qarşılıqlı əlaqə vardır. Hər xalqın dünyagörüşünün
və inkişaf yolunun müəyyənləşdirilməsində təbiət
və torpaq nəhəng rol oynayır.
Bu yolun uğurlu, soyuqda – isti, istidə isə
sərin və əbədi gözəllik verməyindən ötrü biz sizlə
birgə yorulmadan möcüzə-təbiətimizi qorumalıyıq.
Təbiətlə harmoniya və tenqriantlığın ideyalarında
qoyulan ali mənəvi ideallar qırğızlar üçün əsil
dəyər hesab edilir. Bizim millətdə tengriantlığa
səcdə güclüdür: ay, günəş, dağ və suya sitayiş.
Görünür, tenqriantlığın sadə xalq arasında tərəfdar
tapması təsadüfi deyildir, hərçənd, artıq neçə əsrdir
ki, qabarıq nəzərə çarpmadan, mülayim surətdə
islamın sünni təriqəti torpağımızda kök salmışdır.
Qırğızıstanın dağları – tükənməyən həyat
enerjisi, eyni zamanda da təbiət gözəlliklərinin
xəzinəsidir! Bu gün ana-təbiət ümumbəşəri
səviyyədə ciddi ekoloji böhran yaşayır: insanlar
zəhərli hava ilə nəfəs alır, zərərli su içir və heç də
təmiz olmayan ərzaqlarla qidalanır. Radiasiyadan
və kimyəvi məhsullardan otlar, meşələr, çaylar və
canlı aləm məhv olur. Şükür Allaha, bizi belə fəlakət
gözləmir. Amma eyni zamanda biz ölkəmüzə
uyğun “Ekoloji kodeks” hazırlamalıyıq. Ətraf
mühitin qorunması bütün cəmiyyətin sağlamlığı
üçün həyat əhəmiyyətli mühüm aspektlərdəndir.
Mən əcdadlarımızın özünəməxsus formada təbiətə
səcdəsində təzahür edən çoxəsrlik müdrikliyə
təəccüblənməkdən usanmıram. Qədimdə qırğızların
dünyagörüşündə hər heyvanın özünün qoruyucu
mələyi – ruhu vardı. Hər məkanın bulağının özünün
sahibi vardı. Onlara zirvələr, dərələr və aşırımların
ruhları da aid idi. İnsan həyatının mahiyyəti
yalnız təbiətlə bağlı idi. Əcdadlar belə deyərdilər:
“Ayaqlar yerdə (dayaq kimi), baş isə səmaya
(yüksəliş kimi), onların arasında insan oğulları
doğular”. Beləliklə, əcdadlarımız dərk edirdilər ki,
insanlar yalnız və yalnız bu təbiətin övladlarıdır
və bu səbəbdən də təbiətə yüksək dərəcədə səcdə
edirdilər. Elə onun sayəsində də turizmi yüksək
gəlirli və ekoloji cəhətdən təmiz sahə kimi inkişaf
etdirə bilərik. Qırğızıstan turizmi inkişaf etdirməklə
indiki yüzilliyin dünya iqtisadiyyatına qoşula bilər.
Mədəni dəyərləri və milli xüsusiyyətləri güclü
kənar təsirlərə məruz qoymağa gətirib çıxaran
XXI əsrin qloballaşma dövründə, bəşəriyyət bir-
Matayev J. “Günorta” 2007-ci il, kətan, yağlı boya, 80 x 110
271
birinə zidd mürəkkəb xarakterlərlə zəngin böyük
dəyişikliklərin şahidi olacaqdır. Vəzifə ondan
ibarətdir ki, özünün mədəni və tarixi dəyərlərini,
milli qürurunu və xalqın ruhunu qorumaqla, bu
potensialı yeni texnoloji əsasla turizmin, yerli
sənayenin inkişafı üçün istifadə etmək olar.
Bizim bugünkü vəzifəmiz: ötən illərin məhsulu
olan təhlükəli radiasiya “qəbristanlıqlar”ının
etibarlı və keyfiyyətli basdırılması – bu zonaların
reabilitasiyasını həyata keçirmək və təbii ekoloji
parklar yaratmaq. Biz torpaqdan bütünlüklə
istifadə etmək ixtiyarındayıq, amma hər şeyin
həddi vardır. Təkcə götürmək deyil, verməyi də
bacarmaq lazımdır, bu isə o deməkdir ki, torpağı və
onun zəngin mənbələrini qorumaq gərəkdir. Bizim
üzərimizə böyük vəzifə düşür – təbii ehtiyatlardan
qənaətlə istifadə etmək, eyni zamanda da torpağı,
ələlxüsus da gözəllər gözəli təbiəti onun ilkin,
bakirə görkəmində qorumağı bacarmaq. Canlı
təbiət – bizim həmişə yaşayacağımız məkandır.
Qırğızıstanın əvəzsiz dəyərlərindən biri də
sudur. Təbii yolla ehtiyatları daima dolan şəffaf
buzlaq suyu – gələcəyin qızılıdır. Böyük İpək
yolunun bir hissəsi kimi qırğız yolu haradan
keçirsə keçsin, onu həmişə çaylar müşayiət
etmişdir. Əsas yol bizim başlıca su arteriyalarımız
Çuy, Talas və Narın çayları boyu keçmişdir. Su
harada qurtarırdısa, orada həyat da bitirdi. Bu gün
də, qədimdə olduğu kimi, təsdiqləmək olar: su
yoxdursa, həyat da yoxdur.
Suyumuz bizə işıq və istilik verən tükənməz
enerjiyə çevrilir. Müasir dövrdə suvarma və
su təchizatının bərpa layihələri, xüsusilə də
respublikanın kənd rayonlarında əhalinin təmiz
içməli su ilə təmin olunması üzrə işlər həyata
keçirilir. Axı təmiz hava, təmiz buzlaq, təmiz su olan
torpaqda məişətdə çirkli suyun işlədilməsi, sadəcə,
yolverilməzdir. Axı su dövləti adlandırılan ölkədə
otlar qurumamalı və ağaclaq az su ucbatından
məhv olmamalıdır – bu, bağışlanmazdır.
Köçəri
əcdadlarımızın
yolu
həmişə
maraqlı, mürəkkəb, keşməkeşli və qeyri-adi
olmuşdur. Maraqlısı budur ki, bütün uzun yol
boyu xəstələnməmək və aclıq çəkməmək üçün
əcdadlarımız özləri ilə “jolazık” – yol azuqəsi
götürərdilər. Möcüzəli “qulazık”, daha doğrusu,
at ətindən “gül yenəyi”ni hazırlayırdılar. Bu ət
uzun müddətə kifayət edərdi, xarab olmurdu və
daşımaq da çətin deyildi. Bizim üçün isə bu gün
“gül yeməyi” – bilikdir. Qabaqlar nahaq demirdilər
ki: “Oxumaq – bilik mənbəyidir. Bilik – xoşbəxtlik
mənbəyidir”. Axı bu həqəqətən də belədir, bilik
zəifi – güclü, güclünü – ağıllı, ağıllını – özünə
arxayın edir. Yalnız dolu bilik yükü ilə biz öz
həyat yolumuzu yüngülləşdirə bilərik. Beləliklə,
yalnız və yalnız bilik bizə əvəzedilməz və bitib-
tükənməz yol ehtiyatı ola bilər. Bizdə yüksək
intellektual potensiallı ali təhsillilər bazası var. Bu,
xalqın böyük fəxridir. Hələ 1906-cı ildə «Вестник
просвещения» (“Təhsil xəbərləri”) jurnalında
yazılmışdı ki, qırğızların arasında bisavadlığı aradan
qaldırmaq üçün ən azı 400 il lazımdır. Lakin artıq
XX əsrin 80-ci illərində bizdə cahanşümul alimlər
yarandı, qırğızların 93%-dən çoxu isə sərbəst oxuya
və yaza bilirdi. Biz əlimizdə olan dəyərli təhsil və
mənəvi kapitalı çox şaxələr üzrə inkişaf etdirmək
və bundan sonra daha da irəlilətmək üçün yeni və
daha münasib şərait yaratmalıyıq.
Dövlətimiz böyüyəcək və inkişaf edəcək,
uşaqlarımız, nəvələrimiz, nəticələrimiz onunla
birlikdə böyüyəcəklər. Tərəfimizdən başlanılmış
yolu onlar davam etdirməlidirlər. Ümidvarıq
ki, yeni nəsil məsuliyyətli, təhsilli və sağlam,
müasir texnologiyaya uyğun şəraitdə, lakin
əcdadlarının ənənələrini unutmamaq şərti ilə
işləməyə hazır və ən əsası — sakit, çiçəklənən
ölkələrinin vətənpərvərləri olacaqlar. Bizim
uşaqlarımız bizdən yaxşı yaşamalıdırlar, bax, elə
onda da cəhdlərimizin boşa çıxmadığına əmin
olacağıq. Manasın ruhunun yeni innovasiyalar və
təhsil ilə uyğunlaşması qırğız minillik tarixini və
xalqın mənəviyyatını müasirliyə yazmağa imkan
verəcək. Mənəvi dəyərlər və ideyalar olmadan
yeni yol qurmaq olmaz. Mənəviyyata və əxlaqa
istinadgahsız, iqtisadiyyatda inkişafa nail olmaq
olmaz. Mənəviyyat – ümumi həmrəylik hisslərini
açan, bir insanın başqası, başqa tayfa və millətlərin
nəsilləri ilə birləşməsini əmələ gətirən qırğızlar
üçün möhkəmləndirmə ideyası idi. Bu halda
başqalarının marağı hesabına öz maraqlarına can
atma qəti şəkildə inkar edilirdi. Məhz mənəvi
vasitələrlə qırğız xalqı digər xalqlarla ünsiyyətdə
olaraq zənginləşmiş və interqrasiya etmişdir.
Yolun səmtini müəyyənləşdirmək və mümkün
dayanacaqları seçmək üçün müdrik başçı lazım idi.
Və buna görə də ataların yolunu ləyaqətlə getmək
üçün ən ədalətli və genişqəlbli, ən qoçaq və qeyrətli
adam seçilərdi. Başçı bütün məsələləri onu seçmiş
xalqın maraqları naminə həll edərdi. Belə şəxsi
eşidər və hörmət edərdilər. Dostları çox ola bilərdi,
amma ona heç kəs tay olmamalı idi. O hiddətlənə
bilərdi, amma qisasçı olmamalı idi. Bütün xalqı
arxasınca aparmaq üçün millətin beyni və ürəyi,
qılıncı və qalxanı olmalı idi. Onun üçün xalqın
hakimiyyətə inamı və fikri əsasdır. Başçının əsas
vəzifəsi – bütün vətəndaşların birləşdirilməsinə və
ümumi məqsədə çatmağa cəhd olmalıdır.
Dövlətçilik yaranana qədər qırğızlar yığcam
272
Dostları ilə paylaş: |