Nurqaziyev D. “Labirint” 2001-ci il, kətan, yağlı boya. 90 x 150
Damcı dağı-daşı deşər, söz-söhbət adamları korlar;
Böhtanda həqiqət axtarma, yalanda xeyir.
27
“İssık-Kul göl dalğasıyla səda salanda,
Titrəyib şəfəq nuruna qaynar, qarışar,
Düşünürəm, onun dilindən torpağım mənim,
Həm də altun beşiyim dinər, danışar”.
Aalı Tokombayev
İssık-Kul – Mərkəzi Asiyanın dürrdanəsi
İssık-Kul... Könlümə doğma göl. Duzlu və ilıq,
heç vaxt donmayan qırğız dağ gölü. İssık-Kulda
olmuş bir çox şəxslər onun barəsində yüzlərlə nəzm,
nəsr sətirləri qoşmuşlar. Mən də istisna deyiləm.
Bu sehrli gölün lacivərdi səthinin üzərində ən azı
bir dəfə günəşin tülusunu və şəfəqini görən hər kəs,
gördüklərindən şaşıraraq ömrü boyu unutmayacaq.
İssık-Kulun cənub sahilləri həmail kimi qarlı
zirvələrlə əhatələnmişdir. Şimal sahilindən onlar
güclə görünür, ya yüngül buluddan yaşmaq
tuturlar, ya da səxavətli günəşin zərrin şüaları
altında rəngarəng çalarlarla parlayırlar. Gecə
gözqamaşdırıcı ay cığırı sanki bir sahildən digərinə
atılmış altun körpü kimi həndəvərə nur saçır.
Duxanin A.A. “Vətən” 1985-cü il, kətan, yağlı boya, 76 x 178.
28
Mənim həmişə acığıma gəlib ki, bizim
“dürrdanəmiz”in mövcudiyyəti barədə hələ
dünyada çox az adama bəllidir. Məgər yüksək
dağ gölünün iriliyi və 700 m-lik dərinliyi, dəniz
səviyyəsindən 1609 km hündürlükdə yerləşməsi
barədə quru rəqəmlər onun büllur kimi təmiz
suyu, ipək qumlu sahilləri və rayihəli nəfəsi
haqqında nəql edə bilərmi? Hərdən mən ucadan
səslənmək istərdim: “Ey insanlar! Bu yer üzündəki
möcüzəyə tamaşa üçün gəlin, inandırıram, biganə
qalmayacaqsınız!”
Çox əsrlərdir, bu gölün mənşəyi haqqında
mübahisələr səngimək bilmir və gələcək nəsillərə
də bunun açılmamış tapmacaları veriləcək.
Həqiqətənmi, onun zümrüd dalğaları altında əski bir
şəhər uyuyur? Kimsə fərziyyə sürür ki, bu Letada
itirilmiş mifik Kitej-qraddır, kimsə təxəyyülünün
canlandırdığı Makedoniyalı İsgəndərin dəfinələr
dolu qalasını gözünün önünə gətirir, kimsə
Teymurləngin tikililərinin adını çəkir... Mən hətta
yarımfantastik, yarımelmi məqalədə oxumuşdum
ki, planetdə bütün düşünən canlılar kimi iki
təfəkkürə malik göl var, onun da biri İssık-Kuldur.
Hərçənd, İssık-Kul haqqında fantastik əfsanələr
yüzlərlədir və onlar nəsildən nəslə ötürülür. Alimlər
təsdiqləyirlər ki, İssık Kul gölünün 300 mln ildən
az yaşı yoxdur.
Qədimlərdə göl Duz-Kul adlanırdı – Duzlu
göl. Suyu həmişə müalicəvi hesab olunub və
bu gün elmi cəhətdən isbata yetirilmiş faktdır.
Bu zərif, nəvazişli, bəzən isə hiddətli, üsyankar
dəryada ərimiş kalium və dəmir, silisium və
maqnium, kalsium və xlor var... Həkimlər hətta
gölü nəhəng təbiət tərəfindən yaradılmış radon
vannası adlandırırlar.
Xalq arasında deyirlər ki, qədim vaxtlarda
İssık-Kulun yerində vaqiən əski şəhər mövcud
olub. Dik sıldırım dağın zirvəsindəki qəsrdə
zənginliyindən çox qəddarlığı ilə ad çıxarmış qoca,
qüdrətli xan yaşayırmış. Bir dəfə xanın qulağına
çatır ki, yaxınlıqdakı kiçik kasıb aildə füsunkar bir
qız yaşayır. Ona gözü düşən oğlan çox idi, amma
qız hamıya rədd cavabı verirdi ki, özgəsini sevir,
hərçənd özü də bilmirdi, kimi. Ya yuxusunda, ya da
oyaq olanda, qızın gözünə ağ at belində bir oğlan
zühur eləmiş, qızı tərkinə alıb tufan kimi dağlardan
yuxarı qaldırmışdı. Xudahafizləşəndə isə igid
ona üzük bağışlamış və gələn görüşlərinədək
barmağından çıxarmamağı rica etmişdi.
Xanın elçiləri qızın yanına bahalı sovqatlarla
gələrək ona ərə getməyi təklif edirlər. Ancaq qız
sevgilisini taparaq ona pənah aparmaq ümidi ilə
29
onların gözündən oğurlanıb dağlara qaçır. Qəfildən
qız sezir ki, üzük barmağından yoxa çıxıb. Qız
göz yaşlarına boğularaq evə qayıdır. Elçilər onu
tutub xanın yanına aparırlar. Qız zalım xana əsir
düşdüyünü anlayanda, onun arvadı olmaqdansa,
ölməyi üstün tutur. Xan bütün bahalı peşkəşləri
rədd etmiş qıza güc tətbiq etmək istəyəndə, qız
onun əlindən qurtulub özünü pəncərədən atır.
Həmin andaca qranit səqflər uçulur və qarabatdaq
qəsr uçuruma aşır. Külleyi dərələrdən su aşıb-
daşır. Su elə güclü axınla gəlir ki, qısa müddətə
vadini batırır, şəhərləri və qəsəbələri əbədi ağuşuna
alır. Əfsanələrin birinin dediyinə görə, İssık-Kul
məhəbbət yolunda yaranmış bir göldür.
Arxeoloqların tədqiqatlarına isnadən, İssık
Kulun dibində bir neçə zəngin qədim şəhər
yatır. Göl öz ənginliklərində, alimlərə istinadla,
məhvedici fəlakətlərin nəticəsində həlak olmuş
əzəli sivilizasiyaların xarabazarlıqlarını gizlədir.
Hazırkı İssıkkulyanındakı qədim yaşayış
məntəqələri barədə ərəb salnamələrində çox
yazılmışdır. Makedoniyalı İsgəndərin vaxtında
tikilmiş Barsxan şəhəri iranlı girovlarla birgə
burada suya batmışdı. Həmin şəhərin adı hətta
görkəmli mütəfəkkir Biruninin traktatında çəkilir.
O yazırdı ki, bu şəhərciyin müdrik əhli vaxtilə
yalnız Çinə məlum olan sirli metal xəlitənin
sirrini aça bilmişdi. Güman ki, məhz bu metaldan
hazırlanmış məmulatları bu gün dalğıclar qırğız
gölünün dibindən aşkara çıxarırlar. Hər şeyə
rəğmən, bu sehrli gölün dibində yatan sirlər bağlı
qapı arxasındadır. Kompüter təhlilləri onu göstərir
ki, İssık-Kulun dibindəki zəngin dəfinələr yeni
Kustonun intizarındadır.
Bu gün qırğız arxeoloqları doqquz batmış
yaşayış məntəqəsinin yerini aşkarlamışlar, onlardan
biri – Çiqu, alimlərim zənniycə, Mərkəzi Asiya
xalqının ordugahı olmuşdur. Məhz suyun altında
gizlənmiş bu xarabazırlaqlara 1857-ci ildə məşhur
rus alimi Semyonov-Tyanşanski böyük maraq
göstərmişdi: “Kunqeydən göllə səma silsiləsinə
keçən səyyahın gözü önündə açılan landşaftdan
möhtəşəm bir şey təsəvvür etmək mümkünat
xaricindədir. İssık-Kulun tünd-göy səthi rəngi ilə
Cenevrə gölünün eyni abı səthi ilə rəqabətə girə
bilər...”
Dünyanın yarısını gəzmiş görkəmli rus səyyahı
Nikolay Mixayloviç Prjevalski vəsiyyətində onu
sevimli möcüzə-gölünün sahilində dəfn etməyi
təvəqqe etmişdi. O, 1888-ci ildə Qaraqolda vəfat
etmişdi və tanınmış alim-səyyahın iradəsi yerinə
yetirilmişdi. Onun məzarı dürrdanə gölün göz
oxşayan panoramı açılan hündür bir sıldırımda
yerləşir. Prjevalskinin İssık-Kulyanı sakinlər
tərəfindən əziz tutularaq qorunan memorial abidəsi
cənuba – adlı-sanlı səyahətçinin ömrünün qırıldığı
məkana yönlənmişdir.
Bu gün İssık-Kul sahillərində yüzlərlə km
uzanan məkanda böyük qırğız nəsli Buqu –
Marallar nəsli məskundur. Bu sülb öz ulu əcdadını
buynuzlu Ana-Maralı hesab edir. Şöhrəti hər
yana yayılmış qırğız yazıçısı və feyləsufu Çingiz
Aytmatov Buqu-ənə – Ana-Maral haqqında qədim
əfsanəni dəqiqliklə və şairanə qələmlə məşhur “Ağ
paroxod” povestində təsvir edir.
Bu əfsanənin qısa məzmununu oxucuların
ixtiyarına veririrk. Sübh şəfəqi sökülməmiş yağı
naqafil qırğızların elatına həmlə edib hamını bir
nəfər kimi qırır və qırğızların əhədini birdəfəlik
kəsdiklərini qət edib tüstülənən yanğın yerlərindən
çıxıb gedirlər. Onlara bəlli deyildi ki, bir qız, bir
oğlan uşağı meşədə gizlənib xilas olublar. Xana bu
xəbər haradansa əyan olur və amir topal cadukun
qarını onları öldürtməyə yollayır. Cadukun
uşaqları tapır, onalrı kol-kosluğa salıb divan
tutmağa hazırlaşanda, Ana-Maral onun yolunu
kəsir. Ovçular maralın balalarını tələf etmişdilər və
südlə dolu yeləni heyvana zülm verirdi. Ana-Maral
körpələri əmizdirmək üçün ona verməyi təvəqqe
edir. Cadugər qarı təəccüblənir: “Uşaqlara rəhmin
gəlir? Axı onların valideynləri sənin balalarını
qırıblar!” Ana-Maral cavab verir: “Onlar – tifildir,
ona görə məsumdurlar”. Cadukun cocuqları dişi
marala verir və heyvan insanları meşənin gur yetinə
aparır. Uşaqlar böyüyürlər və qırğızların nəslini
davam etdirirlər...
Ecazkar gölümüz barədə daha bir əfsanə 1910-
cu ildə fransız dərgilərinin birinin səhifələrində
ruslaşmış fransız P.Qurdenin sayəsində işıq üzü
görmüşdür. Taleyin hökmü ilə Vernı (hazırkı
Almatı) şəhərində məskən salan Qurde İssık-Kul
sahillərində olmuşdu.
Qədim çağlarda gölün yerində çoxlu şəhərləri,
kənd-obaları olan zəngin və münbit vadi yerləşirmiş.
Əsas şəhərin mərkəzində şəffaf sulu bir quyu var
imiş. Quyunun ağzı həmişə ağır qapaqla örtülü
olurmuş ki, su daşıb axmasın. İnsanlara möhkəm-
möhkəm tapşırılmışdı ki, suyu yığan kimi quyunun
ağzını ciddi-cəhdlə örtsünlər, əks təqdirdə, müdhiş
bəla qaçılmaz olacaq.
Bir axşam nişanlı qız adaxlısının gözlədiyi
quyunun başına gəlir. Söhbətə aludə olmuş aşiqlər
dolçalarını doldurub quyunu örtməyi unudurlar.
Su aşıb-daşır, küçələri basır, ardınca külleyi vadini
30
Dostları ilə paylaş: |