inteqrasiya münasibətlərində möhkəmləndirici rol
oynadı. Burada A.N.Bernştamdan iqtibas gətirmək
yerinə düşər: “Qırğızların Daşi (Orta Asiya, ərəblər)
Tufan (Tibet) və Qelolu (Yeddisu karlukları) ilə
həmişə dostluq münasibətlərində olmasından bəhs
edən VII-VIII əsrlərə aid məşhur Çin salnaməsi
Tanşunun qeydini xatırlayaq”. Qırğızıstanın
ərazisindəki qədim türk, soqd, uyğur, Suriya,
hind, Çin və ərəb qrafemləri ilə yazılmış məşhur
tarixi abidələr buna sübutdur. Bunların içində
ən uzunömürlüsü XX əsrin 20-ci illərinə qədər
qırğızların istifadə etdiyi ərəb əlifbası olmuşdur.
Böyük İpək yolu qırğız xalqını məhvedici
təcridatdan qorudu. Fenomenin təcəssümü ondadır
ki, hələ o dövrdə bu yolda bütün məşhur dünya
dinlərinin missionerləri təbliğat aparırdılar:
Mani, Budda, İsa Məsih, Zərdüşt və Məhəmməd
peyğəmbərlərin dinləri. Bunu dünya etiqadlarının
Qırğızıstan ərazisində yerli yayılma mərkəzlərinin
yerləşməsi bariz şəkildə isbat edir. VII-XI əsrlərdə
Taraz, Krasnoreçensk əski yaşayış məskəni
(Nəvakət) və Suyab, XIII-XIV əsrlərdə isə
Tarsakənd və Balasaqun xristian icmalarının iri
mərkəzləri olmuşdur. VII-IX əsrlərdə Ak-Beşim
(Suyab), Nəvakət, Novo-Pokrovsk əski yaşayış
məskəni budda məbədgahları ilə məşhurdur.
Zərdüştlər Taraz, Nəvakət, Suyab (VI-IX əsrlər)
və Çu-Talas çayarası məkanının başqa şəhərlərində
yaşamışdılar. X-XI əsrlərdən isə bu dinləri islam
sıxışdırdı.
Böyük İpək yolunun tarixi bir neçə min ili
ehtiva edir və bu qədər uzun müddət ərzində yol
ölkələr və sivilizasiyalar arasında əlaqələndirici
körpü rolu oynamışdır. Dünya böyük feyləsuf və
dövlət xadimlərinin əsər və ideyalarını tanıyıb
dərk edirdi. Aktiv surətdə bilik, mənəviyyat və
fəlsəfi bilik mübadiləsi aparılırdı. Böyük İpək
yolunun sayəsində dahi epik və əfsanəvi əsərlər
külleyi bəşəriyyətin sərvətinə çevrildi. İpək
yolunun Avropa və Asiyanın iri dövlətləri arasında
olan diplomatik münasibətlərin qurulması və
möhkəmləndirilməsində dəyəri əvəzsizdir. Müxtəlif
səviyyəli sivilisaziyalararası kommunikasiya
prosesi intensiv surətdə əsrlər boyu uzandı.
Tolerantlıq, humanizm, mənəvi yüksəliş ideyaları
əsrlər boyu çəkən mövhumat və özgə fikirlərə
dözümsüzlük kimi hallarla inadkar mübarizədə
özünə yol açdı.
V.Bartold öz kitablarının birində Çin
əlyazmalarından toquz-oğuzların ölkəsindən,
daha doğrusu Şərqi Türküstandan gələn ticarət
yolu haqqında aşağıdakı informasiyaları bildirir:
“Qırğızların ölkəsindən müşk, xəz və xutu buynuzu
gətirilir. Qırğızlar, hindlilər kimi, ölülərini yandırır
və deyirlər: “Od ən təmiz şeydir; alova nə düşürsə,
paklanır; ölünü də alov çirkab və günahlardan
təmizləyir”. Qırğızların bəziləri – inəyə, başqaları
– küləyə, digərləri – kirpiyə, dördüncülər –
sağsağana, beşincilər – şahinə, altıncılar – gözəl
ağaclara itaət edirlər. Onların arasında elələri var
ki, fəginun adlanırlar və hər il müəyyən bir gündə
bütün musiqiçiləri toplayıb şadyanalıq üçün hər
şey hazırlayırlar. Musiqiçilər çalmağa başlayanda
fəginun bayılır; bundan sonra gələn il baş verəcək
bütün hadisələri ondan soruşurlar: ehtiyac və
bolluq haqqında, yağış və quraqlıq haqqında, qorxu
və təhlükəsizlik haqqında, düşmənlərin hücumu
haqqında. O da hər şeyi söyləməyə başlayır və
bunun da çox zaman böyük hissəsi baş verir”.
Uyğur amirliyi dövründə (745-840) Tuva
torpağında Yenisey qırğızları və uyğurlar dövlətləri
arasında qanlı müharibə başladı. Yalnız iyirmi ildən
sonra qələbə qurbanlar bahasına da olsa, qırğızlara
nəsib oldu. Qırğız ajosu Yağlaxar özünü xan elan
edərək ordugahını Yenisey sahillərindən Selenqa
yamacları Du-Mana köçürtdü. A.N.Bernştama görə,
Manasın prototipi məhz uyğurlara qalib gəlmiş
Yağlaxar xan olmuşdur. Qırğızlar bununla güclü
köçəri dövləti təmsil edərək, Çin imperiyasının
şimal və qərb sərhədlərini qorumaqda təminatçı
oldular. Bununla da Yenisey qırğızlarının Mərkəzi
Asiyada hökmranlığının təməli qoyuldu. Bəzi
mülahizələrə görə, həmin qələbəyə görə, Yağlaxar
xan ali hərbi titul “manas”a layiq görülmüşdü.
Həmin zamandan etibarən, qırğız başçılarının
rəşadətlərinin Manas adı altında təqdimatı adi hal
oldu. Digər fərziyyələrə görə isə, ölmüş qırğız
xaqanı Tan imperatorluğundan Tszun-in Xyun-vu
Çen-Min-Xan titulu almışdır. Qırğızlar o zaman
təkcə gözəl döyüşçülər və əkinçilərilə deyil,
eləcə də metal (bürünc, gümüş) və gil ustaları ilə
məşhurlaşmışdılar. Onlar bıçaq, behbud və müxtəlif
bəzək əşyaları düzəldirdilər.
IX-X əsrlər qırğızların tarixində önəmli yer
tutur. Bu dövr akademik V.B.Bartold tərəfindən
“Qırğızların böyük dövləti” epoxası adlandırılmışdı.
Qırğızlar üçün Tyan-Şana yol məhz bu zaman
açılmışdı. “Böyük Qırğız dövləti” dövründə
əhalinin sayı çoxalıb 700 mindən 1 milyona qədər
artmışdı. Döyüş əməliyyatları zamanı nizam-
intizama ciddi riayət edilirdi. Qırğız qəbilələrinin
başında varlı zadəgan xanimanları dururdu –
saysız-hesabsız naxırlara, sürülərə, ilxılara və
sərvətə, həmçinin qullara sahib zümrə. Yenisey
qırğızlarının mədəni səviyyəsi digər xalqlarla
nisbətdə yüksək idi. Qırğızların özlərinin yazısı
vardı və vaxtaşırı digər tayfalara təsir göstərirdilər.
Varidatlı qırğızlar öz oğlanlarını təhsil almaq üçün
197
Dostları ilə paylaş: |