Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə17/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

azad, ehtiraslı, intəhası dəqiqliklə süjetin ana xəttinə 
otuzdurulmuş bədiyə istedadı baş qaldırır. Bir çox 
manasçı etiraf edir ki, vaxtaşırı eposun təkamüllü 
hadisələrinin  şahidi  olur,  özləri  vaqiələrdə  iştirak 
edir, sonra isə uzun saatlar boyu görüntülərdən öz 
başına gələnlər kimi danışa bilirlər.   
Bir  dəfə  əlimə  kosmonavt  A.Serebrovun 
məqaləsi  keçdi.  O  da  belə  vaqiə  söyləyirdi  – 
uçuşuna bir xeyli qalmış kosmik fəza ilə əlaqədar 
cəlbedici  fantastik  yuxular  görübmüş.  Əfsuslar 
ki,  yuxuların  peyğəmbər  dilinin  açılması  hələ 
bəşəriyyətin idrakından çox uzaqdır.  
“Manas” dastanı bu gün qırğız millətinin birlik 
və  mənəvi  dirçəliş,  mədəniyyət,  milli  ləyaqət  və 
özünüdərk rəmzinə çevrilmişdir.
1995-ci il “Manas”ın minilliyinin ümumdünya 
səviyyəsində qeyd edilməsi ili elan olundu, eposun 
yubileyi  isə  beynəlxalq  əhəmiyyət  kəsb  etdi.  Bu 
sözdə təcəssüm tapmış qəhrəmanlıq xalq abidəsini 
tam  dolğunluğu  ilə  dirçəltmək  üçün  neçə  yüz  il 
gərək olacaq. Yeri gəlmişkə, indiyəcən eposun digər 
dillərə dəqiq tərcüməsi yoxdur, rus dilinə ən uğurlu 
təcümə isə Semyon Lipkin tərəfindən eposun kiçik 
«Манас Великодушный» kitabçasına sığışdırılmış 
süjetinin nəsrlə müxtəsər nəqlidir. 
“Manas”  o  zirvədir  ki,  xalqımız  ora  neçə 
Gertsen T.T. “Manas” dastanına illüstrasiya “Manas”
minilliklərdir,  qalxır.  Hərgah  millətin  ruhunu 
dirçəltmək  niyyətimiz  varsa,  o  təqdirdə,  bu 
xalq  yaradıcılığı  zirvəsini  əsrlər  boyu  qoruyub 
saxlamalıyıq.  Rəsul  Həmzətovun  fikrinə  azacıq 
dəyişiklik verib demək olar: “Əgər sabah “Manas” 
eposu olmasa, qırğız milləti artıq bu gün ölməlidir”. 
“Manas”ın  dili  –  əxlaqı  paklığın  və  əbədiyyətin 
dilidir.  Nə  qədər  ki,  hər  qırğızın  qəlbində  Manas 
üçün  guşə  var  –  ona  ölüm  yoxdur.  Qoy  Manasın 
ruhu sizə pasiban dursun!  
Talas vilayətində qədim gümbzəin yaxınlığında 
Səxavətli Manasa abudə qoyulmuşdur. İndən belə 
o hamı üçün müqəddəs sanılır və zaman keçdikcə, 
zənn  edirəm,  ziyarətgaha  çevriləcək.  Təbir 
caizsə,  sitayiş  və  ruhun  paklığa  çıxarılması  üçün 
özünəməxsus Məkkə olacaq. 
Son  dövrlərdə,  Bübü  Məryəm  Musa  qızınım 
oncildliyini mütaliə edərkən, bir daha əminlik hasil 
etdim  ki,  bizim  üçün  “Manas”  dastanı  bədii  əsər 
məfhumundan  daha  böyük  dəyər  kəsb  edir.  Bu 
mənəvi  müqəddəs  məfhum  daima  hərəkətdədir. 
O, tükənməz enerji paylaşır. Son kitab isə, sadəcə, 
millətin  genetik  kodunun  açmasıdır.  Buna  bizim 
qüvvəmiz  kifayət  edəcəkmi? Artıq  bu,  zaman  və 
iradə  gücü  məsələsidir.  Hətta  ölkənin  gələcəyi 
məsələsi...
41


42


                                                                           
SÖZ – XALQIN 
QƏLBİDİR 
II
43


Natiqlik barədə
Qırğız  xalqı  üçün  kəlmə  –  nitqdən  daha  çox 
əhəmiyyət kəsb edir. Bütün iki min illik tarixi boyu 
əcdadlarımız  şüuri  və  təhtəlşüuri  söz  yaratmağa 
qulluq  etmişlər.  Söz  millətin,  xalqın  tarixini 
qoruyub  saxlamışdır.  Kəlmələrlə  mərhumların 
ruhlarını oyadır, azar-bezara lövh oxuyur, naxoşları 
sağaldır,  müharibələri  dayandırır,  sevgili  cananın 
qəlbini ələ alırdılar. Xalq arasında hesab olunurdu 
ki,  söz  güclü  qüdrətə  malikdir.  Qırğızlar  ruhi 
manifest  kimi  kəlmənin  əcaib  sehrli  qüvvəsinə 
inanırdılar.  Hələ  bineyi-qədimdə  yazımız 
olmayanda,  sözün  qüvvəsi  camaat  arasında  o 
dərəcədə  yüksək  dəyərləndirilirdi  ki,  hətta  atalar 
sözü də qoşulmuşdu: “İgidin ağzından çıxan kəlamı 
ölməkdənsə,  özü  həlak  olsun”.  Digər  bir  atalar 
sözü  də  bundan  az  məna  kəsb  etmir:  “Gəzəndə 
büdrəyən, durar, sözündə büdrəyən, qalxa bilməz”; 
“Birinci sözü demək, müharibəni ilk başlamaqdan 
çətindir”.
Axıcı  dilə  malik  insanları  qırğızlar  çeçen 
adlandırırdılar.  Söz  deyişmələrində  çeçenlər 
anında bədahətən iti söz və müdrik cavab axtarıb 
tapmağı  bacarmalı  idilər.  Çeçenlər  cəmiyyətdə 
mühüm  diplomatik  funksiya  daşıyırdılar.  Böyük 
və  kiçik  münaqişələrdə  məhz  çeçenlər  diplomat 
qabiliyyətinə  malik  oluban  düşmənçilik  edən 
tərəfləri  barışdırırdılar.  Çeçenlər  aramla,  sərrast, 
əsaslandırılmış dəlillərlə, dəqiq, obrazlı, şəraitdən 
çıxış edərək improvizə ilə danışır, heç vaxt kobud 
ifadə işlətmir, məcazi mənalar üçün geniş surətdə 
Ezop dilini tətbiq edirdilər.   
Qırğızlar  həmişə  dildən  pərgarlıqları  ilə 
fərqlənmiş  və  bu  tövr  sözünü  sərrast  deməyi 
bacaran  adamları  da  yüksək  qiymətləndirmişlər. 
Xalq arasında belə rəy var ki, səlis nitq insana sərrast 
düşüncə,  mülahizə  və  dünyagörüşünün  düzgün 
inikasını  təlqin  edir.  Səlis  danışıq  qabiliyyətinə 
əsasən,  insanın  zehni  səviyyəsi  barədə  fikir 
yürüdür,  fikrini  rəvan  ifadə  etmək  qabiliyyətini 
daxili mədəniyyətə bərabər tuturlar.     
Qırğız  xalqının  içindən  bu  günün  özündə  də 
fikrini  obrazlı  və  hazırcavablıqla  ifadə  etməyi, 
əsrlərdən keçib gəlmiş atalar sözünü, yaxud zərbül-
məsəli yerində misal gətirməyi bacaran söz ustaları 
çıxır. Bu insanlar ətrafdakıların xüsusi ehtiramını 
və  cəmiyyətdə  yüksək  nüfuz  qazanmışlar.  Yalnız 
təfəkkürün  dərinliyi  insana  kamallı  mülahizələr 
yürütməyə  imkan  yaradır  –  bu  məqamda  xalq 
bineyi-qədimdən  mövqeyində  dəyişməzdir.  Hələ 
orta  əsrlər  məxəzləri  qırğızların  müdrik  kəlama 
ehmal münasibətini xatırladır. 
Məşhur  rus  şərqşünası  V.V.Radlov  qırğız 
xalqının  natiqlik  sənətinin  yüksək  inkişafını 
xüsusi  qeyd  edirdi.  Bu  xüsusiyyət  türkoloq 
alimlər Ç.Vəlixanov, V.M.Jirmunski tərəfindən də 
vurğulanmışdır.  “Manas”  qəhrəmanlıq  eposunda 
həmçinin qeyd olunmuşdur ki, yaxşı natiqin dilindən 
hətta  sadə  nitq  dinləyicilər  tərəfindən  nəğmə 
kimi  dinlənilir.  Səxavətli  Manasın  məsləkdaşları 
arasında  dastansöyləyənlərin  –  istedadlı  natiqlər 
Bayjiqit  və Ajibayın  adları  çəkilir.  Xalq  nağılları 
çox vaxt qəhrəmanlarının natiqlik vergisi üzərində 
qurulur. Aldar Kose, Akılqaraçaç və b. kimi məşhur 
nağıl personajlarının adlarını xatırlamaq kifayətdir.    
Deyə  bilərik  ki,  XVII-XIX  əsrlər  qırğız 
xalqının  natiqlik  və  şairlik  sənətinin  zirvəsi 
olmuşdur. Xalq yaddaşı şifahi nitq sənətkarlığının 
parlaq  nümayəndələrinin  adlarını  özündə  həkk 
etmişdir: Tilekmat ake, Moyt ake, Sart ake, Kalıqul, 
Arstanbəy, Moldo Niyaz, Moldo Qılıç, Nurmoldo, 
Qalmırza və b. 
Hesab  olunur  ki,  dildən  pərgarlıq  erkən 
uşaqlıqda  özünü  göstərir.  Məs.,  belə  maraqlı  bir 
hekayət mövcuddur. Qədim əyyamlarda bir müdrik 
araba ilə yol gedirmiş və yolunun üstündə gildən 
şəhər yapan uşağa ürcah olur. Müdrik uşağa üz tutur: 
“Oğlum,  bəlkə  mənə yol  verəsən?” Tifil  müdriyə 
baxıb  cavab  verir:  “Ata,  sənin  yolunun  üstündə 
şəhər salınır. Şəhər arabaya yol verə bilər? Bəlkə 
araba şəhərin başına dolansın?” Müdrik iti cavabdan 
elə heyrətlənir ki, arabadan düşüb heyranlığını ona 
göstərmək  istəyir:  “Oğul,  belə  cavansan,  amma 
yaşına  rəğmən  müdrik  fikir  yürüdürsən!”  Uşaq 
çiyinlərini  qısır:  “Nəyə  təəccüblənirisiniz?  Hətta 
44


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə