TUGELBAY SIDIKBƏYOV (1912-1997)
Xalq yazıçısı, akademik T.Sıdıkbəyovdan
müsahibə götürmək xoşbəxtliyi bir zaman mənə
də nəsib olmuşdu. Ondan soruşanda ki,“Hörmətli
Tugelbəy ata, siz neçə il yaşamısınız?” o zarafatla
“Min” deyə cavab vermişdi. Mən isə özüm
özlüyümdə düşündüm ki, bu insan həqiqətən də öz
ədəbi qəhrəmanlarının hesabına uzun ömür sürüb.
O, yalnız Vətəninə təmənnasız xidmət edən
yazıçı deyildi, həm də doğma dilin xüsusiyyətlərini
saxlamaq uğrunda mücadilə aparan sadiq mübariz
idi. Onun yaradıcılıq həyatı – fədakar əməyin
parlaq nümunəsidir. T.Sıdıkbəyovun sonuncu kitabı
“Kok Asaba” – həm bədii ədərdir, həm də tarixi
araşdırmadır. Xalqın özünüdərkinin yüksəlməsi və
ozünəməxsusluğunu müəyyən etməsi ideyası orada
aparıcı xətdir. “Vətən bir dənədir və ömürlükdür”, –
deyə yazıçı təkrar etməyi sevirdi.
Biz böyük fəxarətlə deyə bilərik ki, unikal
yüksək bədii çalarlı, humanizm və mənəviyyat
ideyaları dolu əsərlər yaratmış Tuqelbay Sıdıkbəyov
təkcə qırğız xalqına deyil, bütün dünyaya məxsusdur.
T.Sıdıkbəyov qırğız xalqının ən hörmətli ağsaqqalı
kimi müstəqil Qırğızıstanın ümumxalq seçkisi yolu
ilə seçilmiş ilk Prezidentinə xeyir-dua vermişdir. Ahıl
yaşına baxmayaraq, son günlərinə qədər gənclərin
mənəvi nəsihətçisi olaraq qalmışdı. Qurucuların
meydanda keçirilən səs-küylü mitinqlər zamanı
yeganə insan idi ki, cəsarətlə irəli çıxaraq xalq ilə
ünsiyyət qurur və vətəndaşlıq vicdanını oyadırdı.
Xalq ona inanır və heyranlıqla pərəstiş edirdi.
Təsadüfi deyildir ki, onu “Dağ-insan” adlandırırdılar.
250
BIBISARA BEYŞENƏLIYEVA (1926-1973)
İstedadı, qeyri-adi gözəlliyi və yorulmaq bilməyən
zəhmətkeşliyi ilə B.Beyşenəliyeva öz tamaşaçılarının
sevgi və nüfuzunu qazanmışdı. Parlaq fərdiliyi
ilə Qalina Ulanova və Mayya Plisetskaya ilə bir
sırada dayanan sadə, təvazökar qırğız qızı. O, qırğız
qadınlarının gözəllik simvoluna çevrilmişdi.
Bübüsara Beyşenəliyevanın yolu – adı əfsanəyə
çevrilmiş, maraqlı, yaradıcılıq axtarışları ilə zəngin
və böyük əməklə bağlı istedadlı qırğız rəqqasəsinin
həyatıdır. Qırğız teatrının balet repertuarı üç onillik
ərzində onun adı ilə sıx bağlı tərtib olunurdu. Onun
“Çolpon” baletindıki sehrkar Ayday, “Qu gölü”ndəki
ağ qu, aktrisanın ispan rəqsləri ifa etdiyi “Raymonda”,
“Bağçasaray fəvvarəsi”ndə Mariya obrazları füsunkar
yaradıclıq məhsuludur. O xüsusilə “Asel” baletində öz
artistik qabiliyyətini göstərmişdi. “Romeo və Cülyetta”
baletində Beyşenəliyeva sevgini oynadı: məhz onun
qəlbindən süzülmüş Cülyettanın mənəvi dünyası,
dünyagörüşü – durğun, qanlı, ömrünü başa vurmuş
cahil aləmə qarşı atdığı cəsarətli addımları tamaşaçılar
tərəfindən qəbul edilirdi.
Bübüsara Beyşenəliyeva sözün ali mənasında
artist idi. Səhnə rəqsinin bütün forma, temp və
ritmləri onun üçün mümkün idi, o, dəyişilməyin,
təbəddülata uğramağın daxili və xarici sirlərinə bələd
idi. Qabiliyyətinin hüdudsuzluğu və texniki hazırlığı
Beyşenəliyevaya bir-birinə əkslik təşkil edən ən təzadlı
rollarda çıxış etmək imkanı yaradırdı. Onun hər rəqsi –
sanki qu quşunun nəğməsi idi. Onun əlləri – qanadlar,
başı – tac idi. Onun saf, aybəniz incə sifəti – şərq
gözəlliyinin mücəssəməsi idi. Deyilənlərə görə, nadir
kişi tapılarmış ki, ilk görüşdə onun səmavi gözəlliyi
qarşısında nitqini itirməsin.
Bübüsara Beyşenəliyevanın anadan olmasının
70 illik yubileyi xatirəsinə ithaf edilmiş abidənin
hazırlanması ərəfəsində yazıçı Çingiz Aytmatov çıxış
etmiş, məşhur qırğız heykəltəraşı T.Sıdıkova xitabən
belə söyləmişdi: “Mən sizin qara fəhləniz olmağa
hazıram, amma nə isə qeyr-adi, misilsiz və bənsərsiz
bir şey yaratmaq lazımdır. Bu, qu quşunun və könlün
uçuşu olmalıdır ki, pərəstişkarları həmin abidəyə
baxdıqda, onunla birgə o rəqs uçuşunda süzsünlər ”.
Bu sözlərə nə isə əlavə etmək lazım deyildir.
Bübüsaranın istedadının pərəstişkarları deyirdilər
ki, o, bu dünyadan çox erkən köçdü. Bəlkə də ona görə
ki, özünü qoca təsəvvür etmirdi və kiminsə onu 80-90
yaşında görməsini istəmirdi.
251
MURADBƏY RISKULOV (1909-1974)
Xalq içindən çıxmış istedadlı səhnə ustadı,
görkəmli aktyor M.Rıskulov qırğız teatr və
kinosunun inkişafında silinməz iz buraxmışdır.
Komik rollarla yanaşı, onun istedadı dramatik
rollar da yaratmağa imkan verirdi, ələlxüsus,
“Kurmanbəy” tamaşasındakı Teyitbəy obrazı
daha parlaq idi. Amma ən uğurlu rolu – Lir obrazı
sayılır. İngiltərənin paytaxtı Londonda dahi
Şekspirin anadan olmasının 350 illiyi keçirilirdi.
Sovet İttifaqından gedənlərin sırasında Lir rolunu
qırğız dilində ifa etmiş və tələbkar ingilislərin
ayaq üstə gurultulu alqışlarla qarşıladıqları günəşli
Qırğızıstandan olan Muradbəy Rıskulov da var
idi. Bununla o, dünyaya xalqımızın istedad və
ruhunun gücünü göstərdi. M.Rıskulov ali fəxri
ad – SSRİ-nin xalq artisti adını almış milli dramın
ilk ustadlarından idi. Muradbəy bənzərsiz oyunu
ilə tamaşaçıları laqeydlikdən “müalicə edir” və
əvəzində sevinc bəxş edirdi. O, bir neçə nəsil
sonrakı insanların şüuruna təsir etmək qabiliyyətinə
malik idi. Maraqlısı isə bu idi ki, M.Rıskulov ilk
dəfə teatra gələndə etirazla qarşılanmışdı, guya
ki, onun eşitmə-duyma qabiliyyəti yoxmuş. Həyat
yoldaşı S.Qumuşəliyevanın xatirələrindən bəlli
olmuşdu ki, ağır cərrahiyyə əməliyyatından sonra
həyatının son günlərində Axunbayev, Mamakeyev
və Mirrəhimov kimi məşhur cərrahların yanında
bayıla-bayıla kral Lirin, Otello və Teyitbəyin
monoloqunu ifa etməyə başlamışdı... Sənətin dahi
ustadı ömrünün sonunu hiss edib, incəsənət aləmi
ilə vidalaşırdı.
Bizim
taleyimizə
mənəvi
dəyərlərin
yenidən dəyərləndirilməsi kimi böyük əməllər
və dəyişikliklər dövründə yaşamaq xoşbəxtliyi
düşdü. Onun istedadı bütün dəyişikliklər fonunda
milli dahilərimizin səmasında sönməz ulduz kimi
həmişə parlayır. Bu isə sırf yaradıcı insanın layiq
ola bildiyi ən yüksək dəyərdir.
252
Dostları ilə paylaş: |