266
YOL
VII
267
Biz, qırğızıstanlılar, çoxmillətli xalqıq.
Qırğızıstanın vətəndaşı olmaq – heç də yerli
camaatla qan qohumluğu deyil. Bu, ümumi taleyi
bölüşdürmək, gələcəyə birgə yolu addımlamaqdır.
Qırğızlar daima böyük arzunun həyata keçməsi
naminə axtarışda olmuş, yeniliklər qazanmış,
həmişə xariqələr yaratmaq yolunu seçmişlər.
Biz yorulmaz mübarizədə irəliləyərək, tədricən
azad, firavan, təhlükəsiz, açıq, mənəvi dəyərlərə
söykənən yeni Qırğızıstan qurmaq məqsədinə
yaxınlaşırıq. Ölkənin müstəqilliyini qazanandan
sonrakı az müddətdə bu yolda nəzərəçarpan
addımlar atılmış, başlıcası isə maneələr təmizlənib
aradan götürülmüşdür. Artıq azad üfüqlər göz
qarşısındadır və doğan Qırğızıstanın yeni surəti
parlaqlıqla nəzərə çarpır. Fəqət unutmaq olmaz
ki, bizi irəlidə daha mürəkkəb iş gözləyir.
Ancaq bunlar müvəqqəti çətinliklərdir. Bizim
nailiyyətimiz – azadlığımızdır. Azadlıq əbədidir.
Ondan ötrü yaşamağa və zəhmət çəkməyə dəyər.
Yeni vəzifələr peyda olur, onlarla bahəm isə yeni
yolda yeni məqsədyönlülük yaranır. Amallarımızın
cani-dildən gələn qayəsi – nəsillərə çiçəklənən
Vətəni bəxş etməkdir. Bu məqsədi həyata
keçirmək asan iş deyil. Buna yalnız mədəniyyətdə
buzla alovu, isti ilə soyuğu əridərək, yeni qırğız
ruhunu ümumdünya mədəni dəyərlərinə və təzə
texnologiyalara uyğunlaşdıraraq, uca dağları
ram edərək, sərbəst çağlayan çayları fəth edərək
müvəffəq olmaq mümkündür...
Bu dünyaya işğalçı kimi deyil, yolaçanlar
qismində gəlmişik. Millətimiz məhz burada
doğulub formalaşmışdır. Xalqımızın tarixi isbata
yetirdi ki, düzgün yoldan sapmamışıq: əcdadlarımız
bihudə yerə torpağı qanı, təri bahasına qoruyub
saxlamamışlar və ondan əziz dünyada heç nə
yoxdur. Yalnız bu torpaqda bəxtiyar həyat qura
bilərik.
Bütün qırğız aillərində (oba) qırğızlar üçün
xüsusi əhəmiyyət kəsb edən yüzlərlə dağ cığırı
var. Məhz bu dağ cığırları sivilizasiyamızı bakirə
təbiətlə, dağ silsilələrini isə ucqar aillərlə bağlayır.
Əcdadlarımız tərəfindən qoyulub gedilmiş bu
cığırların bəlkə də on min illər yaşı var. Onlar
bizə elə onun üçün əzizdirlər ki, sanki tariximizin
salnamələridir.
Yoldan artıq daş-kəsəyi götürmək, cığırları
digər yolçular üçün təmizləmək ənənəsi bu gün
də yaşamaqdadır. Məhz bu dar cığırlar bütün
zamanlarda insanlarda kompromis hissi, yolu
böyüyə, at belində gedənə yox, piyada addımlayana
güzəştə getməyi tərbiyə edir. Dərələrdə qıvrılan
cığırlarla addımladıqca, azmaq mümkünat
xaricindədir, çünki bu xırda cığırların hər birisi
yolçunu iri, magistral yola çıxaracaq. Elə biz də
suverenitet ərzində dar cığırla dağlardan keçmiş,
bəzən uçurumun kənarına gəlmiş, maneələrlə
üzləşmiş, ancaq yenə də bazar iqtisadiyyatı və əsil
demokratiyanın iri yoluna çıxmışıq. Bu yol mütləq
bizi tərəqqiyə gətirib çıxarmalıdır.
Əcdadlarımız üçün yol sadəcə sadəcə yol deyil,
daha dərin məna kəsb edirdi. Bu, tarix, fəlsəfi və
mənəvi əhəmiyyətə malik idi. İnsan doğulur və bir
il sonra sərbəst gəzməyə başlayır. Həyat yolunda ilk
addımlarını atır. Ağsaqqllar ona xeyir-dua verirlər:
“Allah onu saxlasın, yolunu işıqlı eləsin!”, “Sənə
yaxşı yol, firavanlıq arzulayıram!”. Böyük ömür
yolu belə başlayır. Uzaq yola çıxmazdan öncə nəsil-
kökümüz əbavü-əcdadın ruhlarına təzim edirdi.
Ən müşküllü dəqiqələrdə həmçinin ruhlara xitab
eyləyir, onları şahid durmağa çağırırdılar. Onların
zənniycə, əcdadların ruhları sehrli qüvvəyə malik
oluban insanların dünyagörüşünə təsir göstərə
bilərdilər. Bu müqəddəs məfhumlar özünəməxsus
tərzdə kulta çevrilmişdilər. İlhama gətirən,
ruhlandıran, təpər verən müqəddəs anlayışlar və
mütləq səni qoruyacağına ümid bəslədiyin və
arxayın olduğun səma pasibandarları.
Doğma torpaq – müqəddəsdir. Xalq folklorunda
deyilənlərə dəlalət edən bir çox misallar var.
Nümunə kimi aşağıdakı atalar sözlərini və zərbül-
məsəlləri gətirə bilərik: “Ar kimdin tuulqan jeri
ozuno Misir” (“Kim harada doğulubsa, oranı da
özünə cənnət bilir”); “Tuulqan jerdin topuraqı
altın” (“Doğma torpaq – altundur”); “Başka eldə
sultan bolqonço, oz jerində ultan bol” (“Özgə xalqın
sultanı olmaqdansa, özününkünün payəndazı ol”)...
Torpağımız bir də ona görə doğmadır ki, onun
tərkində əcdadlarımızın neçə-neçə nəsilləri əbədi
yuxuya dalıb yatır. Torpaq bir də ona görə əzizdir
ki, biz onun üstündə böyüyüb ərsəyə yetişmişik,
gələcəkdə isə övladlarımız böyüyəcək. Vətənə
səcdə dini dərəcəyə qaldırılmışdır – qırğızların
dünyagörüşündə bu sitayiş çox nəslin ömrü boyu
süzgəcdən, keşməkeşdən keçmişdir. Xalqın mənəvi
həyatında Vətən – həm ali ictimai dəyər, həm də
dünyada ən yaxşı torpaqdır. Evimizdə sülhü və
firavanlığı öz əllərimizlə yaratmalıyıq.
Əslimizin-nəslimizin yolu – əsil vətənpərvərlik
yoludur. Bu, doğma torpağa, təbiətə, xalqa
268
Torobəyov S.S. “Bahar” 2010-cu il, kətan, yağlı boya, 60 x 70
269
bəslənən və qırğızların bütün tarixi boyu izlənən
səmimi, xoş duyğudur. Təbii ki, biz də bu yolu
tutmalıyıq – Vətənə xidmət yolunu. Bu hiss
xalq dastanı “Manas”da və bir çox digər folklor
əsərlərində öz inikasını tapmışdır. Vətənin azadlığı
və müstəqilliyi uğrunda canını qurban vermiş
qəhrəman-bahadırların kultu isə xüsusi əziz tutulur.
Bir çox mahnı və şeirlərdə milli qəhrəmanların
müdrikliyi və vətənpərvərliyi milli sərvət kimi
tərənnüm olunmuş və bu gün də vəsf olunur.
Uzaq əcdadlarımız heç vaxt istilaçı olmamışlar,
fəqət öz torpaqlarının qorxmaz və cəsarətli
müdafiəçisi olmuşlar. Təsadüfi deyil ki, qırğızları
“Moğolustan aslanları” adlandırmışlar.
Neçə əsrdir, qırğızlar Səxavətli Manasın ruhuna
baş əyirlər. Onlar üçün Manas hər şeydən alidir, dua
oxuyarkən Manasın ruhuna xitab eyləyirlər. “Sənə
Manasın ruhu qənim kəsilsin” – hər bir qırğız üçün
ən qorxunc qarğışdır. “Sənə Manasın ruhu yardımçı
olsun” duası – müqəddəsdir. Qırğızlar bu günə
qədər Səxavətli Manasın kultunu əziz tuturlar.
Hətta onun tayfası – Manasdır!
Hətta onun alovu – Manasdır!
Hətta onun bayrağı – Manasdır!
Hətta onun ismi də – Manasdır!
Manasın surətini isə bu tövr təsvir edirdilər:
Sanki Yerin, Göyün,
Dayağından yaranmış Manas.
Sanki Ayın, Günün,
Nurundan toxunmuşdur Manas.
Sanki aylı buludların
Sərinindən toplanmışdır Manas.
Sanki Yerin tərkinin
Ağırlığından yapılmış Manas!
Xalqın həyat müdrikliyi bariz təcəssümünü
çoxşaxəli atalar sözündə və zərbül-məsəllərdə
tapmışdır. Bunlarda Vətənə, xalqa məhəbbət təlqin
olunmuş, cəsarət hissinin tərbiyə edilməsi təzahür
etmişdir. Məs.: “Bahadırı üstələmək olar, xalqı
yox”, “Cəsur igid həyatı anasından alır, ölümünü
yağıdan”, “Yastığın üstündə ölüm – rüsvayi-
cahan, döyüş meydanında ölüm – şanü-şövkət”,
“Xalqın korluq çəkirsə, var-dövlətin lənətə gəlsin”,
“Ədalətli bəyin yaxını olmur, qohumlu bəyin
ədaləti” və b. sülalənin birləşməsinə yönəldilmişdi.
Şifahi xalq yaradıcılığının bu janrının əsasında
nəsihətamiz mahnılar və poemalar inkişaf etməyə
başlamışdır.
Yolda bərabərlər arasında bərabər olmaq
və həmişə layiqli görünmək lazımdır. Bizim
əcdadlarımız, sözün əsil mənasında, əməksevər
olmuşlar. Onlar buğda səpir, qoyun sürülərini otarır,
ilxıları qoruyur və mahnı oxuyur, dəyirmanda
çalışır və yenə də nəğmə deyirdilər. İşləməyə elə
gedərdilər ki, sanki toya-bayrama yığışırlar, mahnı
oxuyanda – iş də yüngülləşir. Onlar, bizim müdrik
əcdadlarımız çox gözəl anlayırdılar ki, xoşbəxtlik
yalnız əməklə əldə edilə bilər. Onlar deyirdilər ki,
zəhmətsiz var-dövlət – müvəqqəti ləzzətdir. Nahaq
söz deyil: “Qul kimi işlə, şah kimi yaşa”. Əcdadların
yolu hədsiz dərəcədə çətin idi: onlar uca dağlardan
və qaynar çöllüklərdən keçib getməli idilər, lakin
oraları da öz inadları və zəhmətləri sayəsində fəth
edirdilər. Bica yerə deyilməyib: “Qoçağın əməyi
yerdə qalmaz”. Bizim yurdumuz həmişə ruzili-
bərəkətli olmuşdur. Alın təri və halal zəhmət
sayəsində qazanılan çörək bizim ata-analarımız
üçün xüsusi müqəddəs əhəmiyyətə malik idi. Əbəs
yerə deyildir ki, and içərkən qarşılarına çörək
qoyar və çörəyə and içərdilər. Deməli, biz əgər
sizinlə birgə dolğun həyat yaşamaq, hər evdə istilik
və rahatlıq, zəngin dəstorxon olmasını istəyiriksə,
buna yalnız, əcdadlarımız vəsiyyət etdikləri kimi,
səbr və gərgin əməklə nail ola bilərik.
Əcdadlarımız bu yolda torpaqlarını qorumuş,
zəmilərini şumlamış və əkib-səpmiş, məhsul
toplamış və uşaq böyütmüşlər, əllə böyük arxlar
qazımış və ilk yolları salmışlar, meyvə ağacları
əkmiş, mal-qara saxlamış, cıdır üçün qaçağan
atlar yetişdirmiş və həmişə mahnılar oxumuşlar.
Bu bərəkətli torpaqda, söylədiyim kimi, xalq heç
zaman aclıq çəkməmişdir və həmişə başqalarını
aclıqdan xilas etmək iqtidarında olmuşdur.
Böyük sərvətlər torpağı qırğız ailələrini ümidsiz
kasıbçılıqda qoymamışdır. Qırğızıstan torpağı
möcüzəli məhsuldarlığı ilə seçilir, effektiv istifadə
edildiyi halda milyonlarla insanları, saysız-hesabsız
heyvan sürülərini yedizdirə bilər. Qədim zamandan
xalqda torpaq haqqında belə bir deyim vardır: “Jerdi
bir toyquzsan, jer seni on toyquzat” – “Torpağı
bircə dəfə yedizdirsən, o səni on dəfə yedizdirər”.
Qırğızıstan torpağının tərkində böyük sərvətləri
yatır: qızıl, antimon, civə, aztapılan metallar. Lakin
məlum olduğu kimi, sahibsiz torpaq – yetimdir.
Bundan sonra, müstəqilliyimizin bərpa olunduğu
dövrdə dehqanlarımız torpağa mülkiyyətçi kimi
sahib çıxmağa ixtiyarlı olmalıdır.
Deməli, biz və əcdadlarımızın yolunu davam
etdirənlər imkan verməməliyik ki, onların
övladları aclıq çəksin. Uşaqlar oxumağı, yazmağı,
müxtəlif dillərdə danışmağı, çalışmağı və öz bilik
səviyyələrini yüksəltməyi bacarmalıdırlar.
Əcdadlarımızdan bizə qalmış ən böyük varidat
– torpağımız, Ata jurtumuz –ulularımızın Vətənidir.
Güman ki, millətin bu və ya başqa torpaqda yaşaması
təsadüfi deyil, bunda hansısa qanunauyğunluq və
270
Dostları ilə paylaş: |