istinadlar mövcuddur. Bu görüşdə onların arasında
sülh müqaviləsi bağlanmışdır. Qırğızların tarixini
öyrənən Pekin universitetinin doktoru Xu Çjenxua
sonrakı fəaliyyətini bu tarixi mühüm sənədin
axtarışlarına həsr edəcəyini vəd etdi.
Koçkor vadisinin sakinləri “Kırk çoro”
gümbəzlər kompleksi ilə fəxr edirlər. Bu XVII-XIX
əsrlər memarlıq abidəsini Manasın oğlu Semeteyin
mövcudiyyəti ilə əlaqələndirirlər. Çon Kəminin hər
hansı sakini əminliklə ərz edəcək ki, məhz onların
Urbu vadisində eposun personajlarından biri atının
başını çəkib saxlamışdır.
Mərkəzi Tyan-Şanda çoxsaylı arxeoloji
abidələrin arasında XV əsr karvansarası Daş-Rabat
kimi ad çıxarmış sirli daş tikili durur. Nəsillərdən
nəsillərə ötürülən hekayətlərə istinadla yerli sakinlər
nəql edirlər ki, bu qalanı çinlilərin basqınlarından
qorunmaq qəsdilə Manasın məsləkdaşı Koşoy inşa
etmişdir.
Manasın məqbərəsi
Ala-Too dağlarından güc yığaraq,
Əngəlləri,
maneəni həm aşaraq,
Güzgü səthli, büllur sulu Talas çayı
Çu vadisinə doğru bərk şütüyür.
Dağ yamacında bir sərdabə ucalır,
Görəni dərin fikirlərə qərq edir məzar.
Çox
əsrlər bundan əqdəm hüznlə, kədərlə,
Sərdabədə igid Manas tapşırılmış torpağa.
Bu sərdabəni kimlər tikmiş axı belə ecazla?
Yüz illər əqdəm burada nələr baş vermiş?
Kim imiş o Manas?
Bunlar barədə
Daş yazılar bizə xəbər verərmiş, fəqət
Amansız yağı yazını ordan silib götürmüş.
Öz qayda-qanununu bərqərar etmiş.
Bu gün bəlli
deyil bizə nələr baş vermiş,
Zira yağı əli o yazını pozub da silmiş.
Ancaq sərdabə günün bu günündə orda,
Uzaqlardan ziyarətə gələn kim?!
Kimlər dayanmadan hey ora gəlir?
Məzarlıqda
uyumuş o igidə baş əymək,
Xatirəsini anmağı borc bilən kəslər.
Hərdən dağ qürub mehi,
şəfəq küləyi,
Sərdabəylə asta-asta pıçıldaşıb sirr açır,
Bugünkü nəsillərdən, gəlib-gedəndən.
Dağların başı
lap asimana dirənir,
Ala-Too Manası igidlər igidi adlandırıban,
Aya, günəşə tay tutur, mədhiyyə oxur,
Qürurla başını dik qaldırır, Manas çağırır.
Manasın keşiyin çəkər yalçın qayalar.
Sarp daşlar ondan sözə-söhbətə başlar.
Olub
keçənlərin izi, təsiri qəlblərdə qalmış
İnsan ürəkləri ağrıyla vurur, çırpınır.
Dastançı üzünü Manasa tutmuş,
Qomuzun havası
Manas barədə,
Kədərli, qüssəli zümzümə edir.
Hünərdən, güc-təpərdən və sitəmdən.
Qəlblər od tutub alovlanır, qanlar qaynayır,
Manasın cavanlığı burada anılır.
Ala-Too dağlarından güc yığaraq,
Əngəlləri, maneəni həm aşaraq,
Güzgü səthli, büllur sulu Talas çayı
Çu vadisinə doğru bərk şütüyür.
Dağ yamacında bir sərdabə ucalır,
Görəni dərin fikirlərə qərq edir məzar.
Çox əsrlər bundan əqdəm hüznlə, kədərlə,
Sərdabədə igid Manas tapşırılmış torpağa.
37