tapacaqdır. Bəlkə yüz ildən sonra, yaxud min ildən
sonra. Hərgah söz yox olsa – bu, insanların təfəkkür
və intellektində sözsüz əks olunacaqdır.
Daha doğrusu, onun əsərlərinin Gülsarə və
Qaranar, Daşçaynar və Akbara, Ana-maral və
Jaabars heyvan qəhrəmanlarının insanlar kimi
yaşamağa haqqı vardır.
Aytmatov öz əsərləri ilə insanları təbiətin səbri
ilə oynamamağa çağırır. Ümumplanetar problemləri
qaldırmaqla Aytmatov sövqi-təbii sübut edir ki,
o təkcə çağdaş dövrümüzə aid insan deyil, bütün
tarixi dövrlərə mənsub adamdır. O, ictimai xadim
kimi, “Mərkəzi Asiyanın mirvarisi” olan İssık-Kul
gölünün müdafiəçilərindən biri olmuşdur.
2. Dünyada yaşamaq üçün dünyanı qorumaq.
XX əsr tarixdə amansız müharibələr və nəhəng
insan qurbanları ilə qalacaqdır. Ədəbiyyat
da bununla razılaşa bilməzdi. Müharibəni öz
yaradıcılığında əks etdirmiş yazıçılar az deyildir:
Ernest Heminquey, Mixail Şoloxov və Viktor
Astafyev, Rəsul Həmzətov, Qaysın Quliyev, David
Kuqultdinov və Valentin Rasputin və digərləri
ilə birgə Çingiz Aytmatov da öz zamanının
dramatikliyini yaradıcılığında əks etdirən
müharibədən sonrakı nəslin təmsilçisidir.
Bir dahi yazıçı kimi, Çingiz Aytmatova
müharibənin sərt və qeyri-insani mahiyyətini
dərinliyi ilə açmaq müyəssər olmuşdur. O,
Tolqonayın Ana-torpaqla dialoqunda planetin
tarixinin müharibə alovunda əzizlərini və
övladlarını itirmiş bütün analarının hönkürtüsünü
vermişdir. Onun “Ana düzü” povesti – bütün
dünya analarının zorakılıq və müharibəyə qarşı
etirazıdır. O, Yedigey, Seyde, Jamile və Daniyar
haqqında olan hekayətlərdə isə həyatın ölüm,
sevginin nifrət üzərində qaçılmaz təntənəsini
təsdiq edir. Onlar, sadəcə, özlərini millətin bir
parçası hesab edən və insanpərvərlik məşəlini lap
öləziyib sönməməsindən ötrü daşıyan namuslu və
qeyrətli insanlardır. Onların cəhdləri və əməksevər
qəlbləri, insan məsuliyyətləri hər hansı üsuli-idarə,
yaxud ölkənin ideoloji və siyasi ambisiyalarından
ucadadır. Bəşər isə bu cür sadə və zərif insanların
çiyinlərində dayanır.
Əslinə qalsa, birinci günündən soununcu
romana qədər Aytmatovun əsas aparıcı mövzusu
dünya mövzusu olmuşdur. Hətta müəllif sonuncu
“Dağlar uçulanda” əsərində “öldür`mə” hədisinə
planetar əhəmiyyət verməyə çalışmışdır. Məs.:
öldürmək, yoxsa öldürməmək? Cəbhəyə gedən
sovet əsgəri bu iki sual arasında çırpınır. Bir tərəfdən
“almanları öldür, yoxsa onlar səni öldürəcəklər!”,
– deyə atasının nəsihəti. Digər tərəfdən, anasının
“öldürmə!” kəlamı gələcəkdən çağırış deyil ki?
3. Öz xeyirxahlığını və humanizmini qorumaq
ki, istənilən vəziyyətdə insan simasını saxlamaq və
heyvana çevrilməmək. Ədəbiyyat mənəvi mühiti
dəyişdirməlidir, laüba ilə mübarizədə yardımçı
olmalıdır. Bugünkü mənəvi düzüm kəskin surətdə
dünya mədəniyyəti və bəşəri sivilizasiyanın çağdaş
təkamülünün düz mərkəzinə qoyulmuşdur.
Həyat – dəyərli töhfədir, o, boş-boşuna, hansısa
mənasız xırdalıqlara, gündəlik məişət qayğıları
naminə verilmir. O hansısa böyük məqsəddən ötrü
verilir. Ç.Aytmatov bütün həyatı boyu XX əsrinin
taleyini anlamağa çalışmışdır. O hər bir kitabında
öz taleyini yaşamış olur.
O daha çox xalqın milli təhlükəsizliyinin
qayğısını çəkirdi.
Aytmatovun qəhrəmanları bizim dost-
tanışlarımız, yaxud qəhrəmanlarımız kimi, sadə
başa düşüləndirlər. Onlar sıravi insanlardır.
Aytmatovun qəhrəmanları Şəkər kəndindən
olan bir çox həmyerlilərinin prototipləridir.
Yazıçı kəmkəndlilərinin taleləri vasitəsilə insan
mənəviyyatı və həyatın mənası kimi əbədi
mövzuları açmışdır. Bu insanların taleyində
ümumbəşəri miqyaslı məsələləri qaldırmışdır.
Və hər dəfə sanki meditasiya edərək, öz
oxucusunu düşünməyə, bahəm yaşamağa və
təhlil etməyə məcbur edir. Oxucusunun qəlbini
yaralamağı, üstəlik, o yaraları məharətlə müalicə
etməyi bacarır. Çingiz son beş yüz il ərzində insan
sivilizasiyanın misli görünməmiş ali pillələrə
çatdığını bizə xatırlamaqda yardım edir. Lakin
insanlar xeyrixahlıq, mənəviyyat, humanizm
sarıdan, dahi Şekspirin dövründə olduğu kimi, çox
qeyri-təkmildirlər. Daha beş yüz ildən sonra biz
bilmirik, dünya necə olacaq. Lakin hərgah insan
həyatı, dünyanı və təbiəti qoruyub saxlamağa
cəhd göstərirsə, onda o həmişə Çingiz Aytmatovun
əsərlərinə müraciət edəcək. Xeyirxahlığın və
insan mənəviyyatının təlim-tərbiyəsini BMT və
BVF-yə həvalə etmək olmaz. Yalnız ali incəsənət
və bədii sənətkarlıq cahanda milyonlarla insanın
düşüncəsini formalaşdırır. Axı insan, il növbədə,
“siyasi” deyil, mənəvi varlıqdır.
Dahi yazıçının bədii araşdırmalarının
əsas predmeti insan qəlbidir, onun böyüklüyü,
alicənablığı, səmimiliyi və xislətidir. Həmçinin onun
həyat və ölüm, məhəbbət və nifrət, ümumiyyətlə,
həyatın mənası və məqsədi haqqında düşüncələri.
O, pəhləvanlıq əməlləri edən sadə adamın əyilməz
ruhunu təsvir edir. Bu insanın nifrət hökfərma
olan məkana xeyrixahlıq aparmağa, düşmənçilik
əvəzinə əfv etməyə, bağışlamağa, tərəddüd olan
məqamda həqiqəti söyləməyə, əli hər yandan üzən
məyusluq olan yerdə ümid yaratmağa can atdığını
əks etdirir.
Mikelancelo hətta mərmər qalıqlarından
nadir gözəlliklər yapa bildiyi kimi, Aytmatov öz
sözlərinin ecazı ilə sanki neyrocərrah sayağı, insan
qəlbinin gizli tellərinə təsir edir,. Məs., “Cəmilə”
– özü-özlüyündə sevgi haqqında nəğməli musiqili
poemadır.
Aytmatov insanın şəklini avtoportret açıqlığı
260
Dostları ilə paylaş: |