Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə4/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   ...   111

Ağ qalpaq
Bizim  qırğızlarda  cəmiyyətdə  yüksək 
mövqeyə nail olmuş insana belə alqış etmək qəbul 
olunub: “Başından Ağ qalpaq əskik olmasın!” Bu 
arzuda çox gizli niyyətlər var: əcdadlarının adına 
xələl  gətirməmək,  heç  vəchlə  heç  bir  vəziyyətdə 
ləyaqətini itirməmək. Ağ qalpağın itirilməsi məcazi 
mənada  əxlaqi  paklığı,  şərəfi,  namusu  itirmək 
deməkdir. 
Əsil qırğız üçün qalpaq – sadəcə geyim atributu 
deyil,  müqəddəs  məfhum,  rəmzdir  ki,  onda  da 
müəyyən  energetik  qüvvə  cəm  olmuşdur. Yağılar 
bahadırları  öldürsələr  də,  fəqət  ağ  qalpağı  məhv 
etməyi  və  unutdurmağı  bacarmadılar.  O,  xalqın 
əzəmətli dühası ilə yaradılmışdır. Çox əsrlər boyu 
qalpaq heç vaxt şəklini dəyişməmişdir. Ağ qalpaq 
sadəcə baş örtüyü deyil, tariximizin bir parçasıdır. 
Qalpaq  başı  qarlı  qırğız  dağlarının  yüksəkliyinin 
rəmzi  kimi  sanki  güzgüdə  amalların  aliliyini, 
xalqın qəlbinin paklığını və onun birliyini özündə 
əks etdirir. 
“Manas”  dastanında  qırğız  xalqı  “zirvəsi 
dağlar  başı  kimi  bəyaz,  aşağısı  isə  dağ  ətəyi 
kimi  tünd  ağ  qalpaq  qoyan  xalqdır”  sözləri  ilə 
səciyyələndirilmişdir. Əski sənədlərdə Altayda və 
Yeniseydə  qar  kimi  bəyaz  hündür  keçə  papaqlı 
adamların  zahir  olması  barədə  xatırlatmalara  rast 
gəlinir.  Etnoqraf  alim  Lev  Qumilyova  isnadən, 
qalpaq  –  formasına  görə  dağları,  yurtanı  və  eyni 
zamanda Misir ehramlarını xatırladır.   Maraqlıdır, 
yalnız bizim günlərimizdə alimlər kəşf etmişlər ki, 
ehramların formasının sayəsində onların daxilində 
canlı orqanizmin qocalma prosesi ləngiyir, maddələr 
mübadiləsi yaxşılaşır, cismin parçalanması dayanır. 
Təsadüfi  deyil  ki,  xalq  arasında  qalpağın  göz-
nəzərdən qoruması inancı gəzib dolaşmaqdadır. 
Külleyi  cahanda  belə  qalpağı  yalnız  qırğızlar 
qoyurlar. Qazax qardaşlarımızın da belə papağı var, 
amma  onlar  quruluşda  azacıq  dəyişiklik  etmişlər. 
Keçə papağın orijinallığı və təkrarolunmazlığı bir 
daha özünü o məqamda göstərir ki, onu qışda da, 
yayda da, payızda da, yazda da qoymaq olar. Qışda 
istilik  verir,  yayda  isə  qızmar  günəşin  yandırıcı 
şüalarını  buraxmır.  Bu  baş  örtüyü  hər  mövsümə 
yarayandır,  rahat  geyilir,  asanlıqla  qatlanır,  bu 
zaman formasını itirmir. Bəstəboy adam qalpaqda 
boyunu göz-görəsi uzadır, süvariyə isə qalpaq irəli 
qatlanan  uclarının  sayəsində  comərdlik  siması 
verir. 
Qalpağın heç bir ünsürü təsadüfi deyil. Qotaz 
həmişə irəlidə olmalıdır: o, qırğızlarda əbədiyyətlə 
assosiasiya  yaradan  ardıcın  rəmzidir.  Qalpağın 
ağ  keçəsini  bəzəyən  nəqşlərin  barəsində  yüzlərlə 
əfsanə  nəql  etmək  mümkündür,  zira  hər  buruğun 
öz mənası, öz tarixçəsi var. 
Qırğızlar  qalpağı  yalnız  yaxın  dostlarına 
ərməğan edirlər. Qədim əyyamlarda qalpaq dostluq 
və ağılların birləşməsi rəmzi idi. Düşmənçilik edən 
tayfalar  dəfələrlə  barışıq  nişanı  timsalında  bir-
birinə qar kimi bəyaz qalpaq təqdim etmişlər. 
Ötən yüzilin 90-cı illərinə qədər bizim partiya 
rəhbərləri  sanki  vətənə  məhəbbət  ittihamından 
çəkinərək  rəsmi  tədbirlərdə  çox  nadir  hallarda 
qalpaq  qoyardılar.  O  səbəbdən,  1991-ci  ilin  27 
oktyabr  tarixi  yaddaşlarda  parlaq  iz  buraxmışdır. 
Həmin  gün  Əskər  Akayev  respublika  Prezidenti 
seçilmişdi.  Hökumət  Evinin  yanında  cəmləşmiş 
adamların  sevinci  yerə-göyə  sığmırdı,  izdiham 
suveren  Qırğızıstanın  birinci  Prezidentinə  qar 
kimi bəyaz, rəmzi qalpaq təqdim etdi. Seçiləndən 
on  gün  sonra,  noyabrın  7-də  Prezident  bayram 
meydanına bu qalpaqda çıxdı və sanki biz gənclərə 
milli  qürurumuzu  xatırlatdı.  Məhz  o  yaddaqalan 
gündən  bu  yana  birinci  Prezident  əcdadlarımızın 
ənənələrinə  ehtiram  göstərərək  qalpağı  nəinki 
öz xalqı ilə görüşdə, habelə xarici ölkələrə rəsmi 
səfərlərdə də mütləq qoyurdu.
Əfsuslar  olsun  ki,  qalpaq  çox  uzun  müddət 
sandıqlarımızın  küncündə  atılıb  qalmışdı,  çünki 
“dəbdə deyildi”. Lakin bu gün respublikamızda onu 
məmnuniyyətlə nəinki qırğızların özləri, həmçinin 
digər milliyyətlərin nümayəndələri – yerli əhalinin 
ənənələrinə hörmətlə yanaşıb riayət edən insanlar 
qoyurlar.  Ola  bilsin,  bu  səbəbdən,  Qırğızıstanın 
dükanlarındakı  suvenir  şöbələrində  qalpaq  son 
dövrlər  əcnəbi  qonaqlar  tərəfindən  xüsusi  yüksək 
tələbatla alınır.
Bir  maraqlı  hadisəni  yada  salmaq  istərdim. 
1995-ci  ildə  seçkiqabağı  kampaniya  ərzində 
Prezident  Əskər  Akayevlə  birgə  təyyarədə  Oş 
vilayətinə  uçurduq.  Naqafil  pilotun  qəza  enişi 
zərurəti  barədə  məlumat  verdiyini  eşitdik.  Fəqət 
saniyələr  keçdi  və  sıradan  çıxmış  mühərrik 
10


təyyarəçinin özünün təəccübünə rəğmən, yenidən 
işə  düşdü.  Sonralar  Prezident  müsahibələrinin 
birində bu haqda təbəssümlə danışırdı:  “hamımız 
qalpaqlarda idik və bu da bizi xilas etdi...” Zarafat 
öz yerində, lakin çox ehtimal ki, ağ qalpağın hələlik 
bizə naməlum qalan sirli qüvvəsi mövcuddur. Axı 
təsadüfi  deyil  ki,  əski  çağlardan  məhz  qalpaqla 
bağlı saysız-hesabsız əlamətlər və inanclar var.
Məs.,  öz  qalpağını  başqasına  pay  vermək 
olmaz. Onunla göyə tolazlamaqla “zarafatlaşmaq” 
olmaz,  təpikləmək  barədə  isə  qətiyyən  demirəm. 
Yurtaya  daxil  olanda,  qalpağı  çıxarıb  heç  vəchlə 
döşəməyə  qoymaq  olmaz  –  bu  məqsədlə  mütləq 
hündür yer seçilməlidir. Əcdadlarımız qalpağın bir 
sehrli  qüvvəsinə  də  səmimi-qəlbdən  inanırdılar: 
qalpağını  qoxulasan,  azar-bezardan  və  bəd 
nəzərdən can qurtarmaq olar.
Bu  gün  bizim  çox  gənclərimiz  xaricdə  təhsil 
alırlar və uzaq ölkəyə mütləq qalpağı – doğma Ala-
Toonun bir hissəsini götürürlər. 
1999-cu  ildə  Avstriyanın  paytaxtı  Vyanada 
uzaqdan izdihamda ağ qalpaqlı adam sezdim. Mənim 
də başımda qalpağım var idi. Həmin adamın mənə tərəf 
qaçdığını görəndə, əsla təəccüblənmədim. Görüşdük, 
qucaqlaşdıq.  Bəlli  oldu  ki,  Min-Kuşdandır  və  artıq 
üçüncü ildir, Vyana İncəsənət Akademiyasında təhsil 
alır. Bu minvalla, milli baş örtüyü həmyerlilərə qərib 
diyarda xoş görüş bəxş etdi. 
Bu  il  ayrı-ayrı  vətənpərvərlər  təklif  yürütdülər 
ki, hər il 5 mart Ağ qalpaq günü kimi qeyd edilsin. 
Zənnimcə, bu həm də baş örtüyünü ləyaqətlə qoymuş 
əcdadlarımıza hörmət olardı.
Ağ  sözü  qırğız  dilində  kontekstdə  anlaşıqlı 
çox  məcazi  mənaya  malikdir  və  daima  nə  isə  ali, 
müqəddəs məfhum bildirir: ak Ala-Too – bəyaz Ala-
Too, ak çaç Ene – ağsaç Ana, ak tilek – nurlu dilək, 
ak bata – xoş arzu, ak sut – ağ ana südü, ak suyuu – 
həqiqi məhəbbət. Səciyyəvi xalq inancı çox şeydən 
xəbər verir: torpağa kumıs, süd, ayran tökmək böyük 
günah sanılır... 
Qoy ağ qalpaq 
bu bəyaz müqəddəs əşya 
– əbədi mövcud olsun!      
Usubəliyev A. “Manasçı Aşimbayevin portreti” 1968-ci il, kətan, yağlı boya, 56 x 45
11


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə