zəhmətsevərlik və şərəf, dəyanət və mənəvi
paklıq ruhunda yetişdirmək üçün tərbiyənin ən
mühüm əsaslarını empirik işləyib hazırlayan xalq
pedaqogikasının sehrkarlarıdır”.
Yazı peyda olanadək folklor yaradıcılığı
qırğız xalqının mənəvi nəsihətinin başlıca forması,
məişətinin ən yaxşı keyfiyyətlərinin əksi olmuşdur.
Məhz nağıllar kiçik yaşlarından qırğız uşaqlarına
xoşbəxtliyin mənbəyinin yalnız əmək olduğunu
təlqin edirdilər. Kiminsə ricasını yerinə yetirmək
müqəddəs iş, vədə xilaf çıxmaq isə rüsvayçı və
utanclı əməl hesab olunurdu. Mühüm əxlaqi
göstərişlərlə bahəm nağıllar yeni nəsillərə saysız-
hesabsız mövhumat və əlamət gətirmişlər. Onların
tinətinə vardıqca xeyirxahlıq və ətraf dünyaya
ehtiram məntiqi duyulur.
Xalq arasında inanc var ki, yaşadığın evin
divarlarını təpikləmək olmaz. Evinə qapını ayaqla
açan şəxs həmişəlik uğurdan məhrum ola bilər.
Gecə canlıları narahat edərək fit çalmaq olmaz.
Hərgah gecə suyu bulandırıb çirkləndirsən, ananın
sinəsi nasazlaya bilər.
Günəşin tülusu zamanı yatmaq qadağan
edilirdi, zira insan günəşlə xudahafizləşməlidir.
Günü qarşılayıb ötürmək qəsdilə insan tez
oyanmalı və gec yatmalıdır. Uzaq yola yalnız yaxşı
ovqatla çıxmaq lazımdır. Yarı yoldan qayıtmaq
olmaz – uğurunla yolunu səhv salarsan, bir-birinizi
itirərsiniz.
İstənilən qırğız ailəsində baş örtüyü paltar
atributları arasında ən hörmətlisidir: papağı
dəyişdirmək, hədiyyə vermək, satmaq olmaz.
Yurtaya, yaxud evə daxil olanda qalpağı (papağı,
şlyapanı, furajkanı) ən hündür yerə qoymaq
lazımdır.
“Nandı eki koldop sındır” – çörəyi iki əllə
qoparmaq lazımdır. İki əliniz varsa, çörəyi bir
əllə qoparmaq olmaz. Çörəyi həmişə üzüyuxarı
Toktəliyev E. “Ayın bədirlənməsi” 1995-ci il, kətan, yağlı boya, 42 x 52
53
qoyarlar. Küçədə, ayaq altında çörəyi görən götürüb
təmiz yerə qoyar. Qırğızlar çörəyə həmişə ehtiramla
yanamışlar və hətta ona səcdə edirlər. Hərçənd,
islam dinində Allahdan uca heç nəyin olmadığı
və başqa şeyə itaətin günah sayıldığı deyilir. Bu
əlamət ona dəlalət edir ki, qırğızlarda bütpərəst
mədəniyyətin ünsürləri qorunub saxlanmaqdadır.
“Erkekti teppeyt” – kişiləri təpikləmək olmaz.
Qızcığaza və həddi-büluğa çatmış qıza kişini
təpikləmək olmaz. Əks təqdirdə, qadın sonsuz
qalar.
“Böyrök tayanbayt” – əllərini belinə vurmaq,
dirsəklərini qaldırıb ovuclarını qarının aşağısına
qoymaq olmaz. Belə hərəkəti ərini ağlayan
dul qadın edirdi. Kişilər qırmancın dəstəyi ilə
böyürlərinə dayaq verib mərhumun yurtasına at
belində yaxınlaşaraq başsağlığı verirdilər. Buna
görə adi günlərdə belə eləmək olmaz. Əlini belinə,
büzdümün ortasına tutmaq – istər kişi, istər qadın
üçün yaxşı deyil, tək qalmaq arzusunu bildirir.
“Açuunu ayabayt” – acını əsirgəmə. Hərgah
qapını zəhlətökən, gündə neçə dəfə gəlib-gedən
qonşu döyürsə, ya borc pul istəyirsə, çörək almaq
yadından çıxırsa, ütüsü xarab olursa, nələr, nələr
üçün ağız açırsa, kibriti, bıçağı, acılı ərzaqları
ondan əsirgəmə.
“Tuz surabayt” – duz istəmək olmaz. Heç
vəchlə duz borc götürmək olmaz. Bu halda xahiş
edən şəxs bütün ağrı-acını üzərinə götürür.
“Keçində şıpırbayt” – axşamlar ev süpürməzlər.
Axşam süpürüləndə, evin öz “ırıskı” – ruzisi,
ərzağı, yəni insanın rifahı eşiyə atılır.
“Butundu öydö kötörbö” – ayaqlarını yuxarı
qaldırma. Deyilənə görə, ayaqları yuxarı qaldıranda,
düşmənlər baş qaldırır. Bədxahlar süpürgə dik
qoyulan vaxt da üsyan edirlər.
“Beymaalda uktabayt” – şər qarışanda
yatmazlar. “Beymaal” – namünasib, uyğun olmayan
vaxt deməldir. Tülu zamanı Allah mələklərini yer
üzündəki sağ insanları saymaq üçün göndərir, bu
vaxt yatmışlar isə hesaba götürülmürlər. Üstəlik,
deyirlər ki, gürub çağı yuxulamışlar duranda güclü
baş ağrılarından əziyyət çəkəcəklər.
“Balanı dalıqa çappayt” – uşağı kürəyindən
vurmazlar. Zira bu nahiyədə qoruyucu-mələklər
oturur və uşaq döyüləndə qaça bilərlər. Allah
eləməmiş, bu baş versə, uşaq tez-tez naxoşlayacaq.
“Jolqo mışık albayt” – yola pişik götürməzlər.
Qlrğızlar düşünür ki, pişiyin mənfi enerjisi çoxdur
və pisniyyət canlıdır.
“Ölqöndön tüz üyqö barat” – dəfndən birbaşa
evə. Dəfndən, yaxud hüzr yerindən qayıdanda
Cundubayeva N.
“Xalq”
Xalqın göz yaşlarını
Axdırıb birləşdirsən,
Çöllər də, vadilər də,
Zəqqum duz dadar.
Yazda cayloda açacaq gül də
Göz yaşlarıyla qoxuyar, aman.
Xalqın səadətini
Axıdıb birləşdirsən,
Müstəbidlər paxıllıqdan
Çatlayar da partlayar.
Xalqın təbəssümlərini
Nurladıb birləşdirsən,
Göydə al günəş doğar.
Ey xalqım!
Böyük köçlə köç edirsən,
Nəhəng karvanını
Əsrlərdən çəkirsən.
Milyonəlli,
Milyonayaq,
Milyongözlü,
Milyonsima,
Xalqımsan sən!
54
kiminsə evinə hətta ayaqüstü qonaq getmək olmaz.
Bu əlamətə riayət edilməsə, kimə isə dərd-qəm
gətirmək olar.
“Keçində akçanı kolqo karmatpayt” – axşam
ələ pul verməzlər. Əks təqdirdə, bu, pulsuzluğa
gətirib çıxarar.
“Bela menen mışıktı oyqotpoyt” – uşağı və
pişiyi oyatmazlar. Ehtimalən, burada söhbət adicə
sağlam uşaq yuxusundan gedir. Pişik isə məkrli
heyvandır, intiqam ala bilər.
“Jaş adam jelbegey jamınbayt” – cavanlar
çiyinlərinə üst geyimi salmazlar. Üst paltarı çiyninə
sinlilər və atasızlar salırlar. Gənclərə həmçinin bığ
saxlamaq daolmaz. Hətta ailəli kişilər, ataları hələ
sağdırsa, bığ buraxmırlar.
“Tizeni kuçaktabayt” – dizi qucaqlamazlar.
Belə vəziyyət tənhalığa çağırış sanılır və və ardınca
“tartış” çatışmamazlıq, əskiklik gətirə bilər.
Deyilənə görə, məhz qırğız-köçərilər vəhşi iti
ilk dəfə əhliləşdirmişlər və o çağlardan bəri it ən
sadəqətli ev heyvanına çevrilmişdir. Evə təsadüfən
gəlib çıxmış iti yemləmək ənənəsi buradan
qaynaqlanır, zira it – akjoltoy – evə uğur gətirən
ola bilər. Yeri gəlmişkə, Akjoltoy bizim obalarda
çox geniş yayılmış it ləqəbidir.
Hərga it ölürsə, onun ağzına ərinmiş yağ
qoymaq lazımdır ki, son nəfəsinəcən sahibinə
minnətdar olsun. Sahib onu basdırmağa borcludur.
Doğrudur, bəzən sadiq ölümcül naxoş it evdən
çıxıb gedir ki, ölümü ilə sahibini mütəəssir etməsin
və iraq bir yerdə ölür.
Sahibini ən faciəvi anda xilas etmiş köpək
haqqında əfsanə mövcuddur. Sahib qocalmış itini
suda batırmaq niyyətinə düşür, ancaq üzməyi
bacarmadığı halda özü təsadüfən yıxılıb çaya
düşür. Sədaqətli dördayaqlı dost dartıb kişini sahilə
çıxarır.
Qırğızlar heç vaxt itlərini yaxud alıcı quşlarını
satmazdılar. Sadəcə hədiyyə verər, ya da azadlığa
buraxardılar. Səbəbini bilmirəm, amma bizə qədər
belə olub, qoy indən belə də bu sayaq olsun.
Hesab olunur ki, insana yuxarıdan verilmiş
beş nəsib var və onlarla barışmaq lazımdır. Bunlar
sevgi ehtirası, istedad, təsadüf, bəla və ölümdür.
Matayev J. “İntizar” 2005-ci il, kətan, yağlı boya, 55 x 60
55
Dostları ilə paylaş: |