Qırğızıstanı deyil, bütün ittifaq respublikalarını
ağır sınaq qarşısında qoydu. 380 mindən döyüşçü-
qırğız böyük vətənin sərhədlərini qorumağa
getdilər. Onların 80 mini, əsasən də cavanlar, qanlı
döyüşlərdə həlak oldular. Qırğızıstan müharibədən
sonra ən yaxşı övladlarını itirmiş Tolqonay ana
obrazına çevrildi. Ç.Tuleberdiyev kimi sinəsi ilə
mazğala sipər olan və bununla batalyonun yolunu
açan qəhrəmanlar isə ölməz şücaət və qəhrəmanlıq
göstərdilər. Təsadüfi deyildir ki, onun dəfn edildiyi
Voronej torpağında hündür obeliskin üzərində belə
bir yazı vardır: “Eşq olsun sənə, qırğız xalqının
qəhrəmanı”. Müharibə illərində respublikamıza
ölkənin cəbhəyanı bölgələrindən 200 mindən çox
insan təxliyə olunub gəlmişdi. 76 qırğızıstanlı Sovet
İttifaqı Qəhrəmanı adı aldı, fəqət məlum olduğu
kimi, onların heç də hamısı geri qayıtmadı. Onların
çoxusu həyatlarını döyüş meydanında itirdilər.
Məktəb illərindən panfilovçu-qəhrəmanların
soyadları bizim hamımıza bəllidir: general Panfilov
İvan Vasilyeviç, Şopokov Duyşenkul, Ananyev
Vasili, Tuleverdiyev Çolponbay, qadın-təyyarəçi
Pasko Yekaterina, iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Begeldinov Talqat, öz vətəninin əsil vətənpərvəri
Asanov Dayır, hal-hazırda yaşayan general
Usenbəyov Kalıynur Usenbeyoviç – Böyük Vətən
müharibəsi veteran-iştirakçılarının şurasının sədri
və bir çox başqaları. Arxa cəbhədə yağı üzərində
qələbə naminə əmək fəaliyyəti göstərənlər üçün də
asan deyildi.
Respublikanın xalq təsərrüfatının hərbi
istiqamətə yönlənməsində başlıca vəzifə ölkənin
mərkəzi regionlarından evakuasiya edilmiş sənaye
müəssisələrinin yerləşdirilməsi və istehsalatın
yoluna salınması məsələsi idi.
Qırğızıstana 28 iri fabrik və zavod gəldi. Bunlar
Zaporojets vilayətindən Berdyansk maşınqayırma
zavodu, Donetsk vilayətindən civə kombinatı,
Odessadan dəri-gön və yapışqan zavodları,
Xarkovdan tikiş fabriki, Kursk və Xarkovdan
trikotaj fabrikləri, beş ayaqqabı fabriki, bir neçə
şəkər zavodu, Rostovdan spirt zavodu, Kursk
vilayətindən mexanika-təmir zavodu, Kiyevdən
ayaqqabı fabriki və başqaları idi.
Qırğızıstanda evakuasiya edilmiş və cəbhəyanı
bölgələrdən gəlmiş əhalinin yerləşdirilməsi üzrə
böyük işlər görülürdü. Təkcə 1941-ci ilin iyulundan
1942-ci ilin yanvarına qədər Qırğızıstana 61,8 min
adam gəlmişdi. Bunlar Moskva şəhəri, Moskva
və Leninqrad vilayətləri, Ukrayna və Belorusiya,
uzaq Litva və Karelo-Fin SSR, Kursk, Orlov, Tula,
Rostov, Voronej, Stalinqrad vilayətlərinin, Krım,
Stavropol və Krasnodar diyarlarının sakinləri
idilər. Bunlardan əlavə, Qırğızıstana 12,9 min
Polşa vətəndaşı evakuasiya edilmişdi.
Evakuasiya edilmiş şəxslərin qəbulu, yerbəyer
rahatlanması və işlə təmin edilməsi, gələn
qaçqınlara ilkin praktiki kömək göstərilməsi
üçün respublika, vilayət və rayon komissiyaları
yaradılmışdı. Qırğızıstanın camaatı evakuasiya
olunmuş insanların qəbulu üçün əlindən gələni
əsirgəmirdi və yenidən gəlmişlərlə birgə bütün
qüvvəni cəbhəyə yönəldirdi.
1946-1985-ci
illərdə,
bütün
ittifaq
respublikaları kimi, bizim ölkəmiz də iqtisadi,
sosial-mədəni sahədə nəzərəçarpacaq uğurlar
əldə etdi. Bu, dağıdılmış təsərrüfatın bərpa dövrü
idi. 200-dən çox iri sənaye müəssisəsinin tikintisi
həyata keçdi. Toktoqul və Narın SES-ləri inşa
edildi. Bu, beynəlmiləlçilik, bərabərlik, Sov.İKP-
nin başçılığı altında gələcəyə inam, inkişaf edən
sosializmin qurulması epoxası idi. Bu dövrün parlaq
şəxsiyyətlərindən N.Boqolyubov, İ.Rəzzaqov,
A.Tokombayev,
T.Sıdıkbəyov,
S.İbrahimov,
Z.Kaynazarova, T.Usubəliyev, Ç.Aytmatovu misal
çəkmək olar.
I.Rəzzaqov
respublikanın
elmi-təhsil
potensialının inkişafına xüsusi qayğı göstərirdi.
Həmin dövrdə: Elmlər Akademiyası, Qırğız
Qızlar Pedaqoji İnstitutu, Oş və Prjevalsk pedaqoji
institutları, Qırğızıstan Bədən Tərbiyəsi İnstitutu,
bir çox elmi və təhsil müəssisələri yaranmışdı.
İshaq Rəzzaqovun şəxsi təşəbbüsü və fəal iştirakı
ilə milli kadrlar hazırlanırdı. Elm öyrənmək
istəyən, istedadlı oğlan və qızlar Moskva,
Leninqrad, Novosibirsk, Omsk şəhərlərinin ali
təhsil müəssisələrinə göndərilirdilər. SSRİ Elmlər
Akademiyasının qırğız filialına 1943-1952-ci
illərdə rəhbərlik etmiş K.İ.Skryabin bunu xüsusi
qeyd edirdi.
İ.Rəzzaqovun
Qırğızıstanda
rəhbərliyi
dövründə mədəniyyətin və kütləvi informasiya
vasitələrinin inkişafında nəzərəçarpacaq uğurlar
əldə edildi. 50-ci illərdə respublikada ədəbiyyat və
incəsənətin bütün janrlarında əsərlər yaranırdı 1958-
ci ildə Moskvada keçirilən Qırğızıstan bədii xalq
yaradıcılığı dekadası onun xalqını, mədəniyyətini
bütün İttifaq boyu məşhurlaşdırdı. İ.Rəzzaqovun
müasirləri deyirdilər ki, o, dekadada qırğız xalqını,
onun mədəni irsini təmsil edən artistlərin, akınların
uğuruna necə səmimi qəlbən sevinirdi.
40-50-ci illərdə Moskva və Leninqradın
elmi-mədəni mərkəzlərinin görkəmli alimlərinin
və məşhur ictimai xadimlərin iştirakı ilə qırğız
212
xalqının tarixinin tədqiqatı və dəqiqləşdirilməsi
üzrə, “Manas” eposunun hərtərəfli öyrənilməsində
böyük işlər aparıldı. 1952-ci ildə “Manas” dastanı
ilk dəfə olaraq nəşr edildi, 1956-cı ildə isə qırğız
xalqının əmələ gəlməsi (etnogenezisi) barədə
ümumittifaq səviyyəli elmi-praktiki konfrans
keçirildi. “Manas” eposunun əsil xəlqiliyi sübut
edildi.
İshaq Rəzzaqov təkcə qırğız xalqının deyil,
eləcə də bütün Orta Asiyanın dahi şəxsiyyəti,
dövlət və siyasi xadimi idi. Xalq içində belə deyim
var: “Çətin günlər gələr, qəhrəmanlar doğular”.
Bəşər tarixi yaranan gündən belə olmuşdur.
Qırğızıstanın sənayesi “inkişaf edən sosializm”
vəziyyətində ölkənin vahid xalq təsərrüfatı
kompleksinin ayrılmaz hissəsi kimi inkişaf edirdi.
1965-1985-ci illərdə respublikada milli gəlir 2,7
dəfə, sənaye məhsulu 4,4 dəfə artmışdı. Onlardan
maşınqayırma və metal emalı sahəsi 8 dəfə,
elektrik enerjisi istehsalı 5 dəfə artdı. Həmin illər
ümumi məhsulun 60%-i, respublika milli gəlirinin
yarısından çoxu istehsal sənayesinin payına
düşürdü. 150 yeni sənaye müəssisəsi tikilmişdi.
Qırğızıstan SSR-də xalq təsərrüfatının
kompleksi daxilində əsas istiqaməti sənayenin
energetika, əlvan metallurgiya, maşınqayırma,
elektronika, elektrotexnika, cihazqayırma, tikinti
sənayesi kimi sahələri müəyyənləşdirməyə
başladı. Çoxlu sayda yüngül sənaye, ərzaq və ət-
süd sahələri üzrə müəssisələr yenidən tikildi və ya
rekonstruksiya edildi.
80-ci illərin əvvəllərində Orta Asiyada çıxarılan
qara kömürün 40%-i Qırğızıstan SSR-in payına
düşürdü. Lakin bu göstəricilər də sənayenin daha
çox ekstensiv inkişafı sayəsində əldə edilmişdi.
Qırğızıstanda energetikanın artımı Narın şəlaləsində
Üç-Korqon və Toktoqul SES-lərin tikilməsi
sayəsində təmin olundu. 80-ci illərin ortalarında
respublikanın hidroelektrostansiyalarında ildə
11 mlrd kilovatt-saat elektrik enerjisi istehsal
olunmuşdu. Müasir Qırğızıstanın ən perspektivli
sahələrindən biri olan hidroenergetika məhz o
illər formalaşmışdı. Ümumittifaq çərçivəsində
Qırğızıstanda əsas istiqamətdə antimon, civə,
nadir metalların istehsalı mühüm rol oynayırdı.
Kadamcay kombinatında istehsal edilmiş antimon
dünya bazarında keyfiyyət etalonu idi. Dünya
bazarında Haydarkan civə kombinatının məhsulları
da yüksək dəyərləndirilirdi. 70-80-ci illərdə əlvan
metallurgiya respublika istehsalatında birinci
yer tutmuşdu. 1970-1985-ci illərdə əlvan metal
istehsalı iki dəfədən də çox artdı. Bu məhsul 40-dan
çox dünya ölkəsinə ixrac olunurdu. Bununla yanaşı
qızıl, mis, qalay və başqa metalların yeni yataqları
kəşf edilmiş və yerlərdə istehsal müəssisələrinin
tikintisinə başlanılmışdı.
1986-1990-cı
illər
ərzində
SSRİ-də
“yeni düşüncə”, “sürətləndirmə”, “aşkarlıq”,
durğunluq dövrünün tənqidi kimi şüarlar altında
yenidənqurma gedirdi. Reformaların məqsədi
sosialist cəmiyyətinin kökündən “rekonstruksiya”sı
idi, amma sosial-məişət problemlərinin həll
edilməməsi iqtisadi böhranı daha da kəskinləşdirdi.
Xalq cəbhələri yaradıldı, müxtəlif qeyri-rəsmi
birliklər, bölgələrarası deputat qrupları meydana
gəldi. Rusiyada demokratik hərəkat gücləndi,
Vilnüs, Tbilisi, Bakı, Almatıda dəhşətli hadisələr
baş verdi. Sov.İKP MK-nın aprel plenumundan
(1985) sonra qırğızların tarixində ilk dəfə olaraq,
SSRİ Ali Sovetinə alternativ seçkilər keçirildi.
1989-cu ildə qırğız dilinə dövlət statusu verildi. Bu,
milli özünüdərk və millətin mənəvi dirçəlməsində
əvəzsiz rol oynadı.
Bütün mənfi xüsusiyyətlərə, milli çalarları
SSRİ-nin siyasi qalxma-enmə liberalizasiyasının
təsirinə məruz qalaraq, ənənələri hamarlayan
komanda-inzibatçılıq sisteminin nəticələrinə
baxmayaraq, respublikada iri etnosiyasi, etnososial
inkişafının tarixi məsələləri həll edilmişdi. Bu
məsələlər Qırğızıstanın doğma torpağın tarixinə
“sənayeləşmə” və “mədəni inqilab” kimi daxil
olmuş kateqoriyalarla qırılmaz surətdə birbaşa
bağlı idi:
- subetnik parçalanmanın qarşısı alındı, qırğız
xalqının etnik nüvəsi möhkəmləndi;
- əhalinin kütləvi surətdə savadlanmasına nail
olundu, qırğız dilində etno-mədəni informasiyaların
və etnotarixi biliklərin toplanması və geniş
yayılması təmin edildi;
- fəhlə sinfinin ixtisaslaşdırılmış kadrları
formalaşdırıldı, ziyalı təbəqə çoxsaylı sosial qrupu
təşkil etdi;
- özünün etnolinqvistik fərdiliyi ilə vahid qırğız
ədəbi dili formalaşdı;
- müəyyən milli dövlətçilik, siyasi mədəniyyət
ənənələri toplandı;
- özündə müvafiq etnik informasiyanı, əhalinin
ən sıx kütlələrinə milli ideologemi daxil etdirmək
imkanını ehtiva edən geniş kütləvi informasiya və
kommunikasıya vasitələri şəbəkəsi yaradıldı;
- qırğız xalqı məhz rus dili və rus mədəniyyəti
vasitəsi ilə Avropa mədəniyyətinin nailiyyətlərini
əxz etdi.
Bu əsas üzərində də Qırğızıstanın yeni peşəkar
213
Dostları ilə paylaş: |