İşenov S. “Erkin-Too” (azad dağlar) 1969-cu il, 180 x 250
Xalq olan yerdə, qələbə də var;
Kimin işə tək gücü çatmasa, kollektivlə bacarar.
209
müflisedici Birinci Dünya müharibəsiə və hərbi-
feodal imperializmə qarşı da mübarizə aparırdılar.
Bu, çıxışların xarakterini müəyyənləşdirərək
onların milli-azadlıq, inqilabi, antimüstəmləkəçi,
antiimperialist, antihərbi xarakter daşıdığını
göstərdi.
Çinə qaçmış qırğızların vəziyyəti daha da çətin
idi. Soyuqların düşməsi və yolüstü yemin qaibliyi
səbəbindən, yolda demək olar ki, bütün mal-qara
tələf oldu və Çinə lap məzlum, xəstə və qohum-
əqrəbalarının çoxunu yollarda itirərək çatdılar. Bir
parça çörək qazanmaq üçün onlar sonuncu var-
yoxlarını satmalı oldular. Var-dövləti olmayanlar
isə öz qızlarını satmaq məcburiyyətində qaldılar.
Digər tərəfdən, yerli kalmıklar qırğızların
məzlumluğundan istifadə edərək onlara hücum
çəkir, son mallarını əllərindən alırdılar. Hər tərəfdən
qovularaq çıxılmaz vəziyyətə düşən qırğızlar öz
evlərinə qayıtmaq məcburiyyətində qaldılar, lakin
çar rejiminin nümayəndələri qırğızların torpaqlarını
zor gücünə əllərindən aldıqlarını unudaraq burada
onları əvvəlki kimi düşmən sifətilə qarşıladılar.
Bu öz həyatlarını gələcək nəsillər naminə qurban
vermiş xalqımın tarixində qanlı genosidin ən faciəvi
günləridir. Tarixçilərin söylədiklərinə görə, 1916-
cı ildə şimali qırğızların 40%-i (təxminən 200 min
adam) qırılmışdı. Özü də qaçqınlar sırasından olan
akın İsak Şaybəyov “Zavallı millət” poemasında
qürbətdə qalan həmyerlilərinin faciəsini belə təsvir
edir:
Nə ət görürsən, nə də ki, süd sən,
Binəva, ac xalqım mənim.
Hər şeyini satdın-sovdun,
Zülmə düşdün, xalqım mənim.
Bir qarnı ac, bir qarnı tox,
Yaşayammazsan, xalqım mənim.
1917-1918-ci illərdə Böyük Oktyabr inqilabı
və ölkəmizin xalqlarının taleyində əsas hadisəyə
çevrilmiş sovet hökumətinin qurulması baş verdi.
Bu, ölkənin iqtisadiyyat, milli münasibətlər,
siyasi və mədəni həyatında çox böyük çeviriliş
idi. İnqilab Rusiyanın əvvəl təhkimçilikdə olmuş
xalqlarını müstəmləkəçilikdən azad etdi, milli
qeyri-bərabərliyin tam aradan qaldırılması üçün
özül yaratdı. Əsrlərlə azadlıq və müstəqillik
arzusunda olmuş qırğız xalqı Oktyabr inqilabını
böyük şadyanalıqla qarşıladı və müdafiə etdi.
Sovet hökuməti qalan qaçqın-qırğızların öz
doğma məkanlarına qayıtması və onlara yardım
göstərilməsi üçün Qərbi Çinə xüsusi komissiya
göndərdi. Bu komissiya Türküstan Mərkəzi
İcraiyyə Komitəsinin 02.02.1920-ci il xüsusi
sərəncamı ilə təsdiqlənmişdi. Komissiyaya
qaçqınların öz vətənlərinə qayıtması və onların
torpaq mülkiyyətçilik hüquqlarının bərpası,
sıxışdırılmaların dayandırılması, qul kimi
satılmışların geri qaytarılması, ruslarla qırğızların
arasında bərabərliyin bərpasının təminatı həvalə
edildi.
Çarizmin süqutundan və sovet hökuməti
qurulduqdan sonra 1916-cı ildə vaxtilə Çinə qaçmış
332 min qırğızdan təqribən 300 mini geri qayıtdı.
Sovet hökuməti sovet hakimiyyətinin köməyi ilə
qayıtmış qaçqın-qırğızlara təmənnasız olaraq 100
milyon rubl ayırdı. Bu vəsaitlə qaçqınlar üçün
mal-qara, kənd təsərrüfatı alətləri, yurtalar, tikinti
materialları əldə edildi. Vətəninə qayıtmış qırğızlara
təkcə 1920-ci ildə 46 min desyatin şumluq torpaq, 80
min desyatin əkin sahələri ayrıldı. Bütün qaçqınlar
5 illik dövlət vergilərindən azad olunurdular.
Həmin 1917-ci ildə Rusiyanın bir çox xalqları,
o cümlədən qırğızlar, öz müqəddəratlarını həll
etmək hüquqlarını gerçəkləşdirmək və Rusiyadan
ayrılmaq şərti ilə öz dövlətlərini yaratmaq istədilər.
Bu dövrdə sovet hökumətinə köhnə Rusiyanın
parçalanmasından sonrakı nəticələri aradan
qaldırmaq və onun xalqlarının ittifaqını saxlamaq
önəmli idi. Bu məqsədlə sovet hökuməti tərəfindən
Rusiyadakı inqilabı müdafiə etmək, öz azad
həyatını qurmaq, bərabərlik yaratmaq və Rusiya
xalqlarının öz dövlətlərini yaratmaq səviyyəsinə
qədər suverenliyini təmin etmək çağırışları ilə
Xalq Komissarları Soveti tərəfindən “Rusiya
xalqlarının hüquq dekalarasiyası” və “Rusiya
və Şərqin bütün zəhmətkeş müsəlmanlarına”
müraciəti qəbul edildi. Nəticədə, 1921-1922-ci
illər torpaq-su islahatlarının və sosialist siyasətinin
nəticəsində, qırğızlarla rusların tutduqları torpaqlar
bərabər bölündü. Torpağında oturuşmuş qırğızların
təsərrüfatlarının sayı artdı. Bütün bunlar şumluq
torpaqların çoxalmasına və onların becərilməsinin
yaxşılaşdırılmasına gətirib çıxardı. Böyük rus xalqı
qırğız xalqına mədəni inqilab etməkdə, əhalini
savadlandırmaqda, milli ziyalıları yaratmaqda
yardımçı oldu. Qırğızıstan SSR-in bütün ittifaq
respublikaları ilə iqtisadi və mədəni əlaqələri ildən
ilə möhkəmlənirdi. Sovet Qırğızıstanına Moskva
və Leninqrad, Qorki və Novosibirskdən traktorlar,
kombaynlar, minik avtomobilləri və sənaye
avadanlıqları daxil olmağa başladı. Mənəvi-siyasi
elita mühitində milli konsolidasiya baş verdi.
Kütlənin ictimai-siyasi aktivliyi artdı, siyasi
210
təşkilat və partiyalar yaranmağa başladı. Sovet
hökumətinə inam yarandı, xalqda ruh yüksəkliyi
və beynəlmiləlçilik hissi qalxdı.
1922-ci ildə qırğız uyezdlərindən ayrıca
Dağlıq Respublikası yaratması üçün ilk cəhd
göstərildi. Respublikanın əsasını milli dövlətçiliyin
bərpası prinsipləri təşkil etməli idi. Yeni milli
ruhun yaranması – siyasi səhnəyə J.Abdrəhmanov,
İ.Arabayev, S.Sıdıkov kimi liderləri çıxartdı.
14.10.1924 tarixdə RSFSR-in tərkibində 610
min qırğızın yaşadığı Qara-Qırğız Muxtar Vilayəti
(QQMV) yaradıldı. Təsisedici qurultay çağrıldı
və QQMV-nin inqilab komitəsi yaradıldı ki, onun
da sədri İ.Aydarbəyov təyin edildi. QQMV-nin
icra komitəsinin sədri isə A.Orozbəyov oldu.
Bu orqanın əsas vəzifələri müəyyən edildi: xalq
adından dövlət hakimiyyətini həyata keçirmək,
vilayət idarə aparatını formalaşdırmaq, vilayətin
inzibati-ərazi bölgələşdirilməsini həyata keçirmək,
Sovetlərin təsisedici qurultayını keçirmək. Pişpek
şəhəri vilayətin paytaxtı oldu. 1925-ci ildə may
ayının sonunda Qara-Qırğız Muxtar Vilayətinin
adı dəyişdirilərək Qırğız Muxtar Vilayətinə
çevrildi. Muxtar vilayətin birinci partiya təşkilatına
M.Kamenski və Y.Abdrahmanov başçılıq etdilər.
İnqilab komitəsinin sədri İ.Aydarbəyov oldu. Burada
“mahir üçlüy”ün tarixi rolu barədə, daha doğrusu,
həqiqi vətənpərvərlər Yusup Abdrahmanov,
Abdıkərim Sıdıkov və İşənalı Arabayev haqqında
xüsusi qeyd etmək istərdim. Milli dövlətçiliyə yolu
məhz onlar açdılar. Məhz onlar, millətçilər kimi,
sərt cəzalandırılacaqlarını bilə-bilə, Türküstan
Respublikasının tərkibində Dağlıq Qara-Qırğız
Muxtar Vilayətinin yaradılması ideyasını irəli
sürmüşdülər. Y.Abdrahmanov Qırğızıstan MSSR-in
Qırğızıstan İttifaq Respublikası ilə əvəzlənməsinin
zəruriliyi haqqında bir sıra sübutlarla 1928-ci
ildə Stalinin şəxsən özünə məktub yazmışdı.
Haqq-hesabı gözləmək çox çəkmədi – hər üçü
Stalin repressiyasının qurbanı oldular. Qırğız
Muxtar Vilayətində vilayət icra komitəsinin
şöbələri qismində kifayət qədər şaxələnmiş idarə
sistemi yaradılmışdı: maliyyə, torpaq, su və yerli
təsərrüfat, əmək, xalq təhsili, səhiyyə, millətlərlə
bağlı, sosial təminat, ticarət, plan, inzibati və s. Bir
sıra komissiyalar fəaliyyətdə idilər: uşaq, Çindən
olan qaçqınlara yardım məqsədli, idarə aparatının
yerləşdirilməsi, bölgələşdirmə və s. komissiyaları.
Mərkəzi
Seçki
Komitəsində
Qırğızıstan
Muxtar Vilayətinin dövlət-hüquqi stasusunu
müəyyənləşdirən xüsusi göstəriş təsdiqlənmişdi.
1927-ci ildə QQMV-nin QMSSR-ə çevrilməsi
ilə əlaqədar idarəçilikdə vəhdət və mərkəzləşdirmə
əldə olundu. Qırğızıstan MSSR-in sovetinin II
qurultayında qəbul edilmiş ilk Konsitusiyanın
təsdiqi oldu. Bu dövrdə rəhbərlər aşağıdakı şəxslər
idilər: N.A.Uzyukov (1925-1927), V.P.Şubrikov
(1927-1929),
M.M.Kulkov
(1929-1930),
A.O.Şaxray (1930-1033).
1936-cı ildə Qırğızıstan SSR təşkil edildi.
Bu, böyük hadisə oldu, belə ki, 1991-ci ildə əsil
müstəqillik qazanmaq üçün konstitusion-hüquqi
özül qoyuldu. Üçüncü Konstitusiyanın qəbulu
üçün VIII Ümumittifaq fövqəladə iclası keçirildi.
Bu, qırğız dövlətçiliyinin yaradılması üçün keçid
məqamı oldu.
1930-1938-ci illərdə 30 minə yaxın qırğızıstanlı
repressiya qurbanı oldu. Eyni zamanda, 20-40-cı
illərdə qırğız xalqı minlərlə deportasoya edilmiş
millətləri aclıq və soyuqdan, Stalin repressiyasından
və totalitarizmdən xilas etmişdi. Lakin qeyri-
dəqiq məlumatlara görə, respublikada repressiya
olunanların sayı təqribən 40 min nəfərdir. Çon-Daş
qardaş məzarlığındakı siyahıdaka Abdrəhmanov
Yusup, Abdrəhmanov Abdray, Aytmatov Torekul,
Əluyev Osmonkul, Tınıstanov Qasım, İsakeyev
Bayalı və başqa bu kimi bir çox məşhur soyadlar
da vardır. Bu, əsasən, alimlər, dövlət və siyasi
xadimlər, millətin qaymaqları idilər. Dəhşətli dövr
idi.
Qırğızıstan ağır stalinizm və repressiya
illərini “dağılmaz İttifaq”ın digər respublikaları
ilə bərabər yaşadı. Xalqın əleyhinə ağır cinayətlər
məhz o zaman törədildi. Qafqaz xalqlarının zor
gücünə köçürülməsi – XX əsrin 30-40-cı illərində
oldu. Qırğızıstana eşelonlarla ləzgilər, dargilər,
qaraçaylar, inquşlar, iranlılar, azərbaycanlılar,
türklər, kürdlər, uyğurlar, koreyalılar, Buxara
yəhudiləri və hamısı cəmi 100 min olmaqla bir
çoxları gətirildi. Qırğızıstan bütün deportasiya
edilmiş xalqlara ikinci vətən oldu. Qırğız xalqı ən
çətin məqamlarda onlara əlindən gələni yardımı
göstərirdi. Yerli əhalinin xoş münasibəti sayəsində
deportasiya edilmiş bir çox xalqlar qəlb sakitliyi
və təpər tapdılar. Həmçinin müharibə illərində
Qırğızıstana rumınlar, polyaklar və macar yəhudiləri
göndərilmişdi. Onlar Böyük Çuy kanalının və
Frunze-Balıqçı dəmiryolunun tikintisində iştirak
edirdilər.
Sovet İttifaqının bütün vətəndaşları Böyük
Vətən müharibəsi illərində olmazın dərəcədə
vətənpərvərlik, Vətənə məhəbbət, torpağına sevgi,
düşmən üzərində qələbə çalmağa cəhd göstərirdilər.
Faşist Almaniyasının xaincəsinə hücumu təkcə
211
Dostları ilə paylaş: |