əyyam idi. Böyük İpək Yolu öz vaxtında şərq
yarımkürəsinin intəhasız ellərində xalqların
tarixi-mədəni və sosial-iqtisadi nailiyyətlərinin
mübadiləsinin çox güclü, azman vasitəsi rolunu
oynayırdı. Bu gün bizim üçün İpək Yolunun əsil
əzəmətinin yenidən qaldırılması və təsdiqi başlıca
amaldır.
Götürülmüş səmt, nəzərdə tutulmuş istiqamət
– sadəcə meyl, canatma deyil, həmçinin yoldur.
Yollar – sonrakı təşəkkül üçün əsas şərtdir. Zaman
sürətlidir və hərfi mənada ən yaxın vaxtda ən böyük
Bişkek-Oş avtomagistralının yenidənqurulması
başa çatır. Bu baş avtomagistralda yüzlərlə digər
yol qovuşur. Suveren Qırğızıstan üçün prioritet
əhəmiyyət Transasiya dəmir yolu magistralının
Kaşqar (Çin) – Toruqart – Cəlalabad (Qırğızıstan)
– Əndican (Özbəkistan) qolunun layihəsinin
gerçəkləşdirilməsidir. Böyük İpək Yolunun şah
damarı Asiya, Avropa və Orta Şərq arasında ticarət
əlaqələrinin qurulmasında mühüm rol oynamağa
qadirdir. Bu şah damar ölkənin iqtisadi inkişafında
təkan rolunu oynayacaq.
Tarixi yolları boyu nəslimiz-kökümüz
sevinc də görüblər, kədər-qüssə də, qələbə də,
məğlubityyət də, təntənə də, qəmginlik də. Fəqət
heç vaxt təmkini və ləyaqət hissini itirməmiş,
həmişə özlərini cilovlamış, səbirlərini basmışlar.
Minillik tarix boyu millətimiz ən mütərəqqini və
yaxşını qayəsinə hopdurmuş, mənəvi ehtiyatını
tamamlamış, onun sayəsində sağ qalıb millət kimi
özünü tutmuşdur. Belə bir atalar sözü var: “Səbrin
kökü – teyxa qızıldır”. Hövsələ qırğız xalqının
tarixindəkı başlıca imperativlərdən olmuşdur.
Yola çıxmazdan əvvəl sinli ağsaqqallardan
yaxın günlər üçün havanı xəbər alır və uyğun
surətdə zəruri pal-paltar hazırlayırdılar. Yolda
adamın başının üstün soyuq və isti, boran və tufan
ala bilərdi, bir sözlə hər şey kortəbii və gözlənilməz
idi. Başlıcası isə hər şeyə rəğmən, əcdadlar heç
vaxt yollarından dönməmişdilər. Yollarına davam
etdirmək üçün qədərincə iradə gücünə və əminliyə
malik idilər.
Biz, nəsillər, seçilmiş demokratik dəyişikliklər
və bazar islahatları yolundan, firavan, dinc
və mütərəqqi Qırğızıstan yolundan dönməyə
ixtiyarlı deyilik. 1991-ci ildə müstəqillik
qazanandan sonra Qırğızıstan xalqı azadlıq
ideyalarından qanadlanaraq fəallıqla radikal
dəyişikliklər aparmağa başladı. Radikal bazar
islahatları strategiyası cəmiyyətdə məqsədyönlü
şəkildə demokratik əsasların möhkəmlənməsi
ilə tamamlanırdı. 2010-cu ildə qəbul edilmiş
Qırğızıstan
Respublikasının
Konstitusiyası
respublikada
demokratikləşmə
prosesinin
möhkəmləndirilməsi üçün atılan sonrakı addımların
özülü oldu. Dövlət qayda-qanunu və qanunilik –
xalq ənənələrinin davamıdır. Əcdadlarımızın bir
sözlə adlanan ümumi norma və qaydaları var idi
– adət. Ümumi qaydalardan kənarda dərrakə ilə
yaşamaq olmaz. Oğrular, fırıldaqçılar və canilər
qanunla cəzalandırılmalıdırlar. Kəskin şəkildə
ədalət hissi, diktaturanın və totalitarizmin istənilən
formada təzahürünün qəbul edilməməsi qırğızların
qanında genetik səviyyədə qoyulmuşdur. Qədimdən
qırğızlara xanların, xaqanların, tayfabaşıların, sülb
başçılarının seçkili forması, həmçinin fəaliyyətin
açıqlığı və şəffaflığı xas olmuşdur. İstənilən həyati
mühüm məsələ xaqanlıqların elçiləri ilə sadə
camaat arasında açıq-aşkar müzakirəyə qoyulurdu.
Akınlar-bədiyyəçilər
ayrı-ayrı
hökmranların
qüsurlarını asudə surətdə tənqidə tuturdular. Bir
sözlə, demokratiya ideyaları qırğız xalqına yad
deyil. Bu gün biz azad danışmaq, azad hərəkət
etmək, seçmək, seçilmək, doğma evi azad tikmək
imkanını əldə etmişik. Azad Qırğızıstanın tərəqqi
yolunu 10, 100, lap 1000 il sonra da görmək
istərdik.
...Qırğız igidlərinin 07.04.2010-cu ildə səkkiz
saat ərzində K.Bakiyevin xalqa qarşı rejiminin
əleyhinə mübarizə apararaq od yağışının üstünə
getdiyinin şahidi olmuşam. Ən yaxşı oğullar
həlak oldu. Onlar ədalət və qanunilik uğrunda
mübarizə aparırdılar. Keçmişin dərslərindən ibrət
götürməliyik.
...Aprelin 9-u gecə ikən həlak olmuşlardan
birinin evinə başsağlığı vermək üçün gəldik. Gecə
saat 3 idi. Evi tərk edərkən, hökumətin adından
həlak olmuşun atasına 1 mln som təqdim etmək
istədik. Ata qəti etiraz edib bildirdi: “Yeganə
oğlum puldan ötrü həlak olmayıb, Qırğızıstanın
gələcəyindən ötrü həyatdan gedib. Hakimiyyət
başında olanlara çatdırın ki, təmiz işləsinlər...”
... Nə qədər ki, bu sayaq insanlar yaşayır, bizim
xalq daha firavan həyata layiqdir. Azadlıqsevər
qırğız xalqı qürur duyur ki, bizim ən gözəl
təbiətimiz var!
Ən yüksək dağlarımız var!
Ən duru havamız var!
Ən buludsuz səmamız var!
Ən həlim insanlarımız var!
Qırğızıstan – ən dinc ölkədir!
Qırğızıstanım, yaxşı yol, Gülüstanım –
çiçəklənən diyarım! Qoy Böyük yolda həyat və
xoşbəxtlik karvanı heç vaxt bitib tükənməsin!
275
Son söz
Qüvvəm daxilində hər şeyi nəql etdim. Əlbəttə, Vətən haqqında nəğmə
tükənməzdir. Əminəm, o nəğmə övladlarımızda, nəvələrmizdə, nəticələrimizdə
davam edib səslənəcək. Yekunda xalqıma, torpağıma, doğmalarıma, oxucularıma
arzu bildirmək istərdim:
Qoy bu müqəddəs dağlar əbədi ucalıb dursun!
Qoy mirvari İssık-Kul hamını daima ilhama gətirib ruhlandırsın!
Qoy komuz – sənin qəlbin kimi daima səslənsin, Vətənim!
Qoy yurtada ocaq heç vaxt sönməsin!
Qoy ağaclar və güllər əbədi bitsin!
Qoy quşların uçuşu asudə olsun!
Qoy övladlarımız bəxtiyar yaşasın!
Qoy azad Vətənim əbədi tərəqqi etsin!
Səni göylər öz himayəsində saxlasın, Qırğızıstan!
276
Dostları ilə paylaş: |