XX əsrin sonu-XXI əsrin əvvəli.
Azadlıq mücadiləsi
1990-cı il dekabrın 15-də Qırğızıstan
Respublikasının Ali Soveti tərəfindən respublikanın
SSRİ tərkibində müstəqilliyi barədə Deklarasiya
qəbul edildi. 1991-ci il avqustun 31-də isə
dünyanın geosiyasi xəritəsində yeni dövlət yarandı
– Qırğızıstan Respublikası. Həmin gündən bizim
milli tariximizin yeni salnaməsi başlandı. Həmin
gün günəş böyük Azadlıq ruhundan nurlanaraq
qeyri-adi parlaq şəfəq saçırdı. Qırğızıstanın
müstəqilliyi haqqında gizli ümid və böyük arzular
həyata keçdi.
1991-ci il dekabrın 8-də Belarus Respublikası,
Rusiya Federasiyası və Ukrayna Minsk şəhəri
yaxınlığındakı Belovej meşəliyində Müstəqil
Dövlətlər Birliyinin (MDB) yaradılması barədə
Müqavilə imzaladılar. Bu hadisə SSRİ-nin
dağılması başlanğıcı prosesinin əsasını qoydu və
onu sürətləndirdi. 21 dekabr 1991-ci ildə Almatıda
MDB-nin yaradılması haqqında müqaviləyə
Belarus Respublikası, Rusiya Federasiyası,
Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan,
Qırğızıstan, Moldaviya, Tacikistan, Türmkənistan
və Özbəkistan imza atdılar. Bu o demək idi ki,
SSRİ öz mövcudiyyətini dayandırmışdır. SSRİ-nin
ləğvi ilə əlaqədar olaraq, M.S.Qorbaçov dekabrın
25-i özünün Prezident postundan istefası barədə
bildiriş elan etdi.
1991-ci ildə uzun-uzadı müzakirələrdən sonra
respublikanın paytaxtının tarixi adı Bişkek özünə
qaytarıldı. Siyasi dərketmə və siyasi mədəniyyətin,
milli özünüdərkin, demokratik qüvvələrin və bütün
cəmiyyətin möhkəmlənməsinin inkişafı xüsusilə
nəzərə çarpırdı. Qırğızıstan Respublikası BMT-nin
Baş Assambleyası tərərindən BMT-yə üzv oldu,
demokratik institutlar yarandı. Qırğızıstan 1993-cü
ildə özünü suveren demokratik dövlət elan etdi. Elə
həmin ildə də Qırğızıstan parlament debatlarından
sonra Mərkəzi Asiyada ilk olaraq özünün milli
valyutasını – somu dövrüyyəyə buraxdı və faktiki,
radikal bazar islahatlarına başladı. Müstəqil
respublikanın Konstitusiyası, yeni dövlət və milli
rəmzləri qəbul edildi, Dövlət gerbi, bayrağı və
ölkənin himni təsdiq olundu.
Prezidentin 1992-ci il 3 avqust tarixli
qərarında dövlət, kommunal əmlakının mülkiyyət
sahibliyindən
çıxarılması
və
mülkiyyətin
özəlləşdirməsi haqqında proqram təsdiq olundu.
Buradan da ölkənin iqtisadiyyatında yeni dövr
başlandı. Qırğızıstan müstəqillik əldə edənə qədərki
bütün Konstitusiyalar ölkənin suverenliyini sırf
deklarativ formada qəbul edirdi. 5 may 1993-cü ildə
Qırğızıstanın Ali Soveti tərəfindən qəbul edilmiş
yeni Konstitusiya respublikanı “suveren, müstəqil,
demokratik, hüquqi və dünyəvi əsaslar üzərində
qurulmuş” dövlət kimi elan etdi. Qırğızıstanın
Respublikasının Konstitusiyası elan edir ki, insan,
onun hüquqları və vəzifələri ali dəyərlərdir, dövlət
bu hüquq və azadlıqları qəbul etməli, onlara riayət
etməli və qorumalıdır, Qırğızıstan Respublikasının
suverenliyi onun bütün ərazisində qüvvədədir.
Qırğızıstan Respublikası Konstitusiyasına
yazılmiş qaydalar insan hüquqları haqqında
Ümumi deklarasiyaya, beynəlxalq paktlara və
insan hüquqları sahələri sənədlərinə uyğun gəlir.
Milli qanunvericiliyə əsasən, milli və sosial
mənsubiyyətindən, cinsindən, dilindən, siyasi və
digər baxışlarından, dinindən, yaşayış yerindən,
mülkiyyət vəziyyətindən və digər şəraitdən asılı
olmayaraq, respublikanın bütün vətəndaşları
öz hüquq və azadlıqlarını müdafiə etmək üçün
bərabər hüquqa malikdirlər. Hüquq və azadlıqların
məhkəmədə müdafiəsinə təminat verilir, bu
səbəbdən də, əgər vətəndaşlar güman edirlərsə
ki, onların hüquqları pozulmuşdur, məhkəməyə
müraciət etmək hüququna malikdirlər.
İndi demək olar ki, bütün dünya Qırğızıstanı
artıq tanıyır. Bütün proqressiv dünya ictimaiyyətinin
nəzər-diqqəti mənim ölkəmdə baş verən demokratik
proseslərə yönəlmişdir. Hal-hazırda Qırğızıstanda
həqiqətən də tarixi hadisələr baş verməkdədir,
bunlar da özülündən dağıdıcı deyil, siyasi və iqtisadi
cəhətdən qurucu xarakter daşıyır. Qırğızıstan,
bütün çətinliklərə baxmayaraq, distansiyadan
çıxmamaqla, daha qətiyyətlə sürət yığır. Zənnimcə,
burada minilliklər ərzində formalaşmış xalqımın
mentalitetinin də rolu az olmamışdır.
216
İqnatyev A.İ. “Frunze – Qırğızıstanın paytaxtı”, 1977-ci il, kətan, yağlı boya, 118 x 159
Çağdaşların bicliyi də eynidir;
Hər zamanın öz nəğməsi.
217
Lakin Sovet İttifaqının dağılması və müstəqil
dövlətlərin yaranması ilə respublikadan yaxın
və uzaq xaricə miqrasiya aktivləşdi. Əsasən də
rusdilli xalqların: slavyan, alman, yəhudi, tatar
və s. ölkədən öz tarixi vətənlərinə kütləvi axını
başlandı. Miqrasiyanın ən yüksək nöqtəsi 1993-
1994-cü illərə təsadüf edir. Eyni kökdən olan,
eyni taleni yaşamış bu millətlərin kütləvi halda
ölkəni tərk etməsi qırzızıstanlıları laqeyd qoya
bilməzdi. Onların axınının qarşısını azacıq da
olsa, azaltmaq, həmin millətlərin yaşayış şəraitinin
yaxşılaşdırılması üçün qətiyyətli addımlar atıldı.
Bu məqsədlə rus dilinə rəsmi dil statusu verildi.
Bu gün qırğız cəmiyyətində rus dili həm rəsmi
səviyyədə, həm də kütləvi danışıq dili kimi geniş
istifadə edilir. Qırğız-Rusiya (Slavyan) Universiteti
rus dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin
öyrənilməsi üçün mərkəz hesab edilir.
Xalqların birləşdirilməsi planında böyük
rolu Qırğızıstan xalqının Assambleyası oynadı.
Assambleya 1994-cü ildə keçirilmiş I Qurultayda
Qırğızıstanın bütün etnoslarının təşəbbüsü və
Prezidentin dəstəyi ilə yaranmışdır. Onun əsas
məqsədi həm qırğızlarla birgə Qırğızıstan xalqını
təşkil edən milli azlıqların maraqlarını, həm
də Qırğızıstan əhalisinin etnik əksəriyyətinin
müdafiəsidir.
Assambleya öz fəaliyyətini Ümumdünya
İnsan Hüquqları Deklarasiyasına, sosial, iqtisadi
və mədəni hüquqları üzrə Beynəlxalq pakta
əsasən həyata keçirir. Milli, etnik, dini və dil
azlıqlarına mənsub şəxslərin hüquqları barədə
Deklarasiya ilə, Qırğız Respublikası Konstitusiyası
və Qırğızıstan Respublikasının ictimai birliklər
barədə qanunvericiliyi ilə. Hal-hazırda Assambleya
aşağıdakı millətlərin diasporalarını təmsil edən 28
milli-mədəni mərkəzi və ictimai birliyi özündə
birləşdirir: rus, alman, Ukrayna, belorus, yəhudi,
Koreya, qazax, tacik, özbək, dunqan, qaraçay,
Dağıstan, yunan, gürcü, erməni, azərbaycanlı,
tatar, başqırd, uyğur, türk, kürd, çeçen, inquş.
Beynəlxalq təşkilat “Tuqelbay-Ata” və “Çoxuşaqlı
ailə” Fondu. Qırğızıstanın başlıca sərvəti onun
xalqı, biliyi, yaradıcılığı və iradəsidir. Bu səbəbdən
də, bizim respublikamız məhz bu resursların
inkişafına diqqət yetirir. Bu bizə nə verəcəkdir? İlk
növbədə insanın ən ali dəyərli varlıq olduğu, inkişaf
etmiş iqtisadiyyatlı və mədəniyyətli demokratik
cəmiyyətin quruluşu.
1995-ci ildə xalqım üçün çox əlamətdar
hadisələrdən biri də bütün dövrlərdə azadlıq
uğrunda mübarizə simvolu olmuş “Manas”
eposunun 1 000 illiyini keçirmək oldu. BMT-
nin sərəncamı ilə 1995-ci il – “Manas” eposunun
1 000-ci ildönümünün ili elan edildi. Bişkekdə
təqribən 500 nəfərin iştirakı ilə beynəlxalq
simpozium keçirildi. 29-31 avqust tarixində eposun
1000 illiyi münasibətilə bayram tədbirlərində
Bişkekdə türkdilli dövlətlərin dövlət başçılarının
görüşü keçirildi. “Manas”ın 1000 illik yubileyinə
həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan
Respublikasının Prezidenti H.Əliyev, Qazaxıstan
Respublikasının
Prezidenti
N.Nazarbayev,
Özbəkistan Respublikasının Prezidenti İ.Kərimov,
Türkiyə Respublikasının Prezidenti S.Dəmirəl,
Türkmənistan
Respublikasının
Prezidenti
S.Niyazov və Qırğızıstan Respublikasının
Prezidenti Ə.Akayev çıxış etdilər. Onlar tərəfindən
“Manas” eposunun 1000 illiyi ilə bağlı türkdilli
ölkələrə bəyanat qəbul edildi. “...“Manas”da
qoyulmuş ümumbəşəri birləşdirici ideyaların
rolunun əhəmiyyəti üçüncü minilliyin astanasında
daha da artmaqdadır”. Baş tutmuş beynəlxalq
sammit hüdudlarında dahi eposa bütün min il
ərzində və qırğızların cəmi tarixi boyu bu dərəcə
yüksək səviyyədə verilmiş dəyər belə idi.
Bu bayram həqiqətən də ümummilli oldu.
Bişkekin küçə və meydanlarında müxtəlif milli
geyimlər geyinmiş insanlara rast gəldim, onların
simaları sevincdən işıq saçırdı, fərəhləri yerə-
göyə sığmırdı. Ətrafda Qırğızıstanın müxtəlif
millətlərinin dilində nəğmələr eşidilirdi: rusca və
Ukraynaca, belarusca və özbəkcə, uyğurca, almanca,
dunqanca, koreyaca və bir çox başqa dillərdə. 80-
dən çox dildə danışıb oxuyan insanla dolu meydan
və küçələri təsəvvür edin! Qırğızıstanda məhz elə o
qədər də millət yaşayır.
1995-ci ildə Joqorku Keneş parlamenti
deputatlarının və Qırğızıstan Respublikasının
Prezidentinin demokratik seçkiləri keçirildi.
Birlik, həmrəylik, xalqın ruhunun qaldırılması,
öz vətəninin tarixinə görə qürur –ölkənin mənəvi
həyatında əsas imperativə çevrildi. 1998-ci ildə
ümumxalq referendumunda qəbul edilmiş torpağa
mülkiyyət hüququnun qüvvəyə minməsi ölkənin
iqtisadi həyatında inqilabi başlanğıc oldu.
1999-cu ildə minlərlə beynəlxalq quldur
dəstələri Batken vilayəti ərazisinə soxulub,
vətəndaşlarımızdan bir neçəsini girov götürməyə
müyəssər oldular. İtkilərimiz də oldu. Ölkəmizin
bütövlüyü və müstəqilliyi uğrunda 49 əsgər və
zabitimiz qəhrəmancasına həlak oldular.
2001-ci ildə, Oş şəhərinin 3 000 illik
yubileyinin keçirilməsi xalqın birləşməsinin
möhkəmlənməsində və milli dəyərlərin dirçəlişində
daha bir əlamətdar hadisə oldu. QR parlamentinə
seçkilər keçirildi. Bugünkü tələblərə uyğun olaraq,
peşəkarlığın, məsuliyyətin artması tempi və
218
Dostları ilə paylaş: |