Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə107/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   103   104   105   106   107   108   109   110   111

Yerin tərki 
Qırğızıstan bir çox faydalı qazıntılar ehtiyatları ilə zəngin ölkədir. Bu qızıl, gümüş, 
kömür, sürmə, civə və digər əlvan metallardır. 
Bu günə mineral xammal ehtiyatları 60 mlrd-dan 3 trln dollara qədər dəyərləndirilir. 
Onlardan 67% metallardır. 
Sovet  dönəmində  Qırğızıstanın  dağ-mədən  sənayesində  civənin,  sürmənin,  neftin, 
qazın, serium və ittrium yarımqrupundan bəzi nadir elementlərin qazıntısı aparıcı yerdə 
idi.
Respublikanın cənubunda kifayət qədər iri həcmdə (ildə 300 min t-a kimi) neft və qaz 
əldə olunur, ölkənin illik tələbatının yarısını ödəyirdi. Cənub regionun itqisadiyyatının və 
əhalinin ehtiyacları bu gün çıxarmanın həcmləri ilə 10-15%-dən çox qane olunmamışdır. 
Lakin investorlar, dəqiq desək, Rusiyanın “Газпром”u cənubda yeni neft və qaz yataqlarının 
axtarışlarını  aparır.  Onların  qiymətləndirməsinə  isnadən,  yaxın  5  ildə  Qırğızıstanda 
neftçıxarmanın 150 min t-a qalxması ehtimalı var. Yerli və əcnəbi ekspertlərin rəyincə, 
respublikanın ərazisində gələcəkdə 11 mln t neftin çıxarılması mümkündür. 
Hələ  20  il  əvvəl  Qırğızıstanda  ildə  4,5  mln  t  daş  və  qonur  kömür  əldə  olunurdu. 
Daş  kömür  yataqları  Kokjanqakda,  Taşkumırda,  Cerqalanda  yerləşir.  Qonur  kömürün 
iri  ehtiyatları  hələ  sovet  dövründən  istismar  olunur  və  şaxtalar  Kızıl-Kiy  şəhərinin 
yaxınlığında qazılmışdır. Ən perspektivli yataq isə Kara-Keçədədir. 
Civə  ehtiyatları  XXI  əsrin  əvvəlinə  qədər  Respublikanın  cənubundakı  Batken 
vilayətində,  Haydarkan  civə  kombinatında  istismar  olunurdu.  Bu  metala  dünya 
konyunkturasının dəyişikliyi və tələbatın ixtisarı ilə əlaqədar kombinatın profilini qızıl 
və qızıl qəniməti ilə bahəm çıxarılan metallar istehsalçısına döndərmək ideyası yarandı. 
Yaxınlıqdakı  Haydarkan  yatağındakı  civə  filizinin  konsentratında  civədən  əlavə  qızıl, 
sürmə-flüorit  filizləri  tapılmışdır.  Sovet  dövründə  Qırğızıstanda  istehsal  olunan  sürmə 
təmizlik və keyfiyyət üzrə dünya etalonu sayılırdı.
Respublikada  üç  qalay  və  volfram  mənbəyi  mövcuddur.  Nadir  metallar  yataqları 
kəşfiyyat edilmişdir (o cümlədən, ən dəyərli ittrium qrupundan olan metallar). 2006-cı 
ildə qazax şirkəti “Sarı-Caz mining” Trudovoye qalay-volfram yatağının iki sahəsinin 
istismarına başlamışdır. Orada ilkin hesablamalara isnadən, 150 min t qalay, 95 min t 
volfram yatır. Bundan əlavə, sahələrin birini Çin şirkəti işlədir. Sərmayəçilərin diqqətini 
berillium və öyrənilmiş yataqlardakı bir sıra nadir elementlər çəkə bilər. 
Qırğızıstanın ərazisində  qızılın əlamətləri olan 2 500 mənbə aşkara çıxarılmışdır, 
lakin sənaye istismarı marağını yalnız onlarla yatağa aid etmək olar. Respublikada qızıl 
ehtiyatlarının ümumi həcmi təxminən 2, 5-3 min t-dur. Ən nəzər-diqqəti cəlb edən və artıq 
kəşfiyyat işlərinə məruz qalmış yataqlar bunlardır: Kumtor (İssık-Kul vilayəti), Ceruy və 
Andaş (Talas), Taldı-Bulak Levoberejnı (Çuy), Bozımçak (Cəlalabad) və b. 
Keçən əsrin 80-ci illərinin ortalarında respublikanın şimalındakı zəngin qızıl filizli 
yatağı Makmalı istismarına başlanmışdı. Lakin indiki zamana karxana ehtiyatları istismar 
olunmuşdur. Hərçənd, dərinliklərdə yaxşı qızıllı laylar yerləşir. Onlarda kəşfiyyat işlərinin 
aparılmasına və əlavə sərmayə qoyuluşuna ehtiyac var.   
Kumtor yatağı respublikada ən iri qızıl filizli və dünyada ən hündür dağlıq yerdə 
yerləşən  mənbədir.  Bu  yataq  Ortalıq  Tyan-Şanın  (İssık-Kul  vilayəti)  şərqi  hissəsində, 
paytaxtdan 350 km uzaqlıqda, dəniz səviyyəsində 4 000 m hündürlükdədır.
Kumtorda  qızıl  istismarı  açıq  üsulla  1996-cı  ildən  qızıl  istismarı  ilə  məşğul  olan 
“Centerra Gold İnc.” şirkətinin filialı – Kanada şirkəti “Kumtor Operating Company” 
(KOK)  tərəfindən  aparılır.  Şirkətin  səhmləri  Toronto  fond  birjasında  CG  rəmzi  ilə 
dövriyyədədir. “Kumtor Operating Company” (KOK) 1993-cü ildə təsis olunmuşdur və 
“Кумторзолото” layihəsinin operatorudur. Maliyyələşdirmə, istehsal, məhsulun satılması 
üçün  məsuliyyət  daşıyır.  2004-cü  ildə  layihənin  struktur  dəyişikliyindən  sonra  KOK 
279


“Centerra Gold İnc.” şirkətinin struktur yarımşöbəsidir və Qırğızıstanda, Monqolustanda 
qızıl yataqlarının kəşfiyyatı və ABŞ-da geoloji kəşfiyyatla məşğuldur.     
2009-cu  il  aprelində  “Кумтор”  layihəsi  üzrə  imzalanmış  müqavilənin  şərtlərinə 
əsasən, Qırğızıstan “Centerra Gold İnc.” şirkətinin 33% səhmlərinə malikdir. Respublika 
səhmlərinin  paketinin  qiyməti  2010-cu  il  yanvarı  tarixində  1  mlrd  ABŞ  dollarından 
artıqdır.    
Ceruy  –  respublikada  əhəmiyyətinə  görə  ikinci  qızıl  yatağıdır.  Onun  kəşfiyyat  və 
təsdiq edilmiş ehtiyatları 1 tona orta 6,3 qr qızıl tərkibli olmaqla 80 t-dur. Ehtimal edilir 
ki, artıq bütün kəşfiyyat aparılmış ehtiyatlar 17-20 il ərzində təxminən ildə 5-6 t əldə 
olunmaqla istismar edilə bilər.    
Qırğızıstanda  həmçinin  qızıl  əldə  olunması  üzrə  yerli  müəssisələrin  birliyi  ASC 
“Кыргызалтын” fəaliyyət göstərir. İşlər Makmal, Terek-Say və Solton-Sarı mədənlərində 
aparılır.  Hal-hazırda  bu  mədənlərin  layları  dərində  yerləşir  və  qənimətin  davamiyyəti 
üçün böyük sərmayələr tələb olunur.  
Dağ-mədən sənayesində potensial investorlar üçün cəlbedici məqsəd respublikanın 
bütün ehtiyatlarının 2\3 cəm olunan xırda və orta qızıl yataqlarıdır. Bunlardan biri Talas 
vilayətindəki Andaş qızıl-mis yatağıdır ki, burada ehtiyat 19,4 t qızıl və 72 min t mis, 
habelə istismarı açıq üsulla mümkün olan 30 t gümüş həcmində qiymətləndirilmişdir.   
Kəmin rayonunda Taldı-Bulak Levoberejnı (respublikanın şimalında Çuy vilayəti) 
perspektivli yatağını Qazaxıstandan investor işlədir və ilk qızılı 2012-ci ilin başlanğıcında 
təhvil verməyə vəd etmişdir. 
2007-ci  ildə  özbək  sərhədinin  yaxınlığında,  Cəlalabad  vilayətində  Ala-Bukin 
rayonundakı Bozımçak yatağının həcmi korrektə olunmuşdu. Orada təqribən 30 t qızıl 
və 164 min t mis aşkara çıxarılmışdır. Yataqda hazırlıq işlərini Niderland şirkəti aparır. 
Şirkət texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlamışdır və infrastruktur yaradır.   
Tikinti materiallarının istehsalı sürətlə inkişaf edir. Zəngin əhəngdaşı, qum, təbii daş, 
giltorpaq ehtiyatları əsasında son illər qırmadaş, qum-çınqıl qarışığı, tikinti qumu, üzlük 
materiallar, bəzək daşı, əhəng istehsalı üzrə yeni-yeni orta və xırda müəssisələr yaradılır.  
Respublikanın ərazisində 4 sement zavodu fəaliyyətdədir, fərqli yerlərdə yeni kiçik 
kərpic zavodları açılır. Cənubda (Kızıl-Kiy şəhəri bölgəsində) yerli xammalla çalışacaq 
iri sement zavodu tikilməkdədir. 
Energetika 
Ölkənin  energetikasının  inkişafının  əsasını  hidroenergetika  təşkil  edir.  Qırğızıstan 
su ehtiyatlarına görə MDB ölkələri arasında üçüncü yeri tutur (Rusiya və Tacikistandan 
sonra).  Respublikanın  hidroenergetik  potensialı  142,5  mlrd  kVt./saatdır  ki,  hələ  onun 
heç  10%-i  istismar  olunmamışdır.  Respublikanın  80%-dən  çox  elektrik  enerjisi  su-
elektrik stansiyalarında istehsal olunur. Onların ən mühüm hissəsi isə Toktoqul SES-inin 
kaskadının payına düşür.
Narın çayının hövzəsi 56, 9 mlrd kVt./saat potensiala malikdir. Bu çayın və qollarının 
üzərində 30 mlrd kVt./saat elektroenerji istehsal həcmli 22 SES tikmək mümkündür. Hal-
hazırda Narın çayının orta və yuxarı axarında ümumi gücü 5 850 mln kVt./saat olan SES-
lərin qurulması ilə su ehtiyatlarının istismarı perspektivlidir. 
Müasir energetikanın yaranışı 1950-ci illərin sonunda Aşağı Narın SES-inin kaskadı 
ilə başlanmışdır. Növbə ilə Uç-Korqon, Toktoqul, Kürp-Say, Taş-Kumır, Şamaldı-Say, 
həmçinin Narının orta axarında At-Başın SES-ləri istismara buraxıldı. SES-in şəlaləsinin 
ümumi gücünün həcmi 3 mln kVt-dır. Eyni zamanda iri istilik elektrik stansiyaları da inşa 
olundu – Frunze (hazırda Bişkek), Oş, Kara-Baltin, Mayluu-Suuy İES-ləri. Respublika 
elektroenerji  ilə  özünü  tamamən  təmin  etməyi  bacarmışdır,  həmçinin  elektroenerjini 
qonşu Özbəkistana və Qazaxıstana da göndərir. 
280


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə