Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə3/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   2   3   4   5   6   7   8   9   ...   111

və  heyvanın  “dil”ini  anlayırmış,  səslərinə  görə 
ayırd edirmiş. Əfsanəyə isnadən, ovçu Kambarkan 
heç  vaxt  quşları  öldürməz,  onları  müqəddəs 
sanarmış. Hər şeydən çox quşları dinləməyi sevər, 
saatlarla  onların  cəh-cəhindən  zövq  alarmış.  Bir 
dəfə sıx meşədə ova çıxan Kambarkan heyrətamiz, 
indiyəcən rast gəlmədiyi hava eşidir. Melodiya onu 
elə  ovsunlayır  ki,  bu  füsunkar  səslərin  sirrini  faş 
etməyincə sadəcə yolunu davam etdirmək iqtidarını 
itirir. Naməlum quşu görəcəyini nəzərdə tutan ovçu 
canlını ürkütmək üçün fit çalmağa başlayır. Lakin 
sehrləyici  səslərin  yayıldığı  uca  ağacın  başına 
dırmaşandan  sonra  görür  ki,  iki  qonşu  ağacın 
budaqları dələnin qurumuş bağırsağı ilə bir-birinə 
bağlanıb. Ehtimalən, zavallı heyvancığaz ağacdan 
ağaca  uğursuz  sıçrayışda  iti  budağa  ilişib  qarnını 
cırmışdı.  Mehin  xəfifcə  tərpənişi  nəticəsində 
heyranedici  sədaları  məhz  tarıma  çəkilmiş  quru 
bağırsaq çıxarırdı. Kambarkan bağırsağı budaqdan 
götürüb evə aparır, asıldığı ağacdan isə formasına 
görə  tuluq-kookoru  xatırladan  alət  yonub  kəsir. 
Belə  tuluqlarda  qırğızlar  kumıs  saxlayırlar.  İlk 
simi  tarıma  çəkən  andaca  onu  meşədə  heyrətə 
gətirən tanış inilti eşidilir, ikincisi yumşaq səslənir, 
üçüncüsü  isə  zərif  və  melodik  çıxır.  Üç  simin 
sədaları  üç  qaçağan  atın  dırnaqlarının  tappıltısını 
xatırladır...
Minilliklər  ötüb  dolandı,  komuz  isə  heyrət 
doğuran musiqisi ilə bu günə qədər yaşamaqdadır 
və  bizə  həzzin  sevincli  dəqiqələrini  bəxş  edir. 
Ona  görə  xalq  arasında  deyim  var:  “Kyuu  atası 
Kambarkan” – “Melodiya atası Kambarkan”. 
Digər  bir  əfsanə  də  mövcuddur.  Bu,  qədim 
əyyamlarda  cərəyan  edibmiş.  Bir  qoca  bülbüllə 
dostlaşıbmış.  Qoca  yaxşı  komuzçu  olubmuş, 
bircə  dəfə  eşitməklə  hər  hansı  havanı  komuzda 
olduğu  kimi  çala  bilirmiş.  Bir  dəfə  bülbül  onun 
gözəl  çalğısını  eşidib  qocadan  ona  komuz  kimi 
oxumağı öyrətməyi rica edibmiş. Buradan da inanc 
yayılıb  ki,  komuz  bülbülə  oxumaq  öyrədib.  Hər 
əfsanənin öz yozumu və   yaşamağa hüququ var. 
Çin  məxəzlərində  qırğız  komuzu  barədə  iki  min 
illik “Xun bu sı” təqvimində xatırlatmalara təsadüf 
edilir. 
Deyilənə görə, komuz bizə Manas dövründən 
gəlib çıxmışdır. Xalq arasında hələ VIII-X əsrlərdə 
Flekman D.N. “Komuzçu Osmonovun portreti” 1964-cü il. K., yağlı boya, 70 x 50
8


məlum  imiş.  “Manas”  eposunda  komuzun  qaysı 
ağacından hazırlanmasının təfərrüatlı təsvirinə rast 
gəlinir: 
“Komuzu ərik ağacından yonurdular, 
Tazanəni ukukdan çapırdılar, 
Çalası girdə idi, dərin idi,
Sim üçün kabılqası kiçik idi,
Simi – tarım quru bağırsaqdı...”
1982-1983-cü 
illərdə 
Tokmok 
şəhəri 
yaxınlığında Şəmşi qazıntılarında arxeoloqlar qızıl 
maska  və  komuz  aşkara  çıxardılar.  Bu  əşyaların 
yaranma  tarixini  alimlər  IV-V  əsrlərə  aid  etdilər 
və  bir  daha  komuzun  mənşəyinin  əskiliyini 
isbata  yetirdilər.  O  səbəbdən,  tam  ixtiyarla  və 
fəxarətlə  demək  mümkündür:  “Əbədi  yaşa,  qızıl 
komuzumuz!”  Qızıl  maskaya  gəldikdə  isə... 
Belələri cahanda cəmi üç ədəddir, biri də bizimkidir 
– qırğızlarınkı. 
XIX 
əsrdə 
rus 
şərqşünas-səyyahları 
N.A.Severtsev və A.P.Fedçenko Çon-Kəminə gəlib 
çıxmışdılar.  İlk  növbədə  onları  yerli  sakinlərin 
mehmannəvazlığı  və  qəlbən  səxavəti  şaşırtmışdı. 
Səyyahları  köhnə  tanış  kimi  qarşılayır,  pişvazın 
şərəfinə  komuzun  şən  havalarını  səsləndirir, 
görüşün  fərəhini  və  yadellilərə  xoş  münasibəti 
vurğulayırdılar. 
Qırğız  xalqının  ən  populyar  havaları 
kyuulardır  –  nəsildən  nəslə  ötürülən  instrumental 
melodiyalar.  Şərq  musiqisinin  bilicilərindən  və 
dəyərləndiricilərindən  biri A.B.Zatayeviç  yazırdı: 
“Bu xalqın öz tərəfindən musiqi xəzinəsinə töhfə 
verəcəyi  ən  qiymətlisi,  əhəmiyyətlisi  və  orijinalı, 
onun  nəğmələrində  (obonlar)  deyil,  daha  çox 
özünəməxsus  mədəniyyətin  nümunələrində  əks 
olunan xalq alətləri üçün pyesləridir (kyuu)”.     
Qəzetlərin  birində  oxumuşdum  ki,  Doğan 
Günəş  ölkəsindən  Qırğızıstana  kimyaçı,  təbiət 
elmləri doktoru Makoto İsimoto gəlmişdi. Məlum 
oldu  ki,  səksən  yaşında  canlı  zehniyyətini  və 
çevikliyini,  diribaşlığını  qoruyub  saxlamış  həmin 
alimin  maraqlı  məşğuliyyəti  musiqi  imiş.  Alim 
istənilən xalq musiqisi ilə maraqlanaraq sırf qırğız 
havalarını  dinləmək  arzusunda  imiş.  Musiqini 
eşidən  andaca  alim  etiraf  etmişdi:  “...  istənilən 
insan  üçün  bu,  təmiz  hava  udumu,  iri  şəhərdə 
boğulmaqdan istirahətdir”. 
Bir  dəfə  70-ci  illərdə  komuzçuların  ansamblı 
Avropaya Ümumittifaq folklor musiqisi festivalına 
səfər  etmişdi.  Münsiflər  heyətinin  tərkibində 
dünya şöhrətli Aram Xaçaturyan var idi. Komuzçu-
uşaqlarımızın  çıxışından  sonra  bəstəkar  vəcdə 
gələrək  demişdi:  “Skripkadan  sonra  bu,  yəqin  ki, 
dünyada ikinci alətdir”.  
Komuzun  melodiyaları  konseptual  xarakter 
daşıyır,  onlar  iradənin  gücünü,  insanın  ehtişamını, 
həyat  eşqini,  gözəllikləri  ifadə  edir.  Bu  havalar 
qırğız  xalqının  tarixində  cərəyan  etmiş  qüssəli 
vaqiələrin doğurduğu hisslərin ali faciəviliyini əks 
etdirməyə  qabildir.  Məs.,  “Kokoy  kesti”,  “Sınqan 
buqu”  və  s.  Tilsimli  qırğız  melodiyalarında  və 
nəğmələrində  güzgü  sayağı  xalqın  düşüncələri  və 
amalları, əsarətçilərə nifrət, azadlığa canatma əksini 
tapmışdır.   
XX  əsrdə  komuzda  instrumental  pyeslərin  və 
havaların parlaq peşəkar ifaçıları musiqi təcrübəsinin 
və biliklərinin əsil xəzinələri – qırğız musiqiçiləri və 
bəstəkarları  Muzooke,  Niyazalı,  sonralar  Muratalı 
Kurenkeyev, Karamoldo Orozov, Atay Oqombayev, 
Toktoqul  Satılqanov,  İbray  Tumanov,  Asılbəy 
Eşmambetov və b. olmuşlar. Tanınmış komuzçu və 
bəstəçi  Atay  Oqombayevin  ustalığı  və  istedadına 
ictimaiyyətə çatdırılmış gerçək fakt dəlalət edir.      
1939-cu  il  Moskvada  keçirilən  Qırğızıstan 
incəsənəti Dekadasında Atay Oqombayev “Kuydum 
çok”  nəğməsini  riqqətə  gələrək  ifa  edərkən  özü 
mahnısını  komuzda  müşayiət  edirdi.  Konsertdə 
iştirak  edən  Stalin  ilk  olaraq  Ataya  ucadan  əl 
çalır.  Belə  yüksək  diqqətdən  azca  özünü  itirmiş 
komuzçumuz  toxtayıb  ayaq  barmaqlarında  tutub 
sıxdığı iti bıçaqlarla komuzda melodiyasını çalmağa 
başlayır.  Qırğız  nümayəndə  heyəti  donub  qalır. 
Hərgah  bıçaq  nazik  simi  kəssə  idi,  Atay  Stalinin 
qorxunc qəzəbindən can qurtara bilməyəcəkdi!..  
Lakin  hər  şey  yaxşı  qurtarır.  Atay  havasını 
virtuoz çalıb bitirir. Stalinin özündən gümüş qaşıq 
dəsti, pul mükafatı bəxşiş alır, bundan əlavə, ömrünün 
son  günlərinə  qədər  Stalin  mükafatı  təqaüdçüsü 
olur.  Qırğız  komuzu  bu  minvalla  XX  yüzilin  ən 
qəddar  müstəbidinin  ürəyini  fəth  edir.  Atayın 
dəfn  günlərində  şair-bədiyəçi  İsmayıl  Boronçiyev 
mahnısının misrasına dərin məna vermişdi: “Atayın 
külünü torpağa tapşırmağa – dostların qalxmır əli...” 
Komuz  ölümsüzdür.  İnsan  rəhmətə  gedir,  onu 
torpağa tapşırırlar. Fəqət ruh asimanın bir parçasıdır. 
Qabiliyyətli musiqi yaradanların istedadı və onların 
bəstələdikləri melodiyalar xalq yaşadıqca səslənəcək. 
Yeni-yeni nəsillər gəlir, gedir, komuzun – xalqımın 
nəğməli ruhunun – melodiyası isə həmişəyaşardır. 
9


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə