ci ildə rus kəndlilərinin gəldikləri köçürülmə
məntəqələri yaradıldı.
Rusiyanın Mərkəzi Asiyayaya müdaxiləsinin
ilkin mərhələsindən (1855-1863-cü illər) fərqli
olaraq, Rusiya hökumətinin Qırğızıstanda faktiki
hakimiyyətinin yekun təsdiqi yalnız 1863-1868-ci
illərdə başa çatdı.
XIX əsrin birinci rübündə Rusiya Qırğızıstana
müstəmləkə nəzər nöqtəsi ilə diqqətini artırdı
və 1860-1870-ci illərdə bölgəyə müdaxilə
məqsədi ilə planlarını həyata keçirməyə başladı.
Birinci mərhələdə, 1853-1855-ci illərdə bu,
ticarət münasibətlərində və şifahi müqavilələrdə
reallaşmağa başladı, sonra 17.01.1855-ci il və
13.10.1863-cü il bəzi qırğız tayfalarının Rusiya
protektoratına daxil olması söz verib and içmə
ilə sənədlərdə möhkəmlənmişdi. 1860-1863-cü
illərdə hərbi-siyasi üsullarla Çuy və Tenir-Too
bölgələri tabe etdirildi. Şimali Qırğızıstanın Rusiya
imperiyasına birləşdirilməsi 1868-ci ildə başa çatdı.
1876-cı il Kokand xanlığının tam süqutu və
cənublu qırğızların Rusiya imperiyasının tərkibinə
keçməsi ilə yadda qaldı. Cənub bölgəsinin
Rusiyanın tərkibinə keçməsi birbaşa işğal yolu ilə
həyata keçirildi. 1873-1876-cı illər xalq hərəkatının
yatırılması və alay qırğızlarının 1876-cı ilin
sonunda rus təbəəliyini qəbul etməsi ilə Cənubi
Qırğızıstan tamamən Rusiyaya birləşdirildi.
Qrığızıstanın Rusiyaya birləşdirilməsi vacib
tarixi əhəmiyyət kəsb edirdi:
• Qırğızıstanın İngiltərə və ya başqa geridə
qalmış şərq dövlətlərindən biri tərəfindən işğalı
təhlükəsi
aradan götürüldü;
• Rus inzibati-siyasi idarəçiliyinin daxil
edilməsi dövlət aparatının formalaşmasına gətirdi;
• dağlıq bölgələrin iqtisadi inkişafı, onlarda
kapitalist münasibətlərinin qurulması və sosial
təbəqələşmə üçün sabit zəmin yarandı;
• oturaq əhainin, qəsəbə və şəhərlərin sayı
artdı, natural təsərrüfat bazar münasibətlərinə
uyğunlaşmağa başladı.
Baş vermiş hadisələrə uyğun olaraq, Rusiya ilə
diplomatik əlaqələrin başlanması və himayədarlıq
barədə məsələlərdə razılığa gəlindi. Bu prosesin
bütün mürəkkəbliyinə və ziddiyyətinə rəğmən,
həmin münasibətlər xalqın konsolidasiyasına
yardımçı oldular və onun təşəkkülünün tarixi
perspektivinin özülünü qoydular. Qırğızıstanın
ərazisində ilk köçkün-kəndlilər XIX əsrin 60-cı
illərində peyda oldular, onlar əsasən Rusiyanın və
Ukraynanın cənub və qaratorpaq bölgələrindən
sürgün olunmuşdular.
O dövrdə müstəqilliyə daha çox can atan
Şimali Qırğızıstanın tayfaları, xüsusiə də sarı-
bağış və buqu tayfaları idilər. Məhz o tayfaların
başçıları rus hökumətinə öz nümayəndələrini
tayfalarının onların tabeliyinə keçməsi xahişi ilə
göndərmişdilər.
1842-ci ilin yayında İssık-Kulun qərb sahilndəki
Kotmalda adlanan yerdə (indiki Balıqçı) məşhur
qurultay çağrıldı. Çağırışın təşəbbüsü sarı-bağış
manap nəslinin nümayəndəsi Ormon Niyazbəyovdan
gəlirdi. Qurultayda sarıbağış, buqu, sayak, solto,
saruu, quşçu, çerik və başqa tayfaların nümayəndələri
iştirak edirdilər. Kokand tərəfindən sıxışdırılmalara
və digər təhlükələrə qarşı birgə mübarizə üçün
qırğız tayfalarının birləşdirilməsi ideyası qurultayda
tam tərəf topladı. Sarıbağış tayfasının biyi Cantay
Qarabəyovun və sayak tayfasının biyi Kaçıkenin
təklifinə görə, Ormon Niyazbəyov qırğızların Ali xanı
seçildi.
Ormon Santaş aşırımında öz qalasına, öz
bayrağına malik idi, naxırları, ilxıları, sürüləri vardı.
Onun qırğız tayfaları içərisində nüfuzu yüksək idi.
Qurultayın qərarı özünü doğrultdu. Qədim adətlərə
görə, onu ağ keçədə yuxarı qaldırdılar. Bu, əslində
Qırğız xanlığının mövcudluğunu bəyan etmək, onun
Kokanda bərabər tutulduğunu bildirmək demək idi.
Ormon xan tərəfindən görülən tədbirləri
ümumilikdə nəzərdən keçirəndə bəlli olur ki, Ala-
Toodakı qırğız dövlətçiliyi XIX əsrin ortalarında
real cizgilər əldə etdi. Bu xüsusilə öz əksini 1847-
ci ildə sultan Kenes arı Qasımovun hücumu dəf
olunanda tapdı. Bu dövrdə Ormon xan silahlı döyüş
strategiyasını və taktikasını yaxşı bilən hərbi sərkərdə
kimi qeyri-adi xüsusiyyətlərini nümayiş etdirdi.
Kenesar Qasımovun ordusunun darmadağın
edilməsi, onun əsir alınması və ölümü həm Rusiyada,
həm də Kokandda alqışlandı. “Bəyaz çar” Ormon
xan və onun silahdaşları Canatay Qarabəyovu və
digərlərini qızıl medallarla təltifləndirdi. Ümumqırğız
xanına həmçinin o dövr üçün ali bəxşiş hesab olunan
qızıl baftalı xalat hədiyyə edildi. Qarşılıqlı hörmət
əlaməti olaraq o, rus canişininin yanına Omska dəvət
edildi.
Ormon xan XIX əsrin ortalarında yeni tarixi
şəraitdə qırğız dövlətçiliyini yüksəklərə qaldırışını
təmin etmişdir və bu təminat Ormon xanın bizim
xalqın qarşısında ən böyük tarixi xidmətidir.
XIX əsrin ən parlaq təmsilçiləri Ormon xan,
Qubad biy, Taylak bahadır, Atake biy (1785-ci ildə
qırğız xalqı adından Rusiyada ilk səfir), Baytik
bahadır, Balbay, Borombay, Kurmanjan datka,
Alımbəy datka, Jantay xan, Ajıbəy datka, Mədət
datka, Torogəldi, Kalıqul, Asrtanbəy və ictimai-siyasi
həyatın digər iştirakçılarıdır.
207
XX əsr. İnkişaf dövrü.
Rusiya imperiyasının tərkibində
Türküstanın
ruslaşdırılması,
millətçi-
müstəmləkəçilik siyasətinin əsası kimi, XX
əsrin əvvəlində daha da güclənirdi. Buna bariz
nümunə kimi, regionun general-qubernatorunun
vilayətlərin bütün qubernatorlarına ünvanlanmış
31.10.1911-ci il təlimnaməsi durur: “Yerli əhali
bizi gələcəkdə rus kəndlilərinin işlərini görəcək bir
material kimi maraqlandırır, buna görə də onların
hamısının qanına ruslara hörmət-izzət bəsləməyi
yeritmək lazımdır; hərgah kimsə tabe olmaq
istəməsə, torpaqdan məhrum olub dilənçi kökündə
yaşayacaq, ya da, Rusiya onlarla vidalaşacaq”.
Çarizmin digər məmuru, Tokmak uyezdinin rəisi
Q.Zaqryajski “Туркестанскиe ведомости” mətbu
orqanında (“Türküstan xəbərləri”) yazırdı: “Biz
qırğızları yer üzündən siləcəyik, tarixin taleyi
belədir...”
Üsyanın əsas səbəblərindən biri Rusiyadan
olan kəndlilərin kütləvi surətdə köçürülməsi və
onların yerləşdirilməsindəki özbaşınalıqlar idi. Rus
kəndlilərinin mərkəzi vilayətlərdən köçürülməsi
kampaniyasına təkcə 1896-1916-cı illərdə 237
mln 310 min 236 rubl xərclənmişdi. 1916-cı ildə
Türküstan əhalisinin 6 %-ni təşkil etmiş ruslara
57,7% əkinəyararlı torpaq ayrılmışdı. O ki, qaldı
94% təşkil edən yerdi əhaliyə, onlara cəmi-
cümlətanı 42,3% torpaq saxlanılmışdı. Gəlmə
kəndlilər qırğızlara ikrahlı münasibət bəsləyir,
yerli su mənbələrini tutur, suyun qarşısını kəsir,
yerli əhalini öz yurdlarını qoyub köçməyə məcbur
edirdilər.
1916-cı il qırğızların çarizm siyasətinə, qırğız
xalqının repressiyasına qarşı üsyanı, həmçinin
müstəqillik və azadlıq uğrunda ümummilli
hərəkatın başlanması ilə yadda qaldı. Üsyan
çarın 25.06.1916-cı ildə çıxardığı kədərli məşhur
Qərardan sonra başlandı, qərarda göstərilirdi
ki, hərbi mükəlləfiyyətə 19 yaşından 31 yaşına
qədər olan kişilər qatılmalıdırlar. Ciddi-cəhdlə
sahibkarların mülkiyyət hüququndan məhrum
edilməsi və kəndlilərin Rusiyanın mərkəzi
bölgələrindən qırğız əhalisinin əlindən zor
gücünə alınmış məhsuldar torpaqlara köçürülməsi
siyasəti həyata keçirilirdi. Öz övladlarını çar ordu
sıralarına hərbi qulluğa verməkdən imtina edən
qırğız xalqı müstəmləkəçi üsuli-idarəyə qarşı çıxış
edirdi. O dövrün məşhur qazax lideri T.Rıskulov
çar siyasətinin əsas məqsədini açaraq yazırdı:
“Çarizm bu üsyandan sui-istifadə edərək, bütün
Çuy vadisini, həmçinin İssık-Kul gölü hövzəsini və
Narın çayını bütünlüklə qırğızların əlindən almaq
və onların özünü boş dağlıq sahələrə köçürmək
layihəsini həyata keçirmək istəyirdi”. Qırğızların
bu dəhşətli qırğını haqqında Q.İ.Broydo tərəfindən
tərtib edilmiş növbəti sənədlər vardır: “...qırğız
qızları “teatralcasına” qəşəng geyinir və qazaxların
gözü qarşısında özlərini qayalıqdan başı aşağı
atırdılar”. Belovodsk kəndi yaxınlığında isə
Qribanovski adlı birisi aldatma yolu ilə 500 qırğızı
karvansaraya salmış və orada silah işlətmədən,
görünür, patronlara qənaət məqsədi ilə, heyvan
kimi daş, yaba və çubuqlarla döyüb öldürmüşdülər.
1916-cı il üsyanı Orta Asiyada barbar, həyasız
istismar və talan sistemi yaratmış, əsasən, hərbi-
feodal quruluşlu rus imperializminin hökmranlığına
qarşı milli-azadlıq müharibəsi idi.
Sovet hökumətinin görkəmli xadimləri
M.V.Frunze və V.V.Kuybışev bu qiyamı zülm
altında əzilən qırğız və qazax xalqlarının çar üsuli-
idarə sisteminə “etiraz cəhdi” və “aşkar hiddət”
kimi xarakterizə etdilər. Orta Asiyada üsyan
yatırıldıqdan sonra hər iki xadim dərhal orada
olmuş və yazmışdılar ki, Yeddisunun yerli əhalisi
çar müstəmləkəçiyiniə qarşı ayağa qalxdığına görə
talana məruz qalmışdır. Qırğız xalqı öz yaşamaq
hüququ və milli azadlıq naminə çıxış edirdi.
O öz torpaqlarının müstəmləkəçilər tərəfindən
işğalına, çar üsuli-idarəsinə və onun xalqa qarşı
yönəldilmiş milli siyasətinə, müstəmləkəçi və
sosial əsarətə, talana, çar məmurlarının özbaşınalıq
və zorakılığına, istismarçı-qolçomaqlara qarşı
mübarizəyə qalxmışdı. Üsyançılar həmçinin
208