adlı nəvəsi oyuncaq kimi istifadə edilmək məqsədi
ilə xan taxtına otuzdurulur. Şahmuradın dövründə
rəsmən baş vəzir vəzifəsini tutmuş Alımbəy datka
1862-ci ildə sui-qəsdçilər tərəfindən öldürülür.
Kokandın hakimiyyəti dövründə müstəqil
Qırğız dövlətinin yaradılması, xalqın birləşdirilməsi
uğrunda Alay qırğızlarının başçısı Alımbəy bahadır
çıxış edirdi. Onun Kokand xanlığını parçalamaq və
qırğızları əsarətdən qurtarmaq cəhdləri uğursuz
nəticələndi, Alımbəy özü isə saray münaqişələrinin
qurbanı oldu. Alımbəyin uzaqgörən siyasəti, onun
siyasi duyumu Rusiya çarı II Aleksandr tərəfindən
layiqincə dəyərləndirildi və o, sərəncamlarının
birində
Qərbi-Sibir
general-qubernatoru
Dyüqamelə Alımbəyə yardım göstərmək və onunla
dostluq münasibətləri qurub-saxlamaq göstərişi
verdi.
Alımbəy tərəfindən başlanılan iş onun həyat
yoldaşı Kurmanjan tərəfindən davam etdirildi.
Tacsız “Alay çariçası” ilə Buxara əmiri Müzəffər və
ona datka rütbəsi (çar ordusunda generala bərabər
sayılan rütbə) vermiş Kokand xanı Xudayar da
hesablaşırdılar. Kurmanjan datkanın siyasi kredosu
öz xalqını qoruyub saxlamaq, ona sülh və əmin-
amanlıq bəxş etmək idi. Bu niyyətlə o, Rusiya
ilə ittifaqa daxil oldu və çar xidmətinə keçdi.
Ələlxüsus, güclü düşmənlərə güclü də müttəfiqlər
lazım idi. Alay qırğızlarının itaətsizliyi haqqında
general Skobelev belə yazır: “Alay qırğızları
heç zaman, hətta güclü xanların başçılığı altında
olsalar da, adi itaət göstərməməkləri ilə seçilirdilər.
Müqayisədə daha döyüşkənliyi ilə seçilən və
dağ köçəbə obalarının əlçatmazlığından sui-
istifadə edən qara-qırğızlar çox asanlıqla, demək
mümkünsə, mütəmadi surətdə xana qarşı etiraz
edirdilər. Qara-qırğızların nisbi itaəti isə dağətəyi
qışlaqlardakı bazarlardan asılılıq və qışlaqların
çoxunun aşağı tərəflərdə, daha doğrusu əlçatan
məkanlarda yerləşməsinə görə idi...”.
XIX əsrin 40-cı illərində qırğız xalqının Kokand
zülmünə qarşı azadlıq hərəkatı artdı və böyük
ərazini tutdu. 1843-cü ildə İssık-Kul çökəkliyinin
qırğızları üsyana qalxıb Qaragöl, Barskoon, Qonur-
Olen qalalarından Kokand qarnizonlarını qovub
çıxartdılar.
Kokand hakimiyyəti dövrü qırğızların tarixində
parlaq şəxsiyyətlər formalaşdırdı. Bu şəxsiyyətlərin
adları mühüm tarixi hadisələrlə bağlıdır. Onların
arasında milli liderlər Şabdan-Bahadır və Baytik
bahadır adları diqqətəşayandır. Bütünlükdə isə
XVIII əsrin ikinci yarısı-XIX əsrin birinci yarısında
Rusiya və Tsin kimi nəhəng imperiyaların təzyiqinə
davam gətirən xalqım öz mövcudiyyətini saxlamaq
kimi müşkülü həll edərkən, vəziyyətdən ən az
itkilərlə çıxdı.
Kokand xanlığı dövründə qırğızlara güclü
hami lazım idi. XIX əsrin birinci yarısında
intensiv inkişaf edən çar Rusiyası öz ərazilərini
genişləndirmək üçün yeni, əsasən də, Qafqaz, Orta
Asiya və Sibirdə torpaq və müstəmləkə axtarırdı.
Bu bölgələr təbii resurslarının zənginliyi, münasib
təbii-iqlim şəraitləri və məhsuldar torpaqları ilə
rusların nəzər-diqqətini cəlb edirdi. 1785-ci ildə
Atake bahadırın elçiləri Abdrəhman və Şerqazı
imperatriça II Yekaterinanın qəbuluna düşdülər və
ona qarşılıqlı dostluq haqqında məktub çatdırdılar.
Bu təklif imperatriça tərəfindən qəbul edildi
və bununla Rusiya ilə Qırğızıstan arasında ilk
diplomatik əlaqələrin başlanğıcı qoyuldu. 1855-
ci ildə buqu tayfasının iri manapı səfir Borombay
bahadır Omsk şəhərində İssık-Kul qırğızları
adından təntənəlu surətdə rus imperatoruna
sədaqət andı içdi ki, bu, bütün tayfanın Rusiyanın
təbəəliyinə keçməsi demək idi.
Ormon xan Rusiyanın himayəsinə ümid
bəsləyir və qırğızlar içərisində təsirini artırırdı. O,
düşmənlərə münasibətində fərasət və ustalıq işlədirdi
ki, bu da onların arasında çaşqınlığa səbəb olurdu.
Cənub qırğızları yalnız qazax Sultan Kenensarı
onlara hücum çəkdikdən sonra Ormonu xan kimi
qəbul etdilər. 1846-1847-ci illərdə Ormon xan
qırğızlar üzərində başçılığı qəbul edərək, qazaxlarla
mübarizəyə başladı. Qeyd etmək lazımdır ki,
birinci hücum edən qazaxlar olmuşdular, qırğızlar
isə, sadəcə olaraq, ərazi bütövlüyü uğrunda cavab
mübarizəsi aparırdılar. Ormon xan bu müharibədə
özünü istedadlı sərkərdə kimi göstərdi. 1847-ci
ilin aprelində qazax sultanı Kenesarı Qasımov
beşminlik dəstə ilə Çuy vadisinin əhalisi üzərinə
hücuma keçdi. Onların hücumuna Ormon xan
çoxminlik ordunu darmadağın etməklə cavab verdi,
Kenensarı özü isə kütlə qarşısında edam olundu.
Ormon xan bu cür dağıdıcı və yenilməz qələbədən
sonra İssık-Kul sahillərində İssık-Kul, Çuy, Narın
və Talas vadilərinin qırğızlarını toplayıb qurultay
çağırdı və orada xan elan edildi. O, təxminən 8 il
hakimiyyətdə oldu. Rəvayətdə deyilir ki, xan bunu
belə izah etmişdi: “Qırmızı papaq yalnız bir dənə
olmalıdır” – burada xan titulu nəzərdə tutulurdu.
1853-cü il qırğızların tarixində qara ləkə kimi
qaldı. Buqu və sarbağış tayfalarında birincilik
uğrunda daxili müharibə başladı. Kalıqul dəfələrlə
xalqı yola gəlməyə, düzgün addım atmağa çağırdı,
fəqət onun sözünü heç kim eşitmədi. Bu mənasız
qardaş qırğınında qırğız xalqının birliyinin
parçalanması baş verdi. Əsrlər boyu davam edən
205
tayfadaxili nəsil “haqq-hesablar”ı, ambisiyalar,
xalqda vahid iradənin olmaması və bütün bunlar
millətin formalaşmasına həddindən artıq böyük
zərbə vurdu. Nəsil təkəbbürlüyü millətin özünün
müstəqilliyini kölgə altına alması ilə nəticələndi ki,
bu da qırğız xalqının tarixin bütün mərhələlərində
inkişaf sürətinin azalmasına gətirib çıxardı. XVIII
əsrin sonlarında-XIX əsrin birinci yarısında
yaşamış əsil söz peyğəmbəri müdrik Kalıqul baş
verən hadisələrə öz münasibətini qırğız poeziyası
xəzinəsinə daxil olan seirində bildirmişdi:
Əsil qoçaq, cəsur igid
Xalqına hörmət edər.
Oxuyar, baxar, düşünər,
Elmlərə sahib olar.
Ən müxtəlif xalqların
Dillərinə sahib olar.
Bənzər o kəs çinara,
Ağacda – o çinarda,
Bülbüllər oxuyarlar.
Ağac kök atar, möhkəmlənər,
Bur-budağı min olar.
Ağacın kölgəsi, sərini də
Çoxlarına qulluq edər.
Belə insanları tapmaq olar
Görəsən haralarda.
Ancaq belə adam gələcək
Bu dünyaya. Axı ləl də,
Cavahirat da o danədəndir.
Tayfalararası münaqişənin canlı şahidi
Semyonov-Tyanşanski olmuşdu (1856-1857). O,
“ölü sahə” adlandırılan döyüş yerlərində olduqdan
sonra öz memuarlarında yazırdı: “Bu düzəngahın
buraxdığı təəssürat, San-Bernardakı morqla
müqayisə ediləsi deyildir. ”
Siyasi vəziyyət akınların da yaradıcılığında öz
əksini tapmışdı. Rus xalqı ilə dostluq əlaqələrini
gələcəkdə möhkəmləndirmək kimi proqressiv
baxışlar yaranırdı. Ədalət və dərrakəyə çağırışlar
səslənirdi. 1710-cu ildən 1876-cı ilə qədər
qırğızların başlıca məqsədi Kokand xanlığının
və Tsin imperiyasının əsarətindən tezliklə
qurtulmaq idi. Pulat xanın başçılığı altında tez-
tez xalq üsyanları qalxırdı. 1842-ci ildə qırğızların
birləşməsi baş tutdu.
Mənəvi zənginlik bütöv bir pleyada şair, xalq
dastansöyləyənləri və musiqiçilərin yaradıcılığında
təmsil olunmağa başladı: Gəldibəy, Balıkooz,
Tınıbəy, Çoyükə, Sağınbay, Kalıqul, Arstanbəy,
Moldo Kılıç, Jenijok, Moldo Niyaz, Kurənkə,
Aydaralı, Sırtbay, Niyazəli, Taykojo, Booqaçı
və s. Böyük qazax etnoqrafı və maarifpərvəri
Çokan Vəlixanov 1856-cı ildə Qırğızıstanı gəzib
dolaşdıqdan sonra 1861-ci ildə “Manas” eposu
barədə “Rus İmperator Coğrafiya Cəmiyyətinin
etnoqrafiya bölməsinin yazıları”nda oçerk çap
etdirdi. Bu, ilk ədəbi qeyd idi. Sonradan akademik
V.V.Radlov 1862-ci ildə Qırğızıstana ilk dəfə
getikdən sonra 1869-cu ildə “Manas”, “Semetey”,
“Seytek” trilogiyasını yazdı.
Qırğızıstanın cənubunda, Alay vadisində
Kokand xanından “bəy” titulunu almış Alımbəy
datka hökmranlıq edirdi. 1862-ci ildə solto
qəbiləsinin manapı Baytik bahadır Kokand bəyi
Rəhmətullanın Pişpek yaxınlığındakı qalasını ələ
keçirməyə müyəssər oldu. Sonralar Baytik bahadır
türk qoşunlarına Mərkə, Oluya-Ata, Çimkənd
qalalarını ələ keçirməyə köməklik göstərdi və
bunun müqabilində ordenlə mükafatlandırıldı.
1863-cü ildə Kokand xanlığında hakimiyyət
qıpçaq-qırğızların əlinə keçdi – onların
nümayəndəsi Altım Kul üç il ərzində hökmranlıq
etdi. Altım Kul Kokand hökmdarı şəxsində şimal
qırğızlarının başçıları Jantay xan və Baytiklə sülh
bağlamağa çalışırdı. Qırğızıstanda olmuş görkəmli
coğrafiyaşünas A.N.Severtsev 1864-cü ildə yazırdı:
“İlk dəfə idi, qara-qırğızlarla tanış olurdum. Onlar
M.İ.Venkjov və Ç.Valixanov təsvir edənlərdən
daha səliqəlidirlər”. İ.Strelkovun söylədiyinə görə,
Ç.Vəlixanov 1856-cı ildə İssık-Kula səfər edibmiş.
O yazırdı: “Qirğızlar, Çokanda qazaxlara nisbətən
daha döyüşkən xalq təəssüratı yaratmışdılar,
qırğızlar ona dostcasına, yaşca böyük qadınlar isə
anasayağı baxırdılar”. Sonradan qırğızların məişət
və həyat tərzləri ilə tanış olan digər rus alim-səyyah
V.İ.Lipkin belə qeyd etmişdir: “Sözsüz ki, qırğızlar
– Avropa mədəniyyətinə meyl edən qabiliyyətli və
zadəgan əsilli tayfadır.”
1855-1868-ci illərdə Kokand əsarəti qurtardı.
Şimali qırğızlar Rusiya imperiyasının tərkibinə
daxil oldular.
11.07.1867-ci ildə Sır-Dərya və Yeddisu (Jeti-
Suu) vilayətlərindən ibarət Türküstan general-
qubernatorluğu təşkil edildi. Yeni inzibati-ərazi
qurumun strateji əhəmiyyəti nəzərə alındı və
Türküstan hərbi nazirliyin tərkibinə daxil edildi.
Beləliklə, tərkibinə Qırğızıstanın da qatıldığı
Türküstanın hərbi və mülki idarəçiliyi üçün
müstəmləkəçilik aparatının əsası qoyuldu. Rus
hökuməti inzibati idarəçilik təşkili ilə bərabər
yeni torpaqlarda çarizmin hərbi-siyasi və
sosial istinadgahlarını yaratmaq məqsədilə rus
köçkünlərinin ərazilərdə yerləşdirilməsinə başladı.
Qaragöl (İssık-Kul) və Tokmokda (Çuy) 1867-
206
Dostları ilə paylaş: |