ƏBDÜQADIR OROZBƏYOV (1889-1938)
Oş vilayətinin Qızıl-Kiyə bölgəsinin Oxna
kəndində anadan olmuşdur. Atası vəfat edərkən
Əbdükadırın cəmi 9 yaşı vardı. Onun birinci
inqilabi təcrübəsi 1916-cı il Fərqanə vadisindəki
inqilabi hərəkatda iştirak etməsi idi. Sonradan,
1918-1920-ci illərdə Qızıl Orduda xidmət etdi.
1920-1925-ci illərdə Aravan bölgəsi üzrə inqilab
komitəsi və rayon icra komitəsinin sədri, Oş
dairə komitəsinin sədri oldu. Ə.Orozbəyov 1918-
ci ildən partiyanın üzvü idi. Sonradan MK(b)
P MK-nin, SSRİ MİK-n üzvü oldu. 1925-ci ildə
Qırğızıstanda sovet hökumətinin quruculuğu
və möhkəmləndirilməsində fəal iştirak etdiyinə
görə, Qırğızıstan Muxtar Vilayətinin vilayət
icraiyyə komitəsinin sədri seçilmişdi. 1927-ci ilin
fevralından Qırğızıstan MSSR MSK-nın sədri
vəzifəsində, 1937-ci ilin sentyabrina qədər fasiləsiz
olaraq Qırğız Respublikasının birinci başçısı kimi
çalışdı. Ümumqırğız Sovetlərinin V fövqəladə
qurultayının açılışındakı nitqindən: “Qırğızıstanın
muxtar vilayətdən ittifaq respublikasına çevrilməsi
qırğız xalqının tarixində yeni böyük eranı bildirir”.
Həmin dövrdə xalqın dərd-qəmini duzgün ifadə
edə bilən əsil vətənpərvər-beynəlmiləlçi kimi onun
qətiyyətini yüksək dəyərləndirirdilər. Onun həm də
ən böyük xidməti Qırğızıstanın Muxtar Respublika
statusu almasıdır ki, sonradan muxtar respublika
mövqeyini dəyişdirərək ittifaq respublikasına
çevrilmişdi. Heç kim onun qədər gənclərin
beynəlmiləl tərbiyəsinə, xüsusilə də Qırğızıstan və
Özbəkistanın arasında mehriban qonşu və qardaş
münasibətlərinin möhkəmlənməsinə bu qədər diqqət
ayırmamışdı. Sadə insanlar onu “bütün qırğızların
ağsaqqalı” adlandırırdılar. Fəqət, o zamanın bir
çox şəxslərinin taleyi kimi, Ə.Orozbəyovun da
ömrü 1938-ci il tarixi ilə yarımçıq qırıldı. 1937-
ci ilin noyabrında o, repressiyanın növbəti qurbanı
oldu, 1938-ci ildə isə keçirdiyi ağır xəstəlikdən
vəfat etdi. Yalnız 1956-cı ildə onun təmiz adı geri
qaytarıldı. O ağır dövrün və respublikanın birinci
rəhbərinin əməlləri əbədi xatirələrdə qaldı. İllər
keçir və qırğız torpağının bu cür oğulları əfsanəyə
çevrilir. Onların əməlləri əsrlər boyu qalacaqdır.
Və bizim müqəddəs borcumuz – əcdadlarımızın
xatirəsini əziz tutmaq və onların mütərəqqiliyinin
simasında gəncləri Vətənə xidmətə səsləməkdir.
238
BAYALI İSAKEYEV (1897-1938)
Narın uyezdinin Koçkor kəndində anadan
olmuşdur. Üç yaşından, atasının ölümündən sonra
qohumlarının yanında tərbiyə almışdır. Kənd
məktəbində oxumuş, 1916-cı ildə Narın şəhərində
üçillik rus-yerli internat-məktəbini bitirmişdir. 1916-
cı ildə artıq çar rejimi əleyhinə yığma qoşuna başçılıq
etmiş və bununla da əlaqədar Çinə qovulmuşdur.
Qayıtdıqdan sonra 1917-1920-ci illərdə qara fəhlə
çalışmışdır. 1920-ci ildən nahiyə icraiyyə komitəsinin
və xalq məhkəməsinin katibi təyin edilmişdir.
Sonradan vilayət komitəsinin ikinci katibi olmuşdur.
1927-1928-ci illər “Qızıl Qırğızıstan” qəzetinin
redaktoru olmuşdur. Onun 1937-ci ilədək sonuncu
vəzifəsi Qırğızıstan SSR-in Xalq Komissarları
Sovetinin sədri idi. Bu vəzifədə onu, xüsusilə də
sənayeni qaldırmaq, növbəti torpaq islahatlarının
keçirilməsi və cəmiyyətin sosial-mədəni həyatının
inkişafı ilə əlaqəli məsələlər qaldırılanda, prinsipiallıq
və işgüzarlıq fərqləndirirdi. “Manas” eposunun
nəşrinin təşəbbüsçüsü idi və ölümündən 4 ay əvvəl bu
barədə yalnız bu barədə danışardı. Milli özünüdərkin
və müstəqilliyin kökünə qədər məhvi təhlükəsi baş
üstünü alanda, yeganə bir yol qalır: bunun qarşısını
almaq. Tarixin bu cür kritik məqamlarında xalqın
fədakarlıqla bütün bəla və çətinliklərini öz üzərində
milləti ilə birgə daşıyan, zərurət olsa, canından keçən
ən yaxşı oğulları doğulur. B.İsakeyev öz torpağının
bu cür vətənpərvərlərindən idi.
1991-ci ildə günahsız öldürülən həmvətənlərimiz
haqqında bütün həqiqətlər aşkarlananda, Prezident
Ə.Akayev siyasi repressiya qurbanlarının xatirəsinə
həsr olunmuş mitinqdə demişdi ki, onların qətlə
yetirildikləri və dəfn edildikləri yerdə totalitar
cəmiyyətə lənət işarəsi kimi xatirə obeliski qoymaq
gərəkdir. Bu gün orada amansız Stalin rejiminin
vəhşicəsinə qətlə yetirdiyi qırğızıstanlıların xatirəsinə
monumental kompleks ucalır, öldürülənlərin
övladları, nəvələri öz şərəfli ulularını yad etmək
üçün ora gələ bilirlər. Vətənin ən yaxşı oğullarının
əbədi uyuduğu bu müqəddəs məkanı “Ata Beyit”,
yəni “Atalar məzarlığı” adlandırırlar. 10.09.1937-ci
il tarixdə o həbs olundu və 1938-ci ildə güllələndi.
Çox illər sonra, yalnız 1957-ci ildə bəraət aldı.
Bəzən xalqımızın böyük oğlu Bayalı İsakeyevin
qızı Larisa-əjə ilə, zərif, eyni zamanda kişi qətiyyətli
xanımla görüşmüşəm.
239
İŞENALI ARABAYEV (1882-1938)
Maarifçi-pedaqoq,
qırğız
dilində
ilk
dərsliklərin müəllifi, ərəb əsaslı ilk qırğız
əlifbasının müəllifi, ilk qırğız qəzeti “Erkin
Too”nun açılmasının təşəbbüskarı, “Manas”
eposunun toplayanlarından biri, yeni Qırğızıstanın
ilk fəal qurucularından biri. Onu ilk qırğız ziyalısı
adlandırmaq olar, çünki qırğız ziyalılar zümrəsinin
yaranmasının mənbəyində dayanan, məhz
İ.Arabayev idi. Stalinin qadağasına baxmayaraq,
İ.Arabayev Qara-Qırğız Muxtar Vilayətinin
yaradılması layihəsinin həyata keçirilməsində
iştirak etmişdi. Qısa, lakin parlaq ömür yaşadı.
Heç zaman susqun və dinməz icraçı deyildi. Hələ
mədrəsədə təhsil aldığı vaxt İşenalı Arabayev
dilçilik sahəsində öz dərin zəkası ilə seçilirdi.
1911-ci ildə Ufada tələbə olarkən, ərəb əlifbası ilə
kiçik həcmdə, cəmi 52 səhifəlik “Alippe” – qırğız
və qazax uşaqları üçün əlifba nəşr etdirir. O,
Daşkənddə nəşr olunmuş qırğız məktəbi üçün ilk
dərsliyin müəllifidir. O, “Kırqız alippesi” (“Qırğız
əlifbası”) adlanır. Elə həmin ildəcə İ.Arabayev və
qırğız sovet dilçiliyinin görkəmli banilərindən
biri H.Karasayev birlikdə böyüklər üçün “Janılık”
(“Yenilik”) adlanan dolğun məzmunlu dərslik
nəşr etdirirlər. Müəlliflər oraya savad öyrətməklə
bağlı materiallardan əlavə, əlifbadansonrakı
mərhələ üçün genişşaxəli materiallar, eləcə də
ictimai-siyasi mövzularda məqalələr və bədii
mətnlər saldılar. Beləliklə, bu kitab nəinki
əlifba, eləcə də özünə görə mini-müntəxabat
rolunu oynadı. 1918-1922-ci illərdə Jeti-Suy
vilayətində rəhbər vəzifədə olarkən, müəllimlərin
hazırlanması kursunu təşkil etmişdi. 1922-1924-
cü illərdə İ.Arabayev Türküstan MSSR-in xalq
təhsili komissarlığına başçılıq etdi. İ.Arabayevin
uşaqları qırğız dilində öyrətmək, onlara dərslik
yazmaq kimi ali arzusu yalnız Qırğızıstan
Türküstan Respublikasının tərkibindən ayrılıb
muxtariyyət əldə edəndən sonra həyata keçdi.
1933-cü ildə həbs edildi. Yalnız ölümündən illər
keçəndən sonra bəraət aldı. Onun vətənpərvərliyi
o qədər səmimi və dərin, xalqına və Vətəninə
o dərəcədə fanatikcəsinə bağlı idi ki, bu gün
siyasətçilərimizin hamısı üçün parlaq nümunədir.
240
Dostları ilə paylaş: |