AALI TOKOMBAYEV (1904-1988)
Qırğızıstanın xalq şairi, ilk qırğız yazıçısı,
Sosialist Əməyi Qəhrəmanı, Toktoqul ad. Dövlət
mükavatı laureatı, ilk qırğız dramaturqu, özünün
yaşadığı 1916-cı illər hadisələrinə həsr edilən “Qanlı
illər” mənzum romanının müəllifi, onlarla poeziya
toplusunun müəllifi, “Yaralı qəlb”, “Melodiyanın
sirri” kimi mənsur povestlərinin və bir çox əsərlərin
müəllifi – Aalı Tokombayev respublikada bədii sözün
patriarxı hesab edilir. 07.11.1924-cü ildə ilk qırğız
qəzeti “Erkin Too”nun birinci nömrəsində məhz
onun “Oktyabr epoxası” adlı şeiri çap edilmişdi. Bir
müddət sonra Aalı Tokombayev sonradan peşəkar
yazıçılar birliyinə qədər yüksələcək “Uçqun”
adlı ilk ədəbi birlik yaradır. O, birinci yazıçılar
şəcərəsinin lideri oldu. Aalı Tokombayev Dante və
Şekspir, Göte və Balzak, Puşkin və Tolstoy, Qorki
və Mayakovskinin əsərlərini respublikada qırğız
dilinə ilk tərcümə edən olmuşdur. Hələ 1936-cı ildə
A.Tokombayev respublika Konstitusiyasına qırğız
dilinə dövlət statusu verilməsi haqqında bəndin əlavə
olunması barədə təklif irəli sürmüşdü.
A.Tokombayev Stalin həbsxanasında guya
millətçi baxışlarına görə cəza çəkərkən ona nə kağız,
nə mürəkkəb verirdilər, lakin bunlara baxmayaraq o,
çörəyin içindən Lenini büstünü yapmış, geyimindən
sapları dartaraq zindan döşəkağısında Puşkinin
portretini və bu dahi rus şairinə həsr edilən üç rübai
tikmişdi: “Mən də sənin kimi şərləndim günahsız...”
A.Tokambayev öz zəmanəsinin sadiq oğlu idi, o,
sosializm ideallarına fədakarcasına inanır və qulluq
edir, Rusiyanın ucqarlarındakı millətlərin çoxunun
azadlığına yol açmış böyük şəxsiyyət hesab edərək
Leninin qarşısında təzim edirdi.
Məşhur qırğız tənqidçisi Keneşbəy Asanəliyev
öz əsərlərində A.Tokombayevi belə xarakterizə edir:
“Aalı Tokombayevin öhdəsinə milli ədəbiyyatın
peşəkarcasına doğulduğu, yaranış tapdığı və sonrakı
inkişaf prosesi və çiçəklənmə məqamının bütün
mühüm mərhələlərində xüsusi bir yük daşımaq
missiyası düşdü” A.Tokombayev özündən sonra
zəngin yaradıcılıq irsi qoyub getdi: şeirlər, pyeslər,
povestlər və digər müəlliflərin əsərlərindən etdiyi
tərcümələr. Onun parlaq həyat yolu hamıya yaxşı
bəllidir və xalq tərəfindən sevilməkdədir.
244
İSHAQ RƏZZAQOV (1910-1979)
İshaq Rəzzaqov atadan-anadan yetim idi,
savada uşaq evində yiyələnmişdi. Uzun müddət
Özbəkistanda işləmiş, orada hörmət qazanmışdı,
buna bariz nümunə kimi, onun neçə il Özbəkistan
SSR KP MK-nın katibi işləməsini misal çəkmək
olar. 1945-50-ci illərdə Qırğızıstan SSR Nazirlər
Sovetinin sədri, 1950-ci ildən 1961-ci ilə qədər isə
Qırğızıstanın KP MK-nın birinci katibi olmuşdu.
70 il ərzində ötən əsrin dahi şəxsiyyətlərinin,
o cümlədən milli kateqoriyalarla düşünən və
yaradan İ.Rəzzaqovun da adı zor gücünə insanların
hafizəsindən silinirdi.
O, həddindən artıq ziyalı, çox mütaliə etmiş və
məqsədyönlü, xalqının müqəddəsliyini dərindən
duyan, aktiv təşkilatçı bir insan idi, ədəbiyyatla ciddi
maraqlanırdı və hətta L.Tolstoyun və A.Çexovun
ayrı-ayrı əsərlərini özbək dilinə tərcümə də edirdi.
Məhz onun dövründə Qırğızıstanda ilk elmi-
təhsil mərkəzləri, institutlar yaradılmış, iri sənaye
və elmi müəssisələrin tikintisi başlanılmışdı.
O, iqtisadi sferada bölgə məsələlərinin həlli
üçün respublikanın səlahiyyətlərinin artırılması
uğrunda fəal surətdə böyük işlər aparırdı. Onun
zamanında Qırğızıstan KP MK-nın 18-28
avqust 1958-ci il ildə “Rus məktəblərində qırğız
dilinin tədrisi” haqqında qərarı qəbul edildi.
İshaq Rəzzaqov özünü, həyatının mənasını
Qırğızıstansız təsəvvür edə bilmirdi. Hətta o,
Moskvada məcburən yaşadığı zamanda bircə
şey arzulayırdı – ölümündən sonra Vətənində
dəfn edilsin. Bu arzu yalnız 2000-ci ildə həyata
keçdi, Qırğızıstan Respublikasının Prezidenti
Əsgər Akayevin təşəbbüsü ilə İ.Rəzzaqovun nəşi
Vətəninə gətirilib dəfn olundu. Onun adı, dan
ulduzu Çolpon kimi, xalqa xidmət yoluna şəfəq
saçır. Onu başqalarından fərqləndirən misilsiz
insansevərliyi, alicənablığı və şəffaf təmizliyi
idi. Qırğızıstanı çiçəklənən görmək onun üçün
xoşbəxtlik idi. Əldə etdiyimiz dövlətçiliyə görə
biz böyük şəxsiyyətlərimizin yaradıcı əməyin, o
cümlədən İ.Rəzzaqova borcluyuq. O, keçmişdə
yaşadı, amma gələcəyin şəxsiyyətinə çevrildi.
245
TOROBAY KULATOV (1908-1984)
1908-ci ildə Oş vilayətinin Aravan bölgəsinin
Qızıl-Bulaq kəndində anadan olmuşdur. 1920-ci
ildən 1925-ci ilədək Qızıl-Kiya şəhərində yaşamışdır.
1925-ci ilin fevralından Kuvasay-Qızıl-Kiya
dəmiryolunun tikintisində işləmişdir. Sonra şaxtada
qazmaçı kimi çalışmışdır. 1934-cü ildə kömürçülərin
komitə sədri seçilmişdir. 1936-cı ildə sovet-partiya
işçilərinin kursunda təhsil almış, 1938-ci ildə Qızıl-
Kiya şəhər sovetinin icraiyyə komitəsinin sədr
müavini seçilmiş, sonra “Qırğızkömür” trestinin
direktor müavini olmuşdur. 1938-ci ilin iyulunda
Qırğızıstan SSR Xalq Komissarları Sovetinin
sədri təyin edilmiş, 1945-ci ilin sentyabrında isə
Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin
sədri seçilmişdir ki, orada 33 il səmərəli surətdə və
uğurla işləmişdir. 1978-ci ildən İttifaq əhəmiyyətli
təqaüdə çıxmışdır.
Vətən qarşısında xüsusi xidmətlərinə görə, beş
dəfə Lenin ordeni, dörd dəfə Qırmızı Bayraq ordeni
və bir çox medallarla təltif edilmişdir. Dəfələrlə SSRİ
və Qirğızıstan SSR Ali Sovetinin deputatı seçilmişdir.
T.Kulatov böyük yenidənqurmalar dövründə ölkənin
rəhbəri olmuşdur. Yəqin respublikanın istənilən
bölgəsində elə bir möhtəşəm tikili tapmaq olmaz ki,
ora Kulatov öz imzasını atmamış olsun. Məhz bu illər
Böyük Çuy kanalı salındı, Kant-Balıqçı dəmiryolu
qolu çəkildi, eləcə də yüksək dağ magistralı Frunze-
Oş inşa olundu. T.Kulatov siyasətçi-konsolidator,
xalqının mənafeyini güdən insan idi. O həddindən
artıq xeyirxah, sadə və həssas insan olmuşdur. Bizdə
belə deyirlər: “Ot quruyar, dağlar qalar, amir gedər,
xalq qalar”. Həqiqətən də illər keçdi, amma Kulatov
haqqında xatirələr xalqın bu gün də yaddaşındadır.
Bu, Jenijokun mahnısında belə ifadə olunur.
Xalqınla bahəm – insansan,
Xalqsız bir kəs deyilsən.
Göydə ulduza çatsan da,
Cahanı əl altına alsan da.
Yalnız xalqınla böyüksən,
Xalqsız – yalnız “kiyiksən”.
246
Dostları ilə paylaş: |