YUSUP ABDRƏHMANOV (1901-1938)
Yusup
Abdrəhmanov
–
Qırğızıstan
dövlətçiliyinin əsasını qoymuş bani atalardan
biri və məhşur siyasi xadimdir. O, 1901-ci ildə
Qaragöl uyezdinin Aksuy vilayətinin Çirkey-
Kungey kəndində anadan olmuşdur. 1916-cı ildə
baş vermiş üsyandan sonra atasını, anasını və bütün
doğmalarını itirib Çinə qaçmışdır. Vətənə 1917-
ci ildə qayıtmış və üçillik rus-yerli məktəbində
oxumuş, məktəbi bitirdikdən sonra işə düzəlmiş, bir
qədər sonra Gənclərin İnqilab Kommunist İttifaqının
III qurultayında nümayəndə kimi iştirakçı olmuş,
V.İ.Leninlə şəxsən görüşüb söhbət etmişdir. 1918-ci
ildə bolşeviklərin partiyasına daxil olmuş və Qızıl
Orduda könüllü qulluq etmişdir. 1919-cu ildə tərxis
olundurdan sonra vilayət komitəsi icra bürosunun
üzvü seçilmişdir. 1920-ci ildən partiya işinə və ictimai
həyata qatılmışdır. 1927-ci ilin martından – birinci
Qırğızıstan MSSR hökumətinin sədri olmuşdur.
O, altı il bu yüksək vəzifədə çalışmış, dövlətçilik
naminə böyük əmək sərf etmişdir. Sadə adamların
içərisində nüfuzu qalxdıqca, hakimiyyətdə olan
rejimə xoş gəlmirdi. Öz çıxışlarında tez-tez cürətlə
ölkənin milli-ərazi quruluşu məsələsini qaldırırdı.
Zəiflik və yaltaqlıq uşaqlıqdan ona yabançı olmuşdu.
Dərin intellekt, aydın zəka, qətiyyən və mətanət ona
xas xüsusiyyətlərdən idi.
Əti ətindən, qanı qanından olan xalqının
əzablarına dözə bilmirdi. 1938-ci ildə guya Sosial-
Turan partiyasına cinayətkar üzvlüyünə görə
güllələnmişdi. Böyük adamlar xalqın əzabından,
millətin ağrısından doğulurlar.
O öz gündəliklərində yazırdı: “Qırğızıstan
mənim həmvətənlərin üçün arzulanan, sevilməli,
qayğısı çəkilməli ölkə deyil, sadəcə, öz şəxsi
rifahını düzəltmək üçün bazadır – bax, xalqımın
bədbəxtçiliyi də elə bundadır”. Biz bu gün də, keçid
dövründə həmin çətinlikləri hiss edirik. Ondan ötrü
zəfər XX əsrin sonunda gəldi, o zaman ki, ölkədə
kimin kim olduğu üzə çıxdı. Onun xatirəsi həmişə
bizimlədir və müqəddəsdir. Paytaxtımızın mərkəzi
küçəsi (keçmiş Sovetski) onun adına daşıyır.
Y.Abdrəhmanovun dövlət quruculuğunda əməyi
son dərəcə dəyərlidir. Bu isə o deməkdir ki, həmin
insanın adı əbədidir.
235
ABDIKƏRIM SIDIKOV (1889-1938)
1889-cu ildə Çuy vadisində doğulmuşdur. O
dövrə görə çox yaxşı təhsil almışdır. 1917-ci ildə
həmfikir və silahdaşlarının aktiv iştirak etdikləri
“Alaş” qazax-qırğız partiyasının Pişpek bölməsinin
başçısı şəxsində Qırğızıstanın çoxmillətli xalqının
birinci lideri olmuşdur. Onlar Qırğızıstanda ideya
müxalif proqramı “otuzlar” adlandırılan məktubdan
sonra bolşevik partiyasının rəsmi kursunun birinci
mütəşəkkil qarşıdurması oldular. “Otuzlar”ın lideri və
ideya ilhamçısı A.Sıdıkov idi. Bəyanatın müəlliflərinin
dövlət yenidənqurmasının siyasi və iqtisadi kursuna öz
baxışları vardı. 20-ci illərdə Yeddisu vilayət icraiyyə
komitəsinin sədri A.Sıdıkov oldu. 1922-ci ildə o,
Qırğız Dağlıq vilayətinin yaradılması ideyasını irəli
sürür və Dağlıq vilayətin Təsis qurultayının çağırışı
üzrə vilayət təşkilat komitəsinin sədri qismində təsdiq
edildi. A.Sıdıkov və onun məsləkdaşları qırğız xalqının
əsrlərlə arzusinda olduqları azadlıq amalının ilk
ifadəçiləri kimi çıxış etdilər. Lakin Stalinin teleqramı
müstəqil Qırğızıstan vilayəti haqqında məsələni təxirə
saldı, A.Sıdıkov isə Türküstan MSSR-in MİK-nə geri
çağırıldı. 1925-ci ildə “otuzlar”ın liderləri partiyadan
və rəhbər vəzifələrdən azad edildilər. 1938-ci il
kütləvi repressiyaları zamanı A.Sidıkov həbs edildi
və xalq düşməni kimi güllələndi.
Qırğızıstanın müstəqilliyi haqqında ideya
A.Sıdıkovu hələ 1920-ci ildən, V.İ.Leninə öz
həmfikirləri ilə birgə qırğızların ağır şəraitlərindən və
Çindən qayıdanlara diqqət yetirmək barədə məktub
göndərdiyi zamandan düşündürürdü: məktəb yaşına
çatan qırğız uşaqlarının ümumi icbari təhsili haqqında
əmr vermək; xidmətə yararlı qırğız oğlanlarını
orduya, hərbi xidmətə qəbul etmək, müəllimlərin
və təlimatçıların Daşkənd hərbi kursları bitirmiş
öz qırğızları olmaq şərtilə, onların təhsilini qırğız
dilində aparmaq, eləcə də 1920-ci ildən başlayaraq
qırğızların maldarlıq və kənd təsərrüfatı işlərinin
istehsal səviyyəsini artırmaq üçün xalqa kömək və
yardım göstərmək. Abdıkerim Sıdıkov xalq arasında
böyük hörmət qazanmışdı, təsadüfi deyildir ki, onu
böyük sevgi ilə əfsanəvi qırğız bahadırı – Manasın adı
ilə adlandırırdılar.
Qırğız dövlətçiliyinin banilərinin xatirəsini
əbədiləşdirmək və nəsillər arasında əlaqələr hissini
möhkəmləndirmək üçün Bişkekdə Xatirə Xiyabanı
salınmış və orada Qırğızıstanın XX əsrdə yaşamış
digər dahi dövlət və siyasi xadimlərinin – Abdıqədir
Orozbəyov, Yusup Abdrəhmanov, Bayal İsakeyev,
Torobay Kulatov, İshaq Rəzzaqovun heykəlləri ilə bir
sırada Abdıkərim Sıdıkovun abidəsi də ucaldılmışdır.
236
İMANALI AYDARBƏYOV (1884-1938)
O, 1884-cü ildə Pişpək uyezdinin Arçalı kəndində
anadan olmuşdur. Pişpək kənd təsərrüfatı məktəbində təhsil
almışdır. 1910-cu ildən müxtəlif kənd təsərrüfatı orqanlarında
çalışmış, Pişpək uyezd icraiyyə Komitəsinin Fövqəladə
Komissiyası kollegiyasının üzvü olmuş, Kuntuy nahiyəsinin
deputatı seçilmişdir. 1919-cu ilin sonunda Pişpək uyezdi
şəhər icraiyyə komitəsi Xalq Deputatları Sovetinin deputatı
seçilmişdir. O, aclıq, savadsızlıq və banditizmlə daima
mübarizə aparan mahir, bacarıqlı rəhbər idi. Köçərilərin
torpaqla təchiz olunub məskunlaşdırılması probleminin
həllində və Orta Asiya xalqlarının milli hüdudqoyulma
işində fəal iştirak etmiş, paytaxtın yaşıllaşdırılması və
abadlaşdırılmasında əsas təşəbbüskar olmuşdur. Qəlbinin
dərinliyinə qədər inqilabçı İ.Aydarbəyovun adı XX əsr
Qırğızıstanında geniş yayılmışdı.
21.10.1924 tarixdə Qara-Qırğız Muxtar Vilayətinin
İnqilab Komitəsi yaradıldı. İnqilab Komitəsinin sədri İmanalı
Aydarbəyov seçildi. Onun planlarına növbəti məsələlərin
həlli daxil idi: xalq adından dövlət hakimiyyətinin həyata
keçirilməsi, vilayətin inzibati-ərazi bölgələşdirilməsini
gerçəkləşdirmək, vilayət idarə aparatının formalaşdırılması,
təsisedici Sovetlər qurultayına hazırlıq və tədbirin
keçirilməsi. Bu missiyanı Aydarbəyov böyük məsuliyyətlə
həyata keçirdi. O, təsisedici qurultaylardan birində Kreml
adından Qırmızı Bayraq almış ilk şəxslərdən idi. Düz
üç ildən sonra isə Qırğızıstan MSSR-in MİK-in birinci
sessiyasında respublika xalq təsərrüfatı Mərkəzi Sovetinin
sədrinin öhdəçilikləri üzərinə düşməklə Qırğızıstan MİK-in
üzvü seçildi. Daha sonra o, sənaye və ticarət xalq komissarı,
republika Ali Məhkəməsinin sədri seçildi. 1935-ci ildə
İ.Aydarbəyov guya əksinqilabi ideyalarına görə partiyadan
xaric edildi.
O, təbiətən ağıllı, həsədaparacaq dərəcədə cəsarətli,
dəyanətli və təvazökar bir insan idi. O, xalqın xatirində
elə belə də qaldı. 1937-1938-ci illər təkcə Qırğızıstanın
tarixində qanlı illər kimi qalmamışdır. Məhz bu illər
respublikamızın mütərəqqi təbəqəsinə, ilk ziyalı zümrəsinə
dəhşətli zərbə vuruldu. Totalitar rejimin cəlladlarının əli ilə
qırğız xalqının ən yaxşı oğulları həlak oldular. Belə desək,
“üçlük” adlanan ittihamçılar tərəfindən qəbul edilmiş cinayət
ittihamından sitat: Qırğızıstan Respublikasının Daxili İşlər
Xalq Komissarlığı (DİXK) orqanları tərəfindən sağ-trotskiçi
terrorçu təşkilatı ilə eyni blokda olan antisovet, milliyətçi,
terrorçu, təxribatçı-ziyanverici təşkilat ləğv edilmişdir.
Göstərilən təşkilat – sosial-turan partiyası silahlı üsyan, terror,
ziyanəvərlik, diversiya yolu ilə Sovet hökumətini devirmək,
Qırğızıstanı Sovet İttifaqından ayırmaq, İngiltərənin nəzarəti
altında burjua-kapitalist dövləti yaratmaq qərarına gəlmişdi”.
Bu ittiham başdan-ayağa yalan və böhtan-iftira olsa da, o
zaman üçün qanunauyğunluq idi. 1938-ci il 5 və 8 noyabr
tarixlərində Çon-Daş qədim insan məskəni çöllüyündə
138 nəfər, o cümlədən İmanalı Aydarbəyov güllələndilər.
İ.Aydarbəyov yalnız 1958-ci ildə bəraət aldı.
Onun yeganə qız övladı – Roza İmanalı qızı Aydarbəyova
Böyük Vətən müharibəsi iştirakçısı və qırğız qadınları
arasında ilk cərrah olmuşdur.
237
Dostları ilə paylaş: |