ağuşuna alır və şəhərləri, kəndləri batırır... Bu
minvalla, yaranışına məhəbbətin səbəb olduğu göl
peyda olur.
Mən oxucularımla daha bir könlü riqqətə
gətirən hadisə ilə bölüşmək istərdim. 90-cı illərdə
İssık-Kulun cənub sahilində istirahət edərkən bir
ağsaqqaldan qu quşları barədə heyrətamiz vaqiə
eşitmişəm.
Bir qış günü Ton vilayətinin qəsəbə sakinləri
sahildə buza yapışmış qu quşu görürlər. Bir an
belə düşünmədən quşu xilas edəndə, qanadından
yaralı olduğunu görürlər. Qu quşunu evə aparmaq,
yemləmək və qanadını sağaltmaq qərarına gəlirlər.
Ertəsi gün ev sahibləri səsə həyətə çıxırlar –
başlarının üstündə başqa bir qu quşu uçub ucadan
qışqırırdı. Onlar yaralı quşu eşiyə çıxarıb həyətdəki
tirə bağlayırlar ki, qanadını müalicə etsinlər və
zaqdan ona göz qoymağa başlayırlar. İki yaraşıqlı
şahanə quşun görüş səhnəsi baxanları şaşırıb riqqətə
gətirir. Quşlar zərifliklə quruldaya-quruldaqya
uzun boyunlarını qucaqlayıb dururlar...
Nahardan sonra eşiyə çıxan insanlar quşların
susqun hərəkətsiz uzandıqlarını görürlər və dəhşətə
gəlirlər. Hamıya agah olur ki, qu quşları qəsdən
bir-birilərini boğublar. Ehtimal ki, bir-biri üçün
xiffət edib darıxmış quşlar ölümlərini hicrandan
üstün tutmuşdular. İssık-Kulun sahillərində bu qu
quşlarının sədaqəti haqqında heyrətamiz tarixçəni
həyat özü qoşmuşdur. Bəlkə üç yüz mln il ərzində
göl məhz bu tövr əfsanələr, əsatirlərlə tarixini
zənginləşdirmişdir?
Onlardan daha biri. X-XI əsrlərdə böyük
Yeniseyin sahillərində qırğızlarla kıdanların
arasında müharibə gedirdi. Qanlı döyüşlər
qırğızların xeyrinə deyildi – onların vəziyyəti
ağırlaşmışdı. Millət tələfatın bir addımlığında idi.
Ağsaqqallar divanında təcili surətdə İssık-Kula
yaxın köç sürmək qərarı qəbul olundu. Məhz
bu divanda bir çox qırğızın uzun əsrlər boyu ali
arzusuna çevrilmiş sözlər səslənmişdi: müqəddəs
gölün sahilərində ləyaqətlə ölümü qəbul etmək və
əbədiyyətə çevrilmək...
25.01.2002 tarixli «Вечерний Бишкек»
qəzetində Sovet İttifaqı Qəhrəmanı, general
Nikolay Qriqoryeviç Lyaşşenko barədə yazılmış
kiçik qeyd qəlbimi titrətdi. Uşaqlığı İssık-Kulun
sahilində keçmiş Lyşşenko həyatdan 2000-ci
ildə getmişdi. Böyük Vətən Müharibəsində alaya
komandirlik edib, müharibədən sonra Türküstan və
Orta Asiya hərbi dairələr qoşunlarının komandanı
olub. General böyük beynəlmiləlçi idi. Qırğız dilinə
səlis yiyələnmişdi. Son illər Moskvada yaşayırdı,
Alıkul Osmonov
İssık-Kul
...
Mən də gənc olmuşam, İssık-Kulum,
Çox qayğısız olmuşam...
Sən bahara sevinirsən,
Ördəklərə dalğanla layla deyirsən.
Baxıram onlara,
zənn edirəm ki,
Sevgilimlə sükuta dalmışam da mən.
Yaman qoçaq olmuşam, İssık-Kulum,
Zirək, qıvraq olmuşam...
Uşaq
kimi oynaqlarkən,
Dalğa dalğanı qumlarla örtür.
Baxıram, zənn edirəm ki,
Cayloonun sərinindəyəm.
Sən yüz verstlərlə
qaçan bir çapar atsan,
Sən göylərdə süzən qara qartalsan,
Mavi dağları qoyub gələn quş...
Camdan süzən köpüklü kumıstək,
Dalğaların sahilə şığıyır sənin...
At belində çapan bir qız tək,
Parıldar muncuğu, özü sevincək.
Şıltaq
dalğa mənimlə oynaqlar,
Damlalarıyla isladıb geri gaçar,
sanki əməlindən utanmış kimi...
İssık-Kulun qürubu füsunkar...
Guruldayıb
səs-küy salsa da,
Dərd-bəlamı unutdum, dincimi aldım,
...Ötüb-keçmiş uzaq uşaqlığım tək
Uzaqdan bəyaz qu quşu süzülüb getdi...
31
lakin həmişə deyirdi: “Ölümümdən sonra harada
yatsam, ürəyim həmişə İssık-Kulda olacaq”. Dəfn
örtüyünü Qırğızıstanda valideynlərinin məzarı
üstündə basdırmağı vəsiyyət etmişdi. Həqiqətən,
qəhrəmanlar ölmür, onlar ulduzlara... yaxud gölə
çevrilirlər.
Mənim xalqımın qəlbi İssık-Kulun suları
kimi pak və şəffafdır, xalqımın ürəyinin
dərinliyini müqəddəs gölün dərinliyi ilə ölçmək
olar. Gölümüzün ənginliklərində dağların
gözqamaşdırıcı bəyazlığı və günəşin zərrin parıltısı
vəhdət təşkil edir, günəş isə sanki dürrdanə gölün
yaraşığına qibtə ilə İssık-Kulun səthində inikas
edərək daha gur şəfəq saçmağa cəhd göstərir.
Hərgah dağlar ana təbiətin düşüncələridirsə, göl –
onun qəlbidir.
Diqqətcil baxış İssık-Kulun daha bir
keyfiyyətini sezir. Dalbadal tökən neçə günlük
yağışlar gilli dağlardan axıb gölə tökülən çayları
qaldırıb daşırdır və göldə su bulanır. Ancaq bu, uzun
çəkmir. Bircə günə göl güzgü qarşısında zinətlənən
göyçək qız kimi günəş altında təbəddülata uğrayır
və yenə də zümrüd suları ilə sakit-sakit bərq vurur.
Bu özünütəmizləmə qabiliyyəti çox şeyi öyrətməyə
qadirdir.
Bizim diyarlarda iki mindən artıq buludlara
çatan göl var, lakin gözəlliyinə görə qırğız dilində
“isti göl” bildirən İssık-Kulu Tyan-Şanın mirvarisi
adlandırırlar. Dağ silsilələri ilə çevrələnmiş göl
qışda donmur və çimərlik mövsümü bəzən oktyabra
qədər uzanır, suyun temperaturu yayda 24`C-yə
qalxır, qışda isə 4`-dən aşağı düşmür. Füsunkar
qumlu çimərlikləri, mineral mənbəli büllur kimi
şəffaf suları, dağ və dəniz iqlimlərinin vəhdəti ilə
palçıq və termomineral müalicələri ilə gözəl kurort
zonasıdır.
Büllur kimi saf İssık-Kul gölü haqqında
sonsuzluğa qədər danışmaq olar, fəqət onun
valehedici simasının gözəlliyindən əmin olmaq
üçün yalnız ora getmək lazımdır.
Hələ iki əsr bundan əqdəm qırğız şairi Kalıqul
unikal dağ gölünü belə tərənnüm etmişdi:
Kungey dağından minlərlə çay,
Terskey dağından
minlərlə çay
Hövzəyə sarı qaçır, tələsir.
Oradan çaylar axmır daha,
Ətrafda dağlar hündür, uca.
O gur çaylar bihudə axmır:
İssık-Kul – behiştə darvazadır!
Torobəyov S. “Cənub sahili” 2010-cu il, kətan, yağlı boya. 70 x 50
32