SUYMƏNKUL ÇOKMOROV (1939-1992)
Gözəl peşəkar rəssam, populyar və hamının sevimli
artisti – beynəlxalq kinofestivallarda ən yaxşı kişi roluna
görə beş dəfə ali mükafata layiq görülmüş yeganə
aktyor. Onun yaratdığı obrazlar sayəsində bütün dünya
əsil qırğızın qəlbi, mentallığı və dünyagörüşündən
xəbərdar oldu. Onun bədii təsvirləri Milli Muzeyin
təsviri incəsənət zallarını bəzəyir, çəkildiyi filmlər
isə yaşlı və gənc nəsli həyəcanlandırır. Suymənkulun
qeyri-adi xasiyyəti haqqında, onun öz işinə məsuliyyətli
münasibəti haqqında tənqidçilər və jurnalistlər az
yazmamışlar. Bu aktyorun şəxsiyyətini parlaq xarakterizə
edən bir hadisə yadıma düşür. “Karaş aşırımında atışma”
filminin çəkilişləri zamanı Çokmorovun qəhrəmanı öz
atı ilə gur dağ çayında boğulmalı idi, iş belə gətirdi ki, o
həqiqətən də boğulmağa başladı. Çəkiliş qrupundan heç
kim ona gur, buz kimi soyuq sudan çıxarmağa yardımçı
ola bilmirdi, bu an rejissor tərəfindən lentə alındı və
həqiqətdə nə baş verdiyi tamaşaçılardan heç kimin
ağlına belə gəlmədi. Hamı yalnız ustalıqla oyuna və baş
qəhrəmanın xarakterinin verilməsinə valeh olurdu. Bu
məqam – filmin ən təsiredici anıdır. Məhz onda dahi
qırğız aktyoru soyuqladı və sağalmaz böyrək xəstəliyinə
tutuldu. Ömrünün son illərini Suymənkul Çokmorov ağır
xəstəlikdən əziyyət çəkirdi, lakin bunlara baxmayaraq,
mütəmadi olaraq filmlərdə çəkilməkdə davam edirdi.
10 il ərzində hər üç gündən bir Suymənkulun 4-5 saat
ərzində qanını təmizləyir və gün ərzində cəmi üç stəkan
su içməyə icazə verirdilər. Onun həyata, insanlara
sönməz məhəbbəti, sınmaz ruhunun aliliyi bütün xalqın
iradəsinin əksi idi.
Suymənkulla bütün Qırğızıstanın vidalaşdığı
kədərli günü xatırlayıram. Akademik Opera və Balet
Teatrında vətəndaşların vidalaşması ilə dəfn mərasimi
keçirildi. Gələnlərin sayı həddindən artıq çox idi – ucu-
bucağı görünməyən kütlə. Gələnlərin heç də hamısı
sonuncu dəfə dahi artistə təzim etmək üçün içəri keçə
bilmədi. Çoxları dəfn mərasiminin arxasınca Ala-
Arça qəbristanlığına getdilər ki, sevimli artistlə orada
vidalaşa bilsinlər. Suymənkul Çokmorovun vəfat günü
ümummilli matəm günü oldu. O həqiqətən də milli
qəhrəman idi və xalqın yaddaşında əfsanəvi şəxsiyyət
kimi qaldı.
Manas rolunu oynamağı arzulayan böyük aktyor
dünyadan köçdü. Həqiqətən, o, bəlkə də Səxavətli
Manasın obrazını nəinki mənəvi, eləcə də zahirən
yaradacaq yeganə kino aktyoru idi.
253
BULAT MINJILKIYEV (1940-1996)
Özünün ilhamverici incəsənəti ilə istedadlı
və zəhmətkeş qırğız xalqını təmsil edən Bulat
Minjilkiyev 23.04.1940 tarixində İssık-Kul
vilayətinin Toru-Ayğır kəndində anadan olmuşdur.
O, XX əsrin məhşur baslarından biri, SSRİ
Xalq artisti, qırğız xalqının fəxarəti idi. Sözsüz,
qüdrətli istedadı ona Allah tərəfindən verilmişdi,
uşaq vaxtı eşitdiyi xalq melodiyaları, doğma
yurdun əfsanələri, dahi musiqiçilərin yaratdıqları
isə yaradıcı vergisini oyatmışdı. Onun əzəmətli,
eyni zamanda məxməri səsi, gözəl aktyorluq
qabiliyyəti təbiətin möcüzəsi idi. O, romansları,
operalardan ariyaları parlaq peşəkarlıq və qəlbdən
gələn insan hərarəti ilə ifa edərdi. Onun səhnəyə
hər gəlişi hadisəyə çevrilərdi. Maraqlıdır ki, XX
əsr qırğız incəsənəti renessansının nümayəndələri
məhz opera müğənniləri olmuşdu. Bizim Bulat isə
qırğız xalqının ruhunun güclü təmsilçisi idi. Bu,
xüsusilə “Manas” və “Ayçörək” tamaşalarındakı
onun yaratdığı əfsanəvi obrazlarda təzahür etmişdi.
O təkrarolunmaz fərdiliyə malik idi: dinləyicini
şaşırdan artistizmə, epik geniş əhatəyə, dramatik
təzadlara, əzəmətli səsə və zahiri cazibədarlığa.
İlya Erenburqun ədalətli sözləri yada düşür:
“Milli dahi nə qədər böyükdürsə, sarhədləri
bir o qədər asanlıqla aşıb ümumbəşəri olur”.
Yəqin buna görədir ki, Bulatı İtaliyada və
Fransada, Yaponiyada və Almaniyada, ABŞ-
da və Rusiyada, Avstriyada və b. ölkələrdə də
özününkü hesab edirdilər. O, çox gözəl opera
incəsənəti məktəbi keçmişdi: Daşkənd, Sankt-
Peterburq, italyan məktəbləri və müğənninin
sonuncu yaradıcılıq məkanı – cahanşümul ecazkar
istedadlar koqortasını yetişdirən, həmişə dünya
istedadlarının qızıl beşiyi olmuş Mariinsk opera və
balet teatrı. Bulat Minjilkiyev həmişə qırğız opera
incəsənətinin birinci ulduzu olaraq qalacaqdır.
Mən 2010-cu ilin noyabrında Sankt-Peterburqda
idim. Və afişalarda aşağıdakı məzmunlu mətni
görəndə Mariinsk teatrına minnətdar oldum: “Bu
ilin teatr mövsümünün açılışı SSRİ Xalq artisti
Bulat Minjılkiyevin xatirəsinə ithaf olunur”.
254
TOLOMUŞ OKEYEV (1937-2001)
Gənc
qırğız
rejissoru
T.Okeyevin
“Uşaqlığımızın səması” filmi ekrana çıxdıqdan
sonra xarucdə “qırğız filminin möcüzəsi” haqqında
danışmağa başladılar. Sonra digər filmlər çıxdı:
“Atəşə itaət et”, “Qırmızı alma”, “Ulan”, “Qızıl
payız”, “Vəhşi”, “Ağ Bəbirin nəsli” və əsil
kinoşedevrə çevrilmiş daha onlarca filmlər.
Bütün işlər yalnız ona xas uşaq səmimiliyi və
sadəlövhlüyü ilə seçilir. Onun filmləri dəfələrlə
beynəlxal festivallarda əsas mükafatlara layiq
görülmüşdür. T.Okeyevin sayəsində bizdə yeni
istedadlı aktyorlar pleyadası yaranmışdır.
“Uşaqlığımızın səması” filmi kəndli-
tamaşaçılarda həmişə ayaqyalın uşaqlıq illərinin
xatirələri ilə assosiasiya edilir. “Ağ Bəbirin nəsli”
– bu, ətraf aləmimizə, insanın ana-təbiətlə qırılmaz
əlaqəsinə həsr olunan himndir. Bu filmin ayrı-
ayrı epizodları uşaqlığını dağlar arasında keçirən
hər birimizə doğma və anlaşılandır. Azadlığa və
sevgiyə oxunan himn... Özünün ən böyük arzusunu
– Çingiz xan haqqında film çəkməyi – artıq həyata
keçirməyə çatdırmadı.
Istedadlı qırğız rejissorunun ölüm xəbəri bizim
üçün naqafil oldu. Tolomuş Okeyevin qəfil ölümü
barədə xəbər uzaq xaricdə bütün onu tanıyanlar
arasında şok yaratdı. Həyatdan bu cür əsil
insanın getməsi həqiqətən də milli faciə oldu. O,
insanpərvərlik, humanizm və Vətənə məhəbbətinə
görə hələ sağlığında ikən ümummilli sevgisi
qazanmış şəxsiyyətlərdən biri idi. O, ölkəsinin əsil
oğlu idi.
Məlum olmuşdur ki, Tolomuş ağa İssık-
Kul sahillərində azad iqtisadi zona – “Kinostan”
yaratmaq istəyirmiş. Hal-hazırda mənim tərəfimdən
“Kinostan” haqqında qanuncericilik hazırlanmışdır,
dahi usta bunu bütün ömrü boyu arzulamışdı.
255
Dostları ilə paylaş: |