Yerin tərki
Qırğızıstan bir çox faydalı qazıntılar ehtiyatları ilə zəngin ölkədir. Bu qızıl, gümüş,
kömür, sürmə, civə və digər əlvan metallardır.
Bu günə mineral xammal ehtiyatları 60 mlrd-dan 3 trln dollara qədər dəyərləndirilir.
Onlardan 67% metallardır.
Sovet dönəmində Qırğızıstanın dağ-mədən sənayesində civənin, sürmənin, neftin,
qazın, serium və ittrium yarımqrupundan bəzi nadir elementlərin qazıntısı aparıcı yerdə
idi.
Respublikanın cənubunda kifayət qədər iri həcmdə (ildə 300 min t-a kimi) neft və qaz
əldə olunur, ölkənin illik tələbatının yarısını ödəyirdi. Cənub regionun itqisadiyyatının və
əhalinin ehtiyacları bu gün çıxarmanın həcmləri ilə 10-15%-dən çox qane olunmamışdır.
Lakin investorlar, dəqiq desək, Rusiyanın “Газпром”u cənubda yeni neft və qaz yataqlarının
axtarışlarını aparır. Onların qiymətləndirməsinə isnadən, yaxın 5 ildə Qırğızıstanda
neftçıxarmanın 150 min t-a qalxması ehtimalı var. Yerli və əcnəbi ekspertlərin rəyincə,
respublikanın ərazisində gələcəkdə 11 mln t neftin çıxarılması mümkündür.
Hələ 20 il əvvəl Qırğızıstanda ildə 4,5 mln t daş və qonur kömür əldə olunurdu.
Daş kömür yataqları Kokjanqakda, Taşkumırda, Cerqalanda yerləşir. Qonur kömürün
iri ehtiyatları hələ sovet dövründən istismar olunur və şaxtalar Kızıl-Kiy şəhərinin
yaxınlığında qazılmışdır. Ən perspektivli yataq isə Kara-Keçədədir.
Civə ehtiyatları XXI əsrin əvvəlinə qədər Respublikanın cənubundakı Batken
vilayətində, Haydarkan civə kombinatında istismar olunurdu. Bu metala dünya
konyunkturasının dəyişikliyi və tələbatın ixtisarı ilə əlaqədar kombinatın profilini qızıl
və qızıl qəniməti ilə bahəm çıxarılan metallar istehsalçısına döndərmək ideyası yarandı.
Yaxınlıqdakı Haydarkan yatağındakı civə filizinin konsentratında civədən əlavə qızıl,
sürmə-flüorit filizləri tapılmışdır. Sovet dövründə Qırğızıstanda istehsal olunan sürmə
təmizlik və keyfiyyət üzrə dünya etalonu sayılırdı.
Respublikada üç qalay və volfram mənbəyi mövcuddur. Nadir metallar yataqları
kəşfiyyat edilmişdir (o cümlədən, ən dəyərli ittrium qrupundan olan metallar). 2006-cı
ildə qazax şirkəti “Sarı-Caz mining” Trudovoye qalay-volfram yatağının iki sahəsinin
istismarına başlamışdır. Orada ilkin hesablamalara isnadən, 150 min t qalay, 95 min t
volfram yatır. Bundan əlavə, sahələrin birini Çin şirkəti işlədir. Sərmayəçilərin diqqətini
berillium və öyrənilmiş yataqlardakı bir sıra nadir elementlər çəkə bilər.
Qırğızıstanın ərazisində qızılın əlamətləri olan 2 500 mənbə aşkara çıxarılmışdır,
lakin sənaye istismarı marağını yalnız onlarla yatağa aid etmək olar. Respublikada qızıl
ehtiyatlarının ümumi həcmi təxminən 2, 5-3 min t-dur. Ən nəzər-diqqəti cəlb edən və artıq
kəşfiyyat işlərinə məruz qalmış yataqlar bunlardır: Kumtor (İssık-Kul vilayəti), Ceruy və
Andaş (Talas), Taldı-Bulak Levoberejnı (Çuy), Bozımçak (Cəlalabad) və b.
Keçən əsrin 80-ci illərinin ortalarında respublikanın şimalındakı zəngin qızıl filizli
yatağı Makmalı istismarına başlanmışdı. Lakin indiki zamana karxana ehtiyatları istismar
olunmuşdur. Hərçənd, dərinliklərdə yaxşı qızıllı laylar yerləşir. Onlarda kəşfiyyat işlərinin
aparılmasına və əlavə sərmayə qoyuluşuna ehtiyac var.
Kumtor yatağı respublikada ən iri qızıl filizli və dünyada ən hündür dağlıq yerdə
yerləşən mənbədir. Bu yataq Ortalıq Tyan-Şanın (İssık-Kul vilayəti) şərqi hissəsində,
paytaxtdan 350 km uzaqlıqda, dəniz səviyyəsində 4 000 m hündürlükdədır.
Kumtorda qızıl istismarı açıq üsulla 1996-cı ildən qızıl istismarı ilə məşğul olan
“Centerra Gold İnc.” şirkətinin filialı – Kanada şirkəti “Kumtor Operating Company”
(KOK) tərəfindən aparılır. Şirkətin səhmləri Toronto fond birjasında CG rəmzi ilə
dövriyyədədir. “Kumtor Operating Company” (KOK) 1993-cü ildə təsis olunmuşdur və
“Кумторзолото” layihəsinin operatorudur. Maliyyələşdirmə, istehsal, məhsulun satılması
üçün məsuliyyət daşıyır. 2004-cü ildə layihənin struktur dəyişikliyindən sonra KOK
279
“Centerra Gold İnc.” şirkətinin struktur yarımşöbəsidir və Qırğızıstanda, Monqolustanda
qızıl yataqlarının kəşfiyyatı və ABŞ-da geoloji kəşfiyyatla məşğuldur.
2009-cu il aprelində “Кумтор” layihəsi üzrə imzalanmış müqavilənin şərtlərinə
əsasən, Qırğızıstan “Centerra Gold İnc.” şirkətinin 33% səhmlərinə malikdir. Respublika
səhmlərinin paketinin qiyməti 2010-cu il yanvarı tarixində 1 mlrd ABŞ dollarından
artıqdır.
Ceruy – respublikada əhəmiyyətinə görə ikinci qızıl yatağıdır. Onun kəşfiyyat və
təsdiq edilmiş ehtiyatları 1 tona orta 6,3 qr qızıl tərkibli olmaqla 80 t-dur. Ehtimal edilir
ki, artıq bütün kəşfiyyat aparılmış ehtiyatlar 17-20 il ərzində təxminən ildə 5-6 t əldə
olunmaqla istismar edilə bilər.
Qırğızıstanda həmçinin qızıl əldə olunması üzrə yerli müəssisələrin birliyi ASC
“Кыргызалтын” fəaliyyət göstərir. İşlər Makmal, Terek-Say və Solton-Sarı mədənlərində
aparılır. Hal-hazırda bu mədənlərin layları dərində yerləşir və qənimətin davamiyyəti
üçün böyük sərmayələr tələb olunur.
Dağ-mədən sənayesində potensial investorlar üçün cəlbedici məqsəd respublikanın
bütün ehtiyatlarının 2\3 cəm olunan xırda və orta qızıl yataqlarıdır. Bunlardan biri Talas
vilayətindəki Andaş qızıl-mis yatağıdır ki, burada ehtiyat 19,4 t qızıl və 72 min t mis,
habelə istismarı açıq üsulla mümkün olan 30 t gümüş həcmində qiymətləndirilmişdir.
Kəmin rayonunda Taldı-Bulak Levoberejnı (respublikanın şimalında Çuy vilayəti)
perspektivli yatağını Qazaxıstandan investor işlədir və ilk qızılı 2012-ci ilin başlanğıcında
təhvil verməyə vəd etmişdir.
2007-ci ildə özbək sərhədinin yaxınlığında, Cəlalabad vilayətində Ala-Bukin
rayonundakı Bozımçak yatağının həcmi korrektə olunmuşdu. Orada təqribən 30 t qızıl
və 164 min t mis aşkara çıxarılmışdır. Yataqda hazırlıq işlərini Niderland şirkəti aparır.
Şirkət texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlamışdır və infrastruktur yaradır.
Tikinti materiallarının istehsalı sürətlə inkişaf edir. Zəngin əhəngdaşı, qum, təbii daş,
giltorpaq ehtiyatları əsasında son illər qırmadaş, qum-çınqıl qarışığı, tikinti qumu, üzlük
materiallar, bəzək daşı, əhəng istehsalı üzrə yeni-yeni orta və xırda müəssisələr yaradılır.
Respublikanın ərazisində 4 sement zavodu fəaliyyətdədir, fərqli yerlərdə yeni kiçik
kərpic zavodları açılır. Cənubda (Kızıl-Kiy şəhəri bölgəsində) yerli xammalla çalışacaq
iri sement zavodu tikilməkdədir.
Energetika
Ölkənin energetikasının inkişafının əsasını hidroenergetika təşkil edir. Qırğızıstan
su ehtiyatlarına görə MDB ölkələri arasında üçüncü yeri tutur (Rusiya və Tacikistandan
sonra). Respublikanın hidroenergetik potensialı 142,5 mlrd kVt./saatdır ki, hələ onun
heç 10%-i istismar olunmamışdır. Respublikanın 80%-dən çox elektrik enerjisi su-
elektrik stansiyalarında istehsal olunur. Onların ən mühüm hissəsi isə Toktoqul SES-inin
kaskadının payına düşür.
Narın çayının hövzəsi 56, 9 mlrd kVt./saat potensiala malikdir. Bu çayın və qollarının
üzərində 30 mlrd kVt./saat elektroenerji istehsal həcmli 22 SES tikmək mümkündür. Hal-
hazırda Narın çayının orta və yuxarı axarında ümumi gücü 5 850 mln kVt./saat olan SES-
lərin qurulması ilə su ehtiyatlarının istismarı perspektivlidir.
Müasir energetikanın yaranışı 1950-ci illərin sonunda Aşağı Narın SES-inin kaskadı
ilə başlanmışdır. Növbə ilə Uç-Korqon, Toktoqul, Kürp-Say, Taş-Kumır, Şamaldı-Say,
həmçinin Narının orta axarında At-Başın SES-ləri istismara buraxıldı. SES-in şəlaləsinin
ümumi gücünün həcmi 3 mln kVt-dır. Eyni zamanda iri istilik elektrik stansiyaları da inşa
olundu – Frunze (hazırda Bişkek), Oş, Kara-Baltin, Mayluu-Suuy İES-ləri. Respublika
elektroenerji ilə özünü tamamən təmin etməyi bacarmışdır, həmçinin elektroenerjini
qonşu Özbəkistana və Qazaxıstana da göndərir.
280
Dostları ilə paylaş: |