Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə106/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   103   104   105   106   107   108   109   110   111

QIRĞIZISTAN: BUGÜNKÜ HƏYAT
Qırğızıstan  –  Orta  Asiyada,  Pamir-Alay  sərhədində  cənub-qərbdə  və  Tyan-Şan 
hüdudlarında  şimal-şərqdə  yerləşən,  mənzərəli  landşaftları  və  təbiətinin  bakirəliyi  ilə 
şöhrət tapan dövlətdir. 
Qazaxıstan, Tacikistan, Özbəkistan və Çinlə həmsərhəddir. 
Dövlət quruluşu
Suveren, unitar, parlamentli demokratik respublika.
Hakimiyyətin və idarənin ali orqanları 
Dövlət başçısı Prezident
Qanunverici  hakimiyyətin  ali  orqanı  –  120  deputatdan  ibarət 
Joqorku Keneş (parlament)
İcraedici hakimiyyətin ali orqanı – Hökumət
Məhkəmə hakimiyyətinin ali orqanı – Ali Məhkəmə
Sahəsi – 199 945 km2, onlardan 90 % dağlar təşkil edir.
Əhalinin sayı 
Əhali  –  5,  418  mln  nəfər.  1926-cı  ildən  ölkə  əhalisi  4  dəfədən  artıq  armışdır. 
Qırğızıstan əhalisinin orta sıxlığı 1 km2 27,1 nəfər. 
Paytaxtı – Bişkek (əhalisi bir mln yaxın)
Rəsmi dilləri – qırğız (dövlət) və rus dili 
Milli pul vahidi – som. 1993-cü ildə tədavülə buraxılmışdır. 
Beynəlxalq  əlaqələr.  Qırğızıstanın  dövlət  müstəqilliyini  dünyanın  172  ölkəsi 
tanımışdır. 116 dövlətlə diplomatik əlaqələr qurulmuşdur. Diplomatik nümayəndəliklər 
28 ölkədə açılmışdır, (23 səfarət, 4 baş konsulluq, 1 BMT nümayəndəliyi). 
Qırğızıstan–  120-dən  artıq  beynəlxalq  təşkilatın  üzvüdür,  o  cümlədən,  BMT 
(02.03.1992),  ATƏT  (30.01.1992),  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (18.11.1992),  İslam 
Konfransı  Təşkilatı  (01.12.1992),  Ümumdünya  Ticarət  Təşkilatı  (dekabr  1998),  BVF, 
Ümumdünya Rekonstruksiya və İnkişaf Bankı, Avropa Rekonstruksiya və İnkişaf Bankı, 
İslam İnkişaf Bankı, Asiya Bankı və b. 
Milli tərkib 
Qırğızıstan  –  çoxmillətli  ölkədir.  Burada  80  millətin  və  xalqın  nümayəndələri 
məskundur.  2009-cu  ilin  başlanğıcına  olan  məlumat:  qırğızlar  –  71%,  ruslar  –  7,8  %, 
özbəklər – 14,3%, ukraynalılar – 0,4 %, almanlar – 0,2%, tatarlar – 0,6%, qazaxlar – 
0,6%, uyğurlar – 0,9%, dunqanlar – 1,1%, taciklər – 0,9%, azərbaycanlılar və koreyalılar 
– 0,3%, türklər 0,7%, türkmənlər – 0,1%, çeçenlər 0,1%, digər milliyyətlər – 0,7%. 
Şəhər və kənd əhalisi
2009-cu  ilin  siyahıyaalınmasına  isnadən,  şəhərlərdə  1  846,  8  min  sakin  yaşayır. 
Onlardan yarıdan çoxu 100 mindən çox adam yaşayan şəhərlərin payına düşür. Əhalinin 
çox hissəsi (3 571, 5 min) kənd yerlərində məskundur. 
Relyef
Qırğızıstan Tyan-Şan və Pamir-Alay dağlarının əksər hissəsini tutur. Ölkənin 95 % 
sahəsi dəniz səviyyəsindən 1 000 m yuksəklikdə yerləşir. Ölkənin ən hündür ərazisi şərq 
ucqarındadır. Burada Tyan-Şanın ən hündür nöqtələri – Qələbə zirvəsi (7 439 m) və Xan-
Tenqri dağı (6 995 m) ucalır. 
277


Ən hündür və geniş silsilələr Kakşaal-Too ölkənin cənub-şərqində, Alay və Türküstan 
silsilələri cənub-qərbində, Talas Ala-Toosu və Qırğız silsilələri şimal-qərbdə və şimalda, 
Küngey  Ala-Toosu  silsilələri  şimal-şərqdədir.  Ən  ucqar  cənub  sərhədində  Pamirin 
tərkibinə daxil olan Alayarxası silsiləsi ucalır. Burada Qırğızıstanın hündürlüyünə görə 
ikinci zirvəsi – Lenin zirvəsi (7 134 m) yerləşir. Qırğızıstanın ayrı-ayrı bölgələrində iri 
yüksək dağlıq qovşaqları ucalır (Muz-Too, Ak-Şıyrak). Onlar silsilələrin əksəriyyətinin 
suayırıcı hissələri kimi geniş buzlaşma ilə örtülmüşdür. 
İnzibati bölgü 
Qırğızıstanda yeddi vilayət var – Oş, Cəlalabad, Batkən, Çuy, İssık-Kul, Narın, Talas. 
Qırğızıstanın iri şəhərləri
Qırğızıstanın  iri  şəhərləri  –  Bişkek  və  Oşdur.  Paytaxtda  846,  5  min  nəfər  (2010), 
Oşda 259, 1 min nəfər məskundur. Digər şəhərlərdə əhali 70-100 mini aşmır. 
Siyasi partiyalar
10.10.2010 parlament seçkilərində iştirak edən 29 siyasi partiyadan parlamentə 5-i 
keçmişdir – “Ata-Jurt”, Qırğızıstanın Sosial-Demokrat Partiyası (QSDP), “Ar-Namıs”, 
“Respublika”  və  “Ata  Meken”.  Qalan  partiyalar  –  “Butun  Kırqızstan”,  “Ak-Şumkar”, 
“Zamandaş” və b. 5%-lik maneəni dəf edə bilməmişdilər. 
İqtisadiyyat
Qırğızıstan  –  aqrar-sənaye  ölkəsidir.  Sənayenin  əsas  sahələri  energetika,  əlvan 
metallurgiya,  maşınqayırma,  yüngül  və  yeyinti  sənayesidir.  Ölkə  ən  müxtəlif  faydalı 
qazıntılarla  zəngindir.  Lakin  kəşfiyyat  işləri  aparılmış  yataqlar  az  miqdarda  istismar 
olunur. Faydalı qazıntıların bəzi növləri isə ümumiyyətlə əldə olunmur.
Ənənvi  kərpic,  kirəmit,  əhəng  istehsalına  son  illər  yeni  sahələr  –  sement,  yığma 
dəmir-beton, üzlük lövhələr, pəncərə şüşəsi istehsalı da əlavə olunur. İri tikinti materialları 
sənayesi  müəssisələri  –  Bişkek  və  Oş  evtikmə  kombinatları,  Kant  sement  zavodu  və 
Tokmak şüşə zavodudur. 
Ağac emalı və mebel sənayesi meşə ehtiyatlarının məhdudluğu səbəbindən, əsasən, 
gətirilmə  xammalla  işləyir.  Dəyirmi,  yaxud  xammal  oduncaq  az  həcmdə  İssık-Kul  və 
Cəlalabad vilayətlərində, müəyyən qədər isə Narın vilayətində hazırlanır.
İqtisadiyyatda aparıcı sahələrdən biri həm ümumi məhsulun həcminə, həm də işçi 
qüvvəsinin  sayına  görə  –  yüngül  sənayedir. Yüngül  sənayenin  əsas  sahələrinə  tekstil, 
tikiş, dəri-ayaqqabı sahələri aiddir. 2002-ci ildə Tokmak şüşə zavodu və müştərək qırğız-
Çin kağız fabriki istismara buraxılmışdır. 
Toxuculuq sənayesi özündə pambığın emalı, barama açılışı, ipək, çətənə-cut, yun, 
pambıq  məmulatların  istehsalını  ehtiva  edir.  Bu  sahələr  başlıca  olaraq  iri  şəhərlərdə 
cəmləşmişdir: “Bişkek, Oş, Kara-Suu və Tokmak.
Tikiş sənayesi Bişkekin, Oşun, Cəlalabadın iri tikiş fabriklərində istehsal prosesini 
gerçəkləşdirir. Respublika ərazisində bir çox xırda müəssisələr də fəaliyyətdədir.   
Gön-dəri və ayaqqabı fabriki Bişkekdə yerləşir. Bu sahənin müəssisələri Cəlalabadda, 
Kızıl-Kiydə, Talasda da işləyir. 
Yeyinti sənayesi ölkə iqtisadiyyatının ən qədim sahələrindəndir. Onun müəssisələri 
əsasən yerli bitki və heyvandarlıq məhsulları xammalı ilə işləyir və bütün ölkə ərazisi 
boyu  yerləşmişdir.  Yeyinti  sənayesi  20  sahəyə,  yarımqruplarla  birgə  isə  25-dən  artıq 
sahəyə malikdir. Yeyinti sənayesinin yüksək dərəcədə mexanikləşdirilmiş müəssisələri ət, 
süd məhsulları, un, qənd, qənnadı məhsulları, likör-araq məmulatları, tütün məhsulları, 
meyvə-tərəvəz  konservləri,  şampan  şərabı  və  s.  emal  edir.  Qırğızıstan  istehsal  olunan 
məhsulun müəyyən hissəsini ixracata göndərir.
278


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə