Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə23/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   19   20   21   22   23   24   25   26   ...   111

-  qazlar  ucadan  uçursa,  su  bol  olacaq, 
alçaqdan uçurlarsa, az;
-  qaranquşlar alçaqdan uçursa, tufan qopacaq;
-  lələkvari buludlar gəlibsə, hava dəyişəcək, 
çox vaxt isə tufan qopacaq;
-  şimal-qərbdən uçub gələn xırda buludlar – 
hava açıq keçəcək;
-  külək güclənib qəfil istiqamətini dəyişirsə, 
yağış tökəcək;
-  külək  qərbdən  əsirsə,  yağış  tökməyə  də 
bilər;
-  kəpənək  alçaqdan  uçub  daldalanacaq 
axtarırsa,  qarışqalar  yuvalarında  gizlənirsə,  hava 
kəskin dəyişə bilər;
-  səhər dumanlıdırsa, hava aydın olacaq;
-  külək  istiqamətini  sürətlə  dəyişirsə,  yağış 
tökəcək;
-  əgər külək qərbdəndirsə, yağış olmayacaq;
-  qarışqalar  yuvalarında  gizlənirsə,  yağış 
tökəcək;
-  at  qarın  üstündə  uzanırsa,  tezliklə  isti 
düşəcək;
-  sağsağan şaqqıldadısa, qonaq gələcək;
-  hamilə  qadın  alma  çox  yeyirsə,  uşağı 
qəşəng olacaq;
-  əgər  oğlan  balaca  olanda  qızları  döyürsə, 
gələcəkdə əlləri titrəyəcək;
-  kim  masadan  hətta  qırıntıları  da  sonadək 
yeyirsə, varlı olacaq; 
-  tikinti işinin qızğın çağında qonşuya getmiş 
adam işə girişməlidir, yoxsa uşaqları qozbel olacaq;
-  uşaq əl çalırsa, yaxşı xəbər gözlə;
-  yatan  çağanın  başının  altına  bıçaq,  ya  da 
qamçı qoyurlar ki, rahat yatsın;
-  hərgah  yurtada  quş  yuva  qurubsa,  bala 
çıxardacaqsa, ev  sahibi köçünü  balalar çıxanacan 
saxlamalıdır.
Camaat  çox  vaxt  əlamətlərə  görə  gələn 
mövsümün xarakterini müəyyənləşdirə bilir. Məs.:
-  bülbül oxusa – su azalacaq;
-  qazlar  tez  gəlibsə  –  yayda  məhsul  bol 
olacaq;
-  quraqlaıqdan qabaq çoxlu siçan gəlir;
-  əgər  dələ  yuvasını  yuxarıda  qurursa  –  qış 
sərt keçəcək;
-  xəzan tez başlamışsa – qış sərt keçəcək;
-  sığırçınların  qış  lələklərində  ağ  ləkələr 
çoxdursa – qış o qədər soyuq keçəcək;
-  canavarlar  kəndin  başına  dolanırsa,  itlər 
ulaşırsa, durnalar yuxarıdan uçursa – il ac gələcək;
-  əgər  cüyür  və  dağ  qoyunları  ilk  payızdan 
çəkini artırırlarsa və cütləşmə dövrü həmişəkindən 
tez başlayırsa – onlar ilin ac keçəcəyini duyur, piy 
toplamağa çalışırlar ki, balalarını aclıq düşənəcən 
yedizdirməyə çatdırsınlar;
-  ayın başında yağış tökübsə – ortasında da 
yağacaq, axırında da;
-  ay  bədirlənəndə  çevrilibsə  (böyrü  üstə 
aşıbsa), ay sakit keçəcək;
-  buludlar ayı örtmüşsə, fırtına gözlə.
Təzə  ay  doğulanda  necə  olursa,  bütün  ay  elə 
keçəcək.
Təzə ay doğulanda hər 5-ci gün külək qopur. 
Təzə ay doğulanda 4-cü gün hava necə idisə, 
təxminən belə hava da bütün ayı keçəcək.
Əgər hilal çox nazikdirsə, ay boyu yaxşı hava 
hökmfərma olacaq. 
Hərgah  tozağacı  çox  şirə  buraxırsa,  il  yağışlı 
keçəcək.
Sərçə  və  qaranquş  yuvalarının  ağzını  şimala 
qurursa, yay çox isti keçəcək.
Duman yerə lap yaxın sürünürsə, tez əriyəcək, 
yuxarıdan yayılırsa, hava korlanacaq.  
Qarışqalar  yuvanı  yuxarı  tikirlərsə,  qış  ağır 
keçəcək.
Payızda göbələk az olacaqsa, qış ağır keçəcək.
Qoz-fındıq  bol  məhsul  versə,  qışda  qar  çox 
düşəcək.
Kimsə uzaq yola çıxırsa, çörəyin başından ona 
dişləm  verirlər,  qalanını  saxlayırlar  ki,  qayıdanda 
hamısını yesin. 
Yolda daş varsa, götürmək lazımdır. 
Qadının xasiyyətinin xırdalıqları
1.  Üzün təmizliyi – genetik paklıq və nəcabətli 
soy-kökdür. 
Dişlərin ağlığı – qaraciyərin və həzm sisteminin 
sağlamlığıdır.
Təmiz, şəffaf gözlər – daxili aləmin paklığıdır. 
Dırnaqlarının  kökünün  ağlığı  –  dərrakənin 
paklığıdır. 
2.  Qadının dodaqlarının qırmızılığı – qəlbinin 
və gözəlliyinin paklığıdır.
Yanaqları qızartılıdırsa – ürəyinin təmizliyinə, 
uzunömürlülüyə, qadın zərifliyinə dəlalət edir. 
Dili qırmızıdırsa – genləri nəcibdir. 
3.  Hörükləri uzundursa – övladı çox olacaq. 
Kirpikləri uzundursa – bəxtlidir, uğurludur. 
Barmaqları uzundursa – səxavətli, ürəyiyuxadır. 
Kəkili uzundursa – əkizləri olacaq.  
4.  Pəncələri balacadırsa – hərəki, qıvraqdır. 
Ağzı balacadırsa – fikirlidir.
Dili balacadırsa – fikir azadlığını dəyərləndirir 
58


və natiqlik qabiliyyətinə malikdir. 
Çiyinləri enlidirsə – mahir əl işi var.
Burnu balacadırsa – həyatsevərdir.
5.  Orta  (jumuru)  biləyi  varsa  –  sağlam  uşaq 
doğacaq.
Dizləri ortadırsa (jumuru) – mütənasib bədənli 
uşaq doğacaq.
6.  Çanağı  enlidirsə  –  rahat  doğacaq,  yerişi 
yüngüldür.
Boynu yoğundursa – sağlam, idmançı bədənli 
uşaq doğacaq. Amma uşaqlar tərs ola bilər.  
7.  Alnı  iridirsə  –  insanlara  rəhbərlik  edəcək 
müdrik uşaq doğacaq.
Bəbəklərin  iriliyi  –  gözəllikdir,  övladları  da 
gözəl olacaq. 
Ovucları iridirsə – əliaçıqdır. 
Addımları  iridirsə  –  gözəl  yerişi  var  və 
pəhləvanlar doğacaq.
8.  İncə qaşları varsa – uzunömürlüdür.
Dodaqları  zərifdirsə  –  mərhəmətlidir,  tez 
inanandır.
Burnu zərifdirsə – nəzakətlidir. 
Barmaqları incədirsə – yaxşı əl qabiliyyəti var. 
9.  Balaca ağız – ağıl və xeyirxahlıqdır.
Qoltuqları balacadırsa – sədaqətlidir. 
Burun  pərəkləri  balacadırsa  –  işlərində 
dəqiqdir. 
10. Gözləri qaradırsa – qəşəng uşaqları olacaq. 
Saçları qaradırsa – cəsur uşaqları olacaq.
Kirpikləri qaradırsa – ağıllı uşaqları olacaq.
Qaşları qaradırsa – ciddi uşaqları olacaq.
11. Gülüşü incədirsə – incəsənətə meyllidir.
Səsi  incədirsə  –  nəzakətli,  ürəyiyanan, 
hünərvərdir. 
Münasibəti incədirsə – insanpərvərdir.
Sözləri incədirsə – şərəflidir.
12. Atasına oxşayan qız, anasına oxşayan oğul 
– xoşbəxt olar.
Uşaq əsas tərbiyəni evdə, ailəsində alar.
Ayın ortasında anadan olan, uzun ömür sürər. 
Haçan və necə salamlaşmaq lazımdır?
Yaxın tanışlarını görəndə.
Adam  arasına  gələndə,  yaxud  oranı  tərk 
edəndə.
Artıkbayev K. “Uzaq örüşdə” 1982-ci il, kətan, yağlı boya, 110 x 110  
59


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə