Səni görüm, mütərəddidləri əmin edəsən,
Xalq quraqlığa düçar olsa,
Səni görüm, göydən yağış kimi töküləsən,
Səni görüm, ahıllara rəhmdil olasan,
Səni görüm, aca ayran süzəsən,
Səni görüm, qovğalıları barışdırasan,
Səni görüm, xalqın üçün xəzinə olasan,
Səni görüm, bayraqdar şərəfi görəsən,
Səni görüm, çağa üçün beşik olasan,
Səni görüm, bəxtəvərlik üçün qapı olasan,
Səni görüm, torpaqsızlara sığınacaq olasan,
Səni görüm, sakit və xeyirxah olasan,
Səni görüm, şöhrətdən çaşmayasan,
Səni görüm, daim əliaçıq olasan,
Hərgah heç nəyin yoxsa belə,
Səni görüm, şöhrətpərəstin ürəyincə olasan,
Səni görüm, tərəzinin daş-mizanı olasan,
Səni görüm, həqiqətlərin həqiqəti olasan.
Qoy mənəvi var-dövlətin tükənməsin,
Qoy sözlərin vəzndə ağır olsun,
Qoy şərəfin və ləyaqətin
Cəmi qırğız xalqına nümunə olsun!
Xalq yazıçısı Tuqelbay Sıdıkbəyovun
özünəməxsus nəsihətləri:
– Dərindən düşün, qoy dediklərin hamının
ürəyinə yatsın.
– İşində bitərəf və adil ol, tükü yarıdan
bölüb özününkünü də, yadı da qohum etməyə
qadir bir insan kimi. Qoy haqq işin büdrəməsin.
– Ləyaqətin, şərəfin artıq olsun.
– Hiddətini gülüşünlə söndür...
Bir qısa, ancaq mənalı bir öyüd var: “Eldin
uulu bol!” – “Elinin oğlu ol!”. Bu kəlam bica
yerə yaranmayıb. Əcdadlarımız çətin vaxtlar
yaşayanda, ürəklərinin dərinliyində möcüzə
gözləyir, ümid edirdilər. Hər yeni doğulmuş
çağaya böyüyüb pəhləvan olmağı arzulayırdlar
ki, xalqı müdafiə etməyə qadir olsun. Səxavətli
Manas da belə bahadır şəxsində zühur etdi.
Ənənəyə görə çağanın qırxı çıxanda ona
xeyir-dua verilir. Uşağa xeyir-dua oxunur,
beşiyə qoyulur. Mütləq ad seçiləndə xoş niyyət
arzulanır. Gəlinə, yol üstündə, köçqabağı,
səpinqabağı, yurta qurmazdan öncə, təamdan
sonra verilən xeyir-dualar var... Təzə bəylə
təzə gəlinə verilən öyüd, alqış da var. Onların
başına ağ örtük salır və deyirlər: qoy bu örtük
sizə uğur gətirsin, qoy həyatınız birgə gül açsın,
çiçək açsın.
Ənənələrə
zidd
olan
valideynlərə
hörmətsizlik, kobudluq əvəzində atanın yaman
sözü (ola bilsin, qarğış-nifrini) kimi cəza növü
vardır ki, o bağışlanıb geri götürülmür.
Torobəyov S.S. “Tələbələr təcrübə zamanı”. Kətan, yağlı boya, 47 x 60.
51
Xalq əlamətləri haqqında
Qocaların dediyinə görə yer üzündə canlı
nə varsa, torpaqdan, sudan, oddan və havadan
yaranıb. Yalnız iki tövr xəstəlik olur: ruhi və cismi
xəstəlik. Ruhi azar göz-nəzərdən, cadudan əmələ
gəlir. Belə azar-bezara ən çox balaca uşaqlar düçar
olur. Körpə – hələ insana çevrilməmiş mələkdir və
adamların dünyasında zərif və köməksiz bulunur.
Çox rahatlıqla ona saxta tərif, bəd söz, həta sadəcə
qibtəli baxışlarla gözə gətirmək mümkündür, ona
görə anaya 40 gününə qədər çağanı evin yaxın
adamlarından və ailə üzvlərindən savayı heç kəsə
göstərməmək, adamlar yığılmış tünlük yerlərə,
bayramlara aparmamaq tövsiyə olunur.
Qırğızlar əvvəl də, indi də göz-nəzəri
deyimlərlə, tilsimlərlə, lövhlərlə çıxarırlar. Bundan
ötrü təmiz su ilə dolu cam istifadə olunur. Camı
uşağın başının üstündə hərləyir, lövh oxuyurlar:
Səhərki nəzər axşam çıxsın,
Axşamkı nəzər səhər çıxsın,
Möhkəm axan çay suları
Aparsın nəzəri uca dağlara...
Sonra suyu adam ayağı dəyməyən yerə tökür
və hesab edirlər ki, bəd-nəzər su ilə götürülmüşdür.
Bir çox qırğız çağalarının biləklərində
ağ “göz”lü qara gözmuncuğu görmək olar.
Gözmuncuğu göz-nəzərdən qoruyur. Çox vaxt
uşağın boynuna taxılan, ya da paltarına tikilən
amuletdən – tumardan da istifadə olunur. Xalq
arasında inanırlar ki, təzə doğulmuş çağanın
əllərində qan vardısa, böyüyəndə, qorxmaz
igidlərdən olacaq. Uşaq ölümü barədə məcazi
mənada söylənilir – sanki quşa dönərək “uçub”.
Ümumiyyətlə, qırğızların yaxınları rəhmətə
gedəndə, heç kəs dilinə gətirmir, sadəcə deyirlər ki,
ağır xəstə yatır.
Qırğız adətlərinə görə, ağsaqqalın, yainki bir
neçə adamın yanından ötüb keçən adam onları
tanımasa belə, ayaq saxlayıb salamlaşmalıdır.
Bununla da yolçu həmin obaların əhlinə hörmətini
izhar edir.
Qırğızların bir sıra məclis mərasimi var.
Bilicilər ət xörəkləri ilə əlaqədar kult səviyyəsinə
qaldırılmış onlarla adət sadalaya bilərlər. Məs.,
heyvanı kəsməzdən əvvəl mütləq ondan əfv
olunmaq diləyər, deyərdilər: “Sənin günahın
yoxdur, mənim yeməyim” və s. Bu gün belə
ayinlərin çoxu gündəmdədir. Hörmət əlaməti
kimi qonağa ən yaxşı yeri – toru və ətin ən yaxşı
hissəsini təklif edirlər. Məs., masa arxasında
qoyunu 12 ləziz hissəyə bölürlər ki, onların da hər
biri öz əhəmiyyətinə malikdir.
Görüşəndə əl vermək etiketi də mövcuddur.
Birinci əlini yaşca kiçik verir. Hərgah qarşınızdakı
çox möhtərəm adam, yaxud ağsaqqaldırsa, onun
ovcunu ikiəlli sıxmaq vacibdir. Kişilər, yaxın
dostlar çiyin-çiyinə qucaqlaşır, qadınlar qucaqlarını
yüngülcə açırlar. Kişilər qadınlarla görüş zamanı
birinci salamlaşır, qadın isə cavabında yüngülcə
təzim edə, yainki sadəcə başını tərpədə bilər.
Hələ bineyi-qədimdə qırğızlarda gənclərin
tərbiyəsinin xalq ənənələri qəbul olunmuşdur.
Qırğız Milli Elmlər Akademiyasının akademiki
A.E.İzmaylov bu barədə əsərlərində yazır: “...
qırğızlar – həqiqətən əsrlər boyu gənc nəsilləri
52
Dostları ilə paylaş: |