şəkildə yaşamış və öz icmalarına görə böyük
məsuliyyət daşıymışlar. Bu, gələcəkdə güclü yerli
özünüidarəli vətəndaş cəmiyyətinin quruluşu
üçün yaxşı bazadır. Bu planda yerli özünüidarənin
başçısı böyük məsuliyyət daşıyır, buna görə də
problemləri yerindəcə həll etmək üçün onlara daha
çox səlahiyyət verilməsi zərurəti yaranır. Amma
eyni zamanda onlar dövlət hökuməti ilə tərəfdaş
kimi çalışmalıdırlar. Güclü yerli özünüidarə
gələcəkdə dövlətçiliyin möhkəmləndirilməsi
üçün əsas institut ola bilər. Güclü başçı, güclü
yerli özünüidarə, güclü dövlət hakimiyyəti –
güclü dövlətçiliyin əsasıdır. Ritual dualar zamanı
Altay və Yenisey köçəriləri öz uluslarının (millət)
ömürlərinin uzanmasının qayğısına qalardılar:
Bu, düzülmüş yurtalar, —
Qoy sakit dursunlar!
Qoy yurtamın insanları —
Lap rahat olsunlar.
Sənə boyun əyənlər
Qoy yaxşı yaşasınlar!
Bu uşaqlar rahat,
Dinməz yaşasınlar!
Hərgah istəyiriksə ki, bizə hörmət edilsin, ilk
növbədə özümüz özümüzə və seçdiyimiz rəhbərə
hörmət etməliyik.
Əcdadlarımız təmizliyi çox sevərmişlər. Axı
onlar saf təbiətdə doğulmuş, təmiz su içmiş, təmiz
hava ilə nəfəs almış və yurtalarını da həmişə təmiz
saxlamağa çalışmışdılar. Əzəli təbiətin əhatəsində
yaşayan insan daxilən saf olmalıdır. Deməli, bu
gün kim siyasətdə olmaq istəyirsə, onun xalqa
xidmətdə məqsədi və amalı tam təmiz olmalı,
yalnız həqiqəti söyləməli, vicdansızlıq etməməli,
təmiz niyyətlərini hər bir münasibətdə nümayiş
etdirməlidir, axı Qırğızıstanı yalnız təmiz əllərlə
qurub-tikmək olar. Həmişə xalq arasında böyük
hörmət sahibləri o siyasətçilər olmuşlar ki, onlar
onilliklər ərzində səbrlə qurub-tikmiş və yollar
salmışlar.
Bizim yolumuz – əmək və birlik yoludur. Yalnız
bir olacağımız təqdirdə, həyat yolumuzu şərəflə
gedə bilərik. Tariximizin uzaq acı dərslərindən
bəllidir ki, xalqımız bir olanda, qırğızların parlaq
ulduzu doğur və xalq yenilməz olurdu. Amma
elə ki, tayfalararası münaqişələr baş verirdi –
uğur xalqdan üz döndərir, dövlətçilik dağılırdı.
Nahaq deyil ki, əcdadlarımız deyirdilər: “Hərgah
öləcəyiksə – bir çalada basdıracaqlar. Hərgah sağ
qalsaq – bir təpədə yaşayacağıq. Mən – səhrayam.
Biz isə – gölük”. Əlbəttə, biz yalnız bir olacağımız
təqdirdə, sülh və əmin-amanlıq əldə edə bilərik.
Bizim gücümüz – birliyimizdədir! Müdrik
uluların təfriqə və ikitirəlik barədə əsrlərdən bu
yana dilə gətirdikləri həyəcanlı xəbərdarlıqları
eşidilməkdədir. Kalıqul-peyğəmbərin nəsihəti bax
belə səslənir: “Dünyanın sonu o zaman gəlir ki,
vicdan xalqı tərk edir. Qırğızların əsas bir düşməni
var, o düşmənin adı isə – ixtilafdır”. Ulularımz,
təbir caizsə, bizə ilahi nəsihətlər qoyub getmişlır.
Bizim özümüzü qorumağımız birliyimizdədir.
Yolda həmişə öz sağlamlığını qorumaq
gərəkdir və bu səbəbdən, əcdadlarımız heç zaman
yol yoldaşlarını, xəstə və sadəcə zəifləri, ələlxüsus
da yetimləri yolda buraxmazdılar. Məhz onlara
xüsusi diqqət ayrılardı, əks halda, bütün tayfa
və nəslin başına təhqir, rüsvayçılıq tökülərdi.
Bütün tarixi boyu qırğız xalqı tərəfindən heç
zaman talan, məhv etmək, qətl hadisələri baş
verməmişdir, çünki bu bizim xislətimizə uyğun
deyildir! Heç vaxt müharibəni birinci qırğızlar
başlamamışlar. Amma həyat yolumuzda yaratmaq,
qurmaq, çoxaltmaq və zəiflərə kömək etmək –
bu, bizlikdir! Əcdadlarımız yaşlıların, anaların
və uşaqların dincliyini bütün məsuliyyətləri ilə
qoruyardılar ki, onlar səfərdə özlərini sakit və
təhlükəsiz hiss etsinlər. Ta qədimdən qırğızlara
təkcə öz yaxınlarına deyil, bütün yetim uşaqlara,
əlillərə və tənha təqaüdçülərə humanist münasibət,
həssaslıqla yanaşma xas olmuşdur. Çətinliklər,
maddi məhrumiyyət, bəlalar və təsadüfi hadisələr
həmişə yolunun üstündə köçəriləri izləyər. Bazar
iqtisadiyyatı şəraitində insanlar arasında münasibət
nəzərəçarpacaq şəkildə dəyişdi. Buna görə də biz
yeni, kifayət qədər mürəkkəb şəraitdə zəiflərin və
uyğunlaşmamış insanların müdafiəsinə durmalı və
bununla sosial və humanist dəyərləri dirçəldib geri
qaytarmalıyıq.
Ailənin rolunu artırmaq lazımdır, axı sağlam
və tam ailə, məlum olduğu kimi, sağlam dövlətin
təminatçısıdır. Ailə-hüquq kodeksini tərtib edərkən,
özül kimi, xalq ənənələrinin münasib ünsürləri
götürülməlidir. Anaya pərəstişin hər şeydən üstün
olduğu keçmişin mənəvi dəyərlərini dirçəltmək
çox lazımdır – Umay-ənəni, bütün uşaqların
himayəçisini, özünəməxsus ilahəni xatırlamaq
kifayətdir.
Milli adətlər zəminində qırğızlar mühafizəkar
xalqdır və hesab edirlər ki, keçmişin üzərindən
xətt çəkmək olmaz, sosialist və sovet dövrünün
yaxşı uğurlarını saxlamaq və çoxaltmaq lazımdır.
Qırğızlar həmişə ağsaqqallara böyük hörmət-izzətlə
yanaşmışlar. Həmişə yaşlıların himayələrinə və
xoş məsləhətlərinə ehtiyac duymuşlar. Gələcəyin
müdrik yaşlıların məsləhətinə ehtiyacı vardır.
273
Yaşlılara bu cür hörmət bizim əcdadlarımızın
köklərindən gəlir.
Bu gün Qırğızıstan, bəlkə də yeganə ölkədir
ki, orada ağsaqqallar məhkəməsi yaratmaq ideyası
meydana çıxmışdır. Ağsaqqallar məhkəməsi
kostitusiyon-qanuni əsaslarla fəaliyyət göstərir və
vətəndaşlıq xarakterli mübahisəli məsələləri həll
edir. Müasir anlamla bildirsək, onlar vətəndaş,
arbitraj və cinayət məhkəməsinin müəyyən
funksiyalarını həyata keçirir. Bu sayaq məhkəmələr
el arasında nüfuza sahib olur, belə ki, onun tərkibi
həmkəndlililər tərəfindən seçilir. Nahaq deyil
ki, bizim xalqda belə bir deyim var: “Xoşbəxt
odur ki, onun ağsaqqalı var”. Milli xalq ənənələri
normalarına söykənmiş bu cür təcrübənin tarixi
kökləri vardır və hələ qədim zamanda da mövcud
olmuşdur. Bu barədə dəqiq faktlar məşhur IX-X
əsrlər yazılı Orxon-Yenisey abidələrində öz əksini
tapmışdır. Buna misal kimi, məktubların birində
oxuyuruq: “Mən qırğız oğluyam, “boyla” dərəcəli
hakim” və sonra “Qızlarım mənim tərəfimdən
başlıqsız ərə verilmişdir”. Və bu gün, üstündən
minillik keçəndən sonra, Qırğızıstanda bu qədim
ənənəni yeni əsaslarla, demokratik prinsiplərlə
uyğunlaşdıraraq bərpa etmişlər.
Bizim ata-analarımız yolları üstünə çıxanları
duz-çörək və kumısla qarşılayar, xahiş edənlərə
güzəştə yol verib kömək edər, həmişə həqiqəti
söyləyər, həmişə xeyirxah və əliaçıq olar, bu yolda
dostlarını tapardılar. Bu torpaqları və bu yolu heç
vaxt yağıya verməmişlər. Sabah ölə biləcəklərindən
hali ola-ola, son anadək, güc əsirgəmədən çalışmış
və övladlarının xoşbəxtliyi, azadlıq və nəsillərinin
rifahı naminə mübarizə aparmışlar.
Deməli, qlobal dəyişikliklər yolunda öz
dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi və
bənzərsizliyimizi qorumaqla bütün Şimal və Şərq,
Cənub və Qərbin öıkələri ilə əməkdaşlıq etməli,
inteqrasiya etməli və inkişafda olmalıyıq. Yalnız bu
minvalla irəli addımlaya bilərik. Yoldan sapmamaq
üçün isə tək getməməli, qardaş saydığımız
ölkələrlə, yaxın qonşularla və qohum xalqlarla
mütləq birləşməliyik.
Əsrlər boyu dinlərarası və millətlərarası
münaqişələr sahəsində bütün növ təcavüzlər
qırğızlara yabançı olmuşdur. Müxtəlif dinə mənsub
insanlar əsrlərdir ki, Qırğızıstanda yaşayırlar və
onların arasında heç zaman dini zəmində iğtişaşlar
baş verməmişdir. Qırğızlar tolerant xalqdır və buna
görədir ki, qırğız torpağında nə millətçiliyə, nə
separatçılığa, nə ekstremizmə yer yoxdur. Qırğızlar,
yerli əhali kimi, həmişə digər xalqların mədəni
dəyərlərinə məsuliyyət hissi və böyük hörmətlə
yanaşmış, hər xalqın mədəniyyətinin individual
əlamətlərini qorumuş və eyni zamanda onların yaxşı
tərəflərini və imkanlarını birləşdirmişlər. Beləliklə,
onlar cəmiyyətin əsil birliyini, xalqların bir-birinə
qarşılıqlı təsirini, onların həmrəyliyini, birgə
yaşamaq və fəaliyyət göstərməyin harmoniyasını
yaratmışlar. Bu sintez xalqların daha yüksək,
çoxşaxəli və ədalətli dayanıqlı inkişafını əmələ
gətirirdi. Qırğızıstanın dünyada spesifik mövqeyi
onun tarixi, adət-ənənələri, mədəniyyəti, çoxmillətli
tərkibli əhalisi, müxtəlif təriqətlərə mənsubluğu ilə
müəyyənləşir ki, bu da öz növbəsində Qırğızıstanın
təkamülünün bənzərsizliyini şərtləndirir və onun
nəinki Asiya, eləcə də Avropa ilə əlaqələrinin
qırılmazlığını göstərir.
Qırğızlar üçün inteqrativlik – yeni uğurlara
daima axtarış və cəhddir. Onlar mədəniyyətlərin
inkişafında vasitəçi olmuşlar. Köç edə-edə bir-
birlərinə informasiya ötürür və dəyişikliklərə çox
həssaslqla yanaşırdılar. Bütün yeniliklərə daima
yaradıcı yanaşma qaırğızlara xas idi. Bütün XX
əsr boyu qırğız xalqının inteqrativ məfkurələrinin
təkamüllük xüsusiyyətləri xüsusilə izlənilir.
Klassik Avropa incəsənəti, elmi və mədəniyyəti
sahəsində bütün yeniliklər qırğızlar tərəfindən
asanlıqla mənimsənilir və həyata tətbiq olunurdu.
Dünya artıq ötən əsrin ortalarında qırğız incəsənəti
və ədəbiyyatı ulduzlarından xəbərdar oldu. Harada
olsalar belə, köçərilərin mentalitetinə görə,
xislətlərindəki ünsiyyətcilliyin, diplomatikliyin,
dözümlülüyün və inteqrativliyin müxtəlif şəraitdə
onlara necə xas olması haqqında fikir yürütmək
mümkündür. Qırğızlar heç bir sahədə durğunluğu
qəbul etmirdilər. Bu, qəhrəmanlığı dostluğu və
ədaləti dəyərləndirən, azadlığı sevən bir xalq idi.
Köçərilər sürətli transformasiya düşüncəsinin
spesifik xüsusiyyətlərini əks etdirirdilər. Qırğızların
inteqrasiyaya meylliliyi təkcə texnologiyanın yeni
növlərinin mənimsənilməsində özünü göstərmir,
həm də mənəvi özünütəkmilləşdirmədə və
ümumbəşəri insani keyfiyyətlərin əxzində birüzə
verir.
Bu gün biz səy göstərməliyik ki, gələcək nəsil
hər tövr elmi-texniki tərəqqinin nailiyyətlərinə
malik olsun. Son illər ərzində respublikamızda tam
sürətlə bütün məktəblərin, dövlət müəssisələrinin
və təhsil ocaqlarının kompüterləşməsi gedir. Bu,
təbir caizsə, yeni prioritet olmuşdur. Dövlət dünya
uğurlarının sonrakı mənimsənilməsi üçün düzgün
istiqamət seçmişdir.
Biz gələcəyə – ümid və yenilənmə magistral
yolunun başlanğıcındayıq. Vaxtilə bu yolla
əcdadlrımız keçmiş, arzularının gerçəkləşməsi üçün
ilk cığırı tapdamışlar. Böyük İpək Yolunun vüsət
tapdığı dövr – bizim də torpağımızın çiçəkləndiyi
274
Dostları ilə paylaş: |