KALIY MOLDOBASANOV (1929-2006)
Bu, müasir Qırğızıstanın musiqi sənətində ən
parlaq fiqurlarından biridir. K.Moldobasanov –
Sosialist Əməyi Qəhrəmanı, qırğız peşəkar musiqi
sənətinin ilk dirijorlarındandır. K.Moldobasanovun
SSRİ Dövlət Mükafatı almış “Ana düzənliyi”
balet-oratoriyası nəinki Qırğızıstanda, eləcə
də bir çox xarici ölkələrdə böyük populyarlıq
qazanmışdır. Bəstəkar təkcə qırğız balalarının
xarakter və tinətini tam həcmdə verməmişdir, o
ən əsası, məhəbbətin qorxmaz ruhunu və gücünü
inikas etdirməyə müvəffəq olmuşdur.
Kalıy– gələcəkdə əsil musiqiçi, dirijor və
bəstəkar olmağında başlıca rol oynayan xalq
artisti Moldobasan Müsəlmankulovun varisidir.
K.Moldobasanov musiqiçi kimi musiqinin
gözəlliyini olmazın dərəcədə dəqiqliklə vermək
iqtidarındadır. Dirijor kimi sanki çubuğunun
yelləməsi ilə möcüzələr yaradan sehrbazdır. O,
millətin mənəvi simasını yaratmaq naminə böyük
əmək sərf etmiş və indinin özündə də bu amalla
çalışmaqdadır. Onun Qırğızıstan Respublikasının
Dövlət himninin yaradılmasında bəstəkar Nasır
Davlesovla həmmüəllif olması heç də təsadüfi
deyildir.
263
ASANXAN CUMAXMATOV (1923-2008)
Asanxan Cumaxmatov Çuy bölgəsinin İssık-Ata
kəndində anadan olmuşdur. 1926-cı ildə Asanxanın
üç yaşı olarkən, atasını həbsə almış və bütün əmlakını
müsadirə etməklə Sibirə sürgünə göndərmiş, anası
ilə uşağı isə Ukraynaya sürmüşdülər. 8 il Ukraynada
yaşadıqdan sonra 1938-ci ildə Vətəninə qayıdır və
təhsil almaq üçün pedaqoji texnikuma daxil olur,
sonradan orkestrdə işləməyə başlayır. Böyük Vətən
müharibəsi illərində A.Cumaxmatov Stalinqrad
cəbhəsində döyüşür. Ağır yaralanmış və cəbhəçi
kimi döyüş mükafatları almışdır: I dərəcəli “Vətən
müharibəsi”, “Qırmızı ulduz” ordeni. Müstəqillik
dövründə isə III dərəcəli “Manas” ordeni ilə
mükafatlandırılmışdır.
Dirijor A.Cumaxmatovun əsas xidmətlərindən
biri respublikada ilk simfonik orkestri təşkil edib
yaratmaqla baş dirijor və bədii rəhbər vəzifələrini
tutaraq kollektivin peşəkarlığını artırmaq və ustalıq
səviyyəsini yüksək səviyyəyə çatdırmaqdır.
Məhz qeyri-adi fitri istedadı, yorulmaz
zəhmətkeşliyi və təşkilatçılıq qabiliyyəti sayəsində
o, MDB ölkələrinin ən yaxşı dirijorları sırasına
düşdü. A.Cumaxmatovun qırğız xalq musiqisinin
inkişafında rolu böyükdür. Qırğız bəstəkarlarının
əvvəllər yalnız komuzda ifa edilən klassik küylərini,
A.Cumaxmatov milli kolorit və səslənməni saxlamaqla
orkestr üçün işləyib hazırladı. Hətta əksinə, komuzda
dinlənilməyə adət edilmiş xalq küyləri birdən-birə
yeni rənglərlə və qüvvə ilə səslənməyə başlandı.
Bununla yeni orkestr işləmələri yarandı: K.Orozovun
“İbarət”, “Terme-kambarkan”, “Kokoy-kəsdi”si,
M.Kurenkeyevin “Şınqırama”, “Kor ozan”, “At
getdi”si, Toktoqulun “Min xəyal”, “Çaykama”sı,
İ.Tumanovun “Jeniş”i, A.Oqonbayevin “Maş Botoy”,
“Oy, Bülbül”ü.
A.Cumaxmatovun yaradıcılıq yolunun yarım əsrdən
çox müddəti teatrla bağlıdır. Bu müddət ərzində rus,
qırğız, dünya klassikasından 50-dən çox opera və balet
səhnələşdirilmişdir. Onun rəhbərliyi altında respublikada
ilk dəfə olaraq, J.Bizenin “Karmen”, P.Çaykovskinin
“Qaratoxmaq qadın”, M.Dorqomıjskinin “Su pərisi”
kimi çox mürəkkəb tamaşalar səhnəyə qoyuldu. Uzun
illik yaradıcılıq fəaliyyəti dövründə çoxlu peşəkar
musiqiçi-orkestrçininin təlim-tərbiyəsi ilə məşğul
olmuşdur. Bu gün o, tam güc-qüvvəsi ilə ictimai
fəaliyyətini davam etdirir, respublika Musiqi Xadimləri
İttifaqının prezidentidir. A.Cumaxmatov incəsənətə
əvəzsiz xidməti, istedadı sayəsində nəinki doğma
Qırğızıstanda, eləcə də onun hüdudlarından kənarda
ümummilli sevgini qazana bilmişdir.
264
TURQUNBAY SADIKOV
Bizim gözəl müasirimiz, görkəmli heykəltəraş,
yorulmaz ictimai xadim və sadəcə, cazibədar,
həyatsevər, açıq qəlbli insan. Turqunbay Sadıkovu,
layiqli olaraq, Qırğızıstan heykəltəraşlığının
özülünü qoyan şəxs hesab edirlər, elə buna görə
də, bizim üçün o, qığrız Mikelancelosudur. Bunlar
heç də gurultu ilə səslənən epitetlər deyil. Bü gün
bizim abad, rahat, yaşıl Bişkekimizi onun əli ilə
yaradılmış arxitektura abidələri olmadan təsəvvür
etmək qeyri-mümkündür. Onun təkrarsız “Xalqlar
dostluğu” Assambleyası, inqilab mübarizlərinə
abidə, Toktoqul, “El kutu” və Səxavətli Manasın
abidələri əsrlər boyu qalacaqdır. Onun möcüzəli
sənət əsərlərindən biri də respublikanın
paytaxtındakı müstəqillik obeliskidir. Bu şəxsin
cəsarətinə həsəd aparmaq olar, axı o, bütün qadağa
və əngəllərə baxmayaraq, heykəllərini 70-80-ci
illərdə yapmışdır.
Bu gün T.Sadıkov Rəssamlıq Akademiyasının
rektorudur, aludəçiliklə yeni heykəltəraşlar
pleyadasının
təlim-tərbiyəsi
ilə
məşğul
olmaqdadır. Bu təhsil müəssisəsi Mərkəzi Asiyada
gənc heykəltəraşların hazırlanmasında ən yaxşı
ali məktəb hesab edilir. O, qapısı hər kəsin üzünə
açıq olan yaradıcılıq emalatxanasını qonaqlarına
böyük məmnuniyyətlə göstərir. Bütün Mərkəzi
Asiyadan onun yanına qonaqlar gəlirlər. T.Sadıkov
və ya sadəcə, Turqunbay ağa, xalq tərəfindən
Qırğızıstanın qəhrəmanı elan edilmişdir və biz
qırğızıstanlılar üçün ən hörmətli ağsaqqaldır.
265
Dostları ilə paylaş: |