Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek


Eramızın VIII-XI əsrləri. Böyük Qırğız dövləti epoxasıdövrü



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə72/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   68   69   70   71   72   73   74   75   ...   111

Eramızın VIII-XI əsrləri. Böyük Qırğız dövləti epoxasıdövrü
Xalqımızın  tarixində  dövlətçiliyin  rolunun  güclənməsi 
və  onun  yaradılmasının  əsas  məqamları  nəzər-diqqəti  cəlb 
edir. “Səma eli” – ilahi dövlət, bu, bir çox müəlliflərin qırğız 
xaqanlığına  ithaf  etdiyi  epitafiyadır.  Məs.,  “Mənim  adım 
Əl Tutan Tutukdur.  Mən  ilahi  dövlətin  elçisiyəm”,  –  deyə 
Uyuk-Tarlık  yazısının  müəllifi  yazır.  Qızıl-Çira  yazısının 
müəllifi isə belə öyünür: “İlahi dövlətə mənim xeyrim budur 
ki, doqquz yağı ömrünü yarımçıq kəsdim”. 
VII-IX  əsrlərə  aid  tapılmış  Orxon-Yenisey  runa  yazılı 
abidələr özündə əsasən qırğız aristokratiyasına həsr olunmuş 
qəbirüstü  yazılardır.  Qədim  qırğız  dövlətinin  abidələri, 
Tonyukuk, Orxon-Yenisey daş kitabələrindəki Gültəkin runa 
yazıları. İkinci Türk xaqanlığının əsas başçılarından biri olan 
Tonyukuk qırğızları belə təsvir edirdi: “Tabqaç (çinli) xaqan 
bizim düşmənimiz idi. Türgəş xaqan bizim düşmənimiz idi. 
Amma bizim ən böyük düşmənimiz güclü qırğız xaqanı idi”. 
Beləliklə, bizim ulularımızın qüdrətinə hətta düşmənləri də 
hörmət edirdilər.
722-ci  ildə  qırğız  səfiri  İsobo  Şeyuçje  Bişinin  oğlu 
Tegin  xaqan  Tan  imperiyasının  başçısı  tərəfindən  qəbul 
edildi. 723-cü ildə isə çinli səfir Tszuyli Pin Xaç Jun Yenisey 
qırğızları  tərəfindən  qəbul  edildi.  Yenisey  namələrində 
Tibet  dövlətinə  səfir  Ərən  Uluğun  yazıları  saxlanılmışdır: 
“Rəşadət göstərdiyimə görə məni Tibet çariçasına səfir kimi 
təqdim  etdilər”.  İndiki  Tuva  ərazisində  aparılan  qazıntılar 
zamanı  26  yaşlı  gənc  Əzgənə  adlı  gəncin  artıq  Türgəşdə 
səfir  olmasını  sübut  edən  əşyalar  tapılmışdır.  Yenisey 
qırğızlarının Çin imperiyası ilə siyasi ittifaqı yüz ildən artıq 
mövcud oldu – 758-ci ilə qədər. Bu tarixi ittifaq dövründə 
əkinçilik geniş vüsət aldı, ticarət və din sürətlə inkişaf etdi, 
qızıl və gümüz mənbələri mənimsənildi. Paralel olaraq, 37-
38 işarəsi olan runa yazısı geniş vüsət aldı. Həmin dövrdə 
kağızı  Çindən  idxal  edirdilər.  Qədim  Çin  yazılı  mənbələri 
(“Tan imperiyasının yeni salnaməsi”, “Qırğızların şəcərəsi”) 
göstərir ki, Yenisey qırğızlarında türkdilli tayfalar arasında 
ilk  dəfə  olaraq  stasionar  təqvim  olmuşdur.  Qırğızlar  ilin 
əvvəlini  “baş  ay”  adlandırmışdılar.  İli  bərabər  olaraq  dörd 
fəslə bölürdülər: yaz, yay, payız, qış. Hər il 12 heyvandan 
birinin adı ilə başlayırdı.
Çin  yazılı  abidələri  Koşo  Tsaydam  və  Qarabalqasuna 
görə, Qırğız dövlətinin nəsibinə qüdrətli olmaq yazılmışdır. 
Guya bu dövlət, başında xaqanın dayandığı 400 minlik orduya 
malik olmuşdur. Eləcə də bu tarixi mənbələrin məzmununa 
görə,  qırğızlar  o  dövrdə  varlı  hesab  edilirdilər.  Hətta  ərəb 
194


Alakunov A.A. “Barsbəy” (Sunqa üzərində döyüş) B., 2011-ci il, kətan, yağlı boya, 152 x 342
Düşməninə dost gözü ilə baxma – 
Haçansa pislik edəcək;
Qurdla dostluq et, 
195


tacirləri  qırğız  xaqanlığının  var-dövlətinə  heyran 
olurdular. 
840-cı  ildə  qırğız  xaqanı  Xyun-Vu  Çen  Min 
(təəssüf ki, əsil adı bizə qədər gəlib çatmamışdır, 
o, tarixə çinli Tan sülaləsinin imperatoru tərəfindən 
əta  edilən  taxt-tac  ismi  ilə  daxil  olmuşdu) 
yüzminlik  ordu  ilə  uyğur  ordusunu  darmadağın 
etdi, onların paytaxtını – Ordu-Balıq – şəhərini isə 
talan  edib  yandırdı.  Mərkəzi Asiyanın  çöllərində 
qırğız  xaqanlığı  hökmfərma  idi.  Uyğurlar  tam 
məğlubiyyətə  uğradılar.  Məğlub  döyüşçülər 
təşviş  içində  müxtəlif  istiqamətlərdə  qaçdılar. 
Hissələrə  parçalanmış  dəstələr  Baykalətrafı 
yerlərə,  Cənubi  Mançjuriyaya,  İrtışyanı  səmtinə, 
Daxili  Monqolustana  doğru  getdilər.  Uyğurların 
iri,  potensialını  saxlamış  dəstələri  cənub-şərqə, 
Çin Tan  imperiyasının sərhədlərinə sarı  istiqamət 
götürdülər  ki,  bu  da  Pekində  böyük  narahatlığa 
səbəb  oldu.  Bu  barədə  Lev  Qumilyov  görün,  nə 
yazır:  "818-ci  ildə  qırğız  knyazı  Ajo  özünü  xan 
elan  etdi  və  Uyğurustana  qarşı  üsyana  qalxdı. 
Uyğur xanı Baom xanın üsyanı yatırtmaq cəhdləri 
uğur  qazanmadı.  Ajo  qeyd-şərtsiz  təslimat  tələb 
edirdi. “Taleyinin sonu çatmışdır” – deyə o, uyğur 
xanına müraciət etdi, –   “tezliklə mən sənin Qızıl 
Ordanı  zəbt  edəcəyəm,  öz  atımı  onun  qarşısına 
çıxaracağam  və  bayrağımı  yerə  sancacağam. 
Hərgah yarışmaq istəyirsənsə, gəl. Bacarmazsansa, 
vaxt  itirmədən  çıx  get”.  Yenisey  qırğızları 
uyğurların  təqibinə  çıxıb  karlukların  indiki  Şərqi 
Türküstan  ərazisindəki  torpaqlarına  qədər  gəlib 
çıxdılar  və  karlukların  Beytin  (Beşbalıq)  və Ansi 
(Kuça)  şəhərlərini  ələ  keçirdilər.  Qırğızlar  840-cı 
ildə  Uyğurustanın  paytaxtı  –  Qaraquum  şəhərini 
götürdülər. Bu minvalla yeni qüdrətli qırğız dövləti 
yarandı.  Bizə  çatmış  məlumatlara  görə,  qırğız 
xaqanı özü 847-ci ildə həlak olubmuş.
  Çin  yazılı  məxəzlərində  Tan  dövləti 
imperatorunun qırğız xaqanına qırğız səfiri Çjuu-
Xesu vasitəsilə göndərilmiş məktubu saxlanılmışdır, 
məktubda  deyilir:  “İmperator  syatszyas  (qırğız) 
xanına hörmətlə müraciət edir. İndi bahar gəlmişdir 
və  düşünürəm,  güman  ki,  Sizin  (bütün)  işləriniz 
rəvan  gedir.  Çjuu-Xesu  və  başqaları  gəlmişlər. 
(Mən)  (Sizin)  məktubunuzu  oxudum  və  atların 
təqdimat  işi  ilə  bağlı  hər  şeylə  tanış  oldum.  Siz 
İnınanda  (İnşan  -  Xuanxenin  döngəsindən  şimala 
dağlar),  qüvvənizlə  şöhrətlənmişsiniz  və  şimalın 
qəhrəmanısınız.  (Siz)  bütün  varlığınızla  müdrik 
planlar  tökürsünüz,  səmimi  hərəkət  edirsiniz  və 
xalq (Sizinlədir). (Sizin) Şöhrətiniz vəhşi tayfalarda 
artmışdır, qüvvənizə isə xarici sərhədlərdə hörmət 
edilir.  (Siz)  səfirinizi  qəsdən  yollamışsınız 
və  uzaqlardan  bəxşiş  kimi  məşhur  atları 
göndərmişsiniz.  (Sizin)  göstərdiyiniz  səmimiyyət 
böyükdür  və  (Sizin)  sədaqətinizin  nümayişi  üçün 
cəhdlər (bizə) yaxşı bəllidir”.
Beləliklə,  Yu.Xudyakovun  yazdığı  kimi,  IX 
əsrin 40-cı illərində qırğız imperiyasının sərhədləri 
qərbdə Mərkəzi Qazaxıstana və Qərbi Sibirə, cənub-
qərbdə İssık-Kula və Mərkəzi Tyan-Şana, Kaşğara, 
Tarim hövzəsinə və Tibetin şimal rayonlarına qədər 
uzanaraq  nəhəng  miqyaslarda  genişləndi.  Orta 
əsrlər  tarixində  ilk  dəfə  dağlıq-düzənlik Asiyanın 
geniş  intəhasızlıqları  balaca  cənubi-sibirli  xaqlın 
–  qırğızların  hakimiyyəti  altına  keçdi.  Qırğızlar 
əkinçiliyin  yüskək  inkişafı  sayəsində  Mərkəzi 
Asiyanın və Sibirin digər xalqlarından seçilirdilər. 
Qırğızıstan Böyük Dövləti dövründə Xaqyasa 
Cənubi  Sibir,  Monqolustan,  Baykalətrafının  bir 
hissəsi, İrtışyanı tərəflər, Şərqi Qazaxıstan, Yeddisu 
aid  idi.  Bu  həm  də  Tan  Şudakı  informasiyalarla 
təsdiqlənir:  "Xaqyas  güclü  dövlət  idi,  sahəsinə 
görə  ona  Quliqani  (Baykal),  cənubdan  Tibet 
(Şərqi 
Türküstana 
qədər), 
cənub-qərbdə 
karlukların Qelolusu (Yeddisuya qədər) daxildir”. 
Ye.S.Malovun fikrinə görə, qırğızlar güclü Yenisey 
dövləti idilər. VIII əsrdə qırğızlar Böyük İpək yolu 
hərəkatının  aktiv  iştirakçılarına  çevrildilər.  Onlar 
Çin və Tibetə ən yaxşı qaçağanları və başqa nadir 
heyvanların  xəzini  ixrac  edir,  oralardan  isə  ipək, 
çini qab-qacaq və bəzək-düzək idxal edirdilər.
Böyük İpək yolu Avrasiya xalqlarının həyatında 
şah damarı kimi mühüm rol oynamışdır. Nəticədə, 
mənəvi və maddi dəyərlərin təbii mübadilə prosesi 
gedirdi.  Qırğızıstan  öz  coğrafi  mövqeyinə  görə 
İpək yolunda münasib, əlverişli yer tuturdu. Əsas 
yollardan birini elə belə də adlandırırdılar: “qırğız 
yolu”.  Bu  yolda  aktiv  ticarət  gedirdi  və  əhalinin 
miqrasiyası  baş  tuturdu  ki,  bu  da  qırğız  xalqının 
başqa  xalqlarla  inteqrasiyasına  nəzərəçarpacaq 
dərəcədə təsir göstərirdi. Qırğızlar Tan imperiyası 
ilə  diplomatik  və  ticarət  əlaqələri  qurmağa  can 
atırdılar.  Tibetlə,  karluklarla  və  qonşu  müsəlman 
dövlətləri  ilə  ticarət  aparırdılar.  V.V.Bartoldun 
sözlərinə  görə,  qırğızlar  həmişə  müxtəlif  ölkə 
tacirləri üçün böyük maraq kəsb etmişlər. Qırğızlar 
gəlmə tacirlərə xəz malları, müşk, mamont xiləsi 
və  tozağacı  oduncağı  təklif  edərdilər,  atları  Çinə 
sarı sürüb aparardılar. 
VII əsrin sonu-VIII əsrin əvvəllərində özündə 
Qərb və Şərqin çalarlarını əks etdirən yerli sikkələrin 
buraxılışı başlandı. Xalqlar bütün Böyük İpək yolu 
– beynəlxalq ticarət istiqaməti boyu təkcə mallarla 
deyil, ideyalar üzrə də mübadilə işləri aparırdılar. 
Onlar  müxtəlif  inanca  malik  insanlar  idilər: 
müsəlmanlar, isəvilər, buddistlər, zərdüştlər. Təbii 
ki,  bu  həm  də  bütöv  dövlət  və  xalqların  mədəni-
196


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə