Rusiyaya qaçmaqla canlarını qurtardı, onların nəsilləri
isə müasir Kalmıkiyada yaşayırlar.
Qırğız qəbilə hökmdarları bir müddət
monqollardan qalma adətlər üzrə hərəkət edərək,
hakimiyyətə Çingiz xanın nəslindən olanları
gətirməklə yanaşı, faktiki ərazi üzrə idarəetməni öz
əllərinə keçirdilər. XV əsrdən başlayaraq Ala-Toonun
ərazisi sabit siyasi-dövlət anlamına – Qırğızıstan
torpağı anlamına çevrilməyə başladı.
1508-ci ildə Məhəmməd Qırğız ağ keçə
xalçada yuxarı qaldırıldı və qırğız hökmdarı elan
edildi. Onun hakimiyyəti altında olan bölgə “qırğız
ulusu” adlandırıldı. Məhəmməd Qırğız qırğızların
tarixinə əfsanəvi Taqay biy adı ilə daxil olmuş və
qırğızların ulubabası, onların ilk ali hökmdarları
hesab edilibən öz yerini tutmuşdur. Bu, qırğız
tarixində, qırğız qəbilə və tayfalarının birləşməsində
çox əhəmiyyətli taleyüklü mərhələ idi.
Məhəmməd Qırğızın şəxsiyyəti haqqında
o dövrdən, demək olar ki, birbaşa heç bir xatirə
qalmamışdır. Lakin hərəkətlərini, əməllərini izlədikcə,
o şəxsin güclü siyasi iradəli, tükənməz enerjili və
məqsədyönlü olduğunu təsəvvür etmək çətin deyildir.
Onun məqsədi qırğızların birləşdirilməsi və həmin
şəraitdə müstəqil qırğız dövlətçiliyinin yaradılması
idi.
XVI əsrin ikinci yarısı qırğız qəbilələrinin
birləşməsi və qüvvələrinin cəmləşdirilməsi, Tyan-
Şanda müstəqil qırğız xanlığının yaranması ilə
əlamətdardır. Əvvəlcə bu xanlıq Çingiz xanın
nəslinin nümayəndəsi tərəfindən idarə olunurdu, fəqət
Məhəmməd Qırğız (Taqay biy) Çingizilərlə mübarizə
apararaq qələbə çaldı və amirlərin yalnız Çingiz xanın
nəslinin nümayəndəsi olmaq məcburiyyəti ənənəsinə
son qoydu. Мəhəmməd Qırğız qırğız tayfalarının
“sol” və “sağ” qanadlarının etnosiyasi cəmləşməsini
möhkəmlətdi. XV əsr Teymurun (Teymurləngin)
dövlətinin tamamən süqutu, qazax xanlığının
yaranması və Tyan-Şan ərazisində iki güclü qırğız
etnosiyasi birliyinin meydana gəlməsi ilə (on qanad,
sol qаnаd), həmçinin qırğızlarla qazaxların arasında
monqol, özbək və oyrat feodallarının təcavüzünə
qarşı ittifaqın bağlanması ilə əlamətdardır. Bu dövrdə
dağınıq qırğız tayfalarının konsolidasiyası gücləndi və
yeni tarixi ümumiliyə – qırğız xalqının yaranmasına
– keçid reallaşdı. 1510-cu ildə Məhəmməd
Qırğıza (Taqay biy) çar titulu veridli. Məhəmməd
Qırğız 1514-cü ildə monqol xanı Sultan Seyidə
Qaşqarıstanın ələ keçirilməsində güclü köməklik
göstərdi. 1517-ci ildə isə Məhəmməd Türküstana
yürüş etdi. Onun hakimiyyəti dövründə (1510-1524)
müstəqil qırğız dövləti yaradılmışdı. V.V.Bartoldun
sözlərinə görə, düşmənləri onu “qırğızların padşahı”
adlandırırdılar. Lakin elə 1517-ci ildə də Sultan
Seyid özü güclü ordunun başında duraraq xaincəsinə
qırğızların İssık-Kul sahilindəki torpaqlarına soxuldu.
Məhəmmədin döyüşçüləri qeyri-bərabər qovğada
məğlubiyyətə uğradılar. Çox təəssüf ki, biz, qırğızlar
hələ də bu sərkərdənin əməllərini lazımi səviyyədə
dəyərləndirməmişik. XV əsrin sonu-XVI əsrin
əvvəllərində Seyf-əd-din Əksikənd qırğızların tarixi
haqqında ilk məlumatları ərəb əlifbası ilə qələmə
aldı. Sonradan qırğızların yenə də Şərqi Türküstanın
(1616-1630) hökmdarlarının və kalmakların (1635-
1758) əleyhinə qanlı müharibələri başladı. Qələbə
əldə etmiş biylər 1680-ci ildən 1702-ci ilə qədər bu
geniş məkanlarda hökmranlıq etdilər. Qırğızlar həmin
dövrdə Sır-Dərya vilayətinin Auleatin uyezdində
yaşayırdılar. Qırğızlar XVIII əsrin ikinci yarısında
qazax xanı Ablay xan tərəfindən hücuma məruz
qaldılar.
Digər görkəmli şəxsiyyət – quşçu tayfasından
olub, öz xalqının azadlığı uğrunda mübarizə aparan
Kubat biydir. Tyan-Şanda, Fərqanədə və Şərqi
Türküstanda qırğız tayfalarını məhz o birləşdirə
bilmiş və hətta qırğızların dövlətçiliyini yaratmaq
uğrunda ilk addımlar atmışdı.
Qırğızların tarixinin bu mərhələsi barədə
İ.Biçurin bunları qeyd edir: “Qırğızlar kasıb, amma
qoçaqdırlar, öz həyatlarını qorumazlar, müharibədə
cəsurdurlar. Qazaxlar və bolurlar onlardan
çəkinirlər. Hətta cunqarlar öz hökmranlıqları
dövründə qırğızları hakimiyyətlərinə tabe etdirə
bilməmişdilər”. A.Bernştamın sözlərinə görə isə: “...
XVIII əsrin qırğızlar barədə Çin mətnlərinin təhlili
həmin dövrdə Sintszyanın ərazisində baş vermiş
hadisələrdə qırğızların əhəmiyyətli rolunu göstərir.
Çin imperiyasını onlarla hesablaşmağa məcbur
edən qırğızların hərbi-demokratik quruluşu bu kiçik
xalqın ən mühüm sosial qüvvəsini təşkil edirdi.
Çin mənbələrinə istinadda bu tayfaların, ələlxüsus
da onlar iri konferderasiyalar halında birləşəndə,
azman qüvvəsi haqqında sənəddə “hətta cunqarlar
da öz qüdrətli hökmdarlıqları zamanı onları
hakimiyyətlərinə tabe edə bilməmişdilər” sözləri ilə
əyani surətdə bildirilmişdir. Bu sözlər öz tarixində
çox zaman geridə qalmış Şərq zülmkarlarının
sistemində bulunub, çox əziyyətlərə qatlaşmış, həyat
qüvvəsini saxlamış qırğız xalqının asi ruhunu ifadə
edir”.
1909-cu ildə Almaniyada işıq üzü görmüş
kitabında professor Martin Qartman qırğızları cəld,
güclü, mənlik hissi olan və verdikləri vədə naxələf
çıxmayan insanlar kimi xarakterizə edir.
203
XVIII-XIX əsrlər. Millətin möhkəmlənməsi dövrü
XVIII əsrin əvvəllərində qırğızların tarixində
ən ağır dövr olmuşdu, fəqət eyni zamanda
bu mərhələdə xalqın mənəvi vətənpərvərliyi
və birliyinin yüksəlişi, etnik özünüdərkin
möhkəmlənməsi nəzərə çarpırdı. Bu, eposlar dövrü
idi. Qırğızların kalmaklarla mübarizəsi öz əksini
xalq dastanlarında tapmışdı: “Kurmanbəy”, “Janış-
Bayış”, “Ər Tabıldı”, “Janıl Mirzə”, “Sarıncı
Bokoy” və başqaları. Bu dövr, xalqın birliyini
möhkəmləndirmiş və ideologiyada rol oynamış
şifahi xalq yaradıcılığında parlaq surətdə öz əksini
tapmışdı.
Qırğız etnosunun yaranması prosesi neçə əsri
– uzun bir dövrü əhatə edir. Bu proses XVI-XVIII
əsrlər ərzində həmin dövrdə Şərqi Sibir və Şərqi
Türküstanda, Tyan-Şan, Pamir-Alay, Orta Asiya
və Ural (başqırdların arasında) ərazisində yaşamış
tayfaların iştirakı ilə baş vermişdir. Birləşməyə
əsas şərt möhkəm tayfa-qohumluq əlaqələri, dilin
ümumiliyi və daimi ərazinin olması idi.
Cənub qırğızları 107 il ərzində (1769-1876-cı
illər), sonra şimal qırğızları 38 il ərzində (1825-
1863) böyük hissəsini özbəklər, qıpçaqlar, qırğızlar
və taciklər təşkil edən Kokand xanlığının (paytaxtı
Kokand ş.) tərkibində olmuşlar. Qırğızlar Kokand
xanlığı dövründə Taylak bahadır və Pulat xanın
başçılığı ilə 20 dəfədən çox üsyan qaldırmışdılar.
1825-ci ildə Taylak bahadır onminlik ordu
toplayaraq, Şimali və Cənubi Tyan-Şanın ərazisinə
soxulmuş Tsin döyüşçülərinin xeyli hissəsini məhv
etdi.
XIV əsrin sonundan-XVIII əsrə qədər, demək
olar ki, 400 il ərzində qırğızlar milli dövlətçiliyi
bərpa etmək uğrunda çıxış edirdilər. Amma
məqsədlərinə çata bilmirdilər. Bu sayaq çıxışların
birində qırğız tayfasının başçısı Kubat biy Kokand
xanlığının əleyhinə olan döyüşlərdə öz qoçaqlığı ilə
seçilmişdi. Mərkəzi Tyan-Şanda, “Dağlar aslanı”
adını almış Taylak bahadır sayak, monoldor, çerik
qırğız tayfalarının başında duraraq iki dəfə Kokand
xanlığının dəstələrinə qarşı çıxmış və qələbə
qazanmışdı. Amma qırğız tayfalarını birləşdirmək
ona müyəssər olmamışdı.
Münasib təbii-iqlim şəraitli zəngin dağlıq diyar
həmişə yadelli işğalçıların diqqətini cəlb etmişdir.
Feodal Kokand xanlığının hökmranlığı dövründə
(1769-1876) milli-azadlıq xarakterli 20-dən çox
üsyan baş vermişdi. Qırğız xalqı ağlagəlməz
məbləğdə töycü verməli, üstəlik, Kokand
ordusunda hərbi xidmət keçməli idi. Məşhur
şərqşünas A.Kun o zaman yazırdı ki, Kokand
xanlığı insanın doğulması və ölümü üçün də vergi
verməyə məcbur edirdi, töycüsüz yalnız hava idi.
Məğrur, azadlıqsevər xalq bu cür alçaldıcı vassallıq
vəziyyəti ilə razılaşmaq istəmirdi. Qırğızların
vaxtaşırı öz əsarətçilərinə qarşı qiyamları bununla
izah edilir. Baxmayaraq ki, bu üsyanlar kifayət
qədər insan itkisinə gətirib çıxarırdı, qırğızlar öz
müstəqillik və azadlıqları üçün qızğın mübarizə
aparmaqda davamlı idilər.
Tarixi salnamələrə əsasən, Narboto biy, Alim
xan, Mədəli xan və Şeralı xan kimi kokandlı
hökmdarların qırğızlarla qohumluq əlaqələri vardı
və kokandlılar nəinki qırğızlara rəğbət bəsləyir,
hətta bəzən öz həmyerlilərindən daha çox onlara
etibar göstərirdilər. Nəticədə, kokandlıların inzibati
idarələrində rəhbər vəzifələri qırğızların xanəman
və tayfalarından nümayəndələr tuturdular.
Kokand xanlığının tarixində təqribən 30 il
hakimiyyətdə olmuş Xudayar xanın şəxsiyyəti
xüsusilə seçilir. O, qırğızların əhatəsində böyümüş
və tərbiyə edilmişdi, ona görə davranışında,
nitqində və xasiyyətində onlardan götürdüyü
vərdişləri saxlamışdı.
Doğrudur, təsdiq edilir ki, o, qırğız mühiti
tərəfindən yüksəldilmişdisə, elə onun tərəfindən də
devrilmişdi. 1858-ci ildə hakimiyyətə gəlmiş Məllə
xan Alayda hökmranlıq edən Alımbəy datkaya
xanlığın inzibati tərkibində, faktiki olaraq hədsiz-
hüdudsuz hüquqlar verdi.
Saray münaqişələri həmişə bütün dövr, ölkə
və xalqların hökmdarlarının həyatlarının ayrılmaz
hissəsi olmuşdur. Kokand xanlığında da belə idi.
Məllə xanın Alımbəy datkanın başçılığı altında
qırğız əshabələri dörd ildən sonra onu kənarlaşdırır.
Onun devrilişindən sonra Şerəli xanın Şahmurad
204
Dostları ilə paylaş: |