızın  uzun  əsrlər  boyu  ali 
arzusuna  çevrilmiş  sözlər  səslənmişdi:  müqəddəs 
gölün sahilərində ləyaqətlə ölümü qəbul etmək və 
əbədiyyətə çevrilmək... 
25.01.2002  tarixli  «Вечерний  Бишкек» 
qəzetində  Sovet  İttifaqı  Qəhrəmanı,  general 
Nikolay  Qriqoryeviç  Lyaşşenko  barədə  yazılmış 
kiçik  qeyd  qəlbimi  titrətdi.  Uşaqlığı  İssık-Kulun 
sahilində  keçmiş  Lyşşenko  həyatdan  2000-ci 
ildə  getmişdi.  Böyük Vətən  Müharibəsində  alaya 
komandirlik edib, müharibədən sonra Türküstan və 
Orta Asiya hərbi dairələr qoşunlarının komandanı 
olub. General böyük beynəlmiləlçi idi. Qırğız dilinə 
səlis yiyələnmişdi. Son illər Moskvada yaşayırdı, 
Alıkul Osmonov 
İssık-Kul
... Mən də gənc olmuşam, İssık-Kulum,
Çox qayğısız olmuşam...
Sən bahara sevinirsən,
Ördəklərə dalğanla layla deyirsən.
Baxıram onlara, zənn edirəm ki,
Sevgilimlə sükuta dalmışam da mən.
Yaman qoçaq olmuşam, İssık-Kulum,
Zirək, qıvraq olmuşam...
Uşaq kimi oynaqlarkən,
Dalğa dalğanı qumlarla örtür. 
Baxıram, zənn edirəm ki,
Cayloonun sərinindəyəm.
Sən yüz verstlərlə qaçan bir çapar atsan
Sən göylərdə süzən qara qartalsan,   
Mavi dağları qoyub gələn quş...
Camdan süzən köpüklü kumıstək,
Dalğaların sahilə şığıyır sənin...
At belində çapan bir qız tək,
Parıldar muncuğu, özü sevincək.
Şıltaq dalğa mənimlə oynaqlar
Damlalarıyla isladıb geri gaçar, 
sanki əməlindən utanmış kimi... 
İssık-Kulun qürubu füsunkar...
Guruldayıb səs-küy salsa da
Dərd-bəlamı unutdum, dincimi aldım,
...Ötüb-keçmiş uzaq uşaqlığım tək
Uzaqdan bəyaz qu quşu süzülüb getdi... 
31


lakin  həmişə  deyirdi:  “Ölümümdən  sonra  harada 
yatsam, ürəyim həmişə İssık-Kulda olacaq”. Dəfn 
örtüyünü  Qırğızıstanda  valideynlərinin  məzarı 
üstündə  basdırmağı  vəsiyyət  etmişdi.  Həqiqətən, 
qəhrəmanlar  ölmür,  onlar  ulduzlara...  yaxud  gölə 
çevrilirlər.       
Mənim  xalqımın  qəlbi  İssık-Kulun  suları 
kimi  pak  və  şəffafdır,  xalqımın  ürəyinin 
dərinliyini  müqəddəs  gölün  dərinliyi  ilə  ölçmək 
olar.  Gölümüzün  ənginliklərində  dağların 
gözqamaşdırıcı bəyazlığı və günəşin zərrin parıltısı 
vəhdət təşkil edir, günəş isə sanki dürrdanə gölün 
yaraşığına  qibtə  ilə  İssık-Kulun  səthində  inikas 
edərək  daha  gur  şəfəq  saçmağa  cəhd  göstərir. 
Hərgah dağlar ana təbiətin düşüncələridirsə, göl – 
onun qəlbidir. 
Diqqətcil  baxış  İssık-Kulun  daha  bir 
keyfiyyətini  sezir.  Dalbadal  tökən  neçə  günlük 
yağışlar  gilli  dağlardan  axıb  gölə  tökülən  çayları 
qaldırıb daşırdır və göldə su bulanır. Ancaq bu, uzun 
çəkmir. Bircə günə göl güzgü qarşısında zinətlənən 
göyçək qız kimi günəş altında təbəddülata uğrayır 
və yenə də zümrüd suları ilə sakit-sakit bərq vurur. 
Bu özünütəmizləmə qabiliyyəti çox şeyi öyrətməyə 
qadirdir.  
Bizim  diyarlarda  iki  mindən  artıq  buludlara 
çatan göl var, lakin gözəlliyinə görə qırğız dilində 
“isti göl” bildirən İssık-Kulu Tyan-Şanın mirvarisi 
adlandırırlar.  Dağ  silsilələri  ilə  çevrələnmiş  göl 
qışda donmur və çimərlik mövsümü bəzən oktyabra 
qədər  uzanır,  suyun  temperaturu  yayda  24`C-yə 
qalxır,  qışda  isə  4`-dən  aşağı  düşmür.  Füsunkar 
qumlu  çimərlikləri,  mineral  mənbəli  büllur  kimi 
şəffaf suları, dağ və dəniz iqlimlərinin vəhdəti ilə 
palçıq və termomineral müalicələri ilə gözəl kurort 
zonasıdır.      
Büllur  kimi  saf  İssık-Kul  gölü  haqqında 
sonsuzluğa  qədər  danışmaq  olar,  fəqət  onun 
valehedici  simasının  gözəlliyindən  əmin  olmaq 
üçün yalnız ora getmək lazımdır. 
Hələ iki əsr bundan əqdəm qırğız şairi Kalıqul 
unikal dağ gölünü belə tərənnüm etmişdi:   
Kungey dağından minlərlə çay,
Terskey dağından minlərlə çay
Hövzəyə sarı qaçır, tələsir.
Oradan çaylar axmır daha,
Ətrafda dağlar hündür, uca. 
O gur çaylar bihudə axmır:
İssık-Kul – behiştə darvazadır!
Torobəyov S. “Cənub sahili” 2010-cu il, kətan, yağlı boya. 70 x 50
32


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə