Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə71/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

çökdü.  648-ci  ildə  Yenisey  qırğızlarının  xaqanı 
Şivara-Ajan təntənə ilə Çin imperatoru tərəfindən 
qəbul olundu. Qırğız xaqanlığı Çin imperiyasının 
tərkibinə daxil oldu, Şivara-Ajan isə “baş general” 
rütbəsinə layiq görüldü. 
Müxtəlif  sarsıntılar  Yeddisu  (Семиречье) 
və  Tenir-Too  xalqlarının  inkişafını  saxlaya  və  ya 
qarşısını  ala  bilmədi. VIII  əsrin  əvvəlində  Qərbi-
Türk xaqanlığının xarabalıqlarında Türgəş dövləti 
yarandı. 
Türgəşlər  “on  ox  xalqı”  dulu  tayfa  birliyi 
konfederasiyasına  daxil  idilər  və  İli  və  Çu 
çaylarının  arasındakı  vadilərdə  yaşayırdılar. 
Türgəşlər başçılarının həmişə bir-biri ilə mübarizə 
apardığı iki nəslə bölünürdülər – “sarı türgəşlər” və 
“qara türgəşlər”.
“Sarı” türgəşlərin başçısı Uç-əliq-xaqan (704-
706) hakim nəslin banisi oldu, onun qərargahı isə ələ 
keçirilmiş Suyab şəhərində yerləşirdi. Türgəşlərin 
hakimiyyəti altına Sır-Dərya çayının orta axınından 
İrtışın yuxarı axarlarına qədər olan sahələr düşdü. 
Xaqan öz torpaqlarını iyirmi viyalətə böldü, onların 
hər biri ehtiyac olan məqamda ali hökmdara yeddi 
min döyüşçü verməli idi. Türgeşlərin hökmranlığı 
Şərqi Türküstana da yayılmışdı. 
Qırğızların  ölkəsi  yüksək  mədəniyyətə, 
inkişaf  etmiş  əkinçiliyə,  heyvandarlığa,  müxtəlif 
növ sənətkarlığa və o dövr üçün çox yaxşı silah-
sursata  malik  idi.  Qırğızlar  Orta  Asiya,  Şərqi 
Türküstan  və  Çinlə  geniş  ticarət  aparırdılar.  O 
zaman Yeniseydə qədim qırğız yazısı formalaşırdı, 
üstündə  tarix  qoyulmuş  ədəbi  abidələrdən  biri 
bizim respublikamızın ərazisindədir. Adları qədim 
xəttatlar tərəfindən əski qırğız runa yazıları ilə qəbir 
daşlarına  həkk  edilmiş  mətnlərdə  qırğız  zadəgan 
nəsli olan beqlər öz köklərini mifik əcdadlarından 
–  barslardan  götürürlər.  “Mən  yeddi  canavar 
öldürdüm. Mən bars və alaca maral öldürmədim”, 
–  qədim  qırğızlar  bu  sayaq  epitafiyaları  məzar 
daşlarında həkk edərdilər. V.Radlova görə, Barlıq 
qədim yaşayış ərazisi tərəfdə daş üzərində tapılmış 
xarakterik yazılara daha bir misal:
Səmadan,  günəşdən,  yerdən,  xalqımdan  zövq 
almadım, 
Günülərimdən, öz oğlanlarımdan ayrıldım.
Yenisey  mətnlərinin  müəlliflərinin  qırğızlar 
olduğu və bu kitabələrin savadlı xəttatlar tərəfindən 
daşların  üzərinə  həkk  edilməsi  tarixən  təsdiqini 
tapmışdır.  Bu  mətnlərin  izhar  olunduğu  ədəbi 
dildən  asılı  olmayaraq,  Minusin  diyarının  qədim 
qırğızlarının  məzar  daşlarının  mətnləri  ən  qədim 
qırğız ədəbiyyatı qismində nəzərdən keçirilməlidir. 
Bu  uyğur  xaqanlığının  işğalçısı  olan  qırğız 
xaqanının  ismini  söyləyən  maraqlı  mətn  isə  həm 
Çin  əlyazmalarında,  həm  də  qədim  qırğızların 
runalarında qeyd olunmuşdur. 
Uyğur torpağına atam Yaqlaxar xan gəldi
Mən qırğız oğluyam.
Mən – Boylayam, xoşbəxtəm, sakitəm.
Mən məşhur uca Buyurukam, Baqa-Tarkanam,
Şöhrətim, nüfuzum tüludan, şəfəqdən asılıydı.
Zəngin idim mən. 
On axurum vardı, saysız ilxılarım.
Yeddi kiçik qardaşım, üç oğlum, üç qızım, bir 
oğulluğum var idi.
Qızımı başlıq üçün verdim.
Müəllimimə  yüz  adam  verdim,  oba  üçün  yer 
ayırdım.
Övladlarımı, qızlarımı, oğullarımı görmüşəm.
İndi ölürəm.
Nəslim-köküm, vəsiyyət edirəm, müəllim olun,
Xana hünərlə xidmət göstərin.
Qüdrətli (böyük) oğlum (döyüşə) getdi. 
Görmədim (rəşadətli) oğlumu. 
VIII  əsrin  sonu-IX  əsrin  əvvəllərində  qədim 
türk və uyğurların kütləvi zərbələrinin təsiri altında 
qırğız dövləti dağıdılmış və tənəzzül etmişdi. Lakin 
çox keçmədən parçalanmış tayfaları cəmləşdirərək 
vahid  və  güclü  bir  ittifaqda  birləşdirə  bilən 
xalq  hökmdarı  gəldi.  S.E.Malovun  fikrinə  görə, 
“qırğızlar uyğurlarla rəqabətdə olan güclü Yenisey 
dövləti idilər. Belə zənn etmək olardı ki, tofalarlar 
(qaraqaslar)  və  tuvalılar  (uryanxaylar,  soyonlar) 
qırğızlarla birgə olmuşlar”.
Eramızın  VI-VIII  əsrlərində  Yenisey  çayının 
yuxarı  axarlarında  Yenisey  qırğızları  monqol 
dövrünə qədər mövcud olmuş suveren dövlətlərini 
yaratdılar.  Onların  sahib  olduqları  məkan  “Afu 
(Abakan)  və  Gyan  (Kəm)  çaylarının  arasında 
olmuşdur”.
Qırğız  dövlətində  xalqın  daxili  iqtisadi 
potensialı,  ilk  növbədə,  dağ-mədən  işləri, 
metallurgiya  və  sənətçilik  üzərində  dayanmışdı. 
Bu  dövrdə  qırğız  mədəniyyətnin  çiçəklənməsi 
başlanmış  və  daş  kitabələrdə  runa  yazıları  ilə 
yazılmış  ilk  yazılı  qırğız  dili  formalaşmağa 
başlamışdı. 
Dövlət  üçlük  idarə  sistemi  ilə  idarə  olunudu. 
“Tszyu  Tan-Şu”ya  görə,  onların  dövlətlərində 
adlarının sonuna “bi” (“biy”) dövlət titulu artırılan 
komandan  “Həsi-bəy”,  növbəti  rütbə  sahibi 
“Atszyuyşəbi-bəy”,  ondan  sonrakı  rütbə  sahibi 
192


A-mi-bəy adlanırdı. Qırğız knyazları öz dövlətlərini 
birgə idarə edirdilər. 
Zaman keçdikcə, qədim Qırğız dövləti Mərkəzi 
Asiyanın  qüdrətli  dövlətlərinin  mövcudiyyətini 
təhlükə  altına  qoyan  güclü  şimal  qonşusuna 
çevrilirdi.  Bu,  oralarda  hökmranlıq  edən  köçəri 
qruplaşmaların  –  Böyük  Çöllüyün  qayıtmasını 
və  orada  ağalıq  etməyi  arzulayan  Qərbi  (Altay) 
qırğızlarının  maraqları  ilə  birbaşa  bağlı  idi. 
Beləliklə, VIII əsrin əvvəlində Haqyasda əsas şəxs 
–  knyaz  adı  Barsbəy  (Knyaz  Bars)  olmuş  böyük 
xaqan  Inançu  Alp  Bilgə  idi.  Çin  mənbələrində 
onun  adı  VII  əsrin  sonu-VIII  əsrin  əvvəllərində 
güclü  dövlət  yaratmış  məşhur  qırğız  xaqanı  kimi 
çəkilir.  Barsbəy  689-cu  ildə  xaqan  titulu  almış 
və  qırğızların  ali  rəhbəri  kimi  öz  hökmranlığını 
genişləndirməyə  başlamışdı.  Mərkəzi  Asiyanın 
o  dövrünün  hökmdarları  Qırğızıstan  xaqanlığını, 
Tan  (Çin)  və  ya  Qərbi-Türk  xaqanlığından  daha 
təhlükəli və güclü rəqib hesab edirdilər.  
B.Radlov  özünün  Minusin  çökəkliyində 
apardığı 
qazıntı 
işlərinin 
nəticələrini 
dəyərləndirərkən  yazırdı  ki,  “qırğız  xalqı  özünün 
dəlisov  yürüşləri  ilə  qonşularınının  yuxusunu 
ərşə  çəkən  və  onları  vahiməyə  salan  döyüşkən 
xalqdır”.  Ondan  sonra  D.A.Klements  təsdiq  edir 
ki: “qırğızların simasında tarixə döyüşkən, atlı xalq 
daxil oldu”.
Ajo  və  həmin  dövrün  qırğızları  haqqında 
deyilir: “Qışda samurdan, yayda isə qızılı haşiyəli, 
konus  ucluqlu  və  aşağı  hissəsi  bükülmüş  papaq 
qoyurlar”.  Qalanları  ağ  keçədən  papaq  qoyurlar. 
Ümumiyyətlə,  burada  qurşaqda  bülöv,  başqa 
sözlə  musat  gəzdirməyi  xoşlayırlar...  Samur  və 
vaşaq  xəzləri  zənginlərin  geyimlərdir...  Kasıblar 
qoyun  dərisindən  geyim  geyinərlər...  Qadınlar 
Ansi,  Bəythin  və  Dahyadan  alınmış  yun  və  ipək 
parçalardan libaslar geyinərlər”. 
Bizə  710-711-ci  illərdə  həlak  olmuş  Barsbəy 
adlı  qırğız  xaqanına  həsr  olunmuş  epitafiya  – 
qəbirüstü  yazı  çatmışdır:  “(Anam)  daşıdı  məni 
bətnində 10 ay! O gətirdi bu elə (məni). Ləyaqətlə 
bu  torpaqda  yerimi  tapdım.  Çoxsaylı  yağılarla 
qəhrəmancasına döyüşdüm və yurdumu peşmanlıq 
içində  (qoyub)  tərk  etdim.  Heyhat,  bu  dünyada 
nələr oldu – mənim əməllərimlə, mənim hünərimlə  
– doymadım onları etməkdən mən Bars! Ey qızıl 
güruhun  şikarları  Sunqa,  törə-çoxal!  Doğ  (öz 
tərəmələrini,  nəslini)!  Mənim  Barsım  öküzləri, 
(bütün  bu)  cahanı  tərk  etdi,  getdi!  Heyhat!  Ali 
xanimandan  dörd  nəfər  idik,  Erkliq  ayırdı  bizi. 
Heyhat!  Mənim  hərbi  fədakarlığıma,  böyük 
qardaşlarımın  və  kiçik  qardaşlarımın  qüdrəti 
naminə (bu) əbədi abidə şərəfimə qoyuldu”. 
Bu sözlər qüdrətli ulularımızın qan və həyatları 
bahasına əbədiləşdirilmişdir. 
Barsbəyin  qırğız  xaqanı  olmağını  türk 
sərgərdəsi Bilgə-Xaqanın şərəfinə yazılmış başqa 
bir stela da təsdiq edir: “...bir Barsbəy var idi. Ona 
xaqan titulunu biz verdik. Həm də kiçik bacımı-
knyaginyanı ona ərə verdik. Fəqət o (bizə) xəyanət 
etdi.  Elə  buna  görə  də  xaqan  məhv  edildi,  onun 
xaqlı isə qula çevrildi”. 
Türk  xaqanı  “xaqan”  titulunu  əldə  etmək 
naminə öz sələfi – Kutluq xaqanın qızını ona ərə 
verdi. Beləliklə, qırğız dövləti Türk xaqanlığı ilə 
bərabər səviyyəyə çatdı. Bundan sonra iki xaqanlıq 
arasında sülh müqaviləsi imzalandı.
Həmin dövrdə Ala-Tooda mürəkkəb proseslər 
gedirdi. Qərbi-Türk xaqanlığının süqutundan sonra 
orada yeni dövlət – Türqəş xaqanlığı yaranmışdı. 
Xaqanlıq  712-738-ci  illərdə  türklərin  yerini 
tutmaq  istəyən,  Mərkəzi  Asiyaya  cənub-qərbdən 
soxulmuş ərəblərin işğalçı cəhdlərinə qarşı çıxdı. 
Türgəşlərin  Mavəraünnəhrlə  birgə  müqaviməti 
bir  müddət  ərəblərin  irəliləyişini  yubatdı.  Lakin 
Türgəş xaqanlığının daxilindəki ixtilaflar öz işini 
görərək onun qüvvəsini zəiflətdi. Ərəb xilafətinin 
Ala-Tooya təzyiqi yenidən artdı. Bu sayaq vəziyyət 
Orta Asiyanın ərəblərin nəzarətinə keçməsinə razı 
olmayan Tan sülbünün hakimiyyətdə olduğu Çinin 
aydın narahatlığına səbəb oldu. Çinlilərlə ərəblərin 
toqquşması qaçılmaz hala çevrildi. 
Çin  ordusu  748-ci  ilə  Şərqi  Türküstan 
ərazisindən  Çuy  vadisinə  daxil  oldu  və  Suyab 
şəhərini  tutdu.  Çin-ərəb  qarşıdurmasında  kimin-
kimə  sualı  meydana  çıxdı.  Son  nəticə  üç  ildən 
sonra əldə edildi. 571-ci ilin iyulunda ərəb ordusu 
ilə çinlilərin yüzminlik ordusunun üz-üzə gəldiyi 
Talas  çayı  üzərindəki  məşhur  savaş  baş  verdi. 
Döyüşdə  hər  iki  tərəf  ağır  itkilər  verdi.  Bu,  son 
nəticədə  həm  onların,  həm  də  bunların  bölgəni 
tərk etməsinə səbəb oldu.
VIII  əsrin  70-ci  illərində  Ala-Tooda 
hakimiyyət  Talas  döyüşündə  ərəblərin  tərəfində 
vuruşan və onları darmadağın olmaqdan xilas edən 
karlukların əlinə keçdi. Lakin karluk hakimiyyəti 
zəif çıxdı. Bu dalğada Mavəraünnəhr gücləndi və 
Orta Asiyanın şərq rayonlarını öz əlinə keçirməyə 
başladı.
193


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə