məlum imiş. “Manas” eposunda komuzun qaysı
ağacından hazırlanmasının təfərrüatlı təsvirinə rast
gəlinir:
“Komuzu ərik ağacından yonurdular,
Tazanəni ukukdan çapırdılar,
Çalası
girdə idi,
dərin idi,
Sim üçün kabılqası
kiçik idi,
Simi – tarım quru bağırsaqdı...”
1982-1983-cü
illərdə
Tokmok
şəhəri
yaxınlığında Şəmşi qazıntılarında arxeoloqlar qızıl
maska və komuz aşkara çıxardılar. Bu əşyaların
yaranma tarixini alimlər IV-V əsrlərə aid etdilər
və bir daha komuzun mənşəyinin əskiliyini
isbata yetirdilər. O səbəbdən, tam ixtiyarla və
fəxarətlə demək mümkündür: “Əbədi yaşa, qızıl
komuzumuz!” Qızıl maskaya gəldikdə isə...
Belələri cahanda cəmi üç ədəddir, biri də bizimkidir
– qırğızlarınkı.
XIX
əsrdə
rus
şərqşünas-səyyahları
N.A.Severtsev və A.P.Fedçenko Çon-Kəminə gəlib
çıxmışdılar. İlk növbədə onları yerli sakinlərin
mehmannəvazlığı və qəlbən səxavəti şaşırtmışdı.
Səyyahları köhnə tanış kimi qarşılayır, pişvazın
şərəfinə komuzun şən havalarını səsləndirir,
görüşün fərəhini və yadellilərə xoş münasibəti
vurğulayırdılar.
Qırğız xalqının ən populyar havaları
kyuulardır – nəsildən nəslə ötürülən instrumental
melodiyalar. Şərq musiqisinin bilicilərindən və
dəyərləndiricilərindən biri A.B.Zatayeviç yazırdı:
“Bu xalqın öz tərəfindən musiqi xəzinəsinə töhfə
verəcəyi ən qiymətlisi, əhəmiyyətlisi və orijinalı,
onun nəğmələrində (obonlar) deyil, daha çox
özünəməxsus mədəniyyətin nümunələrində əks
olunan xalq alətləri üçün pyesləridir (kyuu)”.
Qəzetlərin birində oxumuşdum ki, Doğan
Günəş ölkəsindən Qırğızıstana kimyaçı, təbiət
elmləri doktoru Makoto İsimoto gəlmişdi. Məlum
oldu ki, səksən yaşında canlı zehniyyətini və
çevikliyini, diribaşlığını qoruyub saxlamış həmin
alimin maraqlı məşğuliyyəti musiqi imiş. Alim
istənilən xalq musiqisi ilə maraqlanaraq sırf qırğız
havalarını dinləmək arzusunda imiş. Musiqini
eşidən andaca alim etiraf etmişdi: “... istənilən
insan üçün bu, təmiz hava udumu, iri şəhərdə
boğulmaqdan istirahətdir”.
Bir dəfə 70-ci illərdə komuzçuların ansamblı
Avropaya Ümumittifaq folklor musiqisi festivalına
səfər etmişdi. Münsiflər heyətinin tərkibində
dünya şöhrətli Aram Xaçaturyan var idi. Komuzçu-
uşaqlarımızın çıxışından sonra bəstəkar vəcdə
gələrək demişdi: “Skripkadan sonra bu, yəqin ki,
dünyada ikinci alətdir”.
Komuzun melodiyaları konseptual xarakter
daşıyır, onlar iradənin gücünü, insanın ehtişamını,
həyat eşqini, gözəllikləri ifadə edir. Bu havalar
qırğız xalqının tarixində cərəyan etmiş qüssəli
vaqiələrin doğurduğu hisslərin ali faciəviliyini əks
etdirməyə qabildir. Məs., “Kokoy kesti”, “Sınqan
buqu” və s. Tilsimli qırğız melodiyalarında və
nəğmələrində güzgü sayağı xalqın düşüncələri və
amalları, əsarətçilərə nifrət, azadlığa canatma əksini
tapmışdır.
XX əsrdə komuzda instrumental pyeslərin və
havaların parlaq peşəkar ifaçıları musiqi təcrübəsinin
və biliklərinin əsil xəzinələri – qırğız musiqiçiləri və
bəstəkarları Muzooke, Niyazalı, sonralar Muratalı
Kurenkeyev, Karamoldo Orozov, Atay Oqombayev,
Toktoqul Satılqanov, İbray Tumanov, Asılbəy
Eşmambetov və b. olmuşlar. Tanınmış komuzçu və
bəstəçi Atay Oqombayevin ustalığı və istedadına
ictimaiyyətə çatdırılmış gerçək fakt dəlalət edir.
1939-cu il Moskvada keçirilən Qırğızıstan
incəsənəti Dekadasında Atay Oqombayev “Kuydum
çok” nəğməsini riqqətə gələrək ifa edərkən özü
mahnısını komuzda müşayiət edirdi. Konsertdə
iştirak edən Stalin ilk olaraq Ataya ucadan əl
çalır. Belə yüksək diqqətdən azca özünü itirmiş
komuzçumuz toxtayıb ayaq barmaqlarında tutub
sıxdığı iti bıçaqlarla komuzda melodiyasını çalmağa
başlayır. Qırğız nümayəndə heyəti donub qalır.
Hərgah bıçaq nazik simi kəssə idi, Atay Stalinin
qorxunc qəzəbindən can qurtara bilməyəcəkdi!..
Lakin hər şey yaxşı qurtarır. Atay havasını
virtuoz çalıb bitirir. Stalinin özündən gümüş qaşıq
dəsti, pul mükafatı bəxşiş alır, bundan əlavə, ömrünün
son günlərinə qədər Stalin mükafatı təqaüdçüsü
olur. Qırğız komuzu bu minvalla XX yüzilin ən
qəddar müstəbidinin ürəyini fəth edir. Atayın
dəfn günlərində şair-bədiyəçi İsmayıl Boronçiyev
mahnısının misrasına dərin məna vermişdi: “Atayın
külünü torpağa tapşırmağa – dostların qalxmır əli...”
Komuz ölümsüzdür. İnsan rəhmətə gedir, onu
torpağa tapşırırlar. Fəqət ruh asimanın bir parçasıdır.
Qabiliyyətli musiqi yaradanların istedadı və onların
bəstələdikləri melodiyalar xalq yaşadıqca səslənəcək.
Yeni-yeni nəsillər gəlir, gedir, komuzun – xalqımın
nəğməli ruhunun – melodiyası isə həmişəyaşardır.
9