Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə15/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

istinadlar mövcuddur. Bu görüşdə onların arasında 
sülh  müqaviləsi  bağlanmışdır.  Qırğızların  tarixini 
öyrənən Pekin universitetinin doktoru Xu Çjenxua 
sonrakı  fəaliyyətini  bu  tarixi  mühüm  sənədin 
axtarışlarına həsr edəcəyini vəd etdi.
Koçkor  vadisinin  sakinləri  “Kırk  çoro” 
gümbəzlər kompleksi ilə fəxr edirlər. Bu XVII-XIX 
əsrlər memarlıq abidəsini Manasın oğlu Semeteyin 
mövcudiyyəti ilə əlaqələndirirlər. Çon Kəminin hər 
hansı sakini əminliklə ərz edəcək ki, məhz onların 
Urbu vadisində eposun personajlarından biri atının 
başını çəkib saxlamışdır. 
Mərkəzi  Tyan-Şanda  çoxsaylı  arxeoloji 
abidələrin arasında XV əsr karvansarası Daş-Rabat 
kimi ad çıxarmış sirli daş tikili durur. Nəsillərdən 
nəsillərə ötürülən hekayətlərə istinadla yerli sakinlər 
nəql edirlər ki, bu qalanı çinlilərin basqınlarından 
qorunmaq qəsdilə Manasın məsləkdaşı Koşoy inşa 
etmişdir.
Manasın məqbərəsi
Ala-Too dağlarından güc yığaraq, 
Əngəlləri, maneəni həm aşaraq,
Güzgü səthli, büllur sulu Talas çayı
Çu vadisinə doğru bərk şütüyür. 
Dağ yamacında bir sərdabə ucalır,
Görəni dərin fikirlərə qərq edir məzar.
Çox əsrlər bundan əqdəm hüznlə, kədərlə,
Sərdabədə igid Manas tapşırılmış torpağa.
Bu sərdabəni kimlər tikmiş axı belə ecazla? 
Yüz illər əqdəm burada nələr baş vermiş? 
Kim imiş o Manas? Bunlar barədə
Daş yazılar bizə xəbər verərmiş, fəqət
Amansız yağı yazını ordan silib götürmüş.
Öz qayda-qanununu bərqərar etmiş.
Bu gün bəlli deyil bizə nələr baş vermiş
Zira yağı əli o yazını pozub da silmiş. 
Ancaq sərdabə günün bu günündə orda,
Uzaqlardan ziyarətə gələn kim?! 
Kimlər dayanmadan hey ora gəlir?
Məzarlıqda uyumuş o igidə baş əymək
Xatirəsini anmağı borc bilən kəslər.  
Hərdən dağ qürub mehi, şəfəq küləyi,
Sərdabəylə asta-asta pıçıldaşıb sirr açır,   
Bugünkü nəsillərdən, gəlib-gedəndən.
Dağların başı lap asimana dirənir,
Ala-Too Manası igidlər igidi adlandırıban,
Aya, günəşə tay tutur, mədhiyyə oxur, 
Qürurla başını dik qaldırır, Manas çağırır. 
Manasın keşiyin çəkər yalçın qayalar.
Sarp daşlar ondan sözə-söhbətə başlar. 
Olub keçənlərin izi, təsiri qəlblərdə qalmış
İnsan ürəkləri ağrıyla vurur, çırpınır. 
Dastançı üzünü Manasa tutmuş, 
Qomuzun havası Manas barədə,
Kədərli, qüssəli zümzümə edir. 
Hünərdən, güc-təpərdən və sitəmdən.
Qəlblər od tutub alovlanır, qanlar qaynayır, 
Manasın cavanlığı burada anılır. 
Ala-Too dağlarından güc yığaraq, 
Əngəlləri, maneəni həm aşaraq,
Güzgü səthli, büllur sulu Talas çayı
Çu vadisinə doğru bərk şütüyür. 
Dağ yamacında bir sərdabə ucalır,
Görəni dərin fikirlərə qərq edir məzar.
Çox əsrlər bundan əqdəm hüznlə, kədərlə,
Sərdabədə igid Manas tapşırılmış torpağa.
37


Karakol  (Qaragöl)  çayı  sahilində  hələ  də 
Zulpukor gümbəzinin dördmetrlik divarları durur. 
Yaşlılar  təsdiqləyirlər  ki,  onların  babaları  həmişə 
bu  orta  əsrlər  tikilisini  Manasın  düşmənlərlə 
qovğasının şərəfinə inşa edilmiş abidə zənn ediblər.
Dastanın  populyarlığı  onun  ölçülərindən 
heç  də  geri  qalmır.  Eposun  əks-sədaları  bütün 
yer  üzündəki  yer  adlarında,  tarixi  abidələrində 
səslənməkdədir. Təbii ki, ən çox belə əks-sədalar 
Qırğızıstanın özündə ucalır.   
“Manas”  adı  yalnız  bizim  respublikamızda 
geniş  yayılmamışdır.  Məs.,  Çində  əski  çağlardan 
qalmış  gözətçi  qülləsi  Manas  var,  Sin-Tszyan 
əyalətində isə Manas çayı axır. Himalayda Manas 
gölü  yerləşir  və  onun  adı  Qərbi  Sibirin  Man, 
Mana  və  Manıç  göllərinin  adı  ilə  çox  həmahəng 
səslənir. Altayda Manas aşırımı var. Macarıstanda 
Manas kəndi mövcuddur. Dağıstanda da Manas və 
Manasaul  kəndləri  yaşayır.  Qazaxıstanda,  Yuxarı 
İrtışda örüş, balaca bir şəhər və çay “Manas” adını 
daşıyır,  Tarbaqatay  bölgəsində  isə  trasın  üstündə 
kiçik Manas aşırımı var. Türkiyədə də Manas otlağı 
yerləşir.  Aral  dənizinin  ərazisində  balaca  Manas 
adasını  tapmaq  olar.  Yaponiyada  Semetey  şəhəri 
və  “Manesyu”  eposu  var.  Latın  Amerikasında 
da,  İspaniyada  da  “Manas”  adlı  şəhərlər  yaşayır. 
İordaniya və Suriyanın sərhədində Manasex tayfası 
məskundur. Ərəblərin Manasik müqəddəs məkanı 
var  –  ora Allaha  dua  etmək  üçün  gəlirlər. Yalnız 
təəccüblənmək qalır ki, Hindistan da öz “Manas” 
dastanına və müqəddəs Manas dağına malikdir.
Altaylıların 
“Alp-Manaş”, 
özbəklərin 
“Alpamış”,  başqırdların  “Alpamışa”,  oyrot-
buryatların “Manqıs” eposları mövcuddur. 
Eposda  təsvir  olunan  personajlardan  birinin 
faciəvi taleyi bir daha ona dəlalət edir ki, bu, əfsanə 
deyil, həyatın qəddar gerçəkliyidir. Çinli Almambet 
taleyin  hökmü  ilə  vətəninini  tərk  edərək  Manasa 
sadiq,  əsil  qəhrəmana  çevrilir.  Fəqət Almambetin 
faciəsi  onda  təzahür  edir  ki,  nə  evində,  nə  qərib 
yerdə  ona  etibar  etmirlər.  Burada  da,  orada  da 
həmin insan yad qalır.
Qırğızlar üçün Manas, bütün müsəlmanlar üçün 
Məhəmməd, buddistlər üçün Budda, çinlilər üçün 
Konfusi, məsihi dünyası üçün İsadır. Fransız alimi 
Pave de Kurteil hələ 1887-ci ildə təsdiqləyirdi ki, 
“Manas” dastanında islam təbliğatı yoxdur, o daha 
çox Tanrının özünə birbaşa müraciətdir. 
Dastanın  yaradıcıları  və  qoruyucuları  xalq 
arasından çıxmış istedadlı insanlar olmuşlar. Onlar 
eposu  nəsildən  nəslə  şifahi  surətdə  ötürürmüşlər. 
Belə  adamlara  manasçı  deyirlər.  Onlar  bütün 
ömürləri  boyu  yalnız  “Manas”ı  ifa  edirlər,  dastan 
söyləmək  onların  əsas  peşəsinə  çevrilir.  Onların 
yaradıcılığında  fərdi  özülün  rolu  böyükdür,  belə 
insanlar  hamı  tərəfindən  kamilləşmiş  şəxsiyyət 
kimi  qəbul  olunurlar.  Manasçılar  xalq  yaddaşı 
xəzinəsidirlər  və  dini  təbliğatçılardan  fərqli  olaraq 
xüsusi  məktəblərdə  və  mədrəsələrdə  təhsil  almırlar. 
Bu insanlar yazı qabiliyyətinə malik olmurlar, intəhası 
Yaradan tərəfindən əta olunmuş heyrətamiz yaddaş və 
istedad sahibidirlər.  
Bir  dəfə  Londonda  işgüzar  ezamiyyətdə  olarkən 
daha  bir  maraqlı  hadisənin  şahidi  oldum.  London 
iqtisadiyyat universitetinin zalında qırğız “Kambarkan” 
ansamblı  konsert  verirdi.  Tamaşaçıları,  ələlxüsus, 
gənc  manasçı Asan  uulu  Tilekin  ifası  şaşırtdı.  Zalda 
yığılanlardan heç kəs qırğızca kəlmə də bilmirdi. Mən 
uzun  müddət  konsertdən  sonra  balaca Asanın  başına 
toplaşıb  ona  tərcüməçi  vasitəsilə  suallar  yağdıran 
tamaşaçıları müşahidə etdim.
Daha  bir  maraqlı  hadisə.  Bir  dəfə  parlament 
işləri  ilə  əlaqədar  Türkiyədə  səfərdə  olarkən,  mənə 
danışmışdılar  ki,  türk  millət  vəkillərindən  biri  ilk 
dəfə  “Manas”  eposunu  eşidəndə  ağlamışdı.  Dastanın 
insan  qəlblərinə  ecazkar  təsiri  belədir.  ““Manas” 
dastanı,  yunanların  eposu  kimi  həyatın  və  bütöv 
xalqın adətlərinin aydın təsvirini verir, epik genişliklə 
hərbi  yürüşləri,  elçiliyi,  dəfn  mərasimlərini,  cıdırı, 
ev məişətini və s. canlandırır”, – alim V.Radlov belə 
yazırdı.
“Epos, xalqın şifahi salnaməsi – həm ehtiva etdiyi 
faktlara,  həm  də  xalq  müdrikliyinin  inikasına  görə 
hədsiz zəngindir”, – A.Bernştam əlavə edirdi.
““Manas”  qəhrəmanlıq  dastanı  –  qırğız  xalqının 
bütün  nəzmi  yaradıcılığının  sintezi  və  zirvəsidir”,  – 
dastanın digər tədqiqatçısı S.Abramzon yekun vururdu.
Əski  bir  əfsanəyə  istinadla,  qırğızlar  xeyxunlar 
tərəfindən əsarət altına alınmışdılar. Onlar istilaçıların 
tam  hakimiyyəti  altına  düşərək  köləyə  çevrilmiş, 
keçmişlərini unutmuşdular. Xeyxunlar üçün qırğızların 
yaddaşından hünərvər keçmiş, qüdrətli uluları haqqında 
xatirələri  silmək  vacib  idi.  Bu  dövrdə  şair  Irıman 
yaşayırdı.  O,  nəğmələri  ilə  qırğızların  könüllərini 
alt-üst  edir,  qürurlu  əcdadlarını  və  şan-şövkətli 
keçmişlərini yada salırdı. Sonda, işğalçılara başlarını 
aramla yuxarı qaldıran qulları idarə etmək get-gedə lap 
çətinləşdi.  Xeyxunlara  əyan  deyildi  ki,  bu  binəvalar 
qoxmazlığı  haradan  alırlar  və  müqavimətə  qüvvəni 
necə  tapa  bilirlər.  Xeyxunlar  haradan  biləydilər  ki, 
qırğızlar özləri üçün cürət mənbəyi – suda batmayan, 
odda  yanmayan,  oxlayanda  ölməyən,  taziyanənin 
zərbəsinin altında əyilməyən, zamanın gərdişinə tabe 
olmayan səma vergisi tapmışlar. Bu, vaqiən, insanları 
38


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə