sintez etməyi bacarmışdır. Qırğız ədəbiyyatının
renessansı qırılmaz surətdə məhz onun adı ilə
bağlıdır. O, XX əsr cahanşümul klassikləri arasında
dəyərli yer tutmuşdur.
Ç.Aytmatovun əsərləri oxucunun qəlbini
nəinki ruhlandırır, alicənablaşdırır və saflaşdırır,
həmçinin dünyanı daha yaradıcı və xeyrixah
olmağa sövq edir. Dahi yazıçı, feyləsuf bütün
planetin insanlarına qarşılıqlı anlaşma, tolerantlıq,
din azadlığını qəbul etmə, dostluq və məhəbbət
kimi ali əxlaqi tinətlər təlqin edir. Ç.Aytmatovun
istedadının dəyəri ondadır ki, o, xalqları qəribə bir
tərzdə birləşdirməyi bacarır. Bu gün bütün dünya
onun heç nə ilə müqayisə olunmayan əsərlərinin
səhifələrinin içinə baş vurur, mütaliəyə aludə olub
alqışlayır.
...2008-ci ilin iyun ayında Dahi yaradıcı
köçünü artıq dünyadan sürmüşdü. O zaman mən
növbəti məqaləmi yazırdım.
Böyük şair Rəsul Həmzətovun belə fikirləri
vardır: “Hərgah səndən kim olduğunu soruşsalar,
pasportunu
göstərməlisən,
səndən
haralı
olduğunu soruşsalar, öz xalqının dahilərinin adını
sadalamalısan”.
Biz də bunu fəxarətlə söyləyə bilərik:
“Biz Qırğızıstandanıq – Çingiz Aytmatovun
Vətənindən”.
Aytmatov vasitəsi ilə dünya bizi qəbul
etdi. ÇİNGİZ AYTMATOV – güman edirəm ki,
QIRĞIZISTAN RESPUBLİKASI adı ilə yanaşı
qoyulmağa yeganə layiqli isimdir.
Bibliyada deylir: “Əvvəlcə söz olmuşdur”.
Bu, Allaha söz vasitəsilə müraciətdir. Hərgah
insanda söz və inam yoxdursa, demək, onda heç
Allahın özü də yoxdur. Yalnız söz insan qəlbində
nəyisə oyada bilər. Qırğızlar o nadir xalqlardandır
ki, sözün qüdrətinə həyəcanla yanaşmış və dərin
məna vermişlər. Qırğızın bütün həyatı söz və
mahnı ilə keçmişdir. Uşaq doğulur – ana ona layla
çalır, ağsaqqal isə xeyir-dua verir. Övladın uşaqlıq
və gəncliyini valideynlər pis ruhlardan xeyir-dua
ilə, ovsunlarla qoruyurlar. Oğlun toyunu ənənələrə
uyğun, ayin, sevgi-məhəbbət mahnıları ilə bayram
edirlər. Yazda səpin zamanı qırğızlar əmək, gələcək
məhsul haqqında mahnılar oxuyurlar. Dünyasını
dəyişmiş adamı son mənzilə vida mahnısı – koşokla
yola salırlar. Maraqlıdır ki, bizim əcdadlarımız
sözün vasitəsi ilə yağışı çağıra, yaxud yarımçıq
kəsə bilər, dualarla insanların həyatına təsir
göstərərdilər. Qırğız atalar sözləri isə, demək olar
ki, xalq müdrikliyinin salnaməsidir. Bizim xalqımız
həddindən ziyadə oxuyan, nəğməli xalqdır.
Əcdadlarımız bizə Kolizey və ya Tac-Mahal
kimi memarlıq məbədləri qoyub getməyiblər, lakin
xalqın monumental yaradıcılıq ruhu və milli ruhu –
böyük “Manas” eposu kimi tikilidədır.
“Manas” eposu qırğız xalqının özünü
saxlamasında, Böyük Çin səddi çinlilərin
özünütəsdiqindən az rol oynamamışdır. Uzun
tarix boyu yağılar qırğızları az məğlubiyyətə
uğratmayıblar. Lakin xalqın “Manas”da gizlənmiş
ruhu hər dəfə nağıl quşu simurğ küldən yaranan
kimi, yaranırmış. Çünki bu düşmənlər ən mühüm
olanı aradan götürə və xalqın ruhunu sındıra
bilməyiblər. Qırğız xalqının bütün mədəniyyəti
“Manas” eposunun söz və nitqi, bədiyyəçi akınların
nəğmələri və atalar sözləri ilə bağlıdır. Yazıçı qırğız
xalqının yaratdığı “Manas” monumental eposu ilə
xüsusi maraqlanmışdır. Manasın fenomeni onda
təzahür edir ki, eposun bütün raviləri – manasçılar
öz yaradıcılıqlarına yuxugörmə və ya ilahi vergi
ilə başlamışlar. O vaxta qədər onlar eposun
məzmunundan qətiyyən xəbərdar olmurlar və
ali ravilik (nəqletmə qabiliyyəti) də bacarmırlar.
Böyük yazıçı ayrıca ailədə doğulmamışdır, o,
qırğız xalqının çox nəsillərinin ruhi müdrikliyinin
və söz yaradıcılığının sıx toplumu, yığması
kimi zahir etmişdir. Yazıçının xatirələrinə görə,
sinədəftər nənəsi Ayimkan savadsız olsa da,
fenomenal yaddaşa və zəkaya malik idi, xeyli
sayda xalq mahnısını, ağı-oxşamanı və nağılları
əzbər bilirdi. Çingiz Aytmatov bizim hamımızındır,
çünki onun əsərlərində bütün qığrız dilinin və xalq
müdrikliyinin dəfinələri gizlənmişdir. Qədim xalq
yaradıcılığının epik ənənələrini, onun tarixini
və folklorunu dərindən dərk edib zehniyyətinin
süzgəcindən keçirən Ç.Aytmatov müasir şəraitdə
onun birbaşa davamçısı və varisinə çevrilmişdir.
Aytmatovun əsərlərinə xülasə verərkən
aşağıdakı kvintessensiyanı, yaxud özünəməxsus
Aytmatov həyat məcəlləsini əldə etmək olar.
1. Təbiətlə elə incəliklə rəftar etmək ki, “dağlar
uçmasın”. İnsan – “Əlvida, Gülsəri!” povestindəki
Yorğa kimi, yaxud “Cəllad kötüyü” romanındakı
Əkbər kimi, təbiətin övladıdır.
İnkişaf və sivilizasiya – heç də təbiətə
qarşıdurma deyildir.
Aytmatov özünün fəlsəfi konsepsiyasında
torpaq və təbiətin müdafiəçisi kimi çıxış edir.
Düynanın kim tərəfindən – Allah, Dərrakə və ya
Sirli qüvvə – idarə olunduğu hələ də açılmamış
sirr olaraq qalır. Hərgah Allah yoxdursa, cənnət
də yoxdur. Əgər dünyanı Dərrakə idarə edirsə,
nəyə görə biliyin inkişafı insanlığa humanizm
və sülh deyil, mücadilə və dağıdıcı aqressiya
gətirmişdir? Çingiz Aytmatov bizimlə açıq həqiqəti
bölüşür. Bu planeti dəyişdirmək ixtiyarı insanlara
verilməmişdir. Lakin insanın özünü, onun
vicdanını, düşüncə və mənəviyyatını tərbiyə etmək
mümkündür. Bu dünyadakı əsas varidat – nə var-
dövlət, nə günəşdir, heç torpaq da deyildir – sözdür.
Allah insana söz vasitəsi ilə müraciət edir. Deməli,
planeti qorumaqdan əvvəl insan öz mənəviyyatını
bərpa etməli və sözü qorumalıdır.
Hətta lap Qırmızı kitaba düşmüş hansısa quş
yox olacaqsa, son nəticədə, bu, təbiətdə öz əksini
259
Dostları ilə paylaş: |