Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə108/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   103   104   105   106   107   108   109   110   111

Kənd təsərrüfatı
Kənd təsərrüfatı iqtisadiyyatın aparıcı qollarından biri olaraq qalmaqdadır. Burada 
ümumi daxili istehsalatın təqribən 40 % istehsal olunur və respublikanın əmək qabiliyyətli 
sakinlərinin yarısından çoxu məşğuldur. Kənd təsərrüfatı sahələri təxminən 10,5 mln ha 
(1985) təşkil edir ki, onlardan əkin yeri 1,3 mln ha, otlaqlar isə 8,5 mln ha-dır. 
Heyvandarlıq kənd təsərrüfatının özülüdür. Əsas etibarilə zərifyunlu və yarımzərifyunlu 
qoyunçuluq nəzərə çarpır (təqribən 4 mln baş). Heyvandarlıq kompleksinin ikinci aparıcı 
qüvvəsi ətçilik-südçülüklə məşğul maldarlıqdır. Heyvandarlığın inkişafına geniş dağlıq 
örüşlər  və  tarixən  yerli  sakinlərin  oturuşmuş  vərdişləri  şərait  yaradır.  Heyvandarlığın 
ənənəvi sahəsi isə ət və kumıs verən ilxılı atçılıqdır (təxminən 450 min baş). İnkişafı 
üçün çox vəsait tələb etməyən Tibet öküzünün (yak) yetişdirilməsi ölkənin yüksək dağlıq 
ərazilərində qazanclı sahədir. Həmçinin donuzçuluq da geniş yayılmaqdadır, Fərqanəətrafı 
regionlarda isə ipəkçilik vüsət tapmışdır.
Əkinçilikdə  geniş  yer  texniki  bitkilərin  becərilməsi  verilir.  Son  illər  ərzində  taxıl 
əkinində nəzərəçarpan nailiyyətlər qazanılmışdır. Qırğızıstan üçün tərəvəzçilik, bağçılıq, 
üzümçülük də ənənəvi sahələrdir. Heyvandarlığın ehtiyacı üçün yem bitkiləri yetişdirilir.
Orta Asiya şəraitində intensiz əkinçilik suvarmasız mümkünat xaricindədir. Suvarılan 
torpağın  sahəsi  1  mln  ha-dan  artıqdır.  Suvarılan  zəmilərdə  səpinin  60%  yetişdirilir. 
Texniki  bitkilər  (pambıq,  şəkər  çuğunduru,  tütün),  tərəvəzlər,  bağçılıq  bitkiləri  yalnız 
suvarlma yolu ilə becərilir. Taxıl səpinlərində dəmyə üsulu da tətbiq olunur – zəmilər 
qismən suvarılır. 
Avtomobil nəqliyyatı 
Qırğızıstanın mürəkkəb dağ relyefi şəraitində daxili əlaqələrində avtomobil nəqliyyatı 
birinci yer tutur. Bütün daşımaların 97%-dən çoxu onun payına düşür (2000). Avtomobil 
yollarının ümumi uzunluğu 20 min ki-dir ki, onların 90% möhkəm örtüklüdür. Oş-Bişkek 
avtotrasının, Cəlalabad yolunun yenidən qurulma prosesi gedir. Respublika avtomobil 
yolları ilə bütün həmsərhəd dövlətlərlə əlaqə saxlayır. 
Dəmir yolu
Dəmir  qolu  nəqliyyatı  yalnız  Çuy  vadisində  və  Fərqanəyanında  inkişaf  etmişdir. 
Onun  rolu  dövlətlərarası  iqtisadi  əlaqələrin  həyata  keçirilməsidir.  Dəmir  yolunun 
ümumi uzunluğu təqribən 400  km-dir.  Ən  gərgin  dəmir yolu  kəsiyi  Luqovaya-Bişkek 
arasındakıdır.  
Su nəqliyyatı 
Su nəqliyyatı yalnız İssık-Kulyanı bölgələrdə xidmət edir. Əsas yol Balıkçı-Pristan-
Karakol marşrutu ilə keçir. Bu yolla, əsasən, yük daşınması həyata keçirilir. 
Aviasiya nəqliyyatı
Dağlıq  relyef  şəraitində  aviasiya  mühüm  yer  tutur.  Hava  yolları  Qırğızıstanın 
paytaxtından  demək  olar  ki,  bütün  vilayət  və  bölgə  mərkəzlərinə  işləyərək  şəhərlər 
arasında əlaqə saxlayır. Avianəqliyyat kənd və meşə təsərrüfatına, səhiyyəyə böyük kömək 
göstərir. Ekspertlərin hesablamalarına əsasən, Avropadan Asiyanın bəzi ölkələrinə hava 
yolu Qırğızıstandan keçməklə 1,0-1,5 min km qısadır ki, bu da yolun ümumi uzunluğunu 
10-15%  azaldır.  “Manas”  hava  limanı  saatda  1  700  sərnişini  buraxmağa  qabildir. 
Respublikadaxili  8,  MDB-yə  13  marşrut  üzrə,  həmçinin  beynəlxalq  hava  yolları  ilə 
Hannoverə, Dehliyə, Karaçiyə, İstambula, Urumçiyə, Frankfurt-Mayna, Kuala-Lumpura, 
Şarcaya müntəzəm reyslər həyata keçirilir.   
281


Boru-kəmər nəqliyyatı
Boru-kəmər  nəqliyyatı  Buxara-Daşkənd-Bişkek  və  Mayli-Suu-Cəlalabad-Oş  qaz 
kəməri  üzrə  açılmışdır.  Neft  kəmərləri  Fərqanəyanında  salınmışdır  və  neft  yataqlarını 
birləşdirməklə yerli əhəmiyyət kəsb edir. 
Xarici əlaqələr
Qırğız  Respublikası  iqtisadi  cəhətdən  Rusiya,  Çin,  Qazaxıstan,  Özbəkistan, 
Tacikistanla  sıx  əlaqəlidir.  Son  illər  Koreya,  Türkiyə,  Kanada,  Yaponiya,  ABŞ  və  b. 
ölkələrlə geniş əlaqələr qurulur. Bu gün Qırğızıstan 91 dünya ölkəsi ilə ticarət əlaqələrində 
bulunur. MDB-dən Qırğızıstana qara metallar, müxtəlif maşınlar və avadanlıq, yanacaq, 
meşə  materialları  və  s.  idxal  olunur.  Uzaq  xaricdən  ölkəyə  müasir  texnologiyalar, 
kompüter avadanlığı, yüksək səviyyəli məişət texnikası, avtomobillər və s. gətirilir. 
Qırğızıstandan xaricə yüksək keyfiyyətli sürmə (antimon) və civə, zərif yun, maşınlar, 
fiziki cihazlar, yüngül və yeyinti sənayesi məhsulları göndərilir. 
Şəxsi hüquqlar və azadlıqlar
Qırğız  Respublikasında  insanın  əsas  hüquqları  və  azadlıqları  ümumi  beynəlxalq 
hüququn  qəbul  olunmuş  prinsipləri  və  normalarına,  insan  hüquqları  məsələlərinə  dair 
dövlətlərarası sazişlər və razılaşmalara uyğun surətdə tanınır və təmin olunur. Bu normalar 
və  sazişlər  Qırğızıstan  Respublikası  tərəfindən  ratifikasiya  olunmuşdur.  Respublika 
Konstitusiyası müəyyən edir ki, insanın əsas hüquq və azadlıqları hər kəsə doğuluşdan 
məxsusdur. Onlar qanun tərəfindən mütləq, heç kəsin məhrum etməyə ixtiyarı olmadığı, 
kimliyindən asılı olmayaraq hər hansı şəxs tərəfindən pozulduqları təqdirdə, qanun və 
məhkəmə tərəfindən müdafiə edilərək, tanınır.      
Qırğızıstanda qanun qarşısında hamı eynidir. Heç kəs hər hansı ayrı-seçkiliyə, cinsinə, 
irqinə,  milliyyətinə,  dilinə,  dininə,  siyasi  və  dini  fikirlərinə  görə,  şəxsi,  yaxud  ictimai 
xarakterli  digər  səbəblərə  və  şəraitə  görə  hüquqlarının  və  azadlıqlarının  pozulmasına 
məruz qala bilməz.  
Bu  zaman  Qırğız  Respublikasının  hüquq  və  azadlıqları  fəaldır:  onlar  qanunların 
mənasını, məzmununu, tətbiqini müəyyənləşdirir, qanunverici, icraedici hakimiyyətlərin, 
yerli  özünüidarənin  qarşısına  vəzifələr  qoyur  və  ədalət  məhkəməsi  tərəfindən  təmin 
olunur. 
Qırğız Respublikasının vətəndaşının hüquq və azadlıqları onun vəzifələri ilə ayrılmaz 
şəkildə  bağlıdır.  Onların  yerinə  yetirilməsi  isə  şəxsi  və  dövlət  maraqlarının  təminatı 
naminədir. Qırğızıstan Respublikasının vətəndaşının hüquq və vəzifələri Konstitusiyanın 
xüsusi şöbəsində bəyan olunmuşdur. Orada müəyyən edilir ki, Qırğızıstan Respublikasının 
vətəndaşlarına,  onların  birliklərinə  Qırğız  Respublikasının  Konstitusiyası  və  qanunları 
tərəfindən  qadağa  qoyulmuş,  yaxud  məhdudlaşdırılmış  hərəkət  və  fəaliyyətdən  savayı 
hər cür hərəkət və fəaliyyətə icazə verilir. Bu zaman vətəndaşların hüquq və vəzifələri 
haqqında Qırğızıstan Respublikasının qanunları bütün vətəndaşlara eyni dərəcədə tətbiq 
olunmalı və onların heç birinə Konstitusiya və qanunlar tərəfindən vətəndaşların sosial 
müdafiəsi üçün nəzərdə tutulmuşlardan savayı üstünlük, yaxud imtiyaz yaratmamalıdır.   
KİV
KİV-in sayı durmadan artır. Ümumi saydan (təqribən 500) təxminən yarısı qırğız, 
45% rus dilində nəşr olunur.  Bundan əlavə, Qırğızıstanda özbək, alman, türk, dunqan, 
uyğur,  ingilis  və  s.  dillərdə  qəzetlər  dərc  olunur.  Ən  çox  tiraj  “Вечерний  Бишкек”, 
“Суперинфо”, “Дело№”, “КТР-Обо”, “Асман пресс”, “Агым” qəzetlərinə mənsubdur. 
Habelə  КТР,  НТС,  5  канал,  “Пирамида”,  НБТ  kimi  iri  teleradioşirkətlər  fəaliyyət 
göstərir. Söz azadlığı kifayət dərəcədə qüvvədə olan qanunvericiliklə təmin edilmişdir. 
282


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə