Ağ qalpaq
Bizim qırğızlarda cəmiyyətdə yüksək
mövqeyə nail olmuş insana belə alqış etmək qəbul
olunub: “Başından Ağ qalpaq əskik olmasın!” Bu
arzuda çox gizli niyyətlər var: əcdadlarının adına
xələl gətirməmək, heç vəchlə heç bir vəziyyətdə
ləyaqətini itirməmək. Ağ qalpağın itirilməsi məcazi
mənada əxlaqi paklığı, şərəfi, namusu itirmək
deməkdir.
Əsil qırğız üçün qalpaq – sadəcə geyim atributu
deyil, müqəddəs məfhum, rəmzdir ki, onda da
müəyyən energetik qüvvə cəm olmuşdur. Yağılar
bahadırları öldürsələr də, fəqət ağ qalpağı məhv
etməyi və unutdurmağı bacarmadılar. O, xalqın
əzəmətli dühası ilə yaradılmışdır. Çox əsrlər boyu
qalpaq heç vaxt şəklini dəyişməmişdir. Ağ qalpaq
sadəcə baş örtüyü deyil, tariximizin bir parçasıdır.
Qalpaq başı qarlı qırğız dağlarının yüksəkliyinin
rəmzi kimi sanki güzgüdə amalların aliliyini,
xalqın qəlbinin paklığını və onun birliyini özündə
əks etdirir.
“Manas” dastanında qırğız xalqı “zirvəsi
dağlar başı kimi bəyaz, aşağısı isə dağ ətəyi
kimi tünd ağ qalpaq qoyan xalqdır” sözləri ilə
səciyyələndirilmişdir. Əski sənədlərdə Altayda və
Yeniseydə qar kimi bəyaz hündür keçə papaqlı
adamların zahir olması barədə xatırlatmalara rast
gəlinir. Etnoqraf alim Lev Qumilyova isnadən,
qalpaq – formasına görə dağları, yurtanı və eyni
zamanda Misir ehramlarını xatırladır. Maraqlıdır,
yalnız bizim günlərimizdə alimlər kəşf etmişlər ki,
ehramların formasının sayəsində onların daxilində
canlı orqanizmin qocalma prosesi ləngiyir, maddələr
mübadiləsi yaxşılaşır, cismin parçalanması dayanır.
Təsadüfi deyil ki, xalq arasında qalpağın göz-
nəzərdən qoruması inancı gəzib dolaşmaqdadır.
Külleyi cahanda belə qalpağı yalnız qırğızlar
qoyurlar. Qazax qardaşlarımızın da belə papağı var,
amma onlar quruluşda azacıq dəyişiklik etmişlər.
Keçə papağın orijinallığı və təkrarolunmazlığı bir
daha özünü o məqamda göstərir ki, onu qışda da,
yayda da, payızda da, yazda da qoymaq olar. Qışda
istilik verir, yayda isə qızmar günəşin yandırıcı
şüalarını buraxmır. Bu baş örtüyü hər mövsümə
yarayandır, rahat geyilir, asanlıqla qatlanır, bu
zaman formasını itirmir. Bəstəboy adam qalpaqda
boyunu göz-görəsi uzadır, süvariyə isə qalpaq irəli
qatlanan uclarının sayəsində comərdlik siması
verir.
Qalpağın heç bir ünsürü təsadüfi deyil. Qotaz
həmişə irəlidə olmalıdır: o, qırğızlarda əbədiyyətlə
assosiasiya yaradan ardıcın rəmzidir. Qalpağın
ağ keçəsini bəzəyən nəqşlərin barəsində yüzlərlə
əfsanə nəql etmək mümkündür, zira hər buruğun
öz mənası, öz tarixçəsi var.
Qırğızlar qalpağı yalnız yaxın dostlarına
ərməğan edirlər. Qədim əyyamlarda qalpaq dostluq
və ağılların birləşməsi rəmzi idi. Düşmənçilik edən
tayfalar dəfələrlə barışıq nişanı timsalında bir-
birinə qar kimi bəyaz qalpaq təqdim etmişlər.
Ötən yüzilin 90-cı illərinə qədər bizim partiya
rəhbərləri sanki vətənə məhəbbət ittihamından
çəkinərək rəsmi tədbirlərdə çox nadir hallarda
qalpaq qoyardılar. O səbəbdən, 1991-ci ilin 27
oktyabr tarixi yaddaşlarda parlaq iz buraxmışdır.
Həmin gün Əskər Akayev respublika Prezidenti
seçilmişdi. Hökumət Evinin yanında cəmləşmiş
adamların sevinci yerə-göyə sığmırdı, izdiham
suveren Qırğızıstanın birinci Prezidentinə qar
kimi bəyaz, rəmzi qalpaq təqdim etdi. Seçiləndən
on gün sonra, noyabrın 7-də Prezident bayram
meydanına bu qalpaqda çıxdı və sanki biz gənclərə
milli qürurumuzu xatırlatdı. Məhz o yaddaqalan
gündən bu yana birinci Prezident əcdadlarımızın
ənənələrinə ehtiram göstərərək qalpağı nəinki
öz xalqı ilə görüşdə, habelə xarici ölkələrə rəsmi
səfərlərdə də mütləq qoyurdu.
Əfsuslar olsun ki, qalpaq çox uzun müddət
sandıqlarımızın küncündə atılıb qalmışdı, çünki
“dəbdə deyildi”. Lakin bu gün respublikamızda onu
məmnuniyyətlə nəinki qırğızların özləri, həmçinin
digər milliyyətlərin nümayəndələri – yerli əhalinin
ənənələrinə hörmətlə yanaşıb riayət edən insanlar
qoyurlar. Ola bilsin, bu səbəbdən, Qırğızıstanın
dükanlarındakı suvenir şöbələrində qalpaq son
dövrlər əcnəbi qonaqlar tərəfindən xüsusi yüksək
tələbatla alınır.
Bir maraqlı hadisəni yada salmaq istərdim.
1995-ci ildə seçkiqabağı kampaniya ərzində
Prezident Əskər Akayevlə birgə təyyarədə Oş
vilayətinə uçurduq. Naqafil pilotun qəza enişi
zərurəti barədə məlumat verdiyini eşitdik. Fəqət
saniyələr keçdi və sıradan çıxmış mühərrik
10
təyyarəçinin özünün təəccübünə rəğmən, yenidən
işə düşdü. Sonralar Prezident müsahibələrinin
birində bu haqda təbəssümlə danışırdı: “hamımız
qalpaqlarda idik və bu da bizi xilas etdi...” Zarafat
öz yerində, lakin çox ehtimal ki, ağ qalpağın hələlik
bizə naməlum qalan sirli qüvvəsi mövcuddur. Axı
təsadüfi deyil ki, əski çağlardan məhz qalpaqla
bağlı saysız-hesabsız əlamətlər və inanclar var.
Məs., öz qalpağını başqasına pay vermək
olmaz. Onunla göyə tolazlamaqla “zarafatlaşmaq”
olmaz, təpikləmək barədə isə qətiyyən demirəm.
Yurtaya daxil olanda, qalpağı çıxarıb heç vəchlə
döşəməyə qoymaq olmaz – bu məqsədlə mütləq
hündür yer seçilməlidir. Əcdadlarımız qalpağın bir
sehrli qüvvəsinə də səmimi-qəlbdən inanırdılar:
qalpağını qoxulasan, azar-bezardan və bəd
nəzərdən can qurtarmaq olar.
Bu gün bizim çox gənclərimiz xaricdə təhsil
alırlar və uzaq ölkəyə mütləq qalpağı – doğma Ala-
Toonun bir hissəsini götürürlər.
1999-cu ildə Avstriyanın paytaxtı Vyanada
uzaqdan izdihamda ağ qalpaqlı adam sezdim. Mənim
də başımda qalpağım var idi. Həmin adamın mənə tərəf
qaçdığını görəndə, əsla təəccüblənmədim. Görüşdük,
qucaqlaşdıq. Bəlli oldu ki, Min-Kuşdandır və artıq
üçüncü ildir, Vyana İncəsənət Akademiyasında təhsil
alır. Bu minvalla, milli baş örtüyü həmyerlilərə qərib
diyarda xoş görüş bəxş etdi.
Bu il ayrı-ayrı vətənpərvərlər təklif yürütdülər
ki, hər il 5 mart Ağ qalpaq günü kimi qeyd edilsin.
Zənnimcə, bu həm də baş örtüyünü ləyaqətlə qoymuş
əcdadlarımıza hörmət olardı.
Ağ sözü qırğız dilində kontekstdə anlaşıqlı
çox məcazi mənaya malikdir və daima nə isə ali,
müqəddəs məfhum bildirir: ak Ala-Too – bəyaz Ala-
Too, ak çaç Ene – ağsaç Ana, ak tilek – nurlu dilək,
ak bata – xoş arzu, ak sut – ağ ana südü, ak suyuu –
həqiqi məhəbbət. Səciyyəvi xalq inancı çox şeydən
xəbər verir: torpağa kumıs, süd, ayran tökmək böyük
günah sanılır...
Qoy ağ qalpaq
– bu bəyaz müqəddəs əşya
– əbədi mövcud olsun!
Usubəliyev A. “Manasçı Aşimbayevin portreti” 1968-ci il, kətan, yağlı boya, 56 x 45
11
Dostları ilə paylaş: |