yola gəlmirdi. Tanışım 1999-cu ildə İssık-Kula
gedəndə yolüstü bacısına baş çəkmək qərarına
gəlir. Yeznəsini ayıq başla görəndə heyrəti yerə-
göə sığmır. Dinməz suala yeznə cavab verir ki,
Batkən vilayətində hərbi əməliyyatlar başlanıb
və ehtiyatda olan əsgərləri orduya çağıra bilərlər.
Və tərxis olunmuş əsgər kimi ayıq həyat tərzi
keçirməyə məcburdur. Birdən çağırış vərəqəsi
gətirərlər, o da sərxoş olar! Belə rüsvayçılığa
dözə bilməz... Beləcə bəlli olur ki, bu insan əgər
çətin anda tərəddüd etmədən cavanlarla çiyin-
çiyinə Vətənin və xalqın müdafiəsinə qalxmağa
hazırdırsa, deməli o dərəcədə pis adam deyil. Bu
qərar boş söhbət deyildi, axı yaxşı məlumdur ki,
içki aludəçisi pis vərdişindən əl çəkmək üçün
necə iradə göstərməlidir. Bu hadisədən sonra
tanışımın göstərdiyi səmimilyinə və iradə gücünə
görə yeznəsinə hörməti artdı. Bu azmış tanışım
bu qənaətə gəldi ki, adamlar bütünlüklə pis ola
bilməzlər.
Kurmanov T. “Rəfiqələr” (payız söz-söhbəti) 1980-ci il, quaş, 18 x 25
Hər at – qaçağan deyil,
hər alıcı quş – şunqar.
49
AK-BATA (öyüd-nəsihət)
Ləl-cavahirat götürmə, qocaların öyüdünü götür.
Atalar özü
Qırğızlarda
deyirlər:
torpaq
yağışla
münbitləşir, cavan – qocaların nəsihətləri ilə. Ahıl
adamların xeyir-duası – hər qızın, hər gənc oğlanın
qazana bilmədiyi mənəvi xəzinədir. Özünəməxsus
şəkildə arzuların yerinə yetirilməsini əta edən səma
hamiləri ilə vəhdətdir.
Tanınmış ağsaqqalların xeyir-duasını və
nəsihətlərini almaq bu gün də gənclərimiz arasında
böyük şərəf sayılır.
Öyüd-nəsihət həmişə ali mənəvi sirr sayılır.
Cavan oğlan nə qədər bu şərəfə tez-tez nail
olurdusa, həyatda bir o qədər uğur qazanır, bəxti
üzünə gülürdü. Fəqət bu öyüdü almaq üçün gənc
yaxşı əməllər etməli, layiqli davranmalı, böyüklərə
ehtiram göstərməlidir. Məhz ağsaqqal Koşoyun
nəsihətindən sonra Manasın həyat yoldaşı Kanıkey
Semetey pəhləvanı dünyaya gətirir.
Ev sahibinin kiçik oğlu qonaq gələndə, adətən,
təamdan əvvəl qonaqların əlinə su tökür, onların
xeyir-duasını almağa ümid bəsləyirdi. Cavan oğlan
xeyir-duanı ahıl süvariyə atdan düşməyə əl tutanda,
atının başını saxlayanda ala bilərdi. Bu xeyir-duada
başlıcası – onların cani-dildən, səmimi-qəlbdən
gəlməsidir. Nəsihət istənilən cümlələrlə verilə
bilərdi, ancaq çox vaxt insan həyatının ən vacib
məqamlarını əhatə edirdi:
Ruzin bol olsun,
Ömrün şərəflə keçsin,
Allah
uzun ömür versin,
Bərəkətin əskik olmasın,
Azar-bezar bilməyəsən nədir,
Camaat dinc, qarnı tox olsun,
Xan öz yerində otursun.
Allah
gizli düşməndən qorusun,
Allah ölümdən saxlasın,
Allah dərddən-bəladan saxlasın,
Allah qəfil hadisədən qorusun.
Sülh bərqərar olsun,
Zəhmət çəkilsin, firavanlıq olsun,
Babalarımız
müdrik olsun,
Nənələrimiz həlim olsun.
Qızlarımız namusunu qorusun,
Uşaqlarımız ürəkdən xəbər versin...
Belə öyüdlərdə, bir qayda olaraq, eqoizm
qaibdir. Xoş arzu, niyyət konkret şəxsə ünvanlanmır,
bütün millətə xidmət edir. Xalq yaddışnda hamının
sevimlisi xanəndə Arstanbəyin bu günə qədər
dəyəri azlmayan, sönməyən müqəddəs xeyir-duası
həkk olunmuşdur:
Səni görüm, xalqın düşmənləri üçün tatarı
olasan,
Səni görüm, quraqlıqda bircə damcı su olasan,
Səni görüm, lal-karın eşidən qulağı, danışan
dili olasan,
Səni görüm, səhranın
düzündə quyu olasan,
Səni görüm, qaçağan at belində bahadır olasan,
Səni görüm, zəiflərin ürəkli havadarı olasan,
Səni görüm, dul qalmışlara, yetimlərə pasiban
durasan,
Səni görüm, müstəbidlərə təhlükə olasan,
Səni görüm, yalançılara cəza kəsiləsən,
Səni görüm, oğruların qənimi düşəsən,
Səni görüm, rifaha alicənab minnətdarlıq
göstərəsən,
Səni görüm,
binəsiblərə ruzi verəsən,
Səni görüm, köməksizlərə qılınclı-qalxanlı
yardımçı olasan,
Səni görüm, sözün qısasını deyəsən,
Səni görüm, aramla danışıb millətə vacibini
söyləyəsən,
Səni görüm, adil olub işini biləsən,
Səni görüm, tərif edənlərindən qaçasan,
Səni görüm,
dəmirçinin çəkici olasan,
Səni görüm, layiqlilərin möhkəm arxası olasan,
Səni görüm, ürkəklərə təpər verəsən,
50