ÇOLPONBƏY BAZARBAYEV (1949-2002)
Qırğız torpağı bir çox pərəstişkarların
kumirinə çevrilmiş dünya səviyyəli Çolponbəy
Bazarbayev kimi cahanşümul istedadlardan heç
vaxt məhrum olmamışdır.
Onun artistlik yüksəlişi sürətli oldu. Frunzedə
M.Kurenkeyev
ad.
Musiqi-Xoreoqrafiya
məktəbində təhsil aldığı illər və Moskva
Akademik Xoreoqrafiya Məktəbindəki təcrübə
artıq onu peşəkar səhnədə uğurlu debütə hazırladı.
“Qu gölü” baletindəki ilk çıxışından sonra dərhal
mütəxəssis və tamaşaçıların diqqətini cəlb etdi.
Az sonra hamı tərəfindən milli balet truppasının
lideri kimi tanınmış Bazarbayev “Yatmış gözəl”,
“Şelkunçik”, Don Kixot”, “Karmen-süita”,
“Əbədiyyət”, “Tomiris”, “Rəqqasə”, “Çolpon”
və başqa baletlərdə aparıcı partiyaları ifa edirdi.
Onun repertuar siyahısında həm müasir, həm də
tarixi tematika əsas hissəni tuturdu. Aktyorun
istedadı qəhrəmanlıq obrazlarında tam açıldı.
Onların içində xüsusi aparıcı yeri rəşadətli Spartak
tutur. O, döyüşdə hünərvərcəsinə məğlubedilməz,
sevgilisi ilə görüşdə nəzakətli və sədaqətlidir.
O həmçinin bəstəkar K.Moldobasanovun “Ana
düzü” balet-oratoriyasındakı Qasım obrazını da
qayğı və sevgi ilə, yalnız ona xas böyük ustalıqla
yaratmışdı. Dünyanın bir çox səhnələrində ona
əl çalaraq alqışlamışlar. O, başqalarının şeirdə,
mahnıda və ya kətan üzərində verdikləri hər
şeyi rəqsdə anlada bilmişdi. Bizdə xalq arasında
yaraşıqlı kişiləri “cigittin-qulu” adlandırırlar
ki, bu da “igidin gülü” deməkdir. Çolponbəy
Bazarbayev həqiqətən də təkrarolunmaz cazibəyə
və misilsiz istedada malik insan idi. Təəssüf ki,
bu gün biz Allah tərəfindən verilmiş bu istedadı
itirmişik. Çolponbəy nadir hallarda rast gəlinəcək
ürəyiaçıq, ziyalı, həyatsevər, dərin yumor hissinə
malik insan idi. Sadalanan bütün xüsusiyyətlərdən
başqa həm də həddən ziyadə nadir natiqlik
qabiliyyətinə malik idi. Onun qəfil faciəvi ölümü
nəinki doğma və yaxınlarını, həmçinin bütün
sevən pərəstişkarlarını sarsıtdı. Hamı ürəyində
ağlayırdı. Bir həqiqəti dərk etdim ki, ulduzların
səmadan yerə enməsi təhlükəlidir. O isə sözün
əsil mənasında ulduz idi.
256
SABIRƏ QUMUŞƏLIYEVA (1917-2007)
Aktyor ər-arvadın ikisinin də eyni dərəcədə
istedadlı olması, tamaşaçıların sevgisini paralel
qazanması və zaman keçdikcə öz millətinin
mənəvi liderinə çevrilməsi nadir haldır. Qırğızıstan
Respublikasının xalq artısi Muradbəy Rəsulov –
Sabirə Qumuşəliyevanın həyat yoldaşıdır. Deyilənə
görə, ölümündən qabaq o, sevimli arvadına deyibmiş
ki, xanımı, ərinin teatr incəsənətinin ulduzuna
çevrilməyindən ötrü kölgədə qalaraq əlindən
gələni edibmiş. Amma əslində hər şey əsla belə
olmamışdı. Sabirə Qumuşəliyeva kölgədə qalmadı.
Məhsuldar ömrünün 67 ilini səhnədə keçirərək,
2000-ci ildə Qırğızıstanda ali fərqləndirmə mükafatı
– “Qırğızıstan Respulikasının Xalq Qəhrəmanı”
mükafatını alan ilk qadın oldu. S.Qumuşəliyeva
– daxili gözəllik, qırğız qadınının istedadının
mücəssəməsidir, milli ənənələri, azadlıq ruhunu,
qabiliyyəti kövrəkliklə qoruyan insandır. Onun
rejissor T.Okeyevin “Alova idaət et” filmində Urkui
ana rolu bənzərsiz ifa olunmuşdur. Əminəm, elə
bir tamaşaçı tapmaq olmaz ki, bu filmi seyr edərkən
göz yaşına hakim kəsilsin. Dərininə varsaq, Sabirə
Qumuşəliyeva – yeni nəsillərə xeyir-dua verən ikinci
Umay-ənədir.
İndi qırğız kino və teatrını Sabira Qumuşəliyevanın
uğurları olmadan təsəvvür etmək olmaz. Düşünürəm
ki, gözəllik təkcə cavanlıqda olmur. Sönməz gözəllik
qocalığa qədər gedə bilər. Bayramların birində
meydanda bayraq ağacının yanındam keçən xalq
artisti S.Qumuşəliyevanı görəndə öz düşüncələrimdə
bir daha əmin oldum. O, qüsursuz formada idi:
milli geyimdə və miniatür dikdaban tuflidə özünə
əminliklə və mərdanə, yalnız ona xas ləyaqətlə və əsil
aristokratlar sayağı addımlayırdı. Diqqət etdim ki,
onun gözəlliyinə valeh olan təkcə mən deyilmişəm.
Bir zamanlar rəssam Çuykov qırğız qızının şəklini
çəkmişdi. Şəkil elə belə də adlanırdı: “Sovet
Qırğızıstanın qızı”. Deyəsən, rəssam elə Sabirə-
əkənin özünün şəklini çəkmişdi. Onun cavanlığını
elə belə də təsəvvür edirdim.
257
ÇINGIZ AYTMATOV (1928 – 2008)
Qırğızıstanın xalq yazıçısı, Sosialist Əməyi
Qəhrəmanı, Lenin mükafatı laureatı, Qırğızıstanın
və dünyanın bir çox ölkələrinin Dövlət mükafatı
laureatı, Qırğızıstanın Milli Qəhrəmanı, əsərləri
planetin yüzlərlə dilinə tərcümə edilmiş şəxs Talas
vilayətinin Şəkər kəndində anadan olmuşdur.
Çingiz Aytmatov “altmışıncılar” nəslindəndir.
Bu, maarifpərvər ruhun, yaxud söylənildiyi kimi,
“fizik və liriklərin” ən yaxşı dövrü idi. Hər halda,
azadlığın toxumunu məhz onlar səpmişdilər və
insana qarşı olan ictimai quruluşa qarşı səslərini
ucaldan onlar olmuşdu. Ç.Aytmatovun bütün
həyatı – xalqa ləyaqətlə xidmətdə və üzərinə düşən
vəzifəni yerinə yetirməkdə bizim üçün nümunədir.
O, həqiqətə və xeyirə möhkəm inamın bariz
nümunəsidir. Bü gün dünya ədəbiyyatını Çingiz
Aytmatovun ismi və onun misilsiz əsərləri olmadan
təsəvvür etmək mümkün deyildir. O, dünyada
əbədi və sönməz mənəvi dəyərlərin təsdiqinin
güclü toplusunu özündə daşıyan yazıçı kimi
tanınmışdır. “Cəmilə”, “İlk müəllim”, “Üzbəüz”,
“Qırmızı alma”, “Qırmızı örpəyimdə qovaqcıq”,
“Dəvə gözü”, “Oğulla görüş”, “Çətin keçid”, “Ağ
paroxod” povestləri, “Cəllad kötüyü”, “Çovğunlu
yarımstansiya” (“Gün var, əsrdən uzun”),
“Əlvida, Gülsəri!”, “Dəniz qırağında qaçan ala
it”, “Kassandranın damğası” romanları və adlarını
xatırlatdığım başqa bir çox ölməz əsərlər onun
qələminin bəhrəsidir.
Məhz Qırğızıstan, bu “sirli ölkə” (vaxtilə rus
səyahətçiləri bizim diyarımızı belə adlandırırdılar)
dünyaya XX yüzilliyin parlaq, görkəmli yazıçısını
– Çingiz Aytmatovu bəxş etmişdir. Məhz Aytmatov,
Yeniseyin yuxarı axarlarından qırğız səma dağları
Ala-Too yüksəkliyinə qədər köçəri dünyasının
yaratmış olduğu ən yaxşı yaradılışın – mənəvi
müdrikliyin tükənməz bulağına çevrilmiş xalq
dastanı “Manas”ın baş qaldırdığı mənbəyində
dayanmışdı.
Bütün
dünya
Ç.Aytmatovun
yaradıcılığı sayəsində min illik inkişaf tarixinə
malik qırğız xalqını, onun mədəniyyətini,
ənənələrini, dünyagörüşünü, fəlsəfəsini, arzu-
diləklərini və can atdığı məqsədlərini tanıdı.
Bununla da o sanki cahanın qırğız obrazını
çəkmişdi. Yazıçı öz yaradıcılığında milli dəyərləri
dünya mədəniyyətinin ən mütərəqqi uğurları ilə
258
Dostları ilə paylaş: |