Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə10/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

Cetı  Oquz  (“Yeddi  öküz”)  mağarasına  düşürsən. 
Mağaranın  adı  götürülmüş  yeddi  nəhəng  qırmızı 
qaya,  vaqiən,  çiçəkli  örüşdə  otlayan  iri  öküzləri 
xatırladır.  Yeddi  öküz  haqqında  ən  müxtəlif 
variantlarda saysız əfsanələr qoşulmuşdur. Onların 
biri bu məkanın müalicəvi əhəmiyyətini yaxşı əks 
etdirir. 
Qədim əyyamlarda yerli sakinlərin birdən birə 
yeddi  öküzü  itir.  Uzun  müddət  onları  axtarandan 
sonra öküzləri canavarların dağıtdığı güman edilir. 
Qəflətən  insan  ayağı  dəyməyən  keçilməz  bir 
dərədə yeddi iri öküz qayadan çıxıb əbədi donur. 
Sən demə, kəllərin əbədi pərçim olduqları nöqtədə 
qoruq,  xoşbəxt,  müalicəvi  məkan  gizlənirmiş. 
Zaman keçdikcə insanlar dərəyə keçib dağ talasında 
məskən salaraq uca sırtlarda yaşamağa alışdılar, bu 
zaman tam bəxtiyarlıq duymadılar. 
Lakin  hər  birinin  qəlbində  ümid  yaşamaqda 
davam etdi ki, məhz burada beteqe – otla örtülmüş 
tilsimli  torpaqlar  uzanıb  gedir  və  bu  otlaqlarda 
sürülərin qarnı tox, dəriləri qızıl olur...  
Zəngin radon bulaqları ilə zəngin yerlər bihudə 
yerə  hələ  keçən  əsrin  ortalarından  kurort  zonası 
qismində  seçilməmişdir.  Dağın  yamacında  Cetı-
Oquz  kurortu  yerləşir.  Müalicəvi  təbiət  suları, 
dağ  günəşi  və  duru  hava  radikuliti,  ürək-damar 
xəstəliklərini,  böyrək  və  qaraciyər  naxoşluqlarını 
və  bir  çox  özgə  azar-bezarı  sağaldır.  Amma  hər 
halda,  əcdadlarımızın  arzusu  “qızıl  qoyun  dərisi” 
əlimizə hələ də əməlli-başlı keçməmişdir.
Bu  dərənin  başını  bir  neçə  km  uzanan  Cetı-
Oquz  divarı  qapayır.  Divarı  Oquz-Başı  (“öküz 
başı“)  adlanan  beş  min  m-lik  zirvə  bəzəyir.  Bir 
əsr yarım əqdəm bu zirvəni görkəmli alim-səyyah 
Semyonov-Tyanşanski  İsveçrə  Alpının  fəxri 
Yunqfrau dağı ilə müqayisə edirdi.
Ot-ələf  burada  o  dərəcədə  gurdur  ki,  sövq-
təbii  əcdadlardan  bizə  şifahi  qalma  sadə  çoban 
bicliklərini  yada  salırsan:  “Qoyunları  elə  qov 
ki,  onlar  otu  yarıb  keçməsin,  ot  onlardan  keçsin. 
Səhər ertədən sürünün başını şərqə sal, taki günəş 
qoyunların  gözünə  düşənəcən,  istiləşəndə  isə, 
sürünün  arxasını  günəşə  və  mütləq  üzüküləyə 
çevir...” Qoyun – yer canlısıdır, quş – ruh varlığı. 
Göylərin və yerlərin vəhdəti – sülhdür. 
Başlıca qayda – səhər qoyunu “kölgədən” otar 
– üzü şərqə, nə qədər ki, günün şüaları qızmayıb, 
sonra  tədricən  cənuba  hərlə,  nəhayət,  arxaya  – 
qoyunu  günorta  yatağına  “öz  kölgəsi  boyu”  sür. 
Qoyma günün ən isti çağı qoyunun gözünə günəş 
vursun.  Qoyunları  elə  qov  ki,  onlar  otu  yarıb 
keçməsin, ot onlardan keçsin...
Lakin qaydalara düzəlişlər də var. İsti havada 
Kalık Akiyev
Tyan-Şan barədə nəğmə 
Möhtərəm xalqım mənim,
Sevimli, doğma xalqım.
Ala-Tooya bənzərin var,
Tyan-Şanın dağları uca,
Qarlı zirvələri parlar.
Möhkəm dağlar təkində
Altun damarlar gizlər.
Xalqımın şan-şövkəti var,
Fitri istedadlarla zəngin.
Akının səs verilmişsə
Nəğmə oxur Vətəninə.
Vətənimə dastan qoşuram,
Dostlar, xoş günlərimiz artır.
Uca dağlar ətəyində,
Xırda otlar xəfif titrər.
Asimana baxıram mən,
Ağ yallarını yellədibən
Buludlar şütüyür, üzür.
Mavi nura boyanmış yer,
Gədiklər göy rəngdə itir.
Sübh ayazı qılınc kimi.
Dərədəki su çox iti axır, 
Firuzeyi alovunu saça-saça.
Yarpaq maviyə, zərrinə bürünmüş;
Abı hava təmiz, təravətlidir.
Addımlaram dağ cığırı boyu mən,
Zirvələrdə sübhə, şəfəqə qənşər. 
Arpaya tay dağlar varmı əcəba?! 
Örüşümüz necə nəhayətsizdir.
Sanki otlaqlara səpələnmiş daş kimi
Bəyaz qaz sürüsü yamaclara tökülmüş.
Dağlarsa hər tərəfdə qürurla durmuş,
Cahana gözəllik saçmağındadır.
23


çalış, sürünü küləklə apar, qayıdanda isti saatlarda 
qoyunlar üzüküləyə getsin: toz arxada qalacaq...
Və  daha  minlərlə  qayda:  hansı  sürətlə, 
hansı  otun  arasından,  ilin  hansı  mövsümündə, 
yamacın  hansı  dikdirində,  hansı  dəniz  səviyyəsi 
hündürlüyündə,  müxtəlif  sürüləri  hansı  havada 
çıxarmalı.              
... Sürü gedir, sürü birbaşa günəşə doğru üzür. 
Çoban ilk cərgəni səfləyir ki, güclü qoyunlar irəli 
cummasınlar, zəiflərə də yer çatsın.
Çoban at çapır – onun hər şeyi mahnı oxuyur: 
ot oxuyur, buludlar oxuyur, dağlar oxuyur. Çoban 
da  ot,  bulud,  dağlar  barədə  oxuyur.  Sürünün  hər 
hərəkətinə göz qoyur: qoyunlar irəli qaçmasın, geri 
qalmasın, ayrı düşməsin, ot hamıya çatsın.
Kimsə  qoyun  kəsəndə,  sülb  adətinə  görə 
bütün  əqrəbanı  qonaq  çağırmağa  borcludur. 
Qoyunun cəmdəyi on iki hissəyə (ustukan) ayrılır: 
ən  möhtərəm  qonağa  baş  və  bir  ustukan  verirlər. 
Əsas  ustukanı  digər  hörmətli  qonaq  alır,  adətən, 
kişiyə  jambaş  (çanaq  sümüyünün  üst  hissəsi), 
qadına  kuymulçak  (büzdüm  sümüyünü)  təqdim 
olunur. Ardınca ciddi ardıcıllıqla digər ustukanları 
paylayırlar:  kaşka  jilik  (bud  sümüyü),  joto  jilik 
(baldır sümüyü), kyun jilik (dizdən bel sümüyünə 
qədər hissə), dalı (bel sümüyü), karı jilik (ön ayağın 
bud sümüyü). Qonaqların sayı çox olanda, ustukan 
kimi bolluca ət qatı və piylə karçıqa (böyrək hissəsi) 
verilir. Hörmətə görə sonuncu omurtka (boyun və 
bel onurğası: arka və moyun) hesab olunur. 
Bu  mərasimin  hər  incəliyindən  hali  və 
cəmdəyi  doğrayan,  bişirilmiş  ustukanı  paylayan 
adama  bököol,  bəzi  bölgələrdə  isə  çıqdançı 
deyirlər.  Ətin  verilməsi  mərasimi  qırğızların 
mehmannəvazlığından  irəli  gəlir  və  qonağa,  sinli 
adamlara  səciyyəvi  şərq  hörmətinə  dəlalət  edir. 
Bunlar bizə əsrlərdən süzülüb gəlmişdir və bu günə 
kimi yaşamaqdadır. 
Qoyunlarla  əlaqəli  əfsanələr  və  inanclar 
var.  “Qışqırsan,  tərs  qoyun  da  gəlib  boynunu 
bağlatdırar”,  “Ucuz  qoyun  ətinin  şorbası  da  pis 
çıxır” kimi atalar sözləri geniş yayılıb. 
Köçün  illik  dövriyyəsi  otlaqların  dəyişməsini 
nəzərdə tutur: qış köçü (kıştoo), yaz köçü (jazdoo), 
yay köçü (jayloo), payız köçü (küzdoo). Adamların 
deyimləri:
Yaz – hərəkətdir
Yay – nemətdir, 
Payız – bərəkətdir,
Qış – məsrəfdir. 
Hər canlının atası kim? 
Bəs anası kim?
Qan nədir?
Bəs ruh nədir?
Hər canlının atası – gün,
Anası – torpaq,
Qanı – su, 
Ruhu – hava.   
Mürəkkəb  sülb-tayfa  bölgüsü  köçəri  həyat 
tərzinin  xüsusiyyətlərinə  uyğun  idi.  Köçlər  kor-
koranə  sürülmürdü,  ciddi  şəkildə  təşkil  edilirdi. 
Örüş  torpaqları  ayıllarda  birləşən  ailələrə  aid 
olunurdu.  
Qırğızlar qədimdən anlayırdılar ki, birlik olan 
yerə  bəla  gəlmir.  O  səbəbdən,  həmişə  varlı  da, 
kasıb da birgə köç edirdi. “Karış ajıraqan karaqança 
körüşpöyt”  məşhur  atalar  sözünün  təxmini 
mənası  belədir:  “Bir  yerdə  olsan,  toxsan,  ayrı 
düşsən,  döyülərsən”.  Onların  həyat  tərzi:  ictimai 
quruluş,  adətlər,  sənətlər,  biliklər,  məişət  –  hər 
şey  firavanlığın  və  xalqın  rifahının  əsas  mənbəyi 
olan  mal-davarın  otladığı  örüşlərin  vəziyyətindən 
və ilin mövsümündən asılı olaraq davamlı surətdə 
yerdəyişməyə tabe olurdu. 
Mənə  misilsiz  gözəl,  əbədi  hüznü  qoruyub 
saxlayan dağ gölü Son-Kulda (tərcüməsi – “sakit 
göl”)  və  planetdə  ən  iri  vəhşi  qoz  bağı  Arslan-
Bobda olmaq xoşbəxtliyi nəsib oldu. Bu məhsuldar 
bağa  nə  səbəbdənsə  xalq  arasında  “vəhşi  bağ” 
deyirlər.  Bu  təkrarsız  yerlərə  mən  bitməkdə  olan 
XX əsrin sonunda baş çəkdim.     
Şübhəsiz,  tanınmış  Süleyman  dağını  da 
diqqətdən kənarda qoymadım. 
Oş şəhərində müqəddəs Süleyman dağı bütün 
dövrlərdə səyyahların (onlardan biri əfsanəvi italyan 
Marko  Polodur),  tarixnəvislərin,  coğrafiyaçıların, 
arxeoloqların, şərqşünasların diqqətini özünə çəkir. 
Bu  müqəddəs  dağ  XI-XIII  əsrlərdə  Səmənilər  və 
Qaraxanilər dövlətinin mərkəzi olmuşdur. 
Beş  yüz  min  il  əvvəl  ibtidai  insanların 
məskunlaşdığı  Süleyman  dağı,  həmin  insanların 
sonrakı nəsillərə yüzdən artıq qayaüstü rəsm qoyub 
getdikləri unikal mağaralarla zəngindir. Bu rəsmlər 
Oş vahəsinin və külleyi Fərqanə vadisinin ən qədim 
əhlinin tarixi və dini inancları barədə bol məlumat 
verir. Süleyman dağı haçanlarsa həmçinin zərdüşt 
məbədgahı  kimi  də  xidmət  etmişdir.  İslamın 
yayılmasından sonra isə Süleyman peyğəmbərin adı 
ilə  adlandırılaraq,  Avrasiya  kontinentində  “ikinci 
Məkkə”  kimi  müsəlmanların  ziyarət  məkanına 
çevrilmişdir.  
Tyan-Şan  dağlarında  üç  ən  yuksək  zirvə  var: 
Lenin  zirvəsi,  Qələbə  zirvəsi,  həşəmətli  Xan-
Tenqri – ruhların fatehi.
Xan-Tenqrini  mən  artıq  XXI  əsrin  əvvəlində 
“fəth” etdim. Xan-Tenqriyə yol “Manas” eposundə 
24


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə