ilə çəkir – bütün üstünlükləri və naqislikləri,
təmənnasızlığı və xəsisliyi, ədaləti və eqoizmi,
amansızlığı və paxıllığı, cəhaləti və sevgisi ilə
bahəm.
O, universal həyat qanunları qoymur. Onun hər
qəhrəmanı həyat yolunu, həyat kredosunu özü tapır.
Aytmatov bizə hansı yol ilə getməyimizə seçim
qoyur. Öz tövbəsi ilə bizə, sadəcə, sevməyi öyrədir.
Öz yaxınını, öz dilini, öz təbiətini və öz Vətənini
sevməyi. Həmçinin bizdə şəxsi heysiyyət hissi
oyadır. Axı yalnız mənəviyyatın böyük yaradıcı
qüvvəyə malik enerjisi vardır.
Hər xalq, hər sivilizasiya yalnız o zaman
mövcud olur ki, o öz orijinallığını və eyniliyini
saxlasın.
Vətəni və onun tarixini qorumaq lazımdır, əks
halda, Vətənsiz insan “manqurt”dan başqa bir şey
deyildir.
Çingiz Aytmatov qırğızların mənəvi xəyallarını
açır. Həmçinin onların məhəbbət, xeyirxahlıq və
mərhəmət naminə insan nəslinin saxlanılması
fəlsəfəsini açır. Taleyin istehzası ondadır ki,
Aytmatovun əsərlərini dünyada ən çox Almaniyada
oxuyurlar. Halbuki müharibə zamanı almanların
özləri işğalçı tərəf idilər, biz isə onlardan müdafiə
olunurduq.
Qırğız oxucularına Aytmatovun erkən
yaradıclığı – “Cəmilə”, “İlk müəllim”, “Ana
düzəngahı”, “Üzbəüz”, “Gün var, əsrə bərabər” –
bir qədər sonrakı dövrünə aid “Kassandra damğası”
və “Əbədi gəlin” intellektual romanlarından
daha yaxındır. Bu, kənddən çıxanlar üçün yabanı
bitkinin rahiyəsinin asfaltın yanında bitmiş güllərin
ətrindən daha xoş olmasına bənzəyir.
5. Məhəbbət və azadlığı qorumaq, onlarsız
insan dünyası tam dolğun ola bilməz. İnsan həm
intellektual, həm də vətəndaş kimi azad olmalıdır.
Azadlıq gözəl olduğu qədər də təhlükəlidir.
Azadlıq olmayanda onu tələb edirlər, o olanda isə
təhrif edirlər. Real azadlıq olmadan nə mənəvi, nə
də siyasi suverenlik mümkün deyil.
Aytmatov bu barədə o qədər də açıq danışmır.
O, sadəcə, yönəldib bu fikrə gətirir və biz oxucuları
nəticələr çıxarmağa məcbur edir. İnsanları ilk
növbədə əvvəldən xislətinə qoyulmuş mənəvi
dəyər və prinsiplər – qeyrət, xeyirxahlıq və
düzlük birləşdirir. Bu gün keçmiş İttifaqın bütün
ölkələrində mənəvi istinadgahların faciəvi təhrifi
gedir. Və biz bilmirik ki, dünyada yeni mənəvi
qayda-qanun necə olacaqdır. Maddi nizam üçün
dəyərlər vardır. Bunlar, əlbəttə ki, pul, mülkiyyət,
yüksək sosial statusdur. Eləcə də digər mənəvi
dəyərlər də vardır ki, həyatın əxlaqi düzümünü,
insan münasibətlərini, millətin ideya və ideallarını
müəyyən edir.
Bu gün Aytmatovun əsərləri ölkənin mədəni
brendinə çevrilmişdir. Hərgah kimsə qırğızların
xisləti, qayəsi, tinəti barədə mütaliə etmək istəyirsə,
o, Aytmatovun əsərlərini oxumalıdır. Hərgah
kimsə qırğızların fəlsəfəsini öyrənmək istəyirsə, o,
Aytmatovun yaradıcılığını tədqiq etməlidir. Hərhag
kimisə qırğız xalqının ruhu maraqlandırırsa, o
məkana Aytmatovun kitabları vasitəsi ilə daxil ola
bilər.
Sosializmin çökməsindən və Sovet İttifaqının
dağılmasından sonra ölkənin bir çox kitablarına
tələbat yox oldu, belə ki, onlar ideologiya qayda-
qanunları ilə yazılmışdı. Amma Aytmatova bu gün
əvvəlkindən çox tələbat vardır. Deməli, Aytmatov
triumfu davam edir.
6.
Ç.Aytmatov
mədəniyyətlərin
və
sivilizasiyaların dialoqu haqqında hələ 80-ci illərin
ortasında düşünürdü. Məhz bu məqsədlə o, dünyanın
görkəmli mədəniyyət və intellektuallarının iştirakı
ilə “İssık-Kul forumu”nun keçirilməsi təşəbbüsünü
irəli sürmüşdü. Dünyadakı qlobal proseslər
dialektik şəkildə özünün müqəddəratının həlli ilə,
milli özünüdərklə bağlıdır.
“Bu diyardakı qatarlar şərqdən qərbə və
qərbdən şərqə doğru gedir...”.
Bu sözlər Aytmatovun “Gün var, əsrə bərabər”
romanında leytmotiv kimi təkrarlanır.
Qoy heç zaman həyat karvanı dayanmasın
və həm Aytmatovun yaradıcılığındakı, həm də
ölkəmizdəki qatarlar qərbdən şərqə və şərqdən
qərbə doğru hərəkətdə olsunlar.
Aytmatov – yaradıcı və birləşdirici idi. Onun
dünyanın bütün guşələrində yaşayan oxucuları
irqindən, yaxud dinindən asılı olmayaraq qürurla
deyə bilərlər: “Mənim Çingizim”. Axı hər kəs
“Mənim Çingizxanım” deyə bilməz. Bu mənada
mədəniyyətin siyasətdən fərqi ondadır ki, ikincisi
– dağıdan yerdə, birincisi – yaradır.
Görkəmli şəxslərdən biri söyləmişdir ki,
hərgah hansısa xalq ümumdünya xəzinəsinə
öz payını verməmişdirsə, o, mövcudiyyətini
doğrultmamışdır. Bu mənada bəxtimiz gətirmişdir.
Birincisi, “Manas” eposu ilə. İkincisi, Ç.Aytmatov
ilə.
Böyük yazıçı haqqında xatirələri qəlbimizdə
saxlayırıq, onun humanist ideyaları bizim
həyatımızda bundan sonra da həyata keçəcəkdir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci il
yazıçının 80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda
“Çıngiz Aytmatov” ili elan olunmuşdu.
Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley
mərasimi türkdilli dövlətlərin siyasətinə dəstək
fondunun təşəbbüsü ilə Bakıda keçirilmişdir.
Bakıda keçirilən yubiley mərasimi çərçivəsində
Azərbaycan Respublikasının prezidenti İlham
Əliyev Çingiz Aytmatovu qəbul etmiş, onu №1
“Dostluq” ordeni ilə təltif etmişdir.
261
TURDAKUN USUBƏLIYEV
T.Usubəlyev Narın vilayətinin Koçkor rayonunun Koçkor
kəndində anadan olmuşdur. 1941-ci ildə Qırğızıstan Dövlət
Pedaqoji İnstitutunu bitirmişdir. SovİKP-nın üzvüdür (1941).
1945-ci ildə Sov.İPK MK nəzdində Ali Partiya Məktəbini, 1965-
ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1941-ci
ildən orta məktəbdə müəllimdir. 1943-cü ildən partiya işində
çalışmışdır – rayon partiya komitəsi şöbə müdirinin müavini,
Qırğızıstan Kommunist Partıyası MK-nin təlimatçısı, Sov.İKP
MK aparatının məsul işçisi, “Советтик Кыргызстан” respublika
qəzetinin redaktoru, Qırğızıstan KP MK-nın şöbə müdiri, Frunze
şəhər partiya komitəsinin birinci katibi, Qırğızıstan KP MK-nın
birinci katibi. 28 yaşında SSRİ Ali Soveti və Qırğızıstan SSR-
in, 1995-ci ildən Qırğızıstan Respublikası Joqorku Keneş Xalq
Nümayəndələri Yığıncağının deputatıdır. 2000-ci ildə Qırğızıstan
Respublikası Joqorku Keneş Qanunvericilik Yiğıncağının deputatı
seçilmişdir.
T.Usubəlyev əsrin bir rübünü Qırğızıstan SSR-in partiya
rəhbərliyində birinci şəxs olmuşdur. O – siyasi-yaradıcıdır. Məhz
onun sayəsində respublikamızın paytaxtının simasının dəyişdirildi.
Paytaxtda ən böyük layihələr həyata keçirildi: “Manas” hava
limanı, Dövlət Filarmoniyası, Hökumət Evi, “Ayçörək MUM”u,
MEA-nın binası inşa edildi, mikrorayonlar genişləndi, İdman
Sarayı, Zabitlər Evi, Toktoqul SES-i və digər energetika obyektləri,
çoxsaylı zavod və fabriklər inşa olundu, kitabxanalar, teatrlar,
muzeylər tikildi, ölkədə elmi həyat qaynadı. İqtisadi və mədəni
həyatdakı bütün uğurlar onun əməyinin bəhrəsidir. Öz vaxtında
bu şəxsin paxıllığını çəkənləri də, düşmənləri də çox idi. Lakin
o həmişə insanlığını itirməməsini, öz işinə sadiq qalmasını, öz
torpağına sədaqətli oğul olduğunu əməlində sübut edirdi. Bu gün,
Usubəliyev Joqorku Keneş Qanunverici Yığıncağının deputatı
qismində, yenə də əllərini yanına salaraq işsiz dayanmamışdır –
onun təşəbbüsü ilə dəmiryol xəttinin Balıkçı-Qarakeçə qolunun
tikintisi başlanılmışdır, onun aktiv iştirakı ilə rus dilinə rəsmi status
verilmişdir, Joqorku Keneş Qanunverici Yığıncağının iclaslarının
birində isə Turdakunun tərəfindən ən “ağrılı” mövzu – toksik və
radioaktiv tullantıların basdırılması barədə məsələ qaldırılmışdı.
T.Usubəlyev Qırğızıstanın Xalq qəhrəmanı (“Ağ Şumkar”
ordeni) adı almış ilk siyasi xadimdir.
Frunze haqqında söhbət ayrıcadır. O həqiqətən də paytaxt şəhəri
idi – təmiz, yaşıl, səliqə-sahmanlı. Üzərində ziyalı, proqressiv fikir,
nikbinlik qanadlanan ruhlu şəhər. “Usubəliyev” Frunzesi – o zaman
burada yaşamış insanların çoxunun nostalji hissləri ilə yaşadığı böyük
bir epoxadır.
Üstəlik, Turdakun Usubəliyeviçin rəhbərliyi dövründə
Qırğızıstanın səviyyəsi ildən ilə, beşillikdən beşilliyə öz sosial-
iqtisadi və mədəni inkişafında, əhalisinin həyat səviyyəsində yuxarı
qalxmaqda idi.
Respublikada yaşayan bütün millətlərin nümayəndələrinin
arasında dostluq günü-gündən möhkəmlənirdi. Hər yerdə,
qırğızıstanlılar arasında dostluq və qarşılıqlı anlaşma ab-havası hökm
sürürdü.
Bütün bunlara məqsədyönlü ideya-tərbiyəvi işlərlə nail olunurdu.
Və bütün bunların əsasını kadrların hazırlanması, yerləşdirilməsi və
tərbiyəsinin dərin düşünülmüş sistemi təşkil edirdi. Bu işdə meyar
kimi, bir qayda olaraq, yalnız işgüzar keyfiyyətlər, biliklə birgə
peşəkarlıq, iş təcrübəsi və düzgünlük götürülürdü.
Onun memuarları nəşr edilmişdir, güman ki, həmin yazılar
ölkənin tarixi üzrə dərsliklərə çevriləcəklər. Xadimin həm ölkənin,
həm də Mərkəzi Asiyanın regionu iqtisadiyyatının inkişafı üzrə işi
yazılmış və işıq üzü görmüşdür.
262
Dostları ilə paylaş: |